
- •Beynəlxalq kommersiya işi
- •Mövzu 1: Beynəlxalq ticarət əməliyyatlarının iqtisadi mahiyyəti Plan:
- •1. Giriş
- •2. Beynəlxalq ticarətin sürətli inkişafı beynəlxalq iqtisadi münasibətlərin əsas cəhəti kimi
- •3. Beynəlxalq ticarət kursunun predmeti və metodu
- •4. Beynəlxalq ticarət əməliyyatlarının mahiyyəti
- •Beynəlxalq ticarət kursunun digər fənlərlə vəhdəti
- •İstifadə olunan ədəbiyyat:
- •Mövzu 1.2: Beynəlxalq ticarət əməliyyatlarının iqtisadi mahiyyəti Plan
- •2. Beynəlxalq ticarət sövdələşmələri: anlayışı, məzmunu, mahiyyəti
- •3. Beynəlxalq ticarət əməliyyatlarının subyekti olan kontragentlərin təsnifatı
- •1. Təsərrüfat fəaliyyətinin növünə və iş xarakterinə görə onlar aşağıdakı kimi fərqləndirilir.
- •2. Hüquqi mövqelərinə görə firmaların təsnifatı.
- •3. Mülkiyyət xarakterinə görə firmalar.
- •5. Sahibkarlıq ittifaqı.
- •6. Xarici bazara çıxış hüququ olan dövlət orqanları və təşkilatları.
- •7. Dünya bazarında malların və xidmətlərin beynəlxalq alqı- satqısı üzrə kontragentlər sifətində çıxış edən bmt sisteminin ixtisaslaşmış idarələri.
- •Mövzu 2: Bazar mahiyyəti, məzmunu və tədqiqi Plan
- •2.Mallar: malların təsnifatı prinsipləri, malın texniki- iqtisadi göstəricilərinin səciyyəvi xüsusiyyətləri.
- •6. Estetik göstəricilər.
- •7. Ekoloji göstəricilər.
- •3. Malın keyfiyyəti və rəqabətə tablılığı.
- •Mövzu 2.2: Bazar: mahiyyəti, məzmunu və tədqiqi Plan
- •2. Bazarda rəqib firmaların fəaliyyətinin öyrənilməsi
- •3. Bazarda alıcı firmanın öyrənilməsi
- •4. Bazarın nəqletmə, hüquqi və ticarət- siyasi şəraitinin öyrənilməsi
- •5. Bazar tədqiqinin aparılması metodları
- •Mövzu 3: İdxalat–ixracat əməliyyatları və beynəlxalq ticarət sövdələşmələrinə hazırlıq Plan
- •2. İdxal-ixrac əməliyyatları sistemində gömrük tarif tənzimi
- •3. İdxal- ixrac əməliyyatlarının lisenziyalaşdırılması. Gömrük vergiləri və rüsumları
- •I. Gömrük ödənişlərinin təsnifatı
- •II. Gömrük rüsumları
- •III. Gömrük orqanları tərəfindən alınan dolayı vergilər
- •IV. Müsadirə olunmuş malların satışından alınan vəsait
- •V. Digər vergilər
- •VI. Gömrük ödənclərinin vahid dərəcəsi
- •4. İdxalat–ixracat əməliyyatlarının uçotu və onun unifikasiyası
- •5. Birbaşa əlaqələr şəraitində beynəlxalq ticarət sövdələşmələrinə hazırlıq
- •İdxalat sövdələşmələrinə hazırlaşma üsulları:
- •Mövzu 4: Beynəlxalq alqı-satqı kontraktları ( müqavilələri) Plan
- •2. Alqı-satqının ümumi şərtləri
- •3. Beynəlxalq alqı-satqı kontraktlarının mahiyyəti və strukturu
- •4. Müqavilənin bazis şərtləri ( İnkoterms)
- •5. Beynəlxalq alqı-satqı kontraktlarının növləri və xüsusiyyətləri
- •Mövzu 5: Beynəlxalq alqı-satqı kontraktlarının icra edilməsinin təşkili Plan
- •2. Müqavilə icrasının rəsmiləşdirilməsi üzrə xarici ticarət sənədləri
- •3. Müqavilə icrasının rəsmiləşdirilməsi üçün nəqliyyat sənədləri
- •4.Müqavilə icrasının rəsmiləşdirilməsi üçün gömrükxana sənədləri
- •6. Beynəlxalq ticarət qaydalarının sadələşdirilməsi üzrə işçi qrupunun funksiyaları
- •Mövzu 6: Beynəlxalq qarşılıqlı ticarət əlaqələri Plan
- •2. Beynəlxalq qarşılıqlı sazişlərin ( razılaşmaların) növləri
- •Mövzu 7: Dünya bazarında ticarət-vasitəçi fəaliyyəti Plan
