Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
al-lulu-val-marcan.doc
Скачиваний:
0
Добавлен:
01.07.2025
Размер:
9.46 Mб
Скачать

Şirkin Günahların Ən Çirkini Olması Və Ondan Sonra Olan Günahların Ən Böyüyünün Bəyanı

عَنْ عَبْدِ اللَّهِ قَالَ: سَأَلْتُ النَّبِىَّ  أَىُّ الذَّنْبِ أَعْظَمُ عِنْدَ اللَّهِ؟ قَالَ: «أَنْ تَجْعَلَ لِلَّهِ نِدًّا وَهُوَ خَلَقَكَ». قُلْتُ إِنَّ ذَلِكَ لَعَظِيمٌ، قُلْتُ ثُمَّ أَىُّ؟ قَالَ: «وَأَنْ تَقْتُلَ وَلَدَكَ تَخَافُ أَنْ يَطْعَمَ مَعَكَ» .قُلْتُ ثُمَّ أَىُّ؟ قَالَ: «أَنْ تُزَانِىَ حَلِيلَةَ جَارِكَ».

53. Abdullah (İbn Məsud)  demişdir: “(Bir dəfə) mən Peyğəmbərdən  soruşdum ki: “Hansı günah Allah yanında ən böyük günah sayılır?” Dedi: “Səni yaradan Allaha (başqa birisini) tay tutmağındır!” Mən: “Doğrudan da, bu, böyük günahdır” dedim, sonra (yenə) soruşdum: “Bəs sonra hansıdır?” Dedi: “Övladının səninlə birgə yemək yeyəcəyindən qorxub onu öldürmək!” Mən soruşdum: “Sonra hansıdır?” Dedi: “Qonşunun zövcəsi ilə zina etmək!”14 (Buxari 4477, 7520, Muslim 124, 267)

بيان الكبائر وأكبرها

Böyük Günahların Və Onların Ən Böyüyünün Bəyanı

عَنْ أَبِى بَكْرَةَ قَالَ: قَالَ النَّبِىُّ : «أَلاَ أُنَبِّئُكُمْ بِأَكْبَرِ الْكَبَائِرِ». ثَلاَثًا. قَالُوا بَلَى يَا رَسُولَ اللَّهِ. قَالَ: «الإِشْرَاكُ بِاللَّهِ، وَعُقُوقُ الْوَالِدَيْنِ». وَجَلَسَ وَكَانَ مُتَّكِئًا فَقَالَ: «أَلاَ وَقَوْلُ الزُّورِ». قَالَ فَمَا زَالَ يُكَرِّرُهَا حَتَّى قُلْنَا لَيْتَهُ سَكَتَ.

54. Əbu Bəkrə  rəvayət edir ki, Peyğəmbər  üç dəfə: “Sizə günahların ən böyüyü barədə xəbər verimmi?” deyə soruşdu. Əshabələr: “Bəli, ya Rəsulallah!” deyə cavab verdilər. Peyğəmbər: “Allaha şərik qoşmaq və valideynlərin üzünə ağ olmaqdır” dedi. (Bunu deyəndə) o söykənmişdi; sonra qalxıb oturdu və: “yalan söz danışmaqdır” dedi. O bunu dalbadal o qədər təkrar etdi ki, biz (bir-birimizə): “Nə olaydı, susaydı!” dedik”. (Buxari 2654, 6919, Muslim 126, 269)

عَنْ أَنَسٍ  قَالَ سُئِلَ النَّبِيُّ  عَنْ الْكَبَائِرِ قَالَ الْإِشْرَاكُ بِاللَّهِ وَعُقُوقُ الْوَالِدَيْنِ وَقَتْلُ النَّفْسِ وَشَهَادَةُ الزُّورِ

55. Ənəs  rəvayət edir ki, Peyğəmbərdən  böyük günahlar barədə soruşduqda, belə buyurdu: “Allaha şərik qoşmaq və valideynlərin üzünə ağ olmaq, (Allahın haram buyurduğu) cana qəsd etmək və yalandan şahidlik etməkdir”. (Buxari 2653, 5977, Muslim 128, 271)

عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ  قَالَ: «اجْتَنِبُوا السَّبْعَ الْمُوبِقَاتِ». قَالُوا يَا رَسُولَ اللَّهِ، وَمَا هُنَّ قَالَ: «الشِّرْكُ بِاللَّهِ، وَالسِّحْرُ، وَقَتْلُ النَّفْسِ الَّتِى حَرَّمَ اللَّهُ إِلاَّ بِالْحَقِّ، وَأَكْلُ الرِّبَا، وَأَكْلُ مَالِ الْيَتِيمِ، وَالتَّوَلِّى يَوْمَ الزَّحْفِ، وَقَذْفُ الْمُحْصَنَاتِ الْمُؤْمِنَاتِ الْغَافِلاَتِ».

56. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Məhvedici yeddi günahdan çəkinin!” (Əshabələr) soruşdular: “Nədir onlar, ya Rəsulullah?”. Peyğəmbər: “Allaha şərik qoşmaq, sehrbazlıq, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etmək, sələm yemək, yetimin malını yemək, döyüş meydanından qaçmaq və (zinadan) xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham etmək.” (Buxari 2766, 6857, Muslim 129, 272)

عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو قَالَ: قَالَ رَسُولُ اللَّهِ  إِنَّ مِنْ أَكْبَرِ الْكَبَائِرِ أَنْ يَلْعَنَ الرَّجُلُ وَالِدَيْهِ قِيلَ يَا رَسُولَ اللَّهِ وَكَيْفَ يَلْعَنُ الرَّجُلُ وَالِدَيْهِ قَالَ يَسُبُّ الرَّجُلُ أَبَا الرَّجُلِ فَيَسُبُّ أَبَاهُ وَيَسُبُّ أُمَّهُ.

57. Abdullah İbn Amr  rəvayət edir ki, (bir dəfə) Peyğəmbər  buyurdu: “Adamın öz valideynlərini lənətləməsi böyük günahlardandır”. (Əshabələr təəccüblə) dedilər: “Ya Rəsulullah, heç adam da öz valideynlərini lənətləyərmi?”. Peyğəmbər: “Bir adam başqa birisinin atasını söyər, o da qayıdıb onun ata-anasını söyər”. (Buxari 5973, Muslim 130, 273)

من مات لا يشرك بالله شيئًا دخل الجنة

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]