Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Bynxlqticrt.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
755.2 Кб
Скачать

2. Mühəndis–texniki xidmətlərin verilməsinə (satılmasına) dair beynəlxalq müqavilələrin əsas şərtləri

Mühəndis- texniki xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq beynəlxalq təcrübədə müqavilələrin müxtəlif növlərindən istifadə olunur. Məsələn, mühəndis məsləhətçi xidmətlərində həmin xidmətlər üzrə kontraktlar rəsmiləşdirilir, yaxud müəyyən işi yerinə yetirmək üçün mütəxəssislərin ezamiyyə edilməsi üçün sazişlər bağlanır.

Mühəndis-firmalar arasında bağlanılan müxtəlif müqavilələrin ümumi şərtlərinin unifikasiya və standartlaşdırılması əsasında beynəlxalq ticarət təcrübəsində injinirinq xidmətlərinin yerinə yetirilməsi üçün birtipli kontraktın bir çox variantları hazırlandı. Bu tipli kontraktlar sırasında BMT–nin Avropa İqtisadi Komissiyasının Ticarətin İnkişafı Komitəsi tərəfindən işlənib hazırlanmış məsləhətçi-injinirinq üzrə beynəlxalq müqavilələrin hazırlanması üçün öncədən işlənib bəyənilmiş əsasnamə , habelə müqavilə formalarının nümunələri daha çox maraq doğurur.

Məsləhətçi injinirinq üzrə beynəlxalq müqavilənin məzmunu

Müqavilə əsasən ümumi xarakter daşıyan aşağıdakı şərtləri əhatə edir:

1. Tərəflər. Müqavilənin bu hissəsində tərəflərin adı, hüquqi vəziyyəti , müqaviləni bağlamaq üçün onların səlahiyyətli olması əks etdirilir.

2. Preampula. Burada tərəflərin məqsədləri və maraqları göstərilir, məqsədlərin hansı hüquqa əsaslandığı əks etdirilir.

3. Müqavilənin predmeti və qüvvədə olması müddəti.

4. Məsləhətçilik xidmətlərinin başlanması və bitməsi müddətləri.

5. Məsləhətçinin hüquq və vəzifələrinin başqasına verilməsi qaydası. Bir qayda olaraq məsləhətçi öncədən sifarişçinin razılıq məktubu olmadan öz hüquq və vəzifələrini başqasına verə bilməz.

6. Məsləhətçinin vəzifələri. Mühəndis məsləhətçinin, yaxud ümumiyyətlə, məsləhətçinin vəzifələri müqavilə əsasında müəyyənləşdirilir. Bunlar aşağıdakılardır: ümumi layihələndirmə ilə əlaqədar olan ilkin iqtisadi–texniki əsaslandırmalar və tədqiqat aparmaq; sxemləri (çertyojları) və məsrəflər smetasını hazırlamaq və planlaşdırmaq; maliyyələşdirmək proqramını müəyyənləşdirmək və tərtib etmək; ilkin eskizləri hazırlamaq;layihə üzrə sənədləşdirməni , sxemləri və spesifikanı hazırlamaq; obyektin tikilməsinə dair təklifləri dəyərləndirmək; podrat, oferent və qiymətlər üzrə bütün sifarişlər barədə sifarişçiyə məsləhət vermək; tikintiyə nəzarət etmək; avadanlığın hazırlanması və quraşdırılmasına nəzarət; podratçı üçün rəhbəredici təlimatlar və göstərişlər vermək; layihənin digər iştirakçılarının işlərini uyğunlaşdırmaq və s.

7. Sifarişçinin vəzifələri( öhdəlikləri). Məsləhətçinin vəzifələrində olduğu kimi, sifarişçinin də öhdəlikləri müqavilədə əsaslandırılmalıdır. Bu vəzifələr aşağıdakılardır: təlimatın tezliklə çatdırılması; sənədlərin, xüsusi biliklərin, iş otaqlarının, iştirakçıların və avadanlığın məsləhətçinin sərəncamına verilməsi; sənaye və sosial münasibətlər sahəsində yerli qanunçuluqlar barədə informasiyaların verilməsi; xüsusi xidmətlər göstərmək (geologiya, hidrologiya, metorologiya və s.).