- •2. Ticarət–vasitəçi ilə bağlanılan müqavilənin əsas şərtləri
- •3. Ticarət-vasitəçi əməliyyatlarının təşkilati formaları
- •4. Ticarət–vasitəçi firmaların fəaliyyət xüsusiyyətləri
- •Mövzu 8: Beynəlxalq birjalarda, hərraclarda və torqlarda ticarət və alıb-veriş əməliyyatlarının təşkili Plan
- •2. Beynəlxalq hərraclar. Beynəlxalq hərrac ticarətinin təşkilatı formaları
- •3. Beynəlxalq torqlar. Beynəlxalq torqların keçirilməsi şərtləri
- •4. Torq iştirakçılarına təkliflərin təqdimi. Torqun təşkilatçıları və iştirakçıları
- •Mövzu 9: Beynəlxalq ticarət və alış-veriş işində reklam, sərgilər, yarmarkalar və texniki xidmətlər
- •Ticarət və alış-veriş məqsədilə reklamın məzmunu
- •Reklamın əsas vasitələri
- •Dövrü mətbuatda və arayış kitabçalarında reklam vasitələri
- •2. Reklamın həyata keçirilməsinin təşkilatı formaları.
- •3. Mal nişanı və onlardan reklam məqsədilə istifadə
- •Mal nişanı qarşısında qoyulan tələblər.
- •Mal nişanlarının qeydə alınması qaydası
- •4. Beynəlxalq sərgilər və yarmarkalar. Beynəlxalq sərgilərdə ( yarmarkalarda) bağlanılan sazişlər
- •5. Sərgi və yarmarkaların təşkili və tənzimlənmə fəaliyyəti
- •Mövzu 10: Beynəlxalq texnologiya, elmi-texniki biliklər və lisenziya mübadiləsinin metodoloji əsasları Plan
- •2. Elmi–texniki biliklər ticarətinin xüsusiyyətləri
- •3. Lisenziyalar və beynəlxalq lisenziyalaşdırma
- •Lisenziya
- •4. Beynəlxalq lisenziyalar ticarətinin xüsusiyyətləri
- •Müasir şəraitdə beynəlxalq lisenziyalaşdırma
- •5. Beynəlxalq lisenziya mübadiləsi sazişlərinin növləri və məzmunu
- •Beynəlxalq lisenziya sazişinin məzmunu
- •6. Beynəlxalq lisenziya ticarətinin təşkili
- •Beynəlxalq lisenziyalaşdırma bölməsi
- •İxtisaslaşmış firmalar
- •Lisenziya və patent agentləri
- •Mövzu 11: Beynəlxalq mühəndis–tikinti xidmətləri mübadiləsi Plan
- •2. Mühəndis–texniki xidmətlərin verilməsinə (satılmasına) dair beynəlxalq müqavilələrin əsas şərtləri
- •3. Müqavilənin predmeti və qüvvədə olması müddəti.
- •4. Məsləhətçilik xidmətlərinin başlanması və bitməsi müddətləri.
- •3. Beynəlxalq mühəndis-texniki xidmətlər mübadiləsinin təşkili
- •İxtisaslaşmış injinirinq firması
- •Mövzu 12: Beynəlxalq icarə əməliyyatları Plan
- •Beynəlxalq icarənin növləri
- •2. Beynəlxalq icarə müqavilələrinin əsas şərtləri
- •5. Lizinq müqavilələrinin ləğv edilməsi qaydası
- •Qəbuletmə protokolu
- •Cari icarə müqaviləsinin əsas şərtləri
- •3. Müasir şəraitdə beynəlxalq ticarətin xüsusiyyətləri və icarə əməliyyatlarının təşkilatı formaları
- •4. Beynəlxalq icarə əməliyyatlarının təşkilatı formaları
- •Beynəlxalq kommersiya işi
5. Sahibkarlıq ittifaqı.
Bu ayrı aurı qrup biznesmenlərin birliyidir. Sahibkarlıq ittifaqı firmalardan onunla fərqlənir ki, onların məqsədləri bilavasitə mənfəət götürmək deyil, hökumət orqanlarında həmin ittifaqa daxil olan iş adamı qruplarının maraqlarını təmsil etmək və ixracatın genişləndirilməsində xüsusi sahibkarlara yardım göstərməkdir. Bundan əlavə, ittifaqın rəsmi məqsədi müəyyən ümumsahə dairələri fəaliyyətlərini işləyib hazırlamaq və razılaşdırmaqdır (məsələn, məhsulun standartlaşdırlması, məsləhət xidmətlərinin təşkili, kadr hazırlığı, sahəvi statistikanın aparılması və s.)
