Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Bynxlqticrt.doc
Скачиваний:
1
Добавлен:
01.05.2025
Размер:
755.2 Кб
Скачать

3. Mal nişanı və onlardan reklam məqsədilə istifadə

Mal nişanı dedikdə onu və istehsalçını fərdi əmanətlərinə görə fərqləndirmək üçün verilən fərdi əlamət (işarə) başa düşülür. Mal nişanı şəkil, vinyetka, qrafik təsvir, orijinal bir ad, rəqəmlərdən, hərflərdən, yaxud sözlərdən ibarət olur. Həmçinin mal nişanı müəssisə sahibinin, firmanın adından da ibarət ola bilər.

Mal nişanı malın növündən, çeşidindən asılı olaraq bilavasitə onun özündə , qablaşdırıldığı materialda, mala bənd edilmiş etiketkada təsvir olunur. Bir sıra ölkələrdə mal nişanı mal markası adlanır.

Mal nişanlarının xüsusi növlərindən biri şifahi nişanlardır, başqa sözlə, malın xüsusi yaxud buna bənzər mal adlarıdır. Bu adlar kimya, əczaçılıq, ətriyyat, tütün və sənayenin bir sıra digər sahələrində geniş yayılmışdır.

Ticarət rekalmı ilə həmahəng gələn mal nişanı dünya bazarında rəqabətin ən mühüm vasitələrindən biridir. Mal nişanının tətbiqi bazarda və istehlakçıda müəyyən mala maraq gətirmək, alıcı tərəfindən alınması istəyini sövqləndirməkdən ibarətdir.

Mal nişanı dünya ticarətindən xüsusi əhəmiyyət kəsb edir. Çünki o bir ölkədə olan mal istehsalçısı ilə digər ölkədəki istehlakçı arasında əlaqələndirici həlqə kimi çıxış edir.

Mal nişanı qarşısında qoyulan tələblər.

Mal nişanının yerinə yetirdiyi vəzifələrdən və mal nişanı barədə verilən qanunlardan asılı olaraq onun qarşısına bir sıra tələblər qoyulur. Belə ki o, orijinal, sadə , yaddaqalan olmalıdır. Nişana orijinallaıq vermək üçün adətən geniş yayılmış sözlərdən, ifadələrdən uzaq olan qeyri-təbii sözlər götürülür. Mal nişanlarımda malın keyfiyyətinin və xarakteristikasının göstərilməsi məqsədəuyğun sayılmır. Belə ki,bunalrı mal nişanında təsvir etmək istehlakçının həmin mala inamını şübhə altına qoyur. Malın yararlılığının yadda qalması üçün mal nişanı daha az ünsürlərdən ibarət olmalıdır. O, imkan daxilində ancaq şəxsi adları, soyadları öxündə əks etdirməlidir.

Mal nişanlarının qeydə alınması qaydası

Mal nişanından istifadə qaydası onu tətbiq edən ölkənin qanunvericiliyi ilə müəyyən olunmuş əsasnaməyə, habelə beynəlxalq konvensiya tərəfindən bəyənilmiş qərarlara əsasən müəyyənləşdirilir. Bir sıra ölkələrdə mal nışanının qeydə alınması (Fransada, Yaponiyada, Latın Amerikası ölkələrində) deklorativ xarakter daşıyır. Digər bir sıra ölkələr (Finlandiya, Yunanıstanda) qeydə almanın vacibliyini əsas götürüb, mal nişanına xüsusiyyətçilik hüququnu öz qanunçuluğunda nəzərdə tutular. Bu ölkələrdə mal nişanının qeydə alınması zəruridir.

Bəzi ölkələrdə isə müəyyən kateqoriyalı mal nişanlarının qeydə alınması tələb edilir (Yunanıstan və Türkiyədə).

Mal nişanları dövlət idarələrində uzun müddətə qeydə alınır. Xarici ölkələrdə 4 mln. mal nişanı, o cümlədən Qərbi Avropada 1,8 mln, ABŞ – da 383 min, Yaponiyada 700 min mal nişanı qeydə alınıbdır.

4. Beynəlxalq sərgilər və yarmarkalar. Beynəlxalq sərgilərdə ( yarmarkalarda) bağlanılan sazişlər

Yarmarka ticarətin bir növü olub, ənənəvi olaraq hər il , bəzi hallarda ildə bir neçə dəfə müəyyən bir yerdə təşkil edilən bazardır. Yarmarka bir və ya bir neçə mal növündən ibarət malların topdan satışıdır. Yarmarkalar yerli, məhəlli, şəhərlərarası, ölkədaxili və beynəlxalq yarmarkalara ayrılır.

Beynəlxalq yarmarkalar ticarət xarakterli sərgi tədbirləri kimi keçirilir. Yarmarkalar istehsal və ticarət firmaları, təşkilatları, şirkətləri arasında təsərrüfat- iqtisadi əlaqələri genişləndirir.

Yarmarkanın məqsədi onun təşkilatçılarına öz istehsalının mal nümunələrini sərgiyə qoymaq, ticarət sazişləri bağlamaq məqsədilə yeni nailiyyətlərini və texniki təkmilləşmələrini nümayiş etdirməkdir. Yarmarka ticarət xarakterli sərgi tədbirləri və ticarət–sənaye sərgisi adıyla yayılmışdır.

Müasir şəraitdə sərgilər əsasən mal dövriyyəsinin inkişafı naminə təşkil edilir. Sərgilərə heç bir məhdudiyyət qoyulmadan bütün alıcı və satıcılar buraxılır. Sərgiyə qoyulmuş nümunələr üzrə ticarət razılaşmaları həyata keçirilir. Sərgilər və yarmarkalar aşağıdakı kimi təsnif edilir:

1) Milli sərgiər və yarmarkalar. Bu növ sərgi və yarmarkalar firmanın öz ölkəsində keçirilməklə, buraya eyni zamanda xarici alıcılar da dəvət olunur. Lakin mal satmaq hüququ ancaq milli firmalara verilir. Həmin sərgidə həm xarici həm də milli ölkə alıcıları eyni hüquqludur.

2) Beynəlxalq sərgilər və yarmarkalar. Bu tip sərgilər və yarmarkalar beynəlxalq ticarətə xidmət edir. Bunlarda məhdudiyyət qoyulmadan istənilən ölkənin firmaları iştirak etmək hüququnq malikdirlər. Beynəlxalq sərgi və yarmarkaların əsas üstünlükləri onunla fərqlənir ki, burada müxtəlif ölkələrdə istehsal olunmuş mal nümunələrinin böyük bir hissəsi satışa qoyulur. Bu alıcılara az bir vaxt ərzində bir çox ölkələrin bazarında yeni malların təklifi ilə tanış olmağa, mütəxəssislərdən zəruri məsləhətlər almağa, razılaşmalar aparmağa və kommersiya şərtlərini öyrənməyə və kontraktlar bağlamağa imkan verir.

Yarmarka və sərgilərdə çap olunmuş reklam materialları paylanılır, reklam filimləri nümayiş etdirilir, reklam plakatları yapışdırılır, işıq reklamı qurğusu quraşdırılır, kiçik qablaşdırılmış mallardan hədiyyə paylanılır və nəhayət satış üçün mallar göstərilir. Bununla yanaşı sərgilər qısamüddətli, səyyar, daimi nümunələr, daimi fəaliyyətdə olan ticarət mərkəzləri və ticarət həftələri kimi növləri mövcuddur.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]