
- •Beynəlxalq kommersiya işi
- •Mövzu 1: Beynəlxalq ticarət əməliyyatlarının iqtisadi mahiyyəti Plan:
- •1. Giriş
- •2. Beynəlxalq ticarətin sürətli inkişafı beynəlxalq iqtisadi münasibətlərin əsas cəhəti kimi
- •3. Beynəlxalq ticarət kursunun predmeti və metodu
- •4. Beynəlxalq ticarət əməliyyatlarının mahiyyəti
- •Beynəlxalq ticarət kursunun digər fənlərlə vəhdəti
- •İstifadə olunan ədəbiyyat:
- •Mövzu 1.2: Beynəlxalq ticarət əməliyyatlarının iqtisadi mahiyyəti Plan
- •2. Beynəlxalq ticarət sövdələşmələri: anlayışı, məzmunu, mahiyyəti
- •3. Beynəlxalq ticarət əməliyyatlarının subyekti olan kontragentlərin təsnifatı
- •1. Təsərrüfat fəaliyyətinin növünə və iş xarakterinə görə onlar aşağıdakı kimi fərqləndirilir.
- •2. Hüquqi mövqelərinə görə firmaların təsnifatı.
- •3. Mülkiyyət xarakterinə görə firmalar.
- •5. Sahibkarlıq ittifaqı.
- •6. Xarici bazara çıxış hüququ olan dövlət orqanları və təşkilatları.
- •7. Dünya bazarında malların və xidmətlərin beynəlxalq alqı- satqısı üzrə kontragentlər sifətində çıxış edən bmt sisteminin ixtisaslaşmış idarələri.
- •Mövzu 2: Bazar mahiyyəti, məzmunu və tədqiqi Plan
- •2.Mallar: malların təsnifatı prinsipləri, malın texniki- iqtisadi göstəricilərinin səciyyəvi xüsusiyyətləri.
- •6. Estetik göstəricilər.
- •7. Ekoloji göstəricilər.
- •3. Malın keyfiyyəti və rəqabətə tablılığı.
- •Mövzu 2.2: Bazar: mahiyyəti, məzmunu və tədqiqi Plan
- •2. Bazarda rəqib firmaların fəaliyyətinin öyrənilməsi
- •3. Bazarda alıcı firmanın öyrənilməsi
- •4. Bazarın nəqletmə, hüquqi və ticarət- siyasi şəraitinin öyrənilməsi
- •5. Bazar tədqiqinin aparılması metodları
- •Mövzu 3: İdxalat–ixracat əməliyyatları və beynəlxalq ticarət sövdələşmələrinə hazırlıq Plan
- •2. İdxal-ixrac əməliyyatları sistemində gömrük tarif tənzimi
- •3. İdxal- ixrac əməliyyatlarının lisenziyalaşdırılması. Gömrük vergiləri və rüsumları
- •I. Gömrük ödənişlərinin təsnifatı
- •II. Gömrük rüsumları
- •III. Gömrük orqanları tərəfindən alınan dolayı vergilər
- •IV. Müsadirə olunmuş malların satışından alınan vəsait
- •V. Digər vergilər
- •VI. Gömrük ödənclərinin vahid dərəcəsi
- •4. İdxalat–ixracat əməliyyatlarının uçotu və onun unifikasiyası
- •5. Birbaşa əlaqələr şəraitində beynəlxalq ticarət sövdələşmələrinə hazırlıq
- •İdxalat sövdələşmələrinə hazırlaşma üsulları:
- •Mövzu 4: Beynəlxalq alqı-satqı kontraktları ( müqavilələri) Plan
- •2. Alqı-satqının ümumi şərtləri
- •3. Beynəlxalq alqı-satqı kontraktlarının mahiyyəti və strukturu
- •4. Müqavilənin bazis şərtləri ( İnkoterms)
- •5. Beynəlxalq alqı-satqı kontraktlarının növləri və xüsusiyyətləri