Sahibkarlar ittifaqı assosiasiyalar, federasiyalar, sovetlər və bu kimi s. formalarda yaradılır. Formal cəhətdən bazara və qiymətlərə təsiretmə məqsədi güdmürlər. Lakin təcrübədə onlar kartel funksiyalarını yerinə yetirirlər, bəzi hallarda isə nəinki təsir sferasını diktə etməklə, yaxud bölüşdürməklə, hətta ittifaqın iştirakçılarına kvotlar qoymaqla onların istehsal və ticarət məsələlərinə müdaxilə edirlər.
Yuxarıda qeyd edildiyi kimi, sahibkarlar birliyinin çoxu beynəlxalq ticarət əməliyyatları keçirmirlər və deməli, xarici bazarlarda kontragent sifətində çıxış etmirlər, bəzi dünya regionlarından, o cümlədən Skandinaviya ölkələrindən, Zaqafqaziyadan və bu digər ölkələrdən başqa. Fəqət, bu qəbildən onlar bir neçə ölkənin sahəvi sahibkarlar ittifaqı, o cümlədən Finlandiyanın, Fransanın, Kanadanın müvafiq ittifaqları inhisar vəziyyətində olduqları məhsullar üzrə geniş miqyaslı ixracatçı kimi kontragent sifətində də fəaliyyətdə bulunurlar. Buraya meşə materialları ixracatçısı Finlandiyanı aid etmək olar. Bunlardan “Kağız və karton istehsal edən Finlandiya fabrikləri ittifaqı” nı , Finlandiya “ Meşə taxta–şalban zavodları sahibkarlar ittifaqı” nı, “İsveçrə kağız fabrikləri birliyi” ni və s. göstərmək olar.
6. Xarici bazara çıxış hüququ olan dövlət orqanları və təşkilatları.
Dövlət orqanları (nazirliklər, idarələr) və təşkilatları dünya bazarında çıxış edən kontragentlərin üçüncü kateqoriyasına aid edilirlər. Dövlət firmalarından fərqli olaraq , onlar bir qayda olaraq, ticarət mnəqsədləri güdürlər. Dünya bazarında ticarət əməliyyatlarında ancaq öz ölkəsinin razılığını alan dövlər orqanları və təşkilatları iştirak edə bilərlər. Xarici bazara çıxış hüququ olan ən çox dövlət təşkilatları inkişaf etmiş ölkələrdədir. Məsələn, Argentinada taxıl - Taxıl Milli Komitəsi, ət- Ət üzrə Milli Komitə vasitəsilə həyata keçirilir. Həmin ölkənin sosial təminatı və ictimai səhiyyə nazirliyi tibbi dərmanların, alətlərin və avadanlığın 80%-ni öz ölkəsinə idxal edir. Xarici bazarda çıxış edən dövlət orqanlarının xeyli hissəsi Misir Ərəb Respublikasından, Əlcazairdən, Şri-Lankadan və bu kimi s. inkişaf etmiş Şərq ölkələrindəndir.
Qeyd etmək lazımdır ki, xarici ölkələrə çıxış hüququ olan məmləkətlər elmi- texniki, icarə və bu kimi digər ticarət əməliyyatlarında iştirak edirlər.
7. Dünya bazarında malların və xidmətlərin beynəlxalq alqı- satqısı üzrə kontragentlər sifətində çıxış edən bmt sisteminin ixtisaslaşmış idarələri.
BMT sisteminin Kontragentlər sifətində çıxış edən bu idarələr dünya bazarında kifayət qədər iri alıcı sifətində çıxış etməyə başladılar. Məsələn, investisiya obyektlərinin tikintisini həyata keçirən təşkilatlar sırasına PROON və YUNİDO kimilərini aid etmək olar.
