Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Bynxlqticrt.doc
Скачиваний:
1
Добавлен:
01.05.2025
Размер:
755.2 Кб
Скачать

2. Reklamın həyata keçirilməsinin təşkilatı formaları.

Reklam işinin həcmindən və istifadə olunması növündən asılı olaraq inkişaf etmiş ölkələrin firmaları reklam və tədbirlərin keçirilməsini müxtəlif şəkildə təşkil edirlər. Onların bəziləri özlərinin xüsusi reklam şöbələrini yaradır, yaxud ixtisaslaşdırılmış reklam agentliklərindən istifadə edirlər.

1) Reklam şöbələri. Reklam işinin həcmi çox olan firmalarda reklam şöbəsi bilavasitə yaradılır və onun rəisinə (müdirinə) tabe etdirilir. Müdir reklam tədbirlərinin istiqamətlərini müəyyən edir və işlənməsi, yerinə yetirilməsi və nəzarətə götürülməsi üçün çox da böyük olmayan reklam şöbəsinə göndərir. Iri firmalarda isə reklam işinin həcmi böyük olduğundan , reklam şöbəsi ya marketinqlə məşğul olan sahənin yaxud da istehsalat , ticarət şöbəsinin nəzdində təşkil edir. Müstəqil reklam şöbəsinin tərkibində reklam vasitələrinin növləri üzrə bölmələr yaradılır. Satışın genişləndirilməsi üçün malların rəqabəttablılığını artırmaq, tələb və təklifin vəziyyətinin öyrənilməsi əsasında marketiq şöbəsi üçün tövsiyyələr vermək, reklamın effektliliyini artırmaq, reklam məsrəflərini müəyyənləşdirmək və nəzarət etmək və s. problemlərin həlli ilə həmin bölmələr məşğul olur.

Reklam şöbəsi bölmələrinin bir sıra funksiyaları vardır: reklam növlərini və metodlarını seçmək, müxtəlif reklam materialları , o cümlədən kataloqlar prospektlər və s. hazırlamaq; mətbuat və digər növ reklamlar üzrə sifarişləri hazırlamaq və təşkil etmək; mətbuat səhifələrində yer alamq; radio və televizor verilişləri şirkətlərində vaxt almaq və s. Bu cür geniş funksiyalara malik olmasına baxmayaraq reklam şöbəsi eyni zamanda müstəqil reklam agentlikləri ilə də əməkdaşlıq edirlər. Reklam şöbəsi bu agentliklərlə əlaqədə olmazsa, bu halda reklam vasitələrini yaymaq üçün özünün xüsusi mütəxəssisi olmalıdır. Reklam şöbəsi müdiri istehsal şöbəsi, marketiq şöbəsi və satış şöbəsi ilə sıx əlaqə şəraitində çalışmalıdır.

2) Reklam agentliyi. Bu müstəqil xüsusi firmadır. O, müştərilərinə reklam layihələrinin tərtibi və yerinə yetirilməsinə pullu xidmət göstərir. Agentlik öz mallarını reklam etmək istəyən sənaye , ticarət və digər firmalarla qəzet, jurnal konserinləri , televiziya, radio şirkətləri arasında vasitəçilik edir. Reklam agentlikləri aşağıdakı kimi təsnif olunur:

a) Göstərilən xidmətlərin həcminə görə. Buna “tam xidmət edən” agentlik də deyilir. Bunlar bazarın tədqiqi də daxil olmaqla, bütün xidmətləri öz üzrəinə götürür;

b) Göstərilən xidmətlərin növünə görə. Bunlar müəyyən mallar və reklam vasitələri üzrə ixtisaslaşmış olurlar;

v) Fəaliyyət sahəsinə görə. Mallar üzrə konkret, daxili və xarici bazarlarda xidmət göstərirlər.

Bu agentlik növləri arasında ən geniş yayılanı “tam xidmət göstərən” agentlikdir. Bu ticarət reklam siyasətinin ümumi və ayrı-ayrı məsələləri üzrə öz müştərilərinə məsləhət verir, malın bu və ya digər növlərinin buraxılmasına dair firmalara tövsiyyələr verir, reklam kompaniyası planını və smetanı tərtib edir.

Agentlik hələ satışın ilkin planının tərtib olunması mərhələsində reklam sahibi ilə əməkdaşlığa başlayır. Bu münasibətlə onlar arasında bağlanılan sazişlə tənzimlənir. Agentliyin xidmətləri üçün komission mükafatı müəyyən olunur ki, bu reklam dəyərinin 15%-ni təşkil edir. Reklam agentlikləri inkişaf etmiş ölkələrdə daha çox yayılmışdır. Məsələn, Yaponiyanın “ Dentsu”, ABŞ- ın “Yanq end Rubikem”, “Oqilvi end Mazer”, “Batten, Barton, “Durstin end Osborn” agentlikləri mövcuddur.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]