
- •Beynəlxalq kommersiya işi
- •Mövzu 1: Beynəlxalq ticarət əməliyyatlarının iqtisadi mahiyyəti Plan:
- •1. Giriş
- •2. Beynəlxalq ticarətin sürətli inkişafı beynəlxalq iqtisadi münasibətlərin əsas cəhəti kimi
- •3. Beynəlxalq ticarət kursunun predmeti və metodu
- •4. Beynəlxalq ticarət əməliyyatlarının mahiyyəti
- •Beynəlxalq ticarət kursunun digər fənlərlə vəhdəti
- •İstifadə olunan ədəbiyyat:
- •Mövzu 1.2: Beynəlxalq ticarət əməliyyatlarının iqtisadi mahiyyəti Plan
- •2. Beynəlxalq ticarət sövdələşmələri: anlayışı, məzmunu, mahiyyəti
- •3. Beynəlxalq ticarət əməliyyatlarının subyekti olan kontragentlərin təsnifatı
- •1. Təsərrüfat fəaliyyətinin növünə və iş xarakterinə görə onlar aşağıdakı kimi fərqləndirilir.
- •2. Hüquqi mövqelərinə görə firmaların təsnifatı.
- •3. Mülkiyyət xarakterinə görə firmalar.
- •5. Sahibkarlıq ittifaqı.
- •6. Xarici bazara çıxış hüququ olan dövlət orqanları və təşkilatları.
- •7. Dünya bazarında malların və xidmətlərin beynəlxalq alqı- satqısı üzrə kontragentlər sifətində çıxış edən bmt sisteminin ixtisaslaşmış idarələri.
- •Mövzu 2: Bazar mahiyyəti, məzmunu və tədqiqi Plan
- •2.Mallar: malların təsnifatı prinsipləri, malın texniki- iqtisadi göstəricilərinin səciyyəvi xüsusiyyətləri.
- •6. Estetik göstəricilər.
- •7. Ekoloji göstəricilər.
- •3. Malın keyfiyyəti və rəqabətə tablılığı.
- •Mövzu 2.2: Bazar: mahiyyəti, məzmunu və tədqiqi Plan
- •2. Bazarda rəqib firmaların fəaliyyətinin öyrənilməsi
- •3. Bazarda alıcı firmanın öyrənilməsi
- •4. Bazarın nəqletmə, hüquqi və ticarət- siyasi şəraitinin öyrənilməsi
- •5. Bazar tədqiqinin aparılması metodları
- •Mövzu 3: İdxalat–ixracat əməliyyatları və beynəlxalq ticarət sövdələşmələrinə hazırlıq Plan
- •2. İdxal-ixrac əməliyyatları sistemində gömrük tarif tənzimi
- •3. İdxal- ixrac əməliyyatlarının lisenziyalaşdırılması. Gömrük vergiləri və rüsumları
- •I. Gömrük ödənişlərinin təsnifatı
- •II. Gömrük rüsumları
- •III. Gömrük orqanları tərəfindən alınan dolayı vergilər
- •IV. Müsadirə olunmuş malların satışından alınan vəsait
- •V. Digər vergilər
- •VI. Gömrük ödənclərinin vahid dərəcəsi
- •4. İdxalat–ixracat əməliyyatlarının uçotu və onun unifikasiyası
- •5. Birbaşa əlaqələr şəraitində beynəlxalq ticarət sövdələşmələrinə hazırlıq
- •İdxalat sövdələşmələrinə hazırlaşma üsulları:
- •Mövzu 4: Beynəlxalq alqı-satqı kontraktları ( müqavilələri) Plan
- •2. Alqı-satqının ümumi şərtləri
- •3. Beynəlxalq alqı-satqı kontraktlarının mahiyyəti və strukturu
- •4. Müqavilənin bazis şərtləri ( İnkoterms)
- •5. Beynəlxalq alqı-satqı kontraktlarının növləri və xüsusiyyətləri
- •Mövzu 5: Beynəlxalq alqı-satqı kontraktlarının icra edilməsinin təşkili Plan
- •2. Müqavilə icrasının rəsmiləşdirilməsi üzrə xarici ticarət sənədləri
- •3. Müqavilə icrasının rəsmiləşdirilməsi üçün nəqliyyat sənədləri
- •4.Müqavilə icrasının rəsmiləşdirilməsi üçün gömrükxana sənədləri
- •6. Beynəlxalq ticarət qaydalarının sadələşdirilməsi üzrə işçi qrupunun funksiyaları
- •Mövzu 6: Beynəlxalq qarşılıqlı ticarət əlaqələri Plan
- •2. Beynəlxalq qarşılıqlı sazişlərin ( razılaşmaların) növləri
- •Mövzu 7: Dünya bazarında ticarət-vasitəçi fəaliyyəti Plan