PROON 1966-cı ildən fəaliyyət göstərir. Onun çoxcəhətli iqtisadi və texniki yardım göstərmək üzrə xüsusi əməli fəaliyyəti maliyyələşdirmək fondu vardır. Onun maliyyələşdirmə fondu BMT çərçivəsində texniki əməkdaşlıq sistemi iştirakçıları olan dövlətlərdən alınan könüllü üzvlük haqqı hesabına yaradılır. PROON həmin sistem üzrə texniki yardımın həcmini və istiqamətlərini tənzimləyən əsas orqan hesab edilir. Onun pul fondu texniki yardım alan ölkələr arasında bölüşdürülür. PROON texniki yardımı innovasiya işlərinin aparılması ərəfəsində həyata keçirir, tikintisi isə yardım alan ölkənin hesabına ödənilir. Lakin son zamanlar PROON bir sıra inkişaf etmiş ölkələrdə iri sənaye obyektlərinin tikintisini 10 mlyn.dollardan artıq məbləğlə özü maliyyələşdirməyə və təşkil etməyə başlamışdır.
Çox hallarda layihələrin bilavasitə icraçısı sifətində BMT sisteminin digər ixtisaslaşdırılmış təşkilatları da çıxış edirlər, o cümlədən:
YUNİSEF - Uşaq fondu;
PROON – İnkişaf proqramı;
FAO - Beynəlxalq Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı;
YUNİDO- Sənaye inkişaf təşkilatı;
YUNKTAD – Ticarət və inkiaf üzrə konfrans;
YUNEP - Ətraf mühitin qorunması proqramı;
YUNESKO – Təhsil, elm və mədəniyyət məsələləri üzrə təşkilat;
MOT – Beynəlxalq əmək təşkilatı.
Dünya ölkələri üzrə xarici ticarət fəaliyyətini tənzimləyən beynəlxalq təşkilatlar bir- birindən fərqlənən bir çox vacib funksiyaları yerinə yetirirlər. Bu təşkilatların strukturunun sxemi aşağıda verilmişdir (Şəkil 1)
Ümumdünya Ticarət Təşkilatı (ÜTT) - 1947-ci ildə Cenevrədə ABŞ da daxil olmaqla 23 ölkənin iştirakı ilə QATT (General Agrecment on Tariffs and Trade) Ticarət və Tariflər haqqında Baş sazişin imzalanması ilə yaradılmış və 1944-cü ildən bu təşkilat Ümumdünya Ticarət Təşkilatı (ÜTT) adı altında fəaliyyət göstərir.
Bu gün ÜTT – dünya ticarətinin 85%-ni əhatə edən 150–dən artıq ölkəni özündə birləşdirən bir təşkilat olmuşdur. Azərbaycan Respublikası 1997- ci ildən Ümumdünya Təşkilatında müşahidəçi statusu ilə iştirak edir.
Şəkil 1
AİB (Avropa İqtisadi Birliyi) – 1957-ci ildə yaradılmışdır. Roma müqaviləsinə əsasən, bu təşkilata 6 Qərbi Avropa ölkəsi daxil edilmişdir. Sonrakı inkişaf prosesində üzv ölkələrin sayı 15 ə çatmışdır. Aİ–nin fəaliyyəti nəticəsində artıq 60-cı illərdən bəri bu ölkələr arasında vahid kömrük ittifaqı yaradılmış, üçüncü ölkəyə münasibətdə vahid kömrük tarifi müəyyənləşdirilmiş, kömrük rüsumları və qarşılıqlı ticarətdə kəmiyyət məhdudiyyətləri ləğv edilmişdir. Bu ölkələrdə faktiki olaraq vahid maliyyə sistemi fəaliyyət göstərir. Belə ki, Aİ ölkələrində hər biri bu və ya digər ölkələrdə özlərinin kommersiya banklarının filiallarını açmaq iqtidarındadırlar. 1999- cu ilin yanvar ayının birindən bu ölkələrdə vahid valyuta “ avro” tətbiq edilməyə başlamışdır.
BVF (Beynəlxalq Avlyuta Fondu) – 22 iyun 1944-cü ildə Bretton-Vudsda ( ABŞ-da) yaradılmış, beynəlxalq ticarətin və valyuta sahəsində əməkdaşlığın inkişafına təsir göstərən dövlətlərarası valyuta- kredit təşkilatı kimi fəaliyyət göstərir.Azərbaycan 18 sentyabr 1992-ci il tarixdən BVF-nin üzvüdür.