8. Tərəflər müqavilə öhdəliklərini yerinə yetirmədikdə. Müqavilənin yerinə yetirilməməsinə xüsusən onun şərtlərini pozan tərəf məsuliyyət daşıyır.şübhəsiz ki, bu məsuliyyət maliyyə və sair cəza tədbirlərilə nəticələnə bilər. Bəzi hallarda müqaviləni pozan tərəf üçün onun, yəni pozuntunun nəticəsi ya məhdudlaşdırılır, yaxud da istisna edilir ( nəzərə alınmır). Tərəflər həm də müqaviləni lazımi qaydada yerinə yetirilməsinə mane olan fövqəltəbii hallara istinadən razılaşırlar ki, həmin müqavilə öhdəçiliyini sonralar da yerinə yetirə bilərlər, yaxud onun yerinə yetirilməsinin dayandırılmasına icazə verə bilərlər. Bu halda formal olaraq hüquqi-nöqteyi nəzərdən müqavilə pozulmur və deməli, onun yerinə yetirilməməsinə tərəflər məsuliyyət daşımırlar.

9. Müqavilə öhdəçiliklərinin yerinə yetirilmədiyinin nəticələrinə görə məsuliyyətdən azad olunma. Beynəlxalq ticarətdə bu hal forsmajor vəziyyətidir. Bu halda tərəflər öz müqaviləsində öhdəçiliyin yerinə yetirilməsi nəticələrində irəli gələn məsuliyyətdən azad olması vəziyyətini dəqiqləşdirməlidir. Əlbəttə, müharibə, yanğın, təbii fəalkət, embarqo və s. kimi hallar istina edilir.

10. Məsləhətçinin haqqının (ödəncinin) hesablanması metodları. Məsləhətçinin ödənclərinə aşağıdakılar daxildir: müxtəlif məsrəflərin (texniki heyətə əmək haqqı və inzibati heyətin işi ilə bağlı məsrəflər, əlavə ödənclər, vergilər və s. xərclər) ödənilməsi və onun müvafiq xalis gəlir. Bir qayda olaraq, injinirinqlə əlaqədar məsrəflər müqaviləyə edilən “əlavələr” də göstərilir. Adətən, məsrəflər bir və yaxud uyğunlaşdırılmış surətdə iki və daha çox metod əsasında hesablanır. Bunlar aşağıdakılardır:

a) Vaxt. Buraya məsləhətçinin sifarişçiyə göstərəcəyi xidmətlərin müddəti və müstəqim xərclərin ödənilməsi aiddir. Tərəflər aylıq, həftəlik, birsaatlıq tarifləri müəyyən edir, habelə işçi heyətinin hamısına əlavə ödənclər verilməsi nəzərdə tutulur.

b) İşçi qüvvəsi dəyərinin hesablanması. Bu metod ”layihəyə sərf edilmiş işçi qüvvəsinin dəyəri vurulsun əlavə xərclərə üstəgəl sərf olunan müstəqim xərclər” üsulu əsasında hesablanır. Metod çox vaxt layihələrin işlənib hazırlanması ilə əlaqədar olan tədqiqatlar aparılarkən və bununla yanaşı əsas xidmətlər göstərilərkən məsləhətçilərin xidmətini pulla ödənilməsi üçün istifadə olunur.

v) Tikinti obyektinin tikilməsi dəyərində faiz payı. Həmin metod məsləhətçilər tərəfindən müxtəlif qurğuları layihələşdirdikdə, sxemlərin və texniki tələblərin və s. müqavilə sənədlərinin hazırlanması lazım gəldikdə onların haqqının ödənilməsi üçün geniş yayılmışdır. Qetd etmək lazımdır ki, texniki–iqtisadi əsaslandırmalar və obyekt işə salınarkən kömək göstərilməsi kimi, yaxud kadrlar hazırlığı kimi bir biri ilə əlaqədar xidmətlərin dəyərləri bunlara aid edilmir. Faiz payı əsasında məsləhətçiyə veriləcək məbləğ dəqiq hesablamalar göstərilməklə müqavilədə əks etdirilir.

