
- •Beynəlxalq kommersiya işi
- •Mövzu 1: Beynəlxalq ticarət əməliyyatlarının iqtisadi mahiyyəti Plan:
- •1. Giriş
- •2. Beynəlxalq ticarətin sürətli inkişafı beynəlxalq iqtisadi münasibətlərin əsas cəhəti kimi
- •3. Beynəlxalq ticarət kursunun predmeti və metodu
- •4. Beynəlxalq ticarət əməliyyatlarının mahiyyəti
- •Beynəlxalq ticarət kursunun digər fənlərlə vəhdəti
- •İstifadə olunan ədəbiyyat:
- •Mövzu 1.2: Beynəlxalq ticarət əməliyyatlarının iqtisadi mahiyyəti Plan
- •2. Beynəlxalq ticarət sövdələşmələri: anlayışı, məzmunu, mahiyyəti
- •3. Beynəlxalq ticarət əməliyyatlarının subyekti olan kontragentlərin təsnifatı
- •1. Təsərrüfat fəaliyyətinin növünə və iş xarakterinə görə onlar aşağıdakı kimi fərqləndirilir.
- •2. Hüquqi mövqelərinə görə firmaların təsnifatı.
- •3. Mülkiyyət xarakterinə görə firmalar.
- •5. Sahibkarlıq ittifaqı.
- •6. Xarici bazara çıxış hüququ olan dövlət orqanları və təşkilatları.
- •7. Dünya bazarında malların və xidmətlərin beynəlxalq alqı- satqısı üzrə kontragentlər sifətində çıxış edən bmt sisteminin ixtisaslaşmış idarələri.
- •Mövzu 2: Bazar mahiyyəti, məzmunu və tədqiqi Plan
- •2.Mallar: malların təsnifatı prinsipləri, malın texniki- iqtisadi göstəricilərinin səciyyəvi xüsusiyyətləri.
- •6. Estetik göstəricilər.
- •7. Ekoloji göstəricilər.
- •3. Malın keyfiyyəti və rəqabətə tablılığı.
- •Mövzu 2.2: Bazar: mahiyyəti, məzmunu və tədqiqi Plan
- •2. Bazarda rəqib firmaların fəaliyyətinin öyrənilməsi
- •3. Bazarda alıcı firmanın öyrənilməsi
- •4. Bazarın nəqletmə, hüquqi və ticarət- siyasi şəraitinin öyrənilməsi
- •5. Bazar tədqiqinin aparılması metodları
- •Mövzu 3: İdxalat–ixracat əməliyyatları və beynəlxalq ticarət sövdələşmələrinə hazırlıq Plan
- •2. İdxal-ixrac əməliyyatları sistemində gömrük tarif tənzimi
- •3. İdxal- ixrac əməliyyatlarının lisenziyalaşdırılması. Gömrük vergiləri və rüsumları
- •I. Gömrük ödənişlərinin təsnifatı
- •II. Gömrük rüsumları
- •III. Gömrük orqanları tərəfindən alınan dolayı vergilər
- •IV. Müsadirə olunmuş malların satışından alınan vəsait
- •V. Digər vergilər
- •VI. Gömrük ödənclərinin vahid dərəcəsi
- •4. İdxalat–ixracat əməliyyatlarının uçotu və onun unifikasiyası
- •5. Birbaşa əlaqələr şəraitində beynəlxalq ticarət sövdələşmələrinə hazırlıq
- •İdxalat sövdələşmələrinə hazırlaşma üsulları:
- •Mövzu 4: Beynəlxalq alqı-satqı kontraktları ( müqavilələri) Plan
- •2. Alqı-satqının ümumi şərtləri
- •3. Beynəlxalq alqı-satqı kontraktlarının mahiyyəti və strukturu
- •4. Müqavilənin bazis şərtləri ( İnkoterms)
- •5. Beynəlxalq alqı-satqı kontraktlarının növləri və xüsusiyyətləri
- •Mövzu 5: Beynəlxalq alqı-satqı kontraktlarının icra edilməsinin təşkili Plan
- •2. Müqavilə icrasının rəsmiləşdirilməsi üzrə xarici ticarət sənədləri
- •3. Müqavilə icrasının rəsmiləşdirilməsi üçün nəqliyyat sənədləri
- •4.Müqavilə icrasının rəsmiləşdirilməsi üçün gömrükxana sənədləri
- •6. Beynəlxalq ticarət qaydalarının sadələşdirilməsi üzrə işçi qrupunun funksiyaları
- •Mövzu 6: Beynəlxalq qarşılıqlı ticarət əlaqələri Plan