BYİB (Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı) – 1944- cü ildə Bretton-Vuds müqaviləsi əsasında yaradılmışdır. BYİB inkişaf etməkdə olan ölkələrdə inkişafın investisiya proqramının həyata keçirilməsi üçün köməklik etmək məqsədi ilə həmin ölkələrə vəsait təklif edir. BYİB dövlətlərarası maliyyə-kredit təşkilatı kimi aşağıdakıları həyata keçirir:
beynəlxalq ticarətin inkişafına təsir göstərir;
ödəniş balanslarını dəstəkləyir;
ölkələrin iqtisadi inkişafını stimullaşdırır.
BYİB–nin üzvləri yalnız o dövlətlər ola bilər ki, hansı ki onlar əvvəlcədən BVF-nin üzvü olsunlar. 1999-cu ilin məlumatına görə, BYİB–nin sıralarına 180-dən çox dövlət daxil olmuşdur. Azərbaycan 1992-ci ildən bu təşkilatın üzvüdür.
İƏİT (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) – 1948- ci ildə Avropada müharibə illərindən sonra “Marşall Planı” adı altında amerikanların iqtisadi və maliyyə köməklərindən səmərəli istifadə etmək məqsədilə yaradılmışdır. Faktiki olaraq İƏİT 1961-ci il müvafiq konvensiyanın imzalanmasından sonra təşkil olunmağa başlamışdır. İƏİT-nin əsas məqsədlərinə aşağıdakıları aid etmək olar:
optimal iqtisadi inkişaf yollarının axtarılmasına təsir göstərmək;
üzv olan ölkələrdə maliyyə möhkəmliliyini qoruyub saxlamaqla əhalinin yaşayış səviyyəsini qaldırmaq və məşğulluğunu artırmaq;
üzv olan ölkələrin siyasi koordinasiyası vasitəsilə İƏİT regionunda sosial və iqtisadi nailiyyətlərə nail olmaq;
Avropa postsosialist və inkişaf etməkdə olan ölkələrə İƏİT-in üzv dövlətlərinin köməklik etməyə razılıqları.
Hal-hazırda 30-dan artıq dövlət İƏİT-in üzvüdür.
BMT- nin YUNKTAD ( BMT- nin Ticarət və İnkişaf üzrə Konfransı) – BMT-nin Baş Assambleyasının orqanı olmaqla Beynəlxalq Ticarət Təşkilatı statusuna malik deyildir. Bu təşkilat 1964-cü ildə yaranmış və artıq onun 170-dən çox üzv- ölkəsi vardır. Təşkilatın əsas məqsədi:
beynəlxalq ticarətin inkişafına təsir göstərmək;
ölkələrarası bərabərhüquqlu qarşılıqlı mənafe baxımından əməkdaşlığa nail olmaq;
beynəlxalq iqtisadi münasib\tlərin funksiyalaşdırılması sahəsində müxtəlif təkliflər işləyib hazırlamaq.
Bu təşkilatın əsas ali idarəetmə orqanı ticarət və inkişaf üzrə şuradır ki, bunun da tərkibinə 6 komitə daxil edilir.
NİÖT (Neft İxrac edən Ölkələr Təşkilatı) – dövlətləarası iqtisadi-siyasi təşkilat olub, 1960- cı ildə Bağdad konfransında yaradılmışdır. Bu təşkilatın əsas nizamnaməsi 5 il keçdikdən sonra Karakasda qəbul edilmişdir. NİÖT aşağıdakı əsas məqsədləri həyata keçirir:
üzv ölkələrin neft siyasətinin koordinasiyasını və unifikasiyasını;\
iştirakçı dövlətlərin maraqlarını qorumaq məqsədi ilə bir qədər səmərəli şəxsi və kollektiv vəsaitlərin təyini;
dünya neft bazarında qiymətlərin dəyişilməməzliyinin qorunub saxlanılması üçün yolların axtarılıb tapılması;
neft istehsal edən ölkələrin gəlirlərinin möhkəmliliyini təmin etmək;
ətraf mühitin hərtəfərli qorunması üzrə tədbirlərin keçirilməsi.
Müasir dövrdə NİÖT- un tərkibinə 12 dövlət daxildir: Əlcəzair, Venesuela, Qabon, İndoneziya, İraq, İran, Qatar, Küvüyt, Liviya, Nigeriya, BƏƏ , Səudiyyə Ərəbistanı.
BİA (Beynəlxalq İnkişaf Assosiasiyası) – 1960-cı ildə xüsusi olaraq inkişaf etməkdə olan BYİB–nin üzv ölkələrinə güzəştli şərtlərlə kreditlər və istiqrazlar vermək məqsədilə yaradılmışdır. Assosiasiyanın 4 əsas maliyyə mənbəyi vardır:
BYİB–nin mənfəəti;
üzv ölkələrin üzvlük haqları;
Imkanlı üzv ölkələrin xüsusi üzvlük haqları;
əvvəl verilmiş kreditlərin qaytarılması.
