
- •Beynəlxalq kommersiya işi
- •Mövzu 1: Beynəlxalq ticarət əməliyyatlarının iqtisadi mahiyyəti Plan:
- •1. Giriş
- •2. Beynəlxalq ticarətin sürətli inkişafı beynəlxalq iqtisadi münasibətlərin əsas cəhəti kimi
- •3. Beynəlxalq ticarət kursunun predmeti və metodu
- •4. Beynəlxalq ticarət əməliyyatlarının mahiyyəti
- •Beynəlxalq ticarət kursunun digər fənlərlə vəhdəti
- •İstifadə olunan ədəbiyyat:
- •Mövzu 1.2: Beynəlxalq ticarət əməliyyatlarının iqtisadi mahiyyəti Plan
- •2. Beynəlxalq ticarət sövdələşmələri: anlayışı, məzmunu, mahiyyəti
- •3. Beynəlxalq ticarət əməliyyatlarının subyekti olan kontragentlərin təsnifatı
- •1. Təsərrüfat fəaliyyətinin növünə və iş xarakterinə görə onlar aşağıdakı kimi fərqləndirilir.
- •2. Hüquqi mövqelərinə görə firmaların təsnifatı.
- •3. Mülkiyyət xarakterinə görə firmalar.
- •5. Sahibkarlıq ittifaqı.
- •6. Xarici bazara çıxış hüququ olan dövlət orqanları və təşkilatları.
- •7. Dünya bazarında malların və xidmətlərin beynəlxalq alqı- satqısı üzrə kontragentlər sifətində çıxış edən bmt sisteminin ixtisaslaşmış idarələri.
- •Mövzu 2: Bazar mahiyyəti, məzmunu və tədqiqi Plan
- •2.Mallar: malların təsnifatı prinsipləri, malın texniki- iqtisadi göstəricilərinin səciyyəvi xüsusiyyətləri.
- •6. Estetik göstəricilər.
- •7. Ekoloji göstəricilər.
- •3. Malın keyfiyyəti və rəqabətə tablılığı.
- •Mövzu 2.2: Bazar: mahiyyəti, məzmunu və tədqiqi Plan
- •2. Bazarda rəqib firmaların fəaliyyətinin öyrənilməsi
- •3. Bazarda alıcı firmanın öyrənilməsi
- •4. Bazarın nəqletmə, hüquqi və ticarət- siyasi şəraitinin öyrənilməsi
- •5. Bazar tədqiqinin aparılması metodları
- •Mövzu 3: İdxalat–ixracat əməliyyatları və beynəlxalq ticarət sövdələşmələrinə hazırlıq Plan
- •2. İdxal-ixrac əməliyyatları sistemində gömrük tarif tənzimi
- •3. İdxal- ixrac əməliyyatlarının lisenziyalaşdırılması. Gömrük vergiləri və rüsumları
- •I. Gömrük ödənişlərinin təsnifatı
- •II. Gömrük rüsumları
- •III. Gömrük orqanları tərəfindən alınan dolayı vergilər
- •IV. Müsadirə olunmuş malların satışından alınan vəsait
- •V. Digər vergilər
- •VI. Gömrük ödənclərinin vahid dərəcəsi
- •4. İdxalat–ixracat əməliyyatlarının uçotu və onun unifikasiyası
- •5. Birbaşa əlaqələr şəraitində beynəlxalq ticarət sövdələşmələrinə hazırlıq
- •İdxalat sövdələşmələrinə hazırlaşma üsulları:
- •Mövzu 4: Beynəlxalq alqı-satqı kontraktları ( müqavilələri) Plan
- •2. Alqı-satqının ümumi şərtləri
- •3. Beynəlxalq alqı-satqı kontraktlarının mahiyyəti və strukturu
- •4. Müqavilənin bazis şərtləri ( İnkoterms)
- •5. Beynəlxalq alqı-satqı kontraktlarının növləri və xüsusiyyətləri
- •Mövzu 5: Beynəlxalq alqı-satqı kontraktlarının icra edilməsinin təşkili Plan
- •2. Müqavilə icrasının rəsmiləşdirilməsi üzrə xarici ticarət sənədləri
- •3. Müqavilə icrasının rəsmiləşdirilməsi üçün nəqliyyat sənədləri
- •4.Müqavilə icrasının rəsmiləşdirilməsi üçün gömrükxana sənədləri
- •6. Beynəlxalq ticarət qaydalarının sadələşdirilməsi üzrə işçi qrupunun funksiyaları
- •Mövzu 6: Beynəlxalq qarşılıqlı ticarət əlaqələri Plan
- •2. Beynəlxalq qarşılıqlı sazişlərin ( razılaşmaların) növləri
- •Mövzu 7: Dünya bazarında ticarət-vasitəçi fəaliyyəti Plan
- •2. Ticarət–vasitəçi ilə bağlanılan müqavilənin əsas şərtləri
- •3. Ticarət-vasitəçi əməliyyatlarının təşkilati formaları
- •4. Ticarət–vasitəçi firmaların fəaliyyət xüsusiyyətləri
- •Mövzu 8: Beynəlxalq birjalarda, hərraclarda və torqlarda ticarət və alıb-veriş əməliyyatlarının təşkili Plan
- •2. Beynəlxalq hərraclar. Beynəlxalq hərrac ticarətinin təşkilatı formaları
- •3. Beynəlxalq torqlar. Beynəlxalq torqların keçirilməsi şərtləri
- •4. Torq iştirakçılarına təkliflərin təqdimi. Torqun təşkilatçıları və iştirakçıları
- •Mövzu 9: Beynəlxalq ticarət və alış-veriş işində reklam, sərgilər, yarmarkalar və texniki xidmətlər
- •Ticarət və alış-veriş məqsədilə reklamın məzmunu
- •Reklamın əsas vasitələri
- •Dövrü mətbuatda və arayış kitabçalarında reklam vasitələri
- •2. Reklamın həyata keçirilməsinin təşkilatı formaları.
