
- •Beynəlxalq kommersiya işi
- •Mövzu 1: Beynəlxalq ticarət əməliyyatlarının iqtisadi mahiyyəti Plan:
- •1. Giriş
- •2. Beynəlxalq ticarətin sürətli inkişafı beynəlxalq iqtisadi münasibətlərin əsas cəhəti kimi
- •3. Beynəlxalq ticarət kursunun predmeti və metodu
- •4. Beynəlxalq ticarət əməliyyatlarının mahiyyəti
- •Beynəlxalq ticarət kursunun digər fənlərlə vəhdəti
- •İstifadə olunan ədəbiyyat:
- •Mövzu 1.2: Beynəlxalq ticarət əməliyyatlarının iqtisadi mahiyyəti Plan
- •2. Beynəlxalq ticarət sövdələşmələri: anlayışı, məzmunu, mahiyyəti
- •3. Beynəlxalq ticarət əməliyyatlarının subyekti olan kontragentlərin təsnifatı
- •1. Təsərrüfat fəaliyyətinin növünə və iş xarakterinə görə onlar aşağıdakı kimi fərqləndirilir.
- •2. Hüquqi mövqelərinə görə firmaların təsnifatı.
- •3. Mülkiyyət xarakterinə görə firmalar.
- •5. Sahibkarlıq ittifaqı.
- •6. Xarici bazara çıxış hüququ olan dövlət orqanları və təşkilatları.
- •7. Dünya bazarında malların və xidmətlərin beynəlxalq alqı- satqısı üzrə kontragentlər sifətində çıxış edən bmt sisteminin ixtisaslaşmış idarələri.
- •Mövzu 2: Bazar mahiyyəti, məzmunu və tədqiqi Plan
- •2.Mallar: malların təsnifatı prinsipləri, malın texniki- iqtisadi göstəricilərinin səciyyəvi xüsusiyyətləri.
- •6. Estetik göstəricilər.
- •7. Ekoloji göstəricilər.
- •3. Malın keyfiyyəti və rəqabətə tablılığı.
- •Mövzu 2.2: Bazar: mahiyyəti, məzmunu və tədqiqi Plan
- •2. Bazarda rəqib firmaların fəaliyyətinin öyrənilməsi
- •3. Bazarda alıcı firmanın öyrənilməsi
- •4. Bazarın nəqletmə, hüquqi və ticarət- siyasi şəraitinin öyrənilməsi
- •5. Bazar tədqiqinin aparılması metodları
- •Mövzu 3: İdxalat–ixracat əməliyyatları və beynəlxalq ticarət sövdələşmələrinə hazırlıq Plan
- •2. İdxal-ixrac əməliyyatları sistemində gömrük tarif tənzimi
- •3. İdxal- ixrac əməliyyatlarının lisenziyalaşdırılması. Gömrük vergiləri və rüsumları
- •I. Gömrük ödənişlərinin təsnifatı
- •II. Gömrük rüsumları
- •III. Gömrük orqanları tərəfindən alınan dolayı vergilər
- •IV. Müsadirə olunmuş malların satışından alınan vəsait
- •V. Digər vergilər
- •VI. Gömrük ödənclərinin vahid dərəcəsi
- •4. İdxalat–ixracat əməliyyatlarının uçotu və onun unifikasiyası
- •5. Birbaşa əlaqələr şəraitində beynəlxalq ticarət sövdələşmələrinə hazırlıq
- •İdxalat sövdələşmələrinə hazırlaşma üsulları:
- •Mövzu 4: Beynəlxalq alqı-satqı kontraktları ( müqavilələri) Plan
- •2. Alqı-satqının ümumi şərtləri
- •3. Beynəlxalq alqı-satqı kontraktlarının mahiyyəti və strukturu
- •4. Müqavilənin bazis şərtləri ( İnkoterms)
- •5. Beynəlxalq alqı-satqı kontraktlarının növləri və xüsusiyyətləri
