Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Bynxlqticrt.doc
Скачиваний:
1
Добавлен:
01.05.2025
Размер:
755.2 Кб
Скачать

5. Lizinq müqavilələrinin ləğv edilməsi qaydası

Bir qayda olaraq, lizinq kontraktlarında onların pozulması barədə müəyyən müddət qoyulur. Bu müddət bitdikdən sonra tərəflər onun vaxtının uzadılması yaxud ləğv edilməsi haqda razılaşmaya gələ bilər.

Malın göndərilməsi üçün naryad. Bu naryad lizinq sahibinin lizinq alandan sifariş qəbul etməsi barədə maldöndərənə (istehsalçıya) xəbərdarlıq sənədidir. Naryadın üz səhifəsində tərəflərin adı, lizinq kontraktının sıra sayı, lizinq alanın adıalış qiyməti və malgöndərmə şərtləri göstərilir. Bundan əlavə malgöndərən lizinq sahibinə aşağıdakıların göndərilməsini göstərməlidir: naryadın ona çatmasının təsdiqini, lizinq obyekti lizinq alana göndərildikdən sonra iki nüsxədə hesab, lizinqalan tərəfindən imzalanmış təhvil–təslim protokolu, malın qəbulu, prospekt, texniki sənədlər və zəmanətverici talon. Naryadda həmçinin lizinq sahibi ilə malgöndərən arasında tərtib olunmuş protokolun ümumi şərtləri göstərilir. Malgöndərən firma lizinq alan qarşısında məsuliyyət daşıyır və lizinq sahibi ilə lizinq alanın qanuni iddialarına əməl edir.

Qəbuletmə protokolu

Bu sənəd lizinq alan tərəfindən qəbul edilən malın (avadanlığın) yararlı olmasını və qüsursuz işləməsi şəhadətlik edir. Odur ki, lizinq alan protokolda göstərilənlərə əsaslanaraq lizinq sazişi obyektini qəbul etməyə hazır olduğunu bildirir. Lizinq alan təhvil-təslim protokolunda aşkar etdiyi çatışmayan cəhədləri göstərə bilər. Çatışmazlıqların maddi və mənəvi zərərlə bağlı deyilsə, lizinq alan lizinq haqqının hökmən ödəniləcəyi və öhdəliyə təsiri olmayacağını bildirir. Bu halda malgöndərən də təhvil- təslim protokolunda həmin çatışmazlıqların tezliklə aradan qaldırılacağını qeyd edir. Nəticədə təhvil təslim protokolu lizinq alan tərəfindən rəsmiləşdirilir və lizinq sahibi, lizinq alan və malgöndərən tərəfindən imzalanır.

Cari icarə müqaviləsinin əsas şərtləri

Cari icarənin məzmunu ondan ibarətdir ki, tərəflərdən biri - icarəyə verən öhdəçilik götürür ki, o əmlakın (avadanlığın) müvəqqəti istifadəsi üçün onu digər təfərin ixtiyarın averir, digər tərəf icarəyə isə müqavilənin qüvvədə olduğu dövr ərzində istifadə haqqını ödəyir.

Bu tipli icarə müqaviləsinin işlənib hazırlanması ilə bir qayda olraq şirkər idarədar birliyi, yaxud firma məşğul olur. Icarə müqaviləsinin əsas şərtləri aşağıdakılardan ibarətdir:

1) Müqavilənin tərəfləri. Bunlar icarəyə verən və icarəyə götürənlərdir.

2) Müqavilənin predmeti. Bu, ya fərdi nişanələrinə, yaxud da texniki sənədləri ilə (malın, avadanlığın) müəyyənləşdirilir.

3) Müqavilənin fəaliyyət müddəti. Bu icarənin növündən asılıdır. Qısa müddətli icarə- bu ən azı 1 gündür. Orta və uzunmüddətli icarə dövrü müqavilə əsasında müəyyənləşdirilir. Təkrar icarə müqaviləsi isə 5 il müddətinə bağlanılır. Icarə müddəti bitmiş avadanlıq icarə edən tərəfindən satın alına bilər.

4) Ödəniş şərtləri. Burada icarə haqqının forması və miqdarı nəzərdə tutulur. Icarə haqqı ya müqavilənin fəaliyyətdə olduğu bütün müddətə sabit tarif kimi, ya da müqavilə müddətinin uzunluğundan asılı olaraq mütərəqqi aşağıenmə tarifi formasında müəyyənləşdirilir.Əgər avadanlıq (tikinti) onun operatoru ilə birlikdə verilirsə, bu halda operatorun əmək haqqı da icarə haqqına daxil edilir.

5) Tərəflərin hüquq və vəzifələri. Icarəyə verən tərəf borcludur ki, malı və ya avadanlığı saz halda versin və onu istifadə edəni şərtlənmiş vaxt ərzində öyrətsin (təlimatlandırsın). Iş prosesində avadanlıqda nasazlıq baş verdikdə onu icarəyə verən aradan qaldırmalı, lazım gəldikdə ehtiyat hissəsi də verməlidir. Icarəyə götürən isə avadanlığı icarəyə verənin təlimatına əsasən istismar edəcəkdir. O, eyni zamanda borcludur ki, avadanlığın istismarı gedişində aşkar olunan defektlər, nasazlıq haqqında icarəyə verən tərəfə vaxtında xəbərdarlıq etsin.

Avadanlığı icarəyə verənin yazılı icazəsi olmadan icarə edən onu digər subicarə edənə verməsi qəti qadağandır. Əgər icarəyə götürən üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədikdə və yaxud icarə haqqını ödəmədikdə icarəyə verən müqaviləni vaxtından əvvəl ləğv edir və tələb edir ki, icarə predmetini geri qaytarsın.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]