Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Bynxlqticrt.doc
Скачиваний:
1
Добавлен:
01.05.2025
Размер:
755.2 Кб
Скачать

Mövzu 12: Beynəlxalq icarə əməliyyatları Plan

  1. Beynəlxalq icarə əməliyyatlarının mahiyyəti, beynəlxalq icarənin növləri

  2. Beynəlxalq icarə müqavilələrinin əsas şərtləri

  3. Müasir şəraitdə beynəlxalq ticarətin xüsusiyyətləri

  4. Beynəlxalq icarə əməliyyatlarının təşkili formaları

1. Beynəlxalq icarə əməliyyatlarının mahiyyəti, beynəlxalq icarənin növləri

Beynəlxalq icarə əməliyyatları məmulatların digər ölkələrin firmalarına (şirkətlərinə) icarəyə verilməsini nəzərdə tutur. Icarə əməliyyatlarının məzmunu məmulatın bir ölkədəki icarəyə verənin digər ölkədəki icarəyə götürən müştərisinə müəyyən vaxt ərzində istifadə etməsi üçün müəyyən muzd alınmasından ibarətdir.

Bu növ alış-veriş əməliyyatı müvafiq müqavilə əsasında həyata keçirilir. Dəzgaha, avadanlığa və s. bu kimi mallara ehtiyacı olan müştəri – icarəyə götürən ya onu bilavasitə icarəyə verənin anbarından alır, ya da icarəyə götürənin hesabına özü seçdiyi istehsal müəssisəsindən götürür. Alqı-satqı müqaviləsindən fərqli olaraq icarə əməliyyatında icarə verdiyi mala öz mülkiyyətçilik hüququnu itirmir, əksinə, özündə saxlayır.

Öz firmasından yaxud öz ölkəsindən digər milli firmasından satın alıb xarici ölkənin icarəyə götürəninə verilən əməliyyata ixracat icarə əməliyyatı deyilir. Əgər malı icarəyə verən xarici firmadan əldə edib öz vətənindəki icarəyə götürən müştəriyə verirsə, bu növ əməliyyat idxalat icarə əməliyyatı adlanır.

Beləliklə, beynəlxalq icarə əməliyyatının xarakterik cəhəti ondan ibarətdir ki, burada ya icarəyə verən və icarəyə götürən, ya icarəyə götürən və icarə predmetinin istehsalçısı müxtəlif ölkələrdə olmaqla iştirak edirlər. Bəzi hallarda belə də ola bilər ki, beynəlxalq icarə əməliyyatlarının üç iştirakçısının üçü də müxtəlif ölkələrə məxsus olsunlar. Beynəlxalq icarə əməliyyatında eyni zamanda transmilli korporasiyanın xarici qız şirkətlərinin icarə əməliyyatları da aid edilir.

Beynəlxalq icarə əməliyyatının predmeti kimi aşağıdakılar nəzərdə tutulur.

- istehlak təyinatlı mallar, avtomobillər, avtofurqonlar, soyuducular, televizorlar və s.

- kontor (idarə) və poliqrafik avadanlıq, perforasiyon və çeşidləyici maşınlar, rabitə vasitələri.

- hesablama texnikası və informasiyaların işlənilməsi vasitələri, elektron hesablama maşınları, kompüter proqramları (iri EHM üçün onun istismarı idarəetmənin əsas formasıdır).

- nəqliyyat vasitələri (yük maşınları, təyyarələr, vertolyotlar, gəmilər, konteynerlər, xüsusi vaqonlar ).

- qaldırıcı–nəqliyyat və yol-tikinti avadanlığı, yük vuran maşınlar, tikinti maşınları, qaldırıcı kranlar, müxtəlif mexanizmlər.

- ümumi istehsal təyinatlı avadanlıq: standart və unikal (nadir) sənaye avadanlığı, dəzgahqayırma avadanlığı, elektrik və energetika, maşınqayırma, habelə yüngül sənaye üçün avadanlıq.

- daimi avadanlıq, komplekt müəssisələr avadanlığı və s.

Beynəlxalq icarənin növləri

Müddətindən yaxud beynəlxalq təcrübədə sürəkliliyindən (davamından) asılı olaraq icarənin 3 növü fərqləndirilir:

a) uzunmüddətli icarə - 3-5 ilə, avadanlığın bəzi növləri isə 15-20 il müddətinədək icarəyə verilir. Beynəlxalq təcrübədə bu “lirinq” adını almışdır.

b) ortamüddətli icarə - 1 ildən 3 ilədək. Bu isə “xayrinq” adını almışdır.

c) qısamüddətli icarə - bir neçə saatdan, gündən, aydan bir ilədək müddətə verilən icarədir. Qısamüddətli icarə bir çox ölkələrdə “rentinq”, Yaponiyada “çerter” adını almışdır.

Lizinqin əsas formaları 12-ci əlavədə verilir.

Beynəlxalq ticarətdə ən çox yayılan icarə əməliyyatı “lizinq” əməliyyatıdır. Onun həcmi də icarəyə verilən malların dairəsi də daim artır.

Həyata keçirilməsi metodlarından asılı olaraq beynəlxalq lizinq əməliyyatları, onların məzmunu 2 növə ayrılır: maliyyələşdirilən icarə (lizinq) və cari icarə (lizinq).