- •2. Ticarət–vasitəçi ilə bağlanılan müqavilənin əsas şərtləri
- •3. Ticarət-vasitəçi əməliyyatlarının təşkilati formaları
- •4. Ticarət–vasitəçi firmaların fəaliyyət xüsusiyyətləri
- •Mövzu 8: Beynəlxalq birjalarda, hərraclarda və torqlarda ticarət və alıb-veriş əməliyyatlarının təşkili Plan
- •2. Beynəlxalq hərraclar. Beynəlxalq hərrac ticarətinin təşkilatı formaları
- •3. Beynəlxalq torqlar. Beynəlxalq torqların keçirilməsi şərtləri
- •4. Torq iştirakçılarına təkliflərin təqdimi. Torqun təşkilatçıları və iştirakçıları
- •Mövzu 9: Beynəlxalq ticarət və alış-veriş işində reklam, sərgilər, yarmarkalar və texniki xidmətlər
- •Ticarət və alış-veriş məqsədilə reklamın məzmunu
- •Reklamın əsas vasitələri
- •Dövrü mətbuatda və arayış kitabçalarında reklam vasitələri
- •2. Reklamın həyata keçirilməsinin təşkilatı formaları.
- •3. Mal nişanı və onlardan reklam məqsədilə istifadə
- •Mal nişanı qarşısında qoyulan tələblər.
- •Mal nişanlarının qeydə alınması qaydası
- •4. Beynəlxalq sərgilər və yarmarkalar. Beynəlxalq sərgilərdə ( yarmarkalarda) bağlanılan sazişlər
- •5. Sərgi və yarmarkaların təşkili və tənzimlənmə fəaliyyəti
- •Mövzu 10: Beynəlxalq texnologiya, elmi-texniki biliklər və lisenziya mübadiləsinin metodoloji əsasları Plan
- •2. Elmi–texniki biliklər ticarətinin xüsusiyyətləri
- •3. Lisenziyalar və beynəlxalq lisenziyalaşdırma
- •Lisenziya
- •4. Beynəlxalq lisenziyalar ticarətinin xüsusiyyətləri
- •Müasir şəraitdə beynəlxalq lisenziyalaşdırma
- •5. Beynəlxalq lisenziya mübadiləsi sazişlərinin növləri və məzmunu
- •Beynəlxalq lisenziya sazişinin məzmunu
- •6. Beynəlxalq lisenziya ticarətinin təşkili
- •Beynəlxalq lisenziyalaşdırma bölməsi
- •İxtisaslaşmış firmalar
- •Lisenziya və patent agentləri
- •Mövzu 11: Beynəlxalq mühəndis–tikinti xidmətləri mübadiləsi Plan
- •2. Mühəndis–texniki xidmətlərin verilməsinə (satılmasına) dair beynəlxalq müqavilələrin əsas şərtləri
- •3. Müqavilənin predmeti və qüvvədə olması müddəti.
- •4. Məsləhətçilik xidmətlərinin başlanması və bitməsi müddətləri.
- •3. Beynəlxalq mühəndis-texniki xidmətlər mübadiləsinin təşkili
- •İxtisaslaşmış injinirinq firması
- •Mövzu 12: Beynəlxalq icarə əməliyyatları Plan
- •Beynəlxalq icarənin növləri
- •2. Beynəlxalq icarə müqavilələrinin əsas şərtləri
- •5. Lizinq müqavilələrinin ləğv edilməsi qaydası
- •Qəbuletmə protokolu
- •Cari icarə müqaviləsinin əsas şərtləri
- •3. Müasir şəraitdə beynəlxalq ticarətin xüsusiyyətləri və icarə əməliyyatlarının təşkilatı formaları
- •4. Beynəlxalq icarə əməliyyatlarının təşkilatı formaları
- •Beynəlxalq kommersiya işi
3. Beynəlxalq ticarət əməliyyatlarının subyekti olan kontragentlərin təsnifatı
Beynəlxalq ticarətdə kontragent malların alqı-satqısı və müxtəlif xidmətlər üzrə müqavilə münasibətlərində iştirak edən tərəflərə deyilir. Dünya bazarında çıxış edən kontragentlərin fəaliyyətlərinin məqsəd və xarakterindən asılı olaraq dörd kateqoriyaya ayırmaq olar:
I kateqoriya – firmalar;
II kateqoriya – sahibkarlıq ittifaqı;
III kateqoriya – dövlət orqanları (nazirliklər və idarələr);
IV kateqoriya – BMT sisteminin beynəlxalq iqtisadi təşkilatları.