q) Dəyər üstəgəl faiz haqqı, yaxud dəyər üstəgəl təsbit edilmiş haqq. Bu metoda uyğun olaraq məsləhətçiyə onun xidmətlərilə əlaqədar faktik xərclərin əvəzi ödənilir. Faktik xərclər 3 ünsürdən ibarətdir: işçi qüvvəsinin dəyəri-əmək haqqı üstəgəl sosial sığorta; əlavə xərclər hansı ki, çox hallarda işçi qüvvəsi dəyərindən faizlə ifadə olunur. Faktiki xərclərə məsləhətçinin təsbit edilmiş haqqı (ödənci) də əlavə edilir. Bu, yəni ödənc iş qüvvəsinin və əlavə xərclərin (məsələn, nəzərə tutulmadığı halda baş vermiş xərclər üçün, iş vaxtından tez yerinə yetirilməsi üçün mənfəət şəklində) məcmu dəyərlərindən faizlə ifadə olunur.

ğ) İlkin qonorar. Bu metoddan o zaman istifadə edilir ki, müəyyən dövr ərzində məsləhətçinin xidmətindən vaxtaşırı istifadə olunması lazım gəlir. Sifarişçilər həmin metoddan çox hallarda tərəflər arasında mübahisəli məsələlər, məsələn, tikintidə, quraşdırma işlərində və s. baş verdikdə istifadə edirlər.

Ilkin qonorarın qədəri sifarişçiyə göstəriləcək xidmətlərin növünə və dəyərinə görə hesablanır. Qonorar ya müqavilənin qüvvədə olduğu bütün müddət üçün , ya aylar üzrə, ya da hansısa qarşılıqlı razılaşmalar (saatlar, günlər hesabı ilə) verilir. Ilkin qonorara yuxarıda göstərilən metodlar əsasında hesablanmış ödənci (əmək haqqını) tamamlayan kompensasiya kimi baxıla bilər.

Layihənin və məsləhətçi ödəncinin (əmək haqqının) dəyərinə bir sıra amillər təsir göstərə bilər, o cümlədən, layihəyə verilən dəyişikliklər, modifikasiyalar və əlavələr kimi düzəlişlər, xammalın qiymətinin və xidmətlər tarifinin dəyişilməsi; əmək haqqının dəyişilməsi və s. Bununla bağlı müqavilələrdə bu barədə xüsusi qeydiyyatlar əks etdirilməlidir.

d) Sub-məsləhətçisinin ödənci (əmək haqqı). Sifarişçi ilə məsləhətçi arasında bağlanılan müqavilə eyni zamanda sub məsləhətçinin haqqını da nəzərdə tutur. Lakin əgər belə bir xüsusi hal yoxdursa, bu halda sub məsləhətçinin haqqı məsləhətçi tərəfindən ödənilir. Sub məsləhətçinin ödənci ilə yanaşı, məsləhətçi bir qayda olaraq sub məsləhətçinin hesablarını ödəyərkən əlaqələndirmələrə, nəzarətə və məsuliyyətə görə çəkdiyi xərcləri ödəmək üçün kompensasiya da alır.

e) Valyuta, ödəniş yeri və mübadilə kursu. Məsləhətçinin ödənci valyuta ilə verilir. Tərəflər arasında öncədən aparılan razılaşmalar əsasında ödəniş bir neçə adlı valyutalarla da verilə bilər. Bunun üçün tərəflər bağladıqları müqavilədə ödənişin yerini, məsələn, bankın adını və ünvanını göstərməlidirlər. Bununla bağlı tərəflər müqavilədə valyutaların mübadiləsi kursunun qeydiyyatını da nəzərdən qaçırmamalıdır.

11. Vergiqoyma və digər rüsumlar–gömrük vergisi. Bunların təyinatına və sair məsələlərinə oxucu sualları ilə nəzər salsaq: hansı vergilər və rüsumlar ödənilməlidir və hansı tərəf bunları verməlidir, eyni halda iki dəfə vergi qoymaq olarmı? vergi verməkdən azad olmaq olarmı?

Ödəniləcək vergilərin müxtəlif növləri vardır: dövriyyə vergisi; əlavə dəyər vergisi və mənfəətdən vergi; korporasiyaların gəlirindən vergilər; şəxsi gəlirdən vergilər və ayrı–ayrı yerli vergilər (məsələn, dəbdəbəli və zinət şeylərinin satışından vergi, tikintiyə vergi və s.). Müxtəlif səbəblərdən məsləhətçiyə aid edilən digər rüsumlardan aşağıdakıları da misal göstərmək olar: müqavilələr, hesab fakturalar və digər sənədlər üzrə gerb rüsumu; iş vaxtından artıq görülən, nəqliyyat və sosial təminatla bağlı məsrəflər və heyətin xaricdə işləməsi ilə əlaqədar xərclər.

