
- •Beynəlxalq kommersiya işi
- •Mövzu 1: Beynəlxalq ticarət əməliyyatlarının iqtisadi mahiyyəti Plan:
- •1. Giriş
- •2. Beynəlxalq ticarətin sürətli inkişafı beynəlxalq iqtisadi münasibətlərin əsas cəhəti kimi
- •3. Beynəlxalq ticarət kursunun predmeti və metodu
- •4. Beynəlxalq ticarət əməliyyatlarının mahiyyəti
- •Beynəlxalq ticarət kursunun digər fənlərlə vəhdəti
- •İstifadə olunan ədəbiyyat:
- •Mövzu 1.2: Beynəlxalq ticarət əməliyyatlarının iqtisadi mahiyyəti Plan
- •2. Beynəlxalq ticarət sövdələşmələri: anlayışı, məzmunu, mahiyyəti
- •3. Beynəlxalq ticarət əməliyyatlarının subyekti olan kontragentlərin təsnifatı
- •1. Təsərrüfat fəaliyyətinin növünə və iş xarakterinə görə onlar aşağıdakı kimi fərqləndirilir.
- •2. Hüquqi mövqelərinə görə firmaların təsnifatı.
- •3. Mülkiyyət xarakterinə görə firmalar.
- •5. Sahibkarlıq ittifaqı.
- •6. Xarici bazara çıxış hüququ olan dövlət orqanları və təşkilatları.
- •7. Dünya bazarında malların və xidmətlərin beynəlxalq alqı- satqısı üzrə kontragentlər sifətində çıxış edən bmt sisteminin ixtisaslaşmış idarələri.
- •Mövzu 2: Bazar mahiyyəti, məzmunu və tədqiqi Plan
- •2.Mallar: malların təsnifatı prinsipləri, malın texniki- iqtisadi göstəricilərinin səciyyəvi xüsusiyyətləri.
- •6. Estetik göstəricilər.
- •7. Ekoloji göstəricilər.
- •3. Malın keyfiyyəti və rəqabətə tablılığı.
- •Mövzu 2.2: Bazar: mahiyyəti, məzmunu və tədqiqi Plan
- •2. Bazarda rəqib firmaların fəaliyyətinin öyrənilməsi
- •3. Bazarda alıcı firmanın öyrənilməsi
- •4. Bazarın nəqletmə, hüquqi və ticarət- siyasi şəraitinin öyrənilməsi
- •5. Bazar tədqiqinin aparılması metodları
- •Mövzu 3: İdxalat–ixracat əməliyyatları və beynəlxalq ticarət sövdələşmələrinə hazırlıq Plan
- •2. İdxal-ixrac əməliyyatları sistemində gömrük tarif tənzimi
- •3. İdxal- ixrac əməliyyatlarının lisenziyalaşdırılması. Gömrük vergiləri və rüsumları
- •I. Gömrük ödənişlərinin təsnifatı
- •II. Gömrük rüsumları
- •III. Gömrük orqanları tərəfindən alınan dolayı vergilər
- •IV. Müsadirə olunmuş malların satışından alınan vəsait
- •V. Digər vergilər
- •VI. Gömrük ödənclərinin vahid dərəcəsi
- •4. İdxalat–ixracat əməliyyatlarının uçotu və onun unifikasiyası
- •5. Birbaşa əlaqələr şəraitində beynəlxalq ticarət sövdələşmələrinə hazırlıq
- •İdxalat sövdələşmələrinə hazırlaşma üsulları:
- •Mövzu 4: Beynəlxalq alqı-satqı kontraktları ( müqavilələri) Plan
- •2. Alqı-satqının ümumi şərtləri
- •3. Beynəlxalq alqı-satqı kontraktlarının mahiyyəti və strukturu
- •4. Müqavilənin bazis şərtləri ( İnkoterms)
- •5. Beynəlxalq alqı-satqı kontraktlarının növləri və xüsusiyyətləri
- •Mövzu 5: Beynəlxalq alqı-satqı kontraktlarının icra edilməsinin təşkili Plan
- •2. Müqavilə icrasının rəsmiləşdirilməsi üzrə xarici ticarət sənədləri
- •3. Müqavilə icrasının rəsmiləşdirilməsi üçün nəqliyyat sənədləri
- •4.Müqavilə icrasının rəsmiləşdirilməsi üçün gömrükxana sənədləri
- •6. Beynəlxalq ticarət qaydalarının sadələşdirilməsi üzrə işçi qrupunun funksiyaları
- •Mövzu 6: Beynəlxalq qarşılıqlı ticarət əlaqələri Plan
- •2. Beynəlxalq qarşılıqlı sazişlərin ( razılaşmaların) növləri
- •Mövzu 7: Dünya bazarında ticarət-vasitəçi fəaliyyəti Plan
- •2. Ticarət–vasitəçi ilə bağlanılan müqavilənin əsas şərtləri
- •3. Ticarət-vasitəçi əməliyyatlarının təşkilati formaları
- •4. Ticarət–vasitəçi firmaların fəaliyyət xüsusiyyətləri
- •Mövzu 8: Beynəlxalq birjalarda, hərraclarda və torqlarda ticarət və alıb-veriş əməliyyatlarının təşkili Plan
- •2. Beynəlxalq hərraclar. Beynəlxalq hərrac ticarətinin təşkilatı formaları
- •3. Beynəlxalq torqlar. Beynəlxalq torqların keçirilməsi şərtləri
- •4. Torq iştirakçılarına təkliflərin təqdimi. Torqun təşkilatçıları və iştirakçıları
- •Mövzu 9: Beynəlxalq ticarət və alış-veriş işində reklam, sərgilər, yarmarkalar və texniki xidmətlər
- •Ticarət və alış-veriş məqsədilə reklamın məzmunu
- •Reklamın əsas vasitələri
- •Dövrü mətbuatda və arayış kitabçalarında reklam vasitələri
- •2. Reklamın həyata keçirilməsinin təşkilatı formaları.
- •3. Mal nişanı və onlardan reklam məqsədilə istifadə
- •Mal nişanı qarşısında qoyulan tələblər.
- •Mal nişanlarının qeydə alınması qaydası
- •4. Beynəlxalq sərgilər və yarmarkalar. Beynəlxalq sərgilərdə ( yarmarkalarda) bağlanılan sazişlər
- •5. Sərgi və yarmarkaların təşkili və tənzimlənmə fəaliyyəti
- •Mövzu 10: Beynəlxalq texnologiya, elmi-texniki biliklər və lisenziya mübadiləsinin metodoloji əsasları Plan
- •2. Elmi–texniki biliklər ticarətinin xüsusiyyətləri
- •3. Lisenziyalar və beynəlxalq lisenziyalaşdırma
- •Lisenziya
- •4. Beynəlxalq lisenziyalar ticarətinin xüsusiyyətləri
- •Müasir şəraitdə beynəlxalq lisenziyalaşdırma
- •5. Beynəlxalq lisenziya mübadiləsi sazişlərinin növləri və məzmunu
- •Beynəlxalq lisenziya sazişinin məzmunu
- •6. Beynəlxalq lisenziya ticarətinin təşkili
- •Beynəlxalq lisenziyalaşdırma bölməsi
- •İxtisaslaşmış firmalar
- •Lisenziya və patent agentləri
- •Mövzu 11: Beynəlxalq mühəndis–tikinti xidmətləri mübadiləsi Plan
- •2. Mühəndis–texniki xidmətlərin verilməsinə (satılmasına) dair beynəlxalq müqavilələrin əsas şərtləri
- •3. Müqavilənin predmeti və qüvvədə olması müddəti.
- •4. Məsləhətçilik xidmətlərinin başlanması və bitməsi müddətləri.
- •3. Beynəlxalq mühəndis-texniki xidmətlər mübadiləsinin təşkili
- •İxtisaslaşmış injinirinq firması
- •Mövzu 12: Beynəlxalq icarə əməliyyatları Plan
- •Beynəlxalq icarənin növləri
- •2. Beynəlxalq icarə müqavilələrinin əsas şərtləri
- •5. Lizinq müqavilələrinin ləğv edilməsi qaydası
- •Qəbuletmə protokolu
- •Cari icarə müqaviləsinin əsas şərtləri
- •3. Müasir şəraitdə beynəlxalq ticarətin xüsusiyyətləri və icarə əməliyyatlarının təşkilatı formaları
- •4. Beynəlxalq icarə əməliyyatlarının təşkilatı formaları
- •Beynəlxalq kommersiya işi
Reklamın əsas vasitələri
Bu vasitələr bunlardır: dövrü mətbuatda və arayış kitabçalarında reklam; çap edilmiş reklam; telereklam; radioreklam; kinoreklam; xarici reklam satış yerlərində reklam; şey reklamı; malın qəti formalaşması ilə bağlı reklam; nüfuzetmə reklamı. Reklam vasitələrinin seçilməsi bir sıra amillərdən asılıdır. Bu amillərin hər birinin ayrılıqda nəzərdən keçirək.
Dövrü mətbuatda və arayış kitabçalarında reklam vasitələri
Bu reklam vasitələri ən çox yayılmışdır. Orta hesabla bunun payına ümumi reklam xərclərinin təqribən yarısı düşür. Bunun üstünlüyü geniş oxucu kütləsinə dərhal çatdırılmasındadır. Bu növ reklam dövri mətbuatda elan və kiçik məqalə şəklində yerləşdirilir.
Reklam elanları iki cür olur: təsnifatlı və alış-verişli elanlar. Bunlardan birincisi tematik xarakter daşıyır və güzəştli qiymətlərlə ödənilir. Ikincisi alış–veriş elanı isə malın, onun tətbiqinin, satış yerinin, qiymətinin istehsal edən firmanın xarakterik cəhətlərini ətraflı və dəqiq təsviri şəklində mətbuatda yerləşdirilir.
Bundan əlavə reklam yuxarıda qeyd edildiyi kimi, arayış kitabçalarında da verilir. Burada teleqraf, ünvanlar, firma, teatr proqramları, qatar, gəmi və avia hərəkəti cədvəlləri, yol bələdçisi