3 ildə bir dəfə kreditor ölkələr qrupu , hansı ki, 34 ölkəni özündə birləşdirir, Assosiasiyaya əlavə vəsaitlər cəlb etmək məqsədilə özlərinin səlahiyyətli nümayəndələrini bir yerə yığaraq məsləhətləşmələr keçirirlər.
BAM (Beynəlxalq Arbitraj Məhkəməsi) – 1923-cü ildə Paris şəhərində təsdiq edilmişdir. Bu məhkəmənin qərarları məcburi xarakter daşımasa da , burada 1998-ci ildə beynəlxalq ticarətə aid olan 8 mindən çox işə baxılmışdır.
BMK (Beynəlxalq Maliyyə Korporasiyası) – BMT-nin xüsusiləşdirilmiş təşkilatı olub, BYİB–nin qrup üzvü keyfiyyətində iştirak edir. Hazırda 160-dan çox dövlət bu korporasiyanın üzvüdür. 1993-cü ildən başlayaraq korporasiya regional strategiyalar işləyib hazırlayır, icra işlərini təkmilləşdirir ( xüsusən də, neft, qaz, kimya sənayesi və s.)
Müasir dövrdə BMK–nin kapitalı 700 milyrd dollar həcmində qiymətləndirilir ki, bunun da əsasını iştirakçı ölkələrdən üzvlük haqqı, BYİB–nin kreditləri, mənfəətdən ayırmalar və həcminin geri qaytarılan kreditlər və s. vəsaitlər təşkil edir.
GƏŞ (Gömrük Əməkdaşlıq Şurası) – daimi fəaliyyət göstərən beynəlxalq qeyri- hökumət təşkilatı olub, Beynəlxalq Konvensiyaya uyğun olaraq 1950-ci ildə yaradılmışdır) faktiki olaraq 1952-ci ilin noyabr ayından fəaliyyətə başlamışdır). Hal- hazırda 120–dən artıq dövlət bu şuranın üzvüdür. Şuranın əsas vəzifəsi aşağıdakılardan ibarətdir:
kömrük qaydalarının unifikasiyası və təkmilləşdirilməsi;
kömrük əməliyyatlarının təkmilləşdirilməsi;
kömrük sahəsində qaydaların müəyyənləşdirilməsi üzrə beynəlxalq əməkdaşlıq ;
malların kömrük məqsədi ilə qiymətləndirilməsi konvensiyası;
kömrük nomenklaturrası üzrə konvensiya.
Öz fəaliyyəti dövründə Şura iştirakçı ölkələr üçün bir çox məsələlər üzrə təkliflər hazırlayır ki, bunların da hər biri müasir beynəlxalq kömrük qaydalarına əməl olunmasına xidmət edir.
AATA (Avropa Azad Ticarət Assosiasiyası) – Qərbi Avropanın AİB-dən sonra ən böyük ticarət–itisadi qrupudur. O, 1960-cı ildə Stokholm konfransının işinin nəticəsində yaranmış və aşağıdakı vəzifələri yerinə yetirir:
təcili olaraq sənaye malları üzrə azad rəqabət zonalarının formalaşdırılması;
iqtisadi fəallığın hərtərəfli inkişafı;
təbii sərvətlərdən və resurslardan daha səmərəli istifadəni;
iqtisadiyyatın bütün sahələrində əmək məhsuldarlığının yüksəldilməsi və s.
Bu gün assosiasiyanın daimi üzvləri İslandiya, Norveç və İsveçrə,eləcə də Aİ- nə daxil olan ölkələr təşkil edir. Beləliklə, assosiasiya müasir dövrdə region üzrə ticarət- iqtisadi qrupunu yaradır.
BTP (Beynəlxalq Ticarət Palatası) – qeyri-hökumət beynəlxalq təşkilatı olmaqla, 1919-cu ildə yaranmış və özündə 100-dən artıq ölkəni birləşdirir. BTP–nin əsas fəal iştirakçılarına milli sahibkarlıq federasiyasını, işgüzar dairələrin nümayəndələrini, kompaniya rəhbərlərini aid etmək olar. Palatanın baş gərargahı Parisdə, filialları isə Cenevrədə və Banqkokda yerləşir. Palatanın əsas orqanı Konqresdir.