- •Mövzu 5: Beynəlxalq alqı-satqı kontraktlarının icra edilməsinin təşkili Plan
- •2. Müqavilə icrasının rəsmiləşdirilməsi üzrə xarici ticarət sənədləri
- •3. Müqavilə icrasının rəsmiləşdirilməsi üçün nəqliyyat sənədləri
- •4.Müqavilə icrasının rəsmiləşdirilməsi üçün gömrükxana sənədləri
- •6. Beynəlxalq ticarət qaydalarının sadələşdirilməsi üzrə işçi qrupunun funksiyaları
- •Mövzu 6: Beynəlxalq qarşılıqlı ticarət əlaqələri Plan
- •2. Beynəlxalq qarşılıqlı sazişlərin ( razılaşmaların) növləri
- •Mövzu 7: Dünya bazarında ticarət-vasitəçi fəaliyyəti Plan
- •2. Ticarət–vasitəçi ilə bağlanılan müqavilənin əsas şərtləri
- •3. Ticarət-vasitəçi əməliyyatlarının təşkilati formaları
- •4. Ticarət–vasitəçi firmaların fəaliyyət xüsusiyyətləri
- •Mövzu 8: Beynəlxalq birjalarda, hərraclarda və torqlarda ticarət və alıb-veriş əməliyyatlarının təşkili Plan
- •2. Beynəlxalq hərraclar. Beynəlxalq hərrac ticarətinin təşkilatı formaları
- •3. Beynəlxalq torqlar. Beynəlxalq torqların keçirilməsi şərtləri
- •4. Torq iştirakçılarına təkliflərin təqdimi. Torqun təşkilatçıları və iştirakçıları
- •Mövzu 9: Beynəlxalq ticarət və alış-veriş işində reklam, sərgilər, yarmarkalar və texniki xidmətlər
- •Ticarət və alış-veriş məqsədilə reklamın məzmunu
- •Reklamın əsas vasitələri
- •Dövrü mətbuatda və arayış kitabçalarında reklam vasitələri
- •2. Reklamın həyata keçirilməsinin təşkilatı formaları.
- •3. Mal nişanı və onlardan reklam məqsədilə istifadə
- •Mal nişanı qarşısında qoyulan tələblər.
- •Mal nişanlarının qeydə alınması qaydası
- •4. Beynəlxalq sərgilər və yarmarkalar. Beynəlxalq sərgilərdə ( yarmarkalarda) bağlanılan sazişlər
- •5. Sərgi və yarmarkaların təşkili və tənzimlənmə fəaliyyəti
- •Mövzu 10: Beynəlxalq texnologiya, elmi-texniki biliklər və lisenziya mübadiləsinin metodoloji əsasları Plan
- •2. Elmi–texniki biliklər ticarətinin xüsusiyyətləri
- •3. Lisenziyalar və beynəlxalq lisenziyalaşdırma
- •Lisenziya
- •4. Beynəlxalq lisenziyalar ticarətinin xüsusiyyətləri
- •Müasir şəraitdə beynəlxalq lisenziyalaşdırma
- •5. Beynəlxalq lisenziya mübadiləsi sazişlərinin növləri və məzmunu
- •Beynəlxalq lisenziya sazişinin məzmunu
- •6. Beynəlxalq lisenziya ticarətinin təşkili
- •Beynəlxalq lisenziyalaşdırma bölməsi
- •İxtisaslaşmış firmalar
- •Lisenziya və patent agentləri
- •Mövzu 11: Beynəlxalq mühəndis–tikinti xidmətləri mübadiləsi Plan
- •2. Mühəndis–texniki xidmətlərin verilməsinə (satılmasına) dair beynəlxalq müqavilələrin əsas şərtləri
- •3. Müqavilənin predmeti və qüvvədə olması müddəti.
- •4. Məsləhətçilik xidmətlərinin başlanması və bitməsi müddətləri.
