
- •Beynəlxalq kommersiya işi
- •Mövzu 1: Beynəlxalq ticarət əməliyyatlarının iqtisadi mahiyyəti Plan:
- •1. Giriş
- •2. Beynəlxalq ticarətin sürətli inkişafı beynəlxalq iqtisadi münasibətlərin əsas cəhəti kimi
- •3. Beynəlxalq ticarət kursunun predmeti və metodu
- •4. Beynəlxalq ticarət əməliyyatlarının mahiyyəti
- •Beynəlxalq ticarət kursunun digər fənlərlə vəhdəti
- •İstifadə olunan ədəbiyyat:
- •Mövzu 1.2: Beynəlxalq ticarət əməliyyatlarının iqtisadi mahiyyəti Plan
- •2. Beynəlxalq ticarət sövdələşmələri: anlayışı, məzmunu, mahiyyəti
- •3. Beynəlxalq ticarət əməliyyatlarının subyekti olan kontragentlərin təsnifatı
- •1. Təsərrüfat fəaliyyətinin növünə və iş xarakterinə görə onlar aşağıdakı kimi fərqləndirilir.
- •2. Hüquqi mövqelərinə görə firmaların təsnifatı.
- •3. Mülkiyyət xarakterinə görə firmalar.
- •5. Sahibkarlıq ittifaqı.
- •6. Xarici bazara çıxış hüququ olan dövlət orqanları və təşkilatları.
- •7. Dünya bazarında malların və xidmətlərin beynəlxalq alqı- satqısı üzrə kontragentlər sifətində çıxış edən bmt sisteminin ixtisaslaşmış idarələri.
- •Mövzu 2: Bazar mahiyyəti, məzmunu və tədqiqi Plan
- •2.Mallar: malların təsnifatı prinsipləri, malın texniki- iqtisadi göstəricilərinin səciyyəvi xüsusiyyətləri.
- •6. Estetik göstəricilər.
- •7. Ekoloji göstəricilər.
- •3. Malın keyfiyyəti və rəqabətə tablılığı.
- •Mövzu 2.2: Bazar: mahiyyəti, məzmunu və tədqiqi Plan
- •2. Bazarda rəqib firmaların fəaliyyətinin öyrənilməsi
- •3. Bazarda alıcı firmanın öyrənilməsi
- •4. Bazarın nəqletmə, hüquqi və ticarət- siyasi şəraitinin öyrənilməsi
- •5. Bazar tədqiqinin aparılması metodları
- •Mövzu 3: İdxalat–ixracat əməliyyatları və beynəlxalq ticarət sövdələşmələrinə hazırlıq Plan
- •2. İdxal-ixrac əməliyyatları sistemində gömrük tarif tənzimi
- •3. İdxal- ixrac əməliyyatlarının lisenziyalaşdırılması. Gömrük vergiləri və rüsumları
- •I. Gömrük ödənişlərinin təsnifatı
- •II. Gömrük rüsumları
- •III. Gömrük orqanları tərəfindən alınan dolayı vergilər
- •IV. Müsadirə olunmuş malların satışından alınan vəsait
- •V. Digər vergilər
- •VI. Gömrük ödənclərinin vahid dərəcəsi
- •4. İdxalat–ixracat əməliyyatlarının uçotu və onun unifikasiyası
- •5. Birbaşa əlaqələr şəraitində beynəlxalq ticarət sövdələşmələrinə hazırlıq
- •İdxalat sövdələşmələrinə hazırlaşma üsulları:
- •Mövzu 4: Beynəlxalq alqı-satqı kontraktları ( müqavilələri) Plan
- •2. Alqı-satqının ümumi şərtləri
- •3. Beynəlxalq alqı-satqı kontraktlarının mahiyyəti və strukturu
- •4. Müqavilənin bazis şərtləri ( İnkoterms)
- •5. Beynəlxalq alqı-satqı kontraktlarının növləri və xüsusiyyətləri
- •Mövzu 5: Beynəlxalq alqı-satqı kontraktlarının icra edilməsinin təşkili Plan
- •2. Müqavilə icrasının rəsmiləşdirilməsi üzrə xarici ticarət sənədləri
- •3. Müqavilə icrasının rəsmiləşdirilməsi üçün nəqliyyat sənədləri
- •4.Müqavilə icrasının rəsmiləşdirilməsi üçün gömrükxana sənədləri
- •6. Beynəlxalq ticarət qaydalarının sadələşdirilməsi üzrə işçi qrupunun funksiyaları
- •Mövzu 6: Beynəlxalq qarşılıqlı ticarət əlaqələri Plan
- •2. Beynəlxalq qarşılıqlı sazişlərin ( razılaşmaların) növləri
- •Mövzu 7: Dünya bazarında ticarət-vasitəçi fəaliyyəti Plan
- •2. Ticarət–vasitəçi ilə bağlanılan müqavilənin əsas şərtləri
- •3. Ticarət-vasitəçi əməliyyatlarının təşkilati formaları
- •4. Ticarət–vasitəçi firmaların fəaliyyət xüsusiyyətləri
- •Mövzu 8: Beynəlxalq birjalarda, hərraclarda və torqlarda ticarət və alıb-veriş əməliyyatlarının təşkili Plan
- •2. Beynəlxalq hərraclar. Beynəlxalq hərrac ticarətinin təşkilatı formaları
- •3. Beynəlxalq torqlar. Beynəlxalq torqların keçirilməsi şərtləri
- •4. Torq iştirakçılarına təkliflərin təqdimi. Torqun təşkilatçıları və iştirakçıları
- •Mövzu 9: Beynəlxalq ticarət və alış-veriş işində reklam, sərgilər, yarmarkalar və texniki xidmətlər
- •Ticarət və alış-veriş məqsədilə reklamın məzmunu
- •Reklamın əsas vasitələri
- •Dövrü mətbuatda və arayış kitabçalarında reklam vasitələri
- •2. Reklamın həyata keçirilməsinin təşkilatı formaları.