Eyni zamanda iki dəfə vergi qoyulmaqdan azad edilmə, bir qayda olaraq, marağı olan ölkələr arasında bağlanılan müvafiq müqavilələrlə tənzimlənir. O ki qaldı gömrük rüsumuna (vergisinə) bu vergi də öncədən müqavilələrdə göstərilir.

12. İntellektual mülkiyyət və patentləşdirilmiş informasiya. Tərəflər öncədən qərarlaşdırmalıdırlar ki, əsaslandırılmış texniki sənədlər digər layihələrin və yaxud həyatda tətbiqini tapmış layihələrin genişləndirilməsi üçün yenidən istifadə edilməsi mümkündürmü? - əgər buna hər iki tərəf razılıq verərsə. Bir halda ki təkraraən istifadə eyni zamanda kompüter proqramalrı ilə və digər analoji elementlərlə də bağlı olacaq. Bu halda tərəflər müqavilədə müəyyənləşdirməlidirlər ki, məsləhətçinin müxtəliflik hüququnu kompüter proqramına daxil edirlərmi və əgər buna razılıq müsbətdirsə, hansı məqsədlə olunduğunu da göstərmək lazımdır. Bununla bağlı tərəflər məsləhətçi tərəfindən işlənilmiş proqramın sifarişçi tərəfindən istifadə olunmasına qoyulacaq məhdudiyyətləri göstərməlidirlər. Burada söhbət patent və lisenziyalardan, ixtiralar və onların təkmilləşdirilməsindən, müxtəliflikdən, sığorta olunmasından və sairdən gedir.

Digər beynəlxalq müqavilələrdə olduğu kimi məsləhətçi injinirinq müqaviləsi də aşağıdakı şərtlərlə tamamlanır. Bu şərtlərin məzmunu əsasən digər müqavilələrdə göstərilən şərtlərin analoqudur.

  1. müqavilənin qüvvəyə minməsi;

  2. müqavilə fəaliyyətinin dayandırılması;

  3. texniki standartların tətbiqi;

  4. qanun və bununla bağlı məsələlərin tətbiqi.

Sifarişçi və mühəndis-məsləhətçi arasında beynəlxalq müqavilənin bəzi ümumi şərtləri

Bu şərtlər aşağıdakılarla xarakterizə olunur.

1) Müqavilənin predmeti. Texniki məsələlərə dair məsləhətlər , texniki obyektlərin layihələşdirilməsi və onların tikintisinin gedişatının müşahidə edilməsi də daxil olmaqla, injinirinq tipli istənilən növ işin mühəndis-məsləhətçi tərəfindən yerinə yetirilməsi həmin müqavilənin predmetini müəyyənləşdirir.

2) Sifarişçinin və mühəndis .Məsləhətçinin hüquq və vəzifələri. Müqavilənin bu şəryində nəzərdə tutulur ki, mühəndis məsləhətçi sifarişçi ilə podratçı arasında öz peşəsi (sənəti) məsələlərində vicdanlı məsləhətçi və qərəzsiz vasitəçi kimi fəaliyyət göstərməlidir. Sifarişçi öz növbəsində üzərinəgötürdüyü vəzifələri yerinə yetirmək üçün podratçıya zəruri olan bütün məlumatları verməlidir. Mühəndis-məsləhətçinin vicdanlılığına və qərəzsizliyinə təminat verilməsi üçün müqavilədə göstərilir ki, onun yeganə ödənci (əmək haqqı) müqavilədə qeyd edilmiş məbləğdir. O həmin məbləğdən heç bir ticarət güzəştləri, faizi və qeyri-müstəqim ödənişlər almamalıdır. Müqavilədə həmçinin göstərilir ki, mühəndis-məsləhətçinin digər məsləhətçilərin və ekspertlərin köməyinə müraciət etmək hüququ vardır. Bu halda əgər sifarişçinin yazılı formada buna razılığı varsa, bununla bağlı məsrəflər sifarişçinin hesabına ödənilir.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]