- •3. Beynəlxalq mühəndis-texniki xidmətlər mübadiləsinin təşkili
- •İxtisaslaşmış injinirinq firması
- •Mövzu 12: Beynəlxalq icarə əməliyyatları Plan
- •Beynəlxalq icarənin növləri
- •2. Beynəlxalq icarə müqavilələrinin əsas şərtləri
- •5. Lizinq müqavilələrinin ləğv edilməsi qaydası
- •Qəbuletmə protokolu
- •Cari icarə müqaviləsinin əsas şərtləri
- •3. Müasir şəraitdə beynəlxalq ticarətin xüsusiyyətləri və icarə əməliyyatlarının təşkilatı formaları
- •4. Beynəlxalq icarə əməliyyatlarının təşkilatı formaları
- •Beynəlxalq kommersiya işi
Mövzu 2: Bazar mahiyyəti, məzmunu və tədqiqi Plan
Bazar və onun tədqiqinin metodoloji əsasları: bazar anlayışı, bazarın növləri
Mallar: malların təsnifatı prinsipləri, malın texniki-iqtisadi göstəricilərinin səciyyəvi xüsusiyyətləri
3. Malın keyfiyyət və rəqabətə tablılığı
1. Bazar və onun tədqiqinin metodoloji əsasları: bazar anlayışı, bazarın növləri
Bazar anlayışı. Bazar anlayışına və onun təsnifatına dair bu gün müxtəlif fikirlər söylənilir: bazar - mübadilə dairəsaində daim təkrarlanan alqı – satqı aktlarının məcmuyudur; bazar – tədavül sferasında insanlar arasında iqtisadi münasibətlərdir; bazar- məhsul istehsalçıları ilə istehlakçıları arasında iqtisadi münasibətləri xarakterizə edir; bazar – istehsal olunan nemətlərin sərbəst ekvivalent mübadiləsidir; bazar- mübadilə kateqoriyasıdır. Qərbdə isə deyirlər: bazar- təklif və tələbin birləşməsidir; bazar- malların alqı- satqısında qarşılıqlı əlaqədə olan insanlar arasında iqtisadi əlaqələr formasıdır və s. bu deyimlərdə müəyyən bir həqiqət vardır. Lakin, göründüyü kimi bir tərəfdən bu təriflərin hamısı bilavasitə ticarətə aiddir, digər tərəfdən bazar heç bir iqtisadi münasibətlər məcmuyu deyil, əksinə, bu münasibətlərin baş verdiyi həm həddi- hüdudu görünməyən məkan, həm də konkret yer ola bilər. Göstərilən, alqı- satqı prosesləri , yaxud iqtisadi münasibətlər, o cümlədən , malların (istehsal vasitələri, kənd təsərrüfatı məhsulları, istehlak şeyləri və s.) alqı- satqısı, qiymətli kağızların, valyutanın, biliklərin və elmi-texniki fəaliyyətin nəticələrinin , patentlərin, elmi- texniki layihələrin və sairənin hamısı məhz həmin məkanda , yaxud məkanlarda baş verməklə ticarətin mahiyyətini şərtləndirir. Nəticə etibarilə məhz bu məkan, yaxud məkanlar məcmuyu elliklə bazar adlandırılmış və bu, ümumiyyətlə, təkcə insanlar arasında deyil,bütövlükdə fiziki və hüquqi şəxslər (subyektlər)arasındakı iqtisadi münasibətlər həmin məkanda – bazarda baş verdiyinə görə “bazar”, “ bazar iqtisadiyyatı” terminləri kimi qəbul edilmişdir. Beləliklə, bazar mal təsərrüfatının ümumi iqtisadi kateqoriyası kimi, mal mübadiləsi (mal tədavülü) sferasını təşkil edir. Bazar mexanizminin əsas ünsürləri olan tələb, təklif və qiymət isə qarşılıqlı əlaqədə olmaqla vahid bir mexanizmdir. Bazarda mallara olan tələbat, tələb ən düzgünü isə tədiyyə qabiliyyətli tələb formasında çıxış edir və əsasən malların qiymətindən və alıcılıq qabiliyyətindən asılı olur. Çünki mal
( təklif) pul münasibətləri ilə bağlı olduğu üçün bütün tələbatı tam dolğunluğu ilə ödəyə bilmir, ancaq onun pul ekvivalentliyi ilə təmin olunmuş hissəsini ödəyir.
Bazarın öyrənilməsində (tədqiqində) mühüm şərt təhlil obyektinin düzgün seçilməsidir. Bununla bağlı bazarın təsnifatının düzgün müəyyənləşdirilməsi də əsas şərtdir. Bunun əsasını isə mal mübadiləsinin və onun əhatəetmə hüdudlarının xarakterik prinsiplərini mükəmməl bilmək təşkil edir. Mal mübadiləsinin xarakteri dedikdə isə mübadilənin obyekti və mübadilədə iştirak edənlər arasında iqtisadi münasibətlər başa düşülür. Həmin prinsipə uyğun olaraq bazar aşağıdakı qaydada təsnifləşdirilir:
1.Mübadilə obyekti kimi malın sahəvi mənsubiyyətinə görə bazarlar. Bununla bağlı bazar ya həmin malın, yaxud mallar qrupunun adı ilə adlanır. Məsələn,neft bazarı, maşın bazarı, mal-qara bazarı, ayaqqabı bazarı, ət bazarı, ətriyyat malları bazarı, qənd bazarı və s.
2.Alqı- satqı (mübadilə) obyektinə və onun əhatə etdiyi hüdudlara görə bazarlar. Bu baxımdan mal bazarları ölkə və məhəlli (regional) bazarlar kimi fərqləndirilir. Məsələn, Azərbaycanın neft məhsulları bazarı, keçmiş Yuqoslaviyanın ayaqqabı bazarı, Fransanın məişət elektro-texnika bazarı, Kanadanın taxıl bazarı, Şərq ölkələrinin çay bazarı, Qərbi Avropa ölkələrinin avtomobil bazarı və s.