- •3. Mal nişanı və onlardan reklam məqsədilə istifadə
- •Mal nişanı qarşısında qoyulan tələblər.
- •Mal nişanlarının qeydə alınması qaydası
- •4. Beynəlxalq sərgilər və yarmarkalar. Beynəlxalq sərgilərdə ( yarmarkalarda) bağlanılan sazişlər
- •5. Sərgi və yarmarkaların təşkili və tənzimlənmə fəaliyyəti
- •Mövzu 10: Beynəlxalq texnologiya, elmi-texniki biliklər və lisenziya mübadiləsinin metodoloji əsasları Plan
- •2. Elmi–texniki biliklər ticarətinin xüsusiyyətləri
- •3. Lisenziyalar və beynəlxalq lisenziyalaşdırma
- •Lisenziya
- •4. Beynəlxalq lisenziyalar ticarətinin xüsusiyyətləri
- •Müasir şəraitdə beynəlxalq lisenziyalaşdırma
- •5. Beynəlxalq lisenziya mübadiləsi sazişlərinin növləri və məzmunu
- •Beynəlxalq lisenziya sazişinin məzmunu
- •6. Beynəlxalq lisenziya ticarətinin təşkili
- •Beynəlxalq lisenziyalaşdırma bölməsi
- •İxtisaslaşmış firmalar
- •Lisenziya və patent agentləri
- •Mövzu 11: Beynəlxalq mühəndis–tikinti xidmətləri mübadiləsi Plan
- •2. Mühəndis–texniki xidmətlərin verilməsinə (satılmasına) dair beynəlxalq müqavilələrin əsas şərtləri
- •3. Müqavilənin predmeti və qüvvədə olması müddəti.
- •4. Məsləhətçilik xidmətlərinin başlanması və bitməsi müddətləri.
- •3. Beynəlxalq mühəndis-texniki xidmətlər mübadiləsinin təşkili
- •İxtisaslaşmış injinirinq firması
- •Mövzu 12: Beynəlxalq icarə əməliyyatları Plan
- •Beynəlxalq icarənin növləri
- •2. Beynəlxalq icarə müqavilələrinin əsas şərtləri
- •5. Lizinq müqavilələrinin ləğv edilməsi qaydası
- •Qəbuletmə protokolu
- •Cari icarə müqaviləsinin əsas şərtləri
- •3. Müasir şəraitdə beynəlxalq ticarətin xüsusiyyətləri və icarə əməliyyatlarının təşkilatı formaları
- •4. Beynəlxalq icarə əməliyyatlarının təşkilatı formaları
- •Beynəlxalq kommersiya işi
4. Beynəlxalq lisenziyalar ticarətinin xüsusiyyətləri
Beynəlxalq lisenziya əməliyyatlarının az da olsa malların alqı-satqısı əməliyyatlarından fərqi vardır. Bu fərqlər aşağıdakılarla şərtlənir:
a) lisenziya əməliyyatlarının obyektləri. Bir qayda olaraq ixtiralar, qabaqcıl texnologiya təcrübələri və s. bazarlara birbaşa yəni bazarı öyrənmədən çıxarılır;
b) alqı-satqı sazişlərindən fərqli olaraq lisenziyanın satılmasında (verilməsində) lisenyiarın (satanın) marağı çox vaxt xalis alış-veriş məqsədi deyil, xarici bazarda möhkəm mövqe tutması cəhtindən irəli gəlir. Bu öz tərəf müqabili ilə uzunmüddətli əlaqələr saxlamaq məqsədinə əsaslanır;
v) əgər alqı-satqı prosesində mal tamamilə öz sahibindən təcrid edilərsə, lisenziya əməliyyatlarında tam təcridolunma halları adətən baş vermir. Çünki lisenziarın ixtiyarında olan mülkiyyətçiliyini özündə saxlayır;
q) lisenziya əməliyyatlarında lisenziata ancaq “istehsal üsulu” hüququ keçir. Lisenziyanı satarkən iqtisadi nəticə elmi-texniki həllin təsərrüfat məqsədilə istifadəsi üçün ödənc (istifadə haqqı) kimi “texnoloji renta “çıxış edir. Bu ödənc lisenziya qiymətinin tərkib hissəsidir.