- •3. Mal nişanı və onlardan reklam məqsədilə istifadə
- •Mal nişanı qarşısında qoyulan tələblər.
- •Mal nişanlarının qeydə alınması qaydası
- •4. Beynəlxalq sərgilər və yarmarkalar. Beynəlxalq sərgilərdə ( yarmarkalarda) bağlanılan sazişlər
- •5. Sərgi və yarmarkaların təşkili və tənzimlənmə fəaliyyəti
- •Mövzu 10: Beynəlxalq texnologiya, elmi-texniki biliklər və lisenziya mübadiləsinin metodoloji əsasları Plan
- •2. Elmi–texniki biliklər ticarətinin xüsusiyyətləri
- •3. Lisenziyalar və beynəlxalq lisenziyalaşdırma
- •Lisenziya
- •4. Beynəlxalq lisenziyalar ticarətinin xüsusiyyətləri
- •Müasir şəraitdə beynəlxalq lisenziyalaşdırma
- •5. Beynəlxalq lisenziya mübadiləsi sazişlərinin növləri və məzmunu
- •Beynəlxalq lisenziya sazişinin məzmunu
- •6. Beynəlxalq lisenziya ticarətinin təşkili
- •Beynəlxalq lisenziyalaşdırma bölməsi
- •İxtisaslaşmış firmalar
- •Lisenziya və patent agentləri
- •Mövzu 11: Beynəlxalq mühəndis–tikinti xidmətləri mübadiləsi Plan
- •2. Mühəndis–texniki xidmətlərin verilməsinə (satılmasına) dair beynəlxalq müqavilələrin əsas şərtləri
- •3. Müqavilənin predmeti və qüvvədə olması müddəti.
- •4. Məsləhətçilik xidmətlərinin başlanması və bitməsi müddətləri.
- •3. Beynəlxalq mühəndis-texniki xidmətlər mübadiləsinin təşkili
- •İxtisaslaşmış injinirinq firması
- •Mövzu 12: Beynəlxalq icarə əməliyyatları Plan
- •Beynəlxalq icarənin növləri
- •2. Beynəlxalq icarə müqavilələrinin əsas şərtləri
- •5. Lizinq müqavilələrinin ləğv edilməsi qaydası
- •Qəbuletmə protokolu
- •Cari icarə müqaviləsinin əsas şərtləri
- •3. Müasir şəraitdə beynəlxalq ticarətin xüsusiyyətləri və icarə əməliyyatlarının təşkilatı formaları
- •4. Beynəlxalq icarə əməliyyatlarının təşkilatı formaları
- •Beynəlxalq kommersiya işi
5. Sərgi və yarmarkaların təşkili və tənzimlənmə fəaliyyəti
Sərgi və yarmarkaların fəaliyyətinin tənzimlənməsi ilə həm ərazisində sərgi və yarmarka keçirilən məmləkətin müvafiq idarələri, həm də beynəlxalq təşkilatlar məşğul olurlar.
Sərgi və yarmarkaların fəaliyyətini tənzimləyən yerli idarələrə- nazirliklər, ticarət palataları, sənayeçilər, ticarətçilər assosiyaları, beynəlxalq əlaqələrin inkişafına yardım edən ictimai təşkilatlar və şəhər bələdiyyələri daxildir. Onlar yarmarkaların idarə olunması üzrə işçi orqanlar və sərginin idarə edilməsi üzrə müvəqqəti sərgi komitəsi, yaxud hüquqi şəxs kimi çıxış edən sərgi idarəsi yaradırlar. Ərazisində sərgi və yarmarka keçirilən dövlətlərin hökumətləri sərginin maddi- texniki bazasının yaradılmasında və eksponentlər və onların yükləri üçün müxtəlif güzəştlərin müəyyənləşdirilməsində onlara kömək göstərirlər.
Beynəlxalq sərgilər və yarmarkaların fəaliyyətinin tənzimlənməsində iştirak edən beynəlxalq təşkilatlara aşağıdakılar aid edilir:
a) Beynəlxalq Sərgi Bürosu. Bu beynəlxalq sərgilər haqqında Paris Konvensiyasının (1928-ci il) qərarlarının yerinə yetirilməsini müşahidə etmək üçün 1931-ci ildə yaradılmışdır. Həmin konvensiya, kateqoriyalarını nəzərə almaqla sərgilərin təşkili müddətini müəyyən edir. O, sərgi iştirakçılarına bir sıra güzəştlər nəzərdə tutur, o cümlədən, eksponentlər üçün pulsuz sahə vermək, eksponatların sərgi göstərilən ölkəyə pulsuz gətirilməsi və geri aparılması, gömrük rüsumları tutlmadan kataloqların və digər reklam məmulatlarının, pavlionların və stendlərin quraşdırılması üçün tikinti materiallarının gətirilməsi və s.
b) Beynəlxalq Yarmarkalar İttifaqı. Bu ittifaq 1925-ci ildə təsis edilmişdir. Ittifaqın məqsədi beynəlxalq yarmarkaların daimi əmkdaşlığını təşkil etmək, onların hüquqlarını müdafiə etmək, fəaliyyət dairəsini genişləndirmək və dövlətlərarası mal dövriyyəsinin inkişafına təsir göstərməkdən ibarətdir. Ittifaqın tərkibi təsisçi-üzvlərdən, habelə həqiqi və fövqəladə üzvlərdən ibarət olur. Ittifaq fəaliyyəti müddətində beynəlxalq yarmarka ərazisində gömrük anbarları barədə müddəalar hazırlayıb yayır, gömrük formallığını sadələşdirir, yarmarkada göstərmək üçün qoyulmuş ixtiraların patentlərinin mühafizəsi qaydasını müəyyənləşdirir, yarmarka yüklərinin güzəştli tariflərlə daşınmasına nail olur.
v) Beynəlxalq Yarmarkalar Üzrə İşçi Qrupu. Bu 1955-ci ildə BMT-nin Avropa İqtisadi Komissiyasının nəzdində xarici ticarətin inkişafı komissiyasında yaradılmışdır. Onun tərkibində 20 ölkə, habelə Beynəlxalq Yarmarkalar İttifaqı, Beynəlxalq Ticarət Palatası daxil edilmişdir. Həmin qrup BMT ölkələrinin hökumətləri üçün beynəlxalq yarmarkalara və sərgilərə qoyulacaq mal nümunələri üzrə güzəştlərə dair tövsiyyələr hazırlayır.
Mövzu 10: Beynəlxalq texnologiya, elmi-texniki biliklər və lisenziya mübadiləsinin metodoloji əsasları Plan
Beynəlxalq texnoloji biliklər mübadiləsi. Elmi-texnoloji biliklər mübadiləsinin mahiyyəti, beynəlxalq texnoloji mübadilənin xarakterik cəhətləri
Elmi–texniki biliklər ticarətinin xüsusiyyətləri
Lisenziyalar və beynəlxalq lisenziyalaşdırma
Beynəlxalq lisenziya ticarətinin xüsusiyyətləri
Beynəlxalq lisenziya mübadiləsi sazişlərinin növləri və məzmunu
Beynəlxalq lisenziya ticarətinin təşkili
1.Beynəlxalq texnoloji biliklər mübadiləsi. Elmi-texnoloji biliklər mübadiləsinin mahiyyəti, beynəlxalq texnoloji mübadilənin xarakterik cəhətləri
Beynəlxalq ticarət təcrübəsində elmi-texniki biliklərin mübadiləsinə dair müxtəlif terminlər tətbiq edilir: “beynəlxalq texnoloji mübadilə”, “sənaye texnoloji mübadilə”, “elmi–texniki fəaliyyətin nəticələrinin beynəlxalq mübadiləsi”, “texnologiyanın verilməsi” (ötürülməsi, satılması) kimi terminlər geniş yayılmışdır. Bu terminlər ticarət fəaliyyəti zamanı müxtəlif ölkələrin kontragentləri arasında tətbiq edilir. Buraya transmilli şirkətlərin ana və qız şirkətləri arasında mübadilə, firmadaxili mübadilə də aid edilir.
Elmi tədqiqatları və təcrübi–konstruktor işlərinin həyata keçirilməsinin nəzərdə tutan elmi–texniki fəaliyyətin nəticəsində əldə edilən elmi–texniki biliklər sahibindən (fiziki yaxud hüquqi şəxslərdən) ticarət alqı-satqı sazişi bağlamaqla təcrid də oluna bilər, yaxud da müəyyən bir dövr (ay, il) üçün sazişlər əsasında tərəf-müqabilinin istifadəsinə xidmətlər kimi təqdim edilə bilər.
Elmi-texnoloji biliklər mübadiləsinin mahiyyəti
Elmi-texniki biliklər üzrə ticarətin mahiyyəti elmi və praktiki dəyərləri olan elmi–texniki fəaliyyətin nəticəsini alış- veriş əsasında xarici kontragentə (firmaya, şirkətə) satmaqdan ibarətdir. Təcrübədə bu əməliyyat “beynəlxalq texnologiya mübadiləsi” adını almışdır. Əslində isə texnologiya dedikdə elmi-texniki biliklərin nəticələrinin təzahürü başa düşülməlidir. Bu baxımdan beynəlxalq ticarət təcrübəsində “elmi texniki əlaqələr” termini də diqqəti cəlb edir.
Texnologiyanın başqasına satılmasının aşağıdakı növləri vardır:
1) İxtirada, faydalı modellərdə, sənaye nümunələrində, mal nişanlarında təcəssüm olunmuş biliklər və sınaqlar. Burada faydalı model əslində kiçik ixtiraya bərabər götürülür.
2) Elmi–texniki, istehsal, idarəetmə , ticarət, maliyyə və bu kimi sair xarakterli biliklər və sınaqlar. Bunlar elmi-texniki tədqiqatların aparılmasında rəqabətətablı məhsulların hazırlanmasında, realizasiyasında və istismarında tətbiq edilir və beynəlxalq ticarət sazişlərində (razılaşmalarında) alqı-satqı obyekti kimi çıxış edir. Bunlar eyni zamanda “nou–hau” anlayışında ümumiləşdirilir. “Nou-hau” isə hərfən “bilirəm necə” deməkdir.
“Nou-hau” nun xarakterik cəhəti onun elmi-texniki və iqtisadi dəyərlərinin olmasından, praktiki tətbiqinin mümkünlüyündən, tam yaxud qismən məxfi olmasından ibarətdir. O, yəni “nou-hau” sənəd (cizgi, sxem, təlimat) formasında, yaxud mütəssislərin istehsal sınaqları, yəni mütəssislərin göndərilməsi formasında verilir.
Beynəlxalq texnoloji mübadilənin xarakterik cəhətləri.
Yəni üçüncü minillik ərəfəsi dövründən beynəlxalq texnoloji biliklər mübadiləsi daha da inkişaf etməkdədir. Hazırki şəraitdə biliklərin beynəlxalq mübadiləsinin dövrün tələblərin irəli gələn xarakterik cəhətləri vardır. Bu cəhətlər aşağıdakılardır:
- beynəlxalq elmi-texniki biliklər mübadiləsi inkişafının obyektiv xarakteri ;
- texnoloji biliklərin inhisara götürülməsi prosesinin davamı;
- texnologiyanın verilməsi (satılması) sahəsində firmaların məqsədyönlü siyasətinin dərinləşməsi;
- xarici iqtisadi ekspansiya (yəni bazar əldə etmək, bazar iqtisadi siyasətinin daha da genişləndirmək məqsədilə öz iqtisadi, hətta siyasi nüfuzunu başqa ölkələrə yaymaq) vasitələrindən biri kimi korporasiyadaxili texnologiya mübadiləsindən firmaların səmərəli istifadəsi;
- kiçik və orta firmaların texnologiya mübadiləsində iştirakı;
- beynəlxalq texnologiya mübadiləsində inhisarçılararası ziddiyyətlərin güclənməsi. Bu dünya bazarında korporasiyalararası rəqabətin daha da dərinləşməsinə gətirib çıxarır;
- inkişaf etməkdə olan ölkələrin iqtisadi asılılığının yeni formalarının yaradılmasına doğru transmilli korporasiyaların cəhd göstərilməsi;
- texnologiyanın verilməsi (satılması) sahəsində müəyyən qayda qanunların qoyulması uğrunda inkişaf etmiş ölkələrin mübarizəsi.