3.Beynəlxalq mal mübadiləsi sferasına və mübadilə obyektinin sahəvi mənsubiyyətinə görə bazarlar. Bu, bilavasitə dünya bazarlarına aiddir. Bu bazarın obyekti konkret maldan, yaxud mallar qrupundan ibarət olur. Dünya mal bazarlarını milli bazarların böyük bir qrupu, yaxud bütövlükdə onların məcmuyu əmələ gətirir. Dünya bazarlarının əsasını beynəlxalq əmək bölgüsü təşkil edir. Dünya taxıl bazarı, dünya neft bazarı, dünya əsaslı- tikinti quraşdırma bazarı (məsələn, Bakı-Ceyhan kəməri tikintisi və onun quraşdırılması) və sair bu qəbildən olan bazarları misal göstərmək olar.
4.Alqı-satqı (mübadilə) münasibətlərinin milli hüdudlarına (sərhədlərinə) görə bazarlar. Buraya konkret bir ölkənin daxili və xarici bazarlarını qeyd etmək olar. Məsələn, Azərbaycan Respublikasının milli bazarı, Gürcüstanın xarici ticarəti (bazarı), Məmləkətin daxili (milli) bazarı, hansı ki alqı-satqı əməliyyatları (mal mübadiləsi sferası) onların sərhədlərilə məhdudlaşır. Xarici ticarəti( bazara) isə milli hüdudlardan (sərhədlərindən) kənara çıxarılan mal tədavülü sferasının hamısını əhatə edir.
5.Alqı- satqı obyektinin xarakterinə görə bazarlar. Bu cür bazarlar belə fərqləndirilir: mallar və xidmətlər bazarı; kapital bazarı; işçi qüvvəsi bazarı (mütəşəkkil və qeyri- mütəşəkkil); qiymətli kağızlar bazarı və s.
6.Tələb və təklifin xarakterinə və səviyyəsinə görə bazarlar. Burada alıcı bazarı və satıcı bazarı qarşı–qarşıya durur. Tələb çox, təklif isə ona nisbətən az olduqda həmin bazar təklif bazarı kimi təzahür edir və əksinə, bazarda təklif çox olduqda, o, tələb bazarıadlanır. Hər iki halda tərəflərdən ancaq biri həmin malın qiymət səviyyəsini diktə edəcəkdir.
7.Satıcı və alıcının qarşılıqlı münasibətlərinin xarakterinə görə bazarlar. Bu halda bazar 3 növ olur: azad (açıq) bazar; örtülü (qapalı ) bazar; tənzimlənmiş bazar.
Azad bazarda kontragentlər arasında ticarət sazişləri bağlamaq üçün məhdudiyyətlər olmur. Buna görə də müxtəlif mallar üzrə ticarətdə azad bazarın xüsusi çəkiləri də müxtəlif olur. Məsələn, hazırki şəraitdə dünya neft bazarında azad bazarın xüsusi çəkisi 70%, dəmir filizi bazarında 30%, qənd bazarında 28% təşkil edir.
Örtülü (qapanmış) bazar dedikdə, şirkətdaxili mal bazarları nəzərdə tutulur. Tənzimlənən bazar isə ayrı-ayrı mal bazarının (məsələn, qəhvə bazarının, kauçuk bazarının və s.) sabitləşdirilməsinə yönəldilən beynəlxalq mal razılaşmalarının (sazişlərin) təsiri altına düşən bazarlar kimi başa düşülür.
Tənzimlənmiş bazar hər iki subyekt (alıcı və satıcı, istehlakçı və istehsalçı) tərəfindən dövlətin hüquqi qanunlarına, xüsusən bazara, tcarətə, istehlakçıya və istehsalçıya dair qanunlara tam dolğunluqla riayət olunan (əməl edilən) bazara deyilir. Belə olduqda dövlətin bazara müdaxilə edilməsinə ehtiyac qalmır.
8. Mal mübadiləsinin alqı- satqısının metodları və obyektlərinə görə bazarlar. Burada əsasən beynəlxalq vasitəçi bazarlar nəzərdə tutulur ki, bunlar da mal birjalarından, hərraclardan və torqlardan ibarətdir. Bu növ bazarlar (birja, hərrac, torq) onların iştirakçılarının tərkibindən və təşkilatçısından asılı olaraq yerli, milli və beynəlxalq tipli xarakter daşıyırlar.