Hər bir kateqoriyaya aid kontragentlərin özünə xas olan xarakterik cəhətləri vardır.
Firmalar.
Beynəlxalq ticarət əməliyyatlarının çox hissəsi firmalar tərəfindən həyata keçirilir. Dünya təcrübəsində “ firma” termini ticarət məqsədi daşıyan kontragentlərə şamil edilir. Firma dedikdə sənaye, ticarət, tikinti, mənfəət əldə etmək məqsədilə kənd təsərrüfatı subyektləri xidmət və s. sahələr üzrə ticarət fəaliyyətində bulunan müəssisələr başa düşülür. Hər bir firma özünə müəyyən bir ad qoyur. Bu halda o, öz bölgəsinin xüsusi siyasında qeydə alınır. Adətən, firmanın adı onun bir və yaxud bir neçə sahibinin adı və soyadı ilə ( məsələn, “Kupp”, “Ford”, “Dadaşov qardaşları”), yaxud da firmanın fəaliyyət xarakterini əks etdirən ifadələrlə ( “Ceneral motors”, “Koka- kola” və s. ) adlarla ifadə olunur. Firmanın adı məktubların xüsusi blankında, hesablarda, mətbuat mal nişanələrində, reklamda və s. göstərilir. Dünya bazarında çıxış edən firmalar aşağıdakı xarakterik cəhətlərinə görə fərqləndirilir:
təsərrüfat fəaliyyətinə və yerinə yetirdiyi əməliyyatlar üzrə;
hüquqi vəziyyətinə görə;
mülkiyyətni xarakterinə görə;
kapitalın və nəzarətin mənsubiyyətinə görə;
fəaliyyət dairəsinə görə.
Ümumiyyətlə, firmalar konkret olaraq aşağıdakı kimi təsnifləndirilir.
1. Təsərrüfat fəaliyyətinin növünə və iş xarakterinə görə onlar aşağıdakı kimi fərqləndirilir.
a) Sənaye firmaları.
Bu növ firmaların dövriyyəsinin 50 %- dən çoxu sənaye istehsalının payına düşməlidir; onların nəhəng təmərküzləşməsi və beynəlmillələşdirilməsi nəticəsində transmilli korporasiyalar, şirkətlər yaranır. Məsələn, “ Koka–kola”, “ Françayzinq” və s. bunlara dair ABŞ, Almaniya, İngiltərə, Yaponiya və bir neçə digər inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrinin nəhəng firmalarını da misal göstərmək olar.
b) Ticarət firmaları (ticarət evi).
Əsasən alqı-satqı ilə məşğul olurlar. Bundan əlavə başqa xidmətlər də onların funksiyalarına daxildir. Ticarət firması ya iri sənaye şirkətləri sisteminə (tərkibinə) daxil olur, ya da müstəqil fəaliyyət göstərir. Ticarət firmaları ticarət-vasitəçi funksiyalarını da yerinə yetirə bilərlər.
v) Nəqliyyat firmaları.
Bu firmalar beynəlxalq yükdaşıma funksiyasını yerinə yetirir. Bunlar aşağıdakılardan ibarətdir:
- dəniz (su nəqliyyatı). Beynəlxalq ticarətdə onun təmərküzləşmiş iri xətti-gəmiçilik şirkəti də olur. Məsələn, Yaponiyada bu cür 6 şirkət vardır.İngiltərədə dəniz–yük daşımasının işlərinin 80%-i bu növ gəmiçiliyin payına düşür. Fransada 8 şirkət dəniz yükdaşımasının 45%-ni, Almaniyada 3 şirkət 20%-ni əhatə edir:
- Hava yükdaşımaları;
- Dəmir yolu;
- Avtonəqliyyat;
- Nəqliyyat-ekspeditor firmaları.
Bu növ firma iri sənaye , ticarət firmalarının tapşırığı ilə malı satıcıya çatdırır. Firma yükdaşıma ilə bağlı bütün əməliyyatlara, hətta yükün dəyərinin ödənilməsinə də cavabdehlik daşıyır;
- Sığorta firmaları.