- •2. Beynəlxalq qarşılıqlı sazişlərin ( razılaşmaların) növləri
- •Mövzu 7: Dünya bazarında ticarət-vasitəçi fəaliyyəti Plan
- •2. Ticarət–vasitəçi ilə bağlanılan müqavilənin əsas şərtləri
- •3. Ticarət-vasitəçi əməliyyatlarının təşkilati formaları
- •4. Ticarət–vasitəçi firmaların fəaliyyət xüsusiyyətləri
- •Mövzu 8: Beynəlxalq birjalarda, hərraclarda və torqlarda ticarət və alıb-veriş əməliyyatlarının təşkili Plan
- •2. Beynəlxalq hərraclar. Beynəlxalq hərrac ticarətinin təşkilatı formaları
- •3. Beynəlxalq torqlar. Beynəlxalq torqların keçirilməsi şərtləri
- •4. Torq iştirakçılarına təkliflərin təqdimi. Torqun təşkilatçıları və iştirakçıları
- •Mövzu 9: Beynəlxalq ticarət və alış-veriş işində reklam, sərgilər, yarmarkalar və texniki xidmətlər
- •Ticarət və alış-veriş məqsədilə reklamın məzmunu
- •Reklamın əsas vasitələri
- •Dövrü mətbuatda və arayış kitabçalarında reklam vasitələri
- •2. Reklamın həyata keçirilməsinin təşkilatı formaları.
- •3. Mal nişanı və onlardan reklam məqsədilə istifadə
- •Mal nişanı qarşısında qoyulan tələblər.
- •Mal nişanlarının qeydə alınması qaydası
- •4. Beynəlxalq sərgilər və yarmarkalar. Beynəlxalq sərgilərdə ( yarmarkalarda) bağlanılan sazişlər
- •5. Sərgi və yarmarkaların təşkili və tənzimlənmə fəaliyyəti
- •Mövzu 10: Beynəlxalq texnologiya, elmi-texniki biliklər və lisenziya mübadiləsinin metodoloji əsasları Plan
- •2. Elmi–texniki biliklər ticarətinin xüsusiyyətləri
- •3. Lisenziyalar və beynəlxalq lisenziyalaşdırma
- •Lisenziya
- •4. Beynəlxalq lisenziyalar ticarətinin xüsusiyyətləri
- •Müasir şəraitdə beynəlxalq lisenziyalaşdırma
- •5. Beynəlxalq lisenziya mübadiləsi sazişlərinin növləri və məzmunu
- •Beynəlxalq lisenziya sazişinin məzmunu
- •6. Beynəlxalq lisenziya ticarətinin təşkili
- •Beynəlxalq lisenziyalaşdırma bölməsi
- •İxtisaslaşmış firmalar
- •Lisenziya və patent agentləri
- •Mövzu 11: Beynəlxalq mühəndis–tikinti xidmətləri mübadiləsi Plan
- •2. Mühəndis–texniki xidmətlərin verilməsinə (satılmasına) dair beynəlxalq müqavilələrin əsas şərtləri
- •3. Müqavilənin predmeti və qüvvədə olması müddəti.
- •4. Məsləhətçilik xidmətlərinin başlanması və bitməsi müddətləri.
- •3. Beynəlxalq mühəndis-texniki xidmətlər mübadiləsinin təşkili
- •İxtisaslaşmış injinirinq firması
- •Mövzu 12: Beynəlxalq icarə əməliyyatları Plan
- •Beynəlxalq icarənin növləri
- •2. Beynəlxalq icarə müqavilələrinin əsas şərtləri
- •5. Lizinq müqavilələrinin ləğv edilməsi qaydası
- •Qəbuletmə protokolu
- •Cari icarə müqaviləsinin əsas şərtləri
- •3. Müasir şəraitdə beynəlxalq ticarətin xüsusiyyətləri və icarə əməliyyatlarının təşkilatı formaları
- •4. Beynəlxalq icarə əməliyyatlarının təşkilatı formaları
- •Beynəlxalq kommersiya işi
İxtisaslaşmış firmalar
Bu firmalar kommersiya məqsədilə elmi-texniki fəaliyyətlə məşğul olan firmalardır. Bu firmalar bir qayda olaraq ideya və patent almaq, onlara əlavələr etməklə yenidən hazırlamaq və işləmələrə məşğul olmaqla , elmi-texniki biliklərin geniş çeşidlərlə dünya bazarına çıxmaqdır. Bu firmalar son zamanlar geniş yayılmış və vençur firmalar adını almışdır.
