Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Bynxlqticrt.doc
Скачиваний:
1
Добавлен:
01.05.2025
Размер:
755.2 Кб
Скачать

3. Lisenziyalar və beynəlxalq lisenziyalaşdırma

Beynəlxalq elmi-texniki biliklər ticarəti dedikdə “elmi-texniki biliklər ticarəti əməliyyatları” anlayışında təcəssüm olunmuş müxtəlif forma və metodların tətbiqi sistemi başa düşülməlidir. Burada mal şəkilində intellektual əməyin məhsulun müxtəlif formalarda çıxış edir: patentlər, mal nişanları, sənaye nümunələri, nou-hau formalarında, elmi-texniki biliklərin nəticələrinin alqı-satqı münasibətləri əsasında, beynəlxalq lisenziya sazişləri , elmi tədqiqatların və işləmələrin nəticələrinin istifadəsi əsasında, yaxud da texnoloji xidmətlərin göstərilməsi formasında dövriyəyə daxil edilir. Odur ki, elmi-texniki biliklər ticarəti üzrə beynəlxalq əməliyyatlar iki növə ayrılır:

  1. petant və lisenziya ticarəti üzrə əməliyyatlar;

  2. texniki xidmətlər ticarəti üzrə əməliyyatlar.

Patent və lisenziyalar üzrə beynəlxalq ticarət ixtiraların, qabaqcıl istehsal texnologiyasının, texniki biliklərin və təcrübələrin realizasiyası deməkdir. Həmin əməliyyatların əsasını patent qanunçuluğunun köməyilə ixtiranın mühafizəsi təşkil edir. Bu patent sahibinə ixtiranın istifadə olunmasında qəti inhisar hüququ verir. Başqa sözlə patentin istifadə müddəti ərzində həmin ixtira əsasında ancaq o, yəni patent sahibi malı istehsal edə bilər, tətbiq edə yaxud həmin məhsulun istehsalında müəyyən metodlar və üsullardan istifadə edə bilər.

Ixtira üçün verilən patent həmin ixtiranın istifadəsi üçün inhisar hüququ olan ixtira sahibinə - ixtiraçıya səlahiyyətli orqanlar tərəfindən verilən şəhadətnamədir. Patent onun sahibinə ixtiranın mülkiyyətçisi titulunu verir. Müasir şəraitdə bütün ixtiralar patentləşdirilir. Buna görə də bazara çıxarılan yeni malların hamısı öncədən patent olan mallardır. Patentə malik olma müddəti hər bir ölkənin öz qanunvericiliyinə uyğun olaraq orta hesabla 15-20 il nəzərdə tutulur. Hazırda onun fəaliyyət müddəti xeyli azdır, 6-9 il. Bu elmi-texniki tərəqqinin sürətlənməsi və rəqib firmaların köhnə ixtiraların qiymətindən salınması ilə bağlıdır. Belə olduqda patent sahibinin patenti uzun müddət ərzində saxlamaqda marağı olmur, çünki bu patentin fəaliyyəti dövrü mütərəqqi artan verginin (rüsumun) tutulması ilə bağlıdır.

Qanunçuluğa görə patent hansı ölkəyə verilibsə, ancaq orada da fəaliyyətdə olur. Buna görə patentin mühafizəsini təmin etmək üçün həmin ixtira digər ölkələrdə yenidən patentləşdirilməlidir. Patent sahibi öz patentini digər şəxsə (ölkəyə) də sata bilər, patent sazişləri əsasında. Patenti əsasən iri firmalar alır və beləliklə autsayderlərin onların hökmranlıq sferasına daxil olmasını təcrid edir.

Lisenziya

Əgər patent sahibi ixtiyarında olan mülkiyyət hüququnu öz ixtiyarında saxlamaqla və ancaq müəyyən muzd almaqla patenti müvəqqəti başqasının istifadəsinə verirsə, bu halda söhbət ixtiranın istifadəsi üçün lisenziyanın alqı-satqısından gedə bilər.

Ixtiranın istifadəsi lisenziya əsasında həyata keçirilir. Lisenziya rəsmi icazə deməkdir. Ticarət təcrübəsində onun əsas iki növü vardır:

  1. ixracat və idxalat üçün lisenziya;

  2. patent lisenziyası.

Patentin və lisenziyanın xaricə satışı spesifik ticarət əməliyyatıdır. Obyekt isə yuxarıda deyildiyi kimi “görünməyən “ mallardır.

Patent qanunvericiliyi ancaq müəyyən tələblərə cavab verən patentləşdirilmiş ixtiranın mühafizəsini nəzərdə tutur. Patent sisteminin prinsipləri aşağıdakılardır:

1) İxtira hüququ. Ixtiraçı patentin qüvvədə olduğu dövr ərzində ixtiranın tam istifadəsi sferasında inhisar sahibidir.

2) İxtiranın patent qabiliyyəti. Bu o deməkdsir ki, ixtira ancaq kompleks tələblərə cavab verdikdə ona patent verir. Patent qabiliyyətinin əsas kriteriyaları isə bunlardır: vəzifələrin texniki həlli; ixtiranın yeniliyi; ixtiraçının səviyyəsi; praktiki tətbiqi.

3) Patent hüquqlarının ərazi məhdudiyyəti. Bu hər hansı bir patent hansı ölkəyə verilərsə, ancaq o ölkənin ərazisində qüvvədə olduğunu nəzərdə tutur.

4) Patentin verilməsi və qüvvədə saxlanması üçün rüsumun (verginin) ödənilməsi. Bu rüsumların səviyyəsi çox yüksək olur, buna görə də patentin qüvvədə saxlanması çox xərc tələb edir. Bununla bağlı ixtiraçıların vəsaiti çox olmadıqda öz ixtiralarını satmaq məcburiyyətində olurlar. Bundan əlavə, ixtiraçı yaxud patent sahibi öz patentini hətta pulsuz olaraq başqasına verə bilər.

Lisenziyanın satılması həmin ixtiranın mal şəklində icarəyə götürülməsinə bərabərdir. Belə ki, ixtiranın sahibi onu müvəqqəti istifadə olunması üçün satır və patent hüququnu özündə saxlayır.

Lisenziyanın əldə edilməsinin əsas şərtləri çoxcəhətlidir. Əvvəla bilməliyik ki, lisenziyanın satışı yuxarıda göstərildiyi kimi onun bir mal kimi icarə edilməsinə bərabər tutulur. Çünki ixtiranın, yəni elmi-texniki biliklərin sahibi, onları lisenziyanı əldə edənə müvəqqəti olaraq verir; ikincisi lisenziya verənin malı bazarda olan mallara nisbətən yüksək səviyyəli rəqabət qabiliyyətinə malik olmalıdır; üçüncüsü verənin (satanın) lisenziyasının texnologiyası eyni məhsula nisbətən əlavə mənfəət gətirən məhsul olmalıdır; dördüncüsü lisenziya sazişləri bağlanarkən obyektin seçilməsinin əsas kriteriyası aşağıdakılardır: ixtiranın və işləmələrin yüksək elmi- texniki səviyyəsi; hazırlanan məhsulun maya dəyərinin aşağı olması və s.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]