Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Bynxlqticrt.doc
Скачиваний:
1
Добавлен:
01.05.2025
Размер:
755.2 Кб
Скачать

3. Müasir şəraitdə beynəlxalq ticarətin xüsusiyyətləri və icarə əməliyyatlarının təşkilatı formaları

Beynəlxalq icarə əməliyyatlarının durmadan genişlənməsi və ticarətin bu formasının birbaşa satınalma qarşısındakı üstünlüklərindən irəli gələn kompleks səbəblərlə şərtlənir. Cari icarə əməliyyatları ilə maliyyələşdirilən lizinq sazişləri arasındakı fərqləri nəzərə alaraq bu əməliyyatların xüsusiyyətlərinin və ayrılıqda hər birinin əhəmiyyətini nəzərdən keçirmək daha məqsədəuyğun olardı.

Cari icarə əməliyyatları şəraitində onun mühüm üstünlüyü istehlakçı firmalara, xüsusən də kiçik və orta firmalar kömək göstərməkdən, elmi-texniki tərəqqinin sürətli inkişafı şəraitində avadanlığın hədsiz dərəcədə tez köhnəlməsindən özünü sığorta etməkdən ibarətdir.

Cari icarə istehlakçı firma üçün əlverişlidir. Belə ki, ilkin haqqın ödənilməsi bir qayda olaraq avadanlığın işə salınması anından sonra təmin edilir. Bu hal icarə edənə imkan verir ki, icarə verənin ilkin haqqını avadanlığın istifadəsindən əldə etdiyi mənfəət hesabına ödəsin. Cari icarə avadanlığı mövsümi yaxud qısamüddətli artdığı şəraitdə daha əlverişli olur.

Maliyyələşdirilən icarədə lizinq alan bank krediti formasında maliyyələşdirmə formasına nisbətən müəyyən üstünlüklərə malik olur. Bu üstünlüklərə nəzər yetirək:

1) Lizinq alana onun icarə etdiyi avadanlığın dəyərinin tam maliyyələşdirilməsi imkanı verir. Halbuki, kreditlər həmin avadanlığın ancaq 80-85%-ni ödəyə bilir. Ödəniş məbləği ciddi surətdə müqavilədə təsbit etdirilir ki, bu da gələcək məhsul üzrə xərcləri öncədən müəyyənləşdirilməsinə imkan verir.

2) Lizinq ödənişlərinin faizlə ifadə olunan ilkin haqqı bank kreditləri tariflərinə nisbətən aşağıdır.

3) İnflyasiya və pulların ucuzlaşması şəraitində sabit tariflərə əsaslana lizinq ödənişlərinin təmin edilməsi lizinq alan üçün daha əlverişlidir.

4) Maliyyələşdirilən icarə kiçik və orta şirkətlər (firmalar) da daxil olmaqla bütün şirkətlər üçün əlverişlidir.

5) Maliyyələşdirilən icarədə amortizasiya ayırmalarını lizinq sahibi ödəyir; icarə ödəncləri “ümumi məsrəflər” adlanan məsrəflərə əlavə edilir. Bu məsrəflər vergiqoyma üçün ayrılan məbləğdən hesablanır.

6) Lizinq alan lizinq predmetinin satılma, yəni pula çevrilə bilməsi qabiliyyətini özündə saxlayır; ona adi kalkulyasiya təqdim edilir ki, bu da kalkulyasiya ödənişlərini 3 ayda, yaxud da 6 ay müddətinə təmin edilməsinə əsaslanır.

4. Beynəlxalq icarə əməliyyatlarının təşkilatı formaları

Xarakterinə və fəaliyyət dairəsinə , hüquqi vəziyyətinə, mülkiyyət nəzarətetmə xüsusiyyətinə görə beynəlxalq icarə əməliyyatları ilə məşğul olan firmalar məşğuldur. 1980-ci illərdə bu firmaların satı təqribən 4,5 minə çatmışdır. Beynəlxalq icarə əməliyyatlarında aşağıdakı firmaların böyük əhəmiyyəti vardır: ixtisaslaşmış lizinq firmaları; sənaye transmilli korporasiyaların qız lizinq firmaları (şirkətləri); transmilli banklar sistemində lizinq firmalar; lizinq fəaliyyətini həyata keçirən sənaye, tikinti və digər firmalar; vasitəçi lizinq firmaları, lizinq assosiasiyası. Bu göstərilən birinci 3 tip firmada daha əhəmiyyətli olduğuna və geniş yayıldığına görə diqqəti daha çox cəlb edir.

Ixtisaslaşmış lizinq firmalar icarə predmetini uzunmüddətli, ortamüddətli və qısamüddətli icarəyə verməklə məşğul olurlar. Bu firmalar ya dar, ya da kompleks ixtisaslaşmış olurlar (univarsal).

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]