Lisenziya və patent agentləri
Lisenziya və patent agentləri (brokerləri) beynəlxalq lisenziya və oatent ticarətində vasitəçi kimi çıxış edirlər. Onların xidmətlərindən fərdi patent sahibləri, kiçik və orta firmalar, habelə geniş miqyasda elmi tədqiqat işləri ilə məşğul olmayan iri firmalar istifadə edirlər. Bu agentlərin funksiyaları əsasən aşağıdakılardan ibarətdir: öz məmləkətində, hətta xaricdə sahibi adından ixtiraları patentləşdirmək; haqqının (muzdunun) ödənilməsi üzərində nəzarət qoymaqla patenti mühafizə etmək; patent və lisenziyaların alqı-satqısı işində vasitəçilik etmək; lisenziya (patent) sazişlərinin mətnini hazırlanmasında, ilkin razılaşmaların aparılmasında , lisenziyaların ixtirasının həyata keçirilməsində vasitəçilik etmək; lisenziya sazişinin yerinə yetirilməsinə nəzarət etmək və s.
lisenziya agentinin müxtəlif vəzifələri olur. Fəqət bunlar ancaq vasitəçilik, yaxud təmsilçilik funksiyaları ilə məhdudlaşır.
Mövzu 11: Beynəlxalq mühəndis–tikinti xidmətləri mübadiləsi Plan
Mühəndis–texniki xidmətlər üzrə beynəlxalq mübadilənin mahiyyəti və əhəmiyyəti
Mühəndis–texniki xidmətlərin verilməsinə (satılmasına) dair beynəlxalq müqavilələrin əsas şərtləri
Beynəlxalq mühəndis–texniki xidmətlər mübadiləsinin təşkili
1. Mühəndis–texniki xidmətlər üzrə beynəlxalq mübadilənin mahiyyəti və əhəmiyyəti
Müasir dövrdə beynəlxalq mühəndis–texniki xidmətlər mübadiləsi dünya bazarında geniş yayılmışdır. Hətta inkişaf etməkdə olan bir sıra ölkələr də bu tədavül prosesində qoşulmaqdadır. Mühəndis–texniki xidmətlər mübadiləsinin əsasını “injinirinq” təşkil edir.
Beynəlxalq injinirinq anlayışı və mühəndis-texniki xidmətlərin növləri.
Injinirinq beynəlxalq ticarət əməliyyatlarının bir növüdür. O, bir tərəfdən məsləhətci, digər tərəfdən sifarişçi kimi adlanacaq, injinirinq müqaviləsi əsasında kompleks, yaxud ayrı-ayrı mühəndis texniki xidmətlərin göstərilməsini nəzərdə tutur.
Injinirinq müqaviləsinə əsasən yeni obyektin tikilçəsi üçün zəruri olan kompleks xidmətlərin göstərilməsinə və mal (məhsul) göndərmələrinə imkan verilməsinə kompleks injinirinq deyilir. Kompleks–injinirinq mühəndis-texniki xidmətlərin 3 növünü əhatə edir. Bunların hər biri ayrılıqda müstəqil müqavilənin predmeti ola bilər. Bunlar aşağıdakılardan ibarətdir:
1. Konsultativ (məsləhətçi) injinirinq. Bu, əsasən obyektin layihələşdirilməsi, tikinti planının işlənib hazırlanması və işlərin aparılmasına nəzarət məqsədilə intellektual xidmətlərlə bağlıdır.
2. Texnoloji injiniriq. Bu isə texnologiyanın, yaxud sənaye obyektinin tikilməsi və onun işə salınması, enerji təchizatı, su təchizatı, nəqliyyat üzrə layihələrin işlənib hazırlanması üçün sifarişçiyə zəruri texnologiyaların verilməsindən ibarətdir.