Maliyyələşdirilən icarə (maliyyələşdirilən lizinq) o deməkdir ki, icarəyə verən sifətində çıxış edən lizinq firması tərpənməz və daşınan əmlakın, xüsusən avadanlığın tam dəyərini ödəyir. Icarə edən bu avadanlıqdan, ümumilə əmlakdan icarəyə verən firma (lizinq sahibi) ilə bağladığı müqavilə əsasında icarəyə götürüb istifadə edir. Bu, uzunmüddətli icarədir.

Bununla bağlı lizinq müqaviləsi müddətinin aşağı həddi icarə predmetinin- avadanlığın xidmətetmə (köhnəlmə) müddətinin 40%-i qədər təşkil edir. Lizinq müqaviləsinin vaxtı bitdikdə icarə edənin razılığı ilə lizinq müqaviləsinin vaxtını uzatmaq mümkündür.

Icarəyə götürən icarə etdiyi avadanlıqdan, lizinq firması ilə bağladığı lizinq müqaviləsi əsasında bir qayda olaraq uzun müddət ərzində, daha doğrusu, həmin avadanlıq aşılanıb sıradan çıxmasına az qaldığı anadək istifadə edir. Məsələn, Avstriyada vergi hüquqları əsasnaməsinə uyğun olaraq icarə müddəti avadanlığın xidmətetmə müddəti yəni tam aşınmasınadək olan müddətin 90%-i qədər müəyyən edilmişdir. Lizinq müqaviləsinin qüvvədə olma müddətinin aşağı həddi isə icarə predmetinin xidmətetmə müddətinin 40%-ni təşkil edir. Lizinq müqaviləsinin müddəti bitdikdə icarə edənə aşağıdakı hallarda ixtiyar verilir: müqavilənin vaxtını artırsın; yəni lizinq müqaviləsi bağlasın; icarə etdiyi avadanlığı yenidən, ancaq qalıq dəyərilə satın alsın. Əslində maliyyələşdirilən icarə lizinq firması tərəfindən istehlakçı firmanın, yəni icarəyə götürən firmanın uzunmüddətli kreditləşməsi forması kimi çıxış edir. O, yəni icarəyə götürən icarə ödənişlərini verməklə avadanlığın dəyərini və icarəyə verənin xidmətlərini ödəyir.

Maliyyələşdirmə texnikası belədir: müştəri- icarəçi istədiyi avadanlığın tipini, keyfiyyət xarakteristikasını, avadanlığın iş rejimini, şərtlərini özü müəyyən edir və həmin malı alacağı barədə lizinq firmasının vasitəsilə həmin malın istehlakçısının nəzərinə çatdırır. Sonra firma icarəçi lizinq firmaya müraciət edir və rəsmi müraciətinə öz firmasının maliyyə vəziyyəti, habelə tələb etdiyi avadanlıq barədə hesab-ödəniş sənədləri əlavə edir.

Əgər lizinq firması müsbət nəticəyə gəlib yararlı qərar qəbul edirsə, bu halda o da bunu məktub vasitəsilə icarə götürənin nəzərinə çatdırır. Həmin məktuba lizinq müqaviləsinin şərtləri də əlavə edilir.

Lizinq firması eyni zamanda həmin anda avadanlığı göndərənə öz niyyətini bildirir ki icarə edənin sifariş verdiyi avadanlığın dəyərini ödəyəcəkdir. Öz növbəsində firma- icarəçi lizinq firmasına cavab göndərərək müqavilə üzrə öhdəçiliklərini yerinə yetirəcəyi barədə xatircəmlik edir.xatircəmliyi alan lizinq firması bütün müvafiq sənədlər toplusunu malgöndərənə göndərir. Avadanlığı hazırlayan firma (istehsal) sənədləri alanadək onu dərhal nəql edərək firma-icarəçinin ünvanına yola salır. Göndərdikdən sonra firma–malgöndərən və firma-icarəçi malın təhvil–təslim protokolunu imzalayıb bir nüxsəsini də lizinq firmasına göndərirlər. Bu əsasda lizinq firma avadanlığın dəyərini firma istehsalçıya ödəyir.

Bir qayda olaraq icarəçinin icarəyə götürdüyü avadanlığı, maşını dəzgahı və s. təkmilləşdirmək və onlara bir yenilik vermək imkanı yoxdur.

Cari icarə. Bu növ icarə əvvəlcədən firma- istehsalçıdan əldə etdiyi malı müqavilə əsasında müəyyən müddətə icarəyə verilməsini nəzərdə tutur. Ödəniş haqqı ya müqavilədə təsbit edilmiş məbləğə, yaxud da icarə qiymətləri preyskurantı ilə müəyyənləşdirilir.

Cari icarədə məqsəd icarəyə götürənin həmin mala olan tələbatını müvəqqəti ödəmək, yaxud da konkret sazişləri yerinə yetirmək üçün standart sənaye avadanlığından (dəzgah, mühərrik) cari dövrdə istifadə etməkdir. Cari lizinq əməliyyatları üzrə icarə müqaviləsinin müddəti 2 ildən 10 ilədəkdir.

Cari lizinqdə icarə tarifləri maliyyələşdirilən lizinqdən bir qədər yüksək olur. Çünki icarədar öz üzərinə aşağıdakı kimi bir sıra risklər götürür: ticarət avadanlığın köhnəlməsi, rentabelliyin aşağı düşməsi və s.

Beynəlxalq lizinq praktikasında maliyyələşdirilən və cari lizinqlərin şərtlərinin uzlaşdırılması əməliyyatları geniş yayılmışdır. Bu ilk növbədə sənaye–təyinatlı nəqliyyat vasitələrinə və iri yoltikinti və kənd təsərrüfatı texnikasına aiddir.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]