Müasir şəraitdə beynəlxalq lisenziyalaşdırma
Beynəlxalq lisenziya ticarəti ölkələr arasında elmi- texniki mübadilənin başlıca formasıdır. Dünya bazarında patent ticarəti bit o qədər də çox əhəmiyyətli rol oynamır, çünki elmi tədqiqatların mürəkkəbləşməsi və istehsalda onların nəticələrinin tətbiqinə olan tələbatın artması təkcə patentin əldə edilməsi, onda təcəssüm olunan elmi texniki biliklərin effektli istifadəsini təmin edə bilməz. Lazımdır ki, patentləşdirmə məhsulun istehsalı zamanı praktiki olaraq ancaq patent sahibinin bildiyi istehsal sirləri hüququ da verilsin. Bu hal ona gətirib çıxarır ki, müasir şəraitdə beynəlxalq patent ticarəti öz yerini lisenziya ticarətinə verəsi olur.
Beynəlxalq lisenziya ticarətinin fövqəltəbii artımı bir sıra amillərə, o cümlədən müasir şəraitsə elmin, elmi-texniki tərəqqinin inkişafı, yeni məhsulun tezliklə bazar çıxarılmasına cəhd göstərilməsi, dünya bazarında rəqabət mübarizəsinin güclənməsi və sairlə bağlıdır. Ölkələr arasında azad mal mübadiləsinə mane olan protoksionizmin (himayəçiliyin) artaması ilə bağlı mübarizə aparmaq üçün beynəlxalq lisenziyalaşdırma prespektivli və təsirli transmilli korporasiyaların ən çətin və mürəkkəb bazarlara çıxmağa və onları əldə etməyə əsas oldu.
Bu siyasətin mühüm metodu lisenziyaların öz filiallarına və qız şirkətlərinə satmaqdır. Məsələn, ABŞ firmaları bütün lisenziyalarının 80 %-ni özlərinin xarici firmalarına və qız şirkətlərinə satırlar. Bu onların transmilli korporasiyalara yeni malların istehsalının tez səhmana salınmasına imkan verir.
Daxil olma çətinliyi ilə səciyyələnən bazarlara girişdə mühüm vasitələrdən biri lisenziya satmaqdır. Məqsəd investisiya qoyuluşunu genişləndirmək və xaricdə fəaliyyətdə olan müəssisələrdə payçı kimi iştirak etməkdir.
Beynəlxalq lisenziyalaşdırma eyni zamanda xarici ölkələrdə olan, yaxud baş verə biləcək ticarət-siyasi sədləri keçmək vasitəsidir.
Beynəlxalq lisenziyalaşdırma həm də firmanın mal ixracatının birbaşa genişləndirilməsi məqsədilə tətbiq edilir. Beynəlxalq lisenziya ticarətinin genişləməsinin mühüm amillərindən biri də bu əməliyyatların həyata keçirilməsində həm lisenziyaların, həm də lisenziatın alqı-satqı maraqlarıdır. Lisenziya ticarətinin inkişafında əhəmiyyətli rol oynayan cəhətlərdən biri də siyasi amillərdir, xüsusən inkişaf etməkdə olan ölkələrdə bilavasitə kapital qoyuluşunun milliləşdirilməsi amilidir.
Onu da qeyd etmək lazımdır ki, beynəlxalq lisenziya ticarətinin geniş inkişaf etdirilməsində mənfi cəhətlər də ola bilər. məsələn, lisenziar öz elmi tədqiqatlarını azaltmaq məcburiyyətində qaldıqda xarici texnikadan və texnologiyadan tam asılı vəziyyətə düşür. Beynəlxalq lisenziya ticarətinin və işləmələrin inkişafı dərəcəsilə müəyyən edilir.