- •Mövzu 5: Beynəlxalq alqı-satqı kontraktlarının icra edilməsinin təşkili Plan
- •2. Müqavilə icrasının rəsmiləşdirilməsi üzrə xarici ticarət sənədləri
- •3. Müqavilə icrasının rəsmiləşdirilməsi üçün nəqliyyat sənədləri
- •4.Müqavilə icrasının rəsmiləşdirilməsi üçün gömrükxana sənədləri
- •6. Beynəlxalq ticarət qaydalarının sadələşdirilməsi üzrə işçi qrupunun funksiyaları
- •Mövzu 6: Beynəlxalq qarşılıqlı ticarət əlaqələri Plan
- •2. Beynəlxalq qarşılıqlı sazişlərin ( razılaşmaların) növləri
- •Mövzu 7: Dünya bazarında ticarət-vasitəçi fəaliyyəti Plan
- •2. Ticarət–vasitəçi ilə bağlanılan müqavilənin əsas şərtləri
- •3. Ticarət-vasitəçi əməliyyatlarının təşkilati formaları
- •4. Ticarət–vasitəçi firmaların fəaliyyət xüsusiyyətləri
- •Mövzu 8: Beynəlxalq birjalarda, hərraclarda və torqlarda ticarət və alıb-veriş əməliyyatlarının təşkili Plan
- •2. Beynəlxalq hərraclar. Beynəlxalq hərrac ticarətinin təşkilatı formaları
- •3. Beynəlxalq torqlar. Beynəlxalq torqların keçirilməsi şərtləri
- •4. Torq iştirakçılarına təkliflərin təqdimi. Torqun təşkilatçıları və iştirakçıları
- •Mövzu 9: Beynəlxalq ticarət və alış-veriş işində reklam, sərgilər, yarmarkalar və texniki xidmətlər
- •Ticarət və alış-veriş məqsədilə reklamın məzmunu
- •Reklamın əsas vasitələri
- •Dövrü mətbuatda və arayış kitabçalarında reklam vasitələri
- •2. Reklamın həyata keçirilməsinin təşkilatı formaları.
- •3. Mal nişanı və onlardan reklam məqsədilə istifadə
- •Mal nişanı qarşısında qoyulan tələblər.
- •Mal nişanlarının qeydə alınması qaydası
- •4. Beynəlxalq sərgilər və yarmarkalar. Beynəlxalq sərgilərdə ( yarmarkalarda) bağlanılan sazişlər
- •5. Sərgi və yarmarkaların təşkili və tənzimlənmə fəaliyyəti
- •Mövzu 10: Beynəlxalq texnologiya, elmi-texniki biliklər və lisenziya mübadiləsinin metodoloji əsasları Plan
- •2. Elmi–texniki biliklər ticarətinin xüsusiyyətləri
- •3. Lisenziyalar və beynəlxalq lisenziyalaşdırma
- •Lisenziya
- •4. Beynəlxalq lisenziyalar ticarətinin xüsusiyyətləri
- •Müasir şəraitdə beynəlxalq lisenziyalaşdırma
- •5. Beynəlxalq lisenziya mübadiləsi sazişlərinin növləri və məzmunu
- •Beynəlxalq lisenziya sazişinin məzmunu
- •6. Beynəlxalq lisenziya ticarətinin təşkili
- •Beynəlxalq lisenziyalaşdırma bölməsi
- •İxtisaslaşmış firmalar
- •Lisenziya və patent agentləri
- •Mövzu 11: Beynəlxalq mühəndis–tikinti xidmətləri mübadiləsi Plan
- •2. Mühəndis–texniki xidmətlərin verilməsinə (satılmasına) dair beynəlxalq müqavilələrin əsas şərtləri
- •3. Müqavilənin predmeti və qüvvədə olması müddəti.
- •4. Məsləhətçilik xidmətlərinin başlanması və bitməsi müddətləri.
- •3. Beynəlxalq mühəndis-texniki xidmətlər mübadiləsinin təşkili
- •İxtisaslaşmış injinirinq firması
- •Mövzu 12: Beynəlxalq icarə əməliyyatları Plan
- •Beynəlxalq icarənin növləri
- •2. Beynəlxalq icarə müqavilələrinin əsas şərtləri
- •5. Lizinq müqavilələrinin ləğv edilməsi qaydası
- •Qəbuletmə protokolu
- •Cari icarə müqaviləsinin əsas şərtləri
- •3. Müasir şəraitdə beynəlxalq ticarətin xüsusiyyətləri və icarə əməliyyatlarının təşkilatı formaları
- •4. Beynəlxalq icarə əməliyyatlarının təşkilatı formaları
- •Beynəlxalq kommersiya işi
6. Beynəlxalq lisenziya ticarətinin təşkili
Xarici ölkələrdə lisenziya satışının təşkili formaları və praktikası öz müxtəlifliyi ilə fərqlənir və lisenziya əməliyyatlarının həcmi və xarakteri, firmanın ticarət fəaliyyətində onların yeri, əhəmiyyəti və onun təşkilatı strukturu ilə müəyyən edilir. Bu baxımdan bir neçə firmanın və agentliyin fəaliyyətinə diqqət yetirək:
Sənaye firmaları. Bu firmalar lisenziya satışı üzrə bilavasitə əməliyyatlar həyata keçirmək üçün öz fəaliyyəti dairəsində lisenziya (patent) şöbəsi, beynəlxalq lisenziyalaşdırma üzrə qız şirkətləri şəbəkəsi yaradır.
Lisenziyalaşdırma şöbələri (xidmətləri). Bu şöbələr irihəcmli elmi-tədqiqat işləri və öz ixtiralarını patentləşdirən iri şirkətlərdə yaradılır. Şöbələrin funksiyaları bunlardır:
1) Beynəlxalq patent və lisenziya ticarətinin öyrənilməsi. Bu məqsədlə şöbə aşağıdakı informasiyaları toplayıb texniki xidmətlər və iqtisadi xidmətlər bölmələrinə, istehsalat bölmələrinə (şöbələrinə) verilməsi və firmanı maraqlandıran sahələrdə yeni texniki nəaliyyətlər haqqında; rəqabətin yeni patentləri barədə; ixtiralar bazarında tələbin ziddiyyətinə dair; müxtəlif ölkələrdə lisenziyalşdırma şərtləri barədə; o cümlədən dövlət tənzimi patent qanunçuluğu, valyuta nəzarəti, ödənclərin verilməsi və s. tədbirlər barədə həmçinin bunlardan əlavə lisenziyalaşdırma şöbələri eyni zamanda lisenziya almağa maraq göstərən firmaları öyrənir, əlverişli lisenziat axtarır və seçir. Lisenziyanın satılmasının məqsədəuyğunluğu haqqında tövsiyyələr edir, zəmanət verir.
2) Patent və lisenziyaların alqı-satqısı üzrə tədbirlərin həyata keçirilməsi, lisenziatın seçilməsi: öncədən razılaşmalar aparılan lisenziyalaşma sazişlərinin bağlanması dövründə inzibati, hüquqi və texniki işlərin uyğunlaşdırılması; lisenziya sazişi mətninin hazırlanması və texniki xidmətlərin təşkili; lisenziarın lisenziatın ixtirasından istifadəsinə buraxılacaq məhsulun keyfiyyətinə, mal nişanəsindən istifadəsinə və lisenziya ödənclərinin düzgün ödənilməsinə və s. nəzarət; bütün lisenziatlarla əlaqə saxlamaq və onları əlaqələndirmək; onların arasında təcrübə mübadilələri keçirmək və s.
3) Öz firmasının tədqiqatlarının və texniki vəziyyətlərinin nəticələri üzrə patentlərin mühafizəsinin təmin edilməsi. Bu firmalar öz ölkəsində və xaricdə ixtiraları patentləşdirir, mal nişanlarını və sənaye nümunələrini qeydiyyatdan keçirir, patentlərə aid olan materialların və sənədlərin uçotunu aparır və firmasına dair digər müvafiq işlər görür.
Beynəlxalq lisenziyalaşdırma bölməsi
Bu növ bölmələr bir qayda olaraq iri şirkətlərdə yaradılır. Şöbələrdən fərqli olaraq bölmə həm də təsərrüfat müstəqilliyinə malikdir. Bu şirkətlərdə adətən lisenziyalaşdırma sahəsində siyasətin istiqamətlərinin müəyyən edilməsi məsələləri ilə prezidentin simasında şirkətin rəhbərliyi məşğul olur.
Beynəlxalq lisenziyalaşdırma üzrə “törəmə” (qız) şirkətləri
Bu növ şirkət iri sənaye şirkətinin “patent siyahısının” (genişləndirilməsinin, yayılmasının) istinadgahı olur. Onların əsas funksiyası lisenziyanın satışı üzrə əməliyyatlar aparmaqdır.