Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Bynxlqticrt.doc
Скачиваний:
1
Добавлен:
01.05.2025
Размер:
755.2 Кб
Скачать

2. Hüquqi mövqelərinə görə firmaların təsnifatı.

Firmanın hüquqi mövqeyi öz məmləkətinin ticarət və mülki qanunları ilə müəyyən edilir. Bu da hökmən qeydiyyatdan keçir və “hüquqi şəxs” statusu alır. Xarici kontragentlə saziş bağlayarkən onun statusu və iqtisadi–təsərrüfat hüquqları öyrənilməlidir. Bütün firmalar hüquqi mövqeyinə görə 2 qrupa ayrılır:

  • təkbaşına idarə olunan firma (buraya bir nəfərin və yaxud bir ailənin mülkiyyəti daxildir);

  • sahibkarlıq birliyi firması (bu növ birlik iki və daha çox sahibkardan ibarətdir. Birliyin təşkil olunmasında məqsəd, əvvəla, sahibkarların kapitalını təmərküzləşdirməkdən, ikincisi isə firmanın işinin aparılmasında onların hər birinin iştirakını təmin etməkdən ibarətdir).

Sahibkarlar birliyi firması aşağıdakı növlərə ayrılır:

  • Tam şəriklik əsasında yaradılan firmalar. Bu növ firmalar əsasən geniş yayılmışdır. Kooperativ formasında yaradılır. Əsasən kiçik və orta müəssisələr şəklində iki və daha çox iştirakçıdan ibarətdir.

  • Kommandit yoldaşlığı şərikliyi. Bu da iki, yaxud bir neçə sahibkarı birləşdirir. Bunlardan bir neçəsi şirkətin işinə məsuliyyət daşıyır, qalanları isə ancaq öz “ payı” ilə iştirak edir. Kommanditin bir forması kimi “məhdud məsuliyyətlilik cəmiyyəti” də olur. Onun iştirakçıları kimi, əsasən yaxın və yaxud qohum adamlar nəzərdə tutulur.

  • Səhmdar birliyi. Təşkilati baxımdan onların bəzi fərqləri vardır. Məsələn,ABŞ- da birliyin ( yoldaşlığın) iki növü olur: yoldaşlıq və korporasiya.

İngiltərədə də birliyin iki növü vardır: “ Məhdud məsuliyyətlilik birliyi”, “ Qeyri- məhdud məsuliyyətlilik birliyi”.

3. Mülkiyyət xarakterinə görə firmalar.

Bunlar aşağıdakılardan iarətdir:

- Xüsusi firmalar. Bunlar da müstəqil fəaliyyət göstərir , ya da inhisar birliklərinin tərkibinə daxil olurlar. Inhisar birliklərin məqsəd və təsərrüfat münasibətlərinin xarakterinə görə təcrübədə müxtəlif adlar daşıyır. Məsələn, kartel, sindikat, trest, konsern, xoldinq, maliyyə qrupu və s. bunların xarakterik cəhətlərinə nəzər yetirək:

a) Kartel - bir sahənin firmalarını birləşdirir. Firmalar birgə ticarət siyasəti aparırlar. Məsələn, satışın tənzimi. Kartelin təsərrüfat–maliyyə hüquqları genişdir.

b) Sindikat kartel tipli saziş formalarından biri. Özünün, yəni sindikatın iştirakçılarının (firmalarının ) məhsullarını vahid satış orqanı vasitəsilə həyata keçirir.

c) Trest - əvvəllər müxtəlif sahibkarlara mənsub olan müəssisələr birləşib iri inhisar birliyi yaradırlar. İri istehsal kompleksi təşkil etməklə trestə daxil olan müəssisələr birbaşa əsas şirkətə tabe etdirilir.

d) Konsern - müstəqil müəssisələr birliyidir. Burada müəssisələr iştiraketmə, patent–lisenziya sazişləri, maliyyələşdirmə və bu kimi sıx istehsal münasibətləri ilə bağlıdırlar.

e) Xoldinq – son vaxtlar geniş yayılmışdır. Özləri istehsal (ticarət) fəaliyyəti ilə məşğul olmurlar. Ancaq ona daxil olan müəssisələrin (firmaların) fəaliyyətinə nəzarət edirlər.

ə) Maliyyə qrupu – hüquqi və təsərrüfat müstəqilliyi olam bir neçə sahə müəssisələrini birləşdirir. Məsələn, sənaye-maliyyə; ticarət-maliyyə; nəqliyyat-maliyyə.

4. Kapital və nəzarət mənsubiyyətinə görə firmalar. Bunlar isə aşağıdakı kimi fərqləndirilir:

- milli firmalar;

- xarici firmalar;

- qarışıq firmalar.

5. Fəaliyyət dairəsinə görə firmalar. Bunlar milli , beynəlxalq firmalara ayrılır. Belə firmaların istehsal və ticarət fəaliyyəti bütün xarici ölkələrə yayıla bilər. Öz kapitalına və nəzaət olunmasına görə bu növ firmalar milli olurlar. Onların xaricdəki şəbəkəsi, xüsusən “törəmə-qız” müəssisəsi həm istehsal edir, ticarət işi ilə məşğul olur, həm də “ana” müəssisəni xammal və s. materiallarla təchiz edir. “ Törəmə-qız “ müəssisəsi (firmaları) hüquqi şəxs olurlar.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]