3. Texniki, yaxud ümumi injinirinq. Bu injinirinqə avadanlığın göndərilməsi, qurğuların, mühəndis işlərinin quraşdırılması və bu qəbildən olan sair işlər aiddir. Yuxarıda göstərilən mühəndis məsləhətçi xidmətlər, tədqiqatların nəticələri, texniki sənədlər, tikinti işləri üçün ilkin şərtlər, iqtisadi hesablamalar, smeta tövsiyyələri və s. şəklində verilir. Məsləhətçi xidmətlər sənaye layihəsinin realizə edilməsi məqsədilə bilavasitə idarəetmə ilə bağlıdır. Obyektlərin bilavasitə tikintisi isə mühəndis-texniki xidmətlər dairəsinə aid edilmir. Bu istehsal texniki əməkdaşlığa aiddir və BMT–nin müvafiq bölməsi tərəfindən işlənib hazırlanmış təlimat əsasında tənzim olunur.
Məsləhətçi injinirinq hər hansı bir layihənin bütün məsələlərini əhatə edir, yaxud da onun hər hansı bir mərhələsi kimi kifayətlənə bilər. Həmin mərhələlər aşağıdakılar kimi nəzərdə tutulur:
layihənin planlaşdırılması;
layihəyə rəhbərlik;
layihə tərtib edilərkən xidmətlərin təmin edilməsi;
maddi–texniki təchizat;
tikintiyə rəhbərlik;
obyektin işə salınması;
maliyyələşdirmənin təşkilinə yardım və s.
Obyekt tikilərkən məsləhətçi aşağıdakı funksiyaları icra edir: sifarişçinin son tələbini müəyyən etmək və təkliflərinin qiymətləndirmək üçün ona məsləhətlər verməklə kömək göstərir; tikintini həyata keçirənfirmanın podratçısı sifətində iştirak edir; obyektin tikilməsi məqsədilə yaradılan konsorsiumun bir məsləhətçisi kimi onun üzvü sifətində özünü göstərir.
Beynəlxalq mühəndis-texniki xidmətlər mübadiləsinin əhəmiyyəti və inkişafı
Mühəndis-texniki xidmətlər üzrə beynəlxalq ticarət əməliyyatlarının sürətli inkişafı onların beynəlxalq ticarət əməliyyatlarının müstəqil bir növünün ayrılmasına səbəb oldu ki, bu da beynəlxalq injinirinq bazarının təşəkkülünə və inkişafına stimul verdi.
Ilk dəfə injinirinq İngiltərədə mülki tikintidə yarandı. Bu, ancaq yolların, körpülərin, limanların, aerodromların tikilməsi, su və enerji təchizatı sistemlərinin, suvarma işlərinin yaradılması və bu kimi sair sahələrdə məsləhətçilik fəaliyyəti ilə məhdudlaşırdı. Sonralar bu xidmətlər sənaye sahəsinə də yayıldı. ABŞ–da injinirinq ancaq məsləhətçi xidmətləri göstərilməklə inkişaf etməyə başladı və ancaq daxili bazara xidmət göstərirdi. ABŞ-da nijinirinqin geniş yayılmasına səbəb İkinci Dünya Müharibəsi oldu. Bu işlər həm Amerikanın özəl firması tərəfindən (hökumət sifarişləri üzrə) , həm də Amerika ordusunun xüsusi bölmələri tərəfindən yerinə yetirilirdi. 1950–ci illərin ikinci yarısından etibarən injinirinqin inkişafında və onun müstəqil beynəlxalq ticarət işinə çevrilməsində yeni mərhələ başlandı. Belə ki, əgər əvvəlki mərhələdə injnirinq ancaq texniki məsləhətlər verməklə bütün tikinti işləri firma podratçıları tərəfindən yerinə yetirilirdisə, yəni mərhələdə mühəndis-texniki xidmətlər əsasən sənaye obyektlərinin tikilməsi ilə xarakterizə olunur. Bütün bunlar elmi-texniki tərəqqinin sürətli inkişafı ilə şərtlənir. Müasir şəraitdə injinirinqin inkişafına təsir edən amillərdən biri də müstəqil iqtisadi inkişaf yoluna düşən ölkələrdə mühəndis-texniki xidmətlər tələbin artmasıdır. Onlar məcbur olurlar ki, öz təbii resurslarını kəşf etmək və texniki işləmələr aparmaq , yanacaq enerji bazasını genişləndirmək, ağır sənaye sahələri yaratmaq üçün xarici firmaların marağını artırsınlar.