
- •Beynəlxalq kommersiya işi
- •Mövzu 1: Beynəlxalq ticarət əməliyyatlarının iqtisadi mahiyyəti Plan:
- •1. Giriş
- •2. Beynəlxalq ticarətin sürətli inkişafı beynəlxalq iqtisadi münasibətlərin əsas cəhəti kimi
- •3. Beynəlxalq ticarət kursunun predmeti və metodu
- •4. Beynəlxalq ticarət əməliyyatlarının mahiyyəti
- •Beynəlxalq ticarət kursunun digər fənlərlə vəhdəti
- •İstifadə olunan ədəbiyyat:
- •Mövzu 1.2: Beynəlxalq ticarət əməliyyatlarının iqtisadi mahiyyəti Plan
- •2. Beynəlxalq ticarət sövdələşmələri: anlayışı, məzmunu, mahiyyəti
- •3. Beynəlxalq ticarət əməliyyatlarının subyekti olan kontragentlərin təsnifatı
- •1. Təsərrüfat fəaliyyətinin növünə və iş xarakterinə görə onlar aşağıdakı kimi fərqləndirilir.
- •2. Hüquqi mövqelərinə görə firmaların təsnifatı.
- •3. Mülkiyyət xarakterinə görə firmalar.
- •5. Sahibkarlıq ittifaqı.
- •6. Xarici bazara çıxış hüququ olan dövlət orqanları və təşkilatları.
- •7. Dünya bazarında malların və xidmətlərin beynəlxalq alqı- satqısı üzrə kontragentlər sifətində çıxış edən bmt sisteminin ixtisaslaşmış idarələri.
- •Mövzu 2: Bazar mahiyyəti, məzmunu və tədqiqi Plan
- •2.Mallar: malların təsnifatı prinsipləri, malın texniki- iqtisadi göstəricilərinin səciyyəvi xüsusiyyətləri.
- •6. Estetik göstəricilər.
- •7. Ekoloji göstəricilər.
- •3. Malın keyfiyyəti və rəqabətə tablılığı.
- •Mövzu 2.2: Bazar: mahiyyəti, məzmunu və tədqiqi Plan
- •2. Bazarda rəqib firmaların fəaliyyətinin öyrənilməsi
- •3. Bazarda alıcı firmanın öyrənilməsi
- •4. Bazarın nəqletmə, hüquqi və ticarət- siyasi şəraitinin öyrənilməsi
- •5. Bazar tədqiqinin aparılması metodları
- •Mövzu 3: İdxalat–ixracat əməliyyatları və beynəlxalq ticarət sövdələşmələrinə hazırlıq Plan
- •2. İdxal-ixrac əməliyyatları sistemində gömrük tarif tənzimi
- •3. İdxal- ixrac əməliyyatlarının lisenziyalaşdırılması. Gömrük vergiləri və rüsumları
- •I. Gömrük ödənişlərinin təsnifatı
- •II. Gömrük rüsumları
- •III. Gömrük orqanları tərəfindən alınan dolayı vergilər
- •IV. Müsadirə olunmuş malların satışından alınan vəsait
- •V. Digər vergilər
- •VI. Gömrük ödənclərinin vahid dərəcəsi
- •4. İdxalat–ixracat əməliyyatlarının uçotu və onun unifikasiyası
- •5. Birbaşa əlaqələr şəraitində beynəlxalq ticarət sövdələşmələrinə hazırlıq
- •İdxalat sövdələşmələrinə hazırlaşma üsulları:
- •Mövzu 4: Beynəlxalq alqı-satqı kontraktları ( müqavilələri) Plan
- •2. Alqı-satqının ümumi şərtləri
- •3. Beynəlxalq alqı-satqı kontraktlarının mahiyyəti və strukturu
- •4. Müqavilənin bazis şərtləri ( İnkoterms)
- •5. Beynəlxalq alqı-satqı kontraktlarının növləri və xüsusiyyətləri
- •Mövzu 5: Beynəlxalq alqı-satqı kontraktlarının icra edilməsinin təşkili Plan
- •2. Müqavilə icrasının rəsmiləşdirilməsi üzrə xarici ticarət sənədləri
- •3. Müqavilə icrasının rəsmiləşdirilməsi üçün nəqliyyat sənədləri
- •4.Müqavilə icrasının rəsmiləşdirilməsi üçün gömrükxana sənədləri
- •6. Beynəlxalq ticarət qaydalarının sadələşdirilməsi üzrə işçi qrupunun funksiyaları
- •Mövzu 6: Beynəlxalq qarşılıqlı ticarət əlaqələri Plan
- •2. Beynəlxalq qarşılıqlı sazişlərin ( razılaşmaların) növləri
- •Mövzu 7: Dünya bazarında ticarət-vasitəçi fəaliyyəti Plan
- •2. Ticarət–vasitəçi ilə bağlanılan müqavilənin əsas şərtləri
- •3. Ticarət-vasitəçi əməliyyatlarının təşkilati formaları
- •4. Ticarət–vasitəçi firmaların fəaliyyət xüsusiyyətləri
- •Mövzu 8: Beynəlxalq birjalarda, hərraclarda və torqlarda ticarət və alıb-veriş əməliyyatlarının təşkili Plan
- •2. Beynəlxalq hərraclar. Beynəlxalq hərrac ticarətinin təşkilatı formaları
- •3. Beynəlxalq torqlar. Beynəlxalq torqların keçirilməsi şərtləri
- •4. Torq iştirakçılarına təkliflərin təqdimi. Torqun təşkilatçıları və iştirakçıları
- •Mövzu 9: Beynəlxalq ticarət və alış-veriş işində reklam, sərgilər, yarmarkalar və texniki xidmətlər
- •Ticarət və alış-veriş məqsədilə reklamın məzmunu
- •Reklamın əsas vasitələri
- •Dövrü mətbuatda və arayış kitabçalarında reklam vasitələri
- •2. Reklamın həyata keçirilməsinin təşkilatı formaları.
- •3. Mal nişanı və onlardan reklam məqsədilə istifadə
- •Mal nişanı qarşısında qoyulan tələblər.
- •Mal nişanlarının qeydə alınması qaydası
- •4. Beynəlxalq sərgilər və yarmarkalar. Beynəlxalq sərgilərdə ( yarmarkalarda) bağlanılan sazişlər
- •5. Sərgi və yarmarkaların təşkili və tənzimlənmə fəaliyyəti
- •Mövzu 10: Beynəlxalq texnologiya, elmi-texniki biliklər və lisenziya mübadiləsinin metodoloji əsasları Plan
- •2. Elmi–texniki biliklər ticarətinin xüsusiyyətləri
- •3. Lisenziyalar və beynəlxalq lisenziyalaşdırma
- •Lisenziya
- •4. Beynəlxalq lisenziyalar ticarətinin xüsusiyyətləri
- •Müasir şəraitdə beynəlxalq lisenziyalaşdırma
- •5. Beynəlxalq lisenziya mübadiləsi sazişlərinin növləri və məzmunu
- •Beynəlxalq lisenziya sazişinin məzmunu
- •6. Beynəlxalq lisenziya ticarətinin təşkili
- •Beynəlxalq lisenziyalaşdırma bölməsi
- •İxtisaslaşmış firmalar
- •Lisenziya və patent agentləri
- •Mövzu 11: Beynəlxalq mühəndis–tikinti xidmətləri mübadiləsi Plan
- •2. Mühəndis–texniki xidmətlərin verilməsinə (satılmasına) dair beynəlxalq müqavilələrin əsas şərtləri
- •3. Müqavilənin predmeti və qüvvədə olması müddəti.
- •4. Məsləhətçilik xidmətlərinin başlanması və bitməsi müddətləri.
- •3. Beynəlxalq mühəndis-texniki xidmətlər mübadiləsinin təşkili
- •İxtisaslaşmış injinirinq firması
- •Mövzu 12: Beynəlxalq icarə əməliyyatları Plan
- •Beynəlxalq icarənin növləri
- •2. Beynəlxalq icarə müqavilələrinin əsas şərtləri
- •5. Lizinq müqavilələrinin ləğv edilməsi qaydası
- •Qəbuletmə protokolu
- •Cari icarə müqaviləsinin əsas şərtləri
- •3. Müasir şəraitdə beynəlxalq ticarətin xüsusiyyətləri və icarə əməliyyatlarının təşkilatı formaları
- •4. Beynəlxalq icarə əməliyyatlarının təşkilatı formaları
- •Beynəlxalq kommersiya işi
2.Mallar: malların təsnifatı prinsipləri, malın texniki- iqtisadi göstəricilərinin səciyyəvi xüsusiyyətləri.
Malların təsnifatı prinsipləri. Təsnifatın əsaını təşkil edən prinsiplərdən asılı olaraq mallar aşağıdakı kimi fərqləndirilir:
təyinatına görə: istehlak tələbi və istehsal təyinatlı mallar;
müddətinə görə: qısa və uzunmüddətli istifadə olunan mallar;
təyinatına və qiymətinə görə mallar gündəlik tələb olunan , seçim tələbli, nüfuzlu və etibarlı, çox qəşəng və bahalı şeylərdən ibarət olur.
istehsal olunması üsuluna (tərzinə) görə mallar standart mallara və nadir mallara ayrılır;
istehlakı və işlənməsi (emalı)xarakterinə görə xammal, yarımfabrikatlar, hazır məhsul, (məmulatı dəstləyən, komplektləşdirən məhsul hissələri və s.) kimi fərqlənirlər.
Yuxarıda qeyd edilən təsnifat prinsipləri əsas götürülməklə, beynəlxalq bazarda tədavüldə olan və gömrük statistikasında nəzərdə tutulan malların nomenklaturası (adların siyahısı) sahəvi nişanələrinə görə qurulur və müvafiq milli orqanlar və təşkilatlar tərəfindən işlənib hazırlanır. Hazırda ölkələrin çoxu hormonikləşdirilmiş (uyğunlaşdırılmış) sistemin nomenklaturundan istifadə etməyə başlamışlar.
Məhsulun( malın) texniki–iqtisadi göstəricilərinin səciyyəvi xüsusiyyətləri. Məhsulun texniki iqtisadi göstəriciləri, zəruri şərtlər kimi , malın rəqabətə tablılığının qiymətləndirilməsində istifadə edilir. Həmin göstəricilər aşağıdakı qaydada səciyyələndirilir.
1. Texniki göstəricilər. Bu göstərici məhsulun səviyyəsini, onun tətbiqi sahələrini müəyyən edən xassələrini, istehlakı prosesində yerinə yetirəcək funksiyalarını xarakterizə edir. Buraya məhsulun ( malın) təyinatı, davamlılığı, texnoloji, erqonomiki, ekoloji və s. göstəriciləri aiddir.
2. Məhsulun (malın) təyinatı göstəriciləri. Bu göstəriciləri aşağıdakı kimi fərqləndirmək olar.
a) təsnifetmə göstəriciləri. Həmin göstərici məhsulun spesifik xüsusiyyətlərini, onun konkret bir mal qrupu tipinə (növünə) aidiyyətliyini müəyyən edir;
b) məhsulun texniki həllinin yeniliyini və texniki səviyyəsini müəyyənləşdirən texniki effektivlik göstəriciləri. Məsələn, dəzgahların məhsuldarlığını, çəki-ölçü alətlərinin dəqiqliyi, vahid vaxt ərzində işlənilən informasiyaların həcmi və s.
c) konstruksiya göstəriciləri. Bu göstəricilərə məhsulun qabarit (əndazə) ölçülərini, onun (məsələn, dəzgahın, təyyarənin , paltaryuyan maşının və s.) əmsalını, qarşılıqlı əvəzolunması mümkünlüyünü aid etmək olar;
ç) məhsulun tərkibi, quruluşu, çəkisi göstəriciləri.
3. Məhsulun (malın) möhkəmliyi və davamlılığı. Bu göstəricidən öncədən, hələ məmulat (mal) layihələşdirildiyi mərhələdə nəzərə alınmalıdır ki, o etibarlı olsun, daim saz və əngəlsiz işləsin.
4. Tennoloji göstəricilər. Bu göstəricilərsə xammalın , materialların məsrəflərinin və məhsulun bir vahidinə sərf olunan vaxtın optimal bölüşdürülməsini şərtləndirən əmək tutumunun, material tutumunun və maya dəyərinin xassələrini xarakterizə edirlər.
5. Erqonomik göstəricilər. Bu göstərici konkret məhsulun (malın) istehlakı, istifadə prosesində təzahür edən insan orqanizminin xassə və xüsusiyyətlərinə onun uyğun olub–olmamasını xarakterizə edir. Bu göstəricilərdən gigiyena (işıqlanma dərəcəsi, zəhərlilik, səs-küylük, titrəmə, tozlanma), antropometrik (insan bədəninin ölçüsünə və formasına uyğunluq), fizioloji, psixoloji və bu kimi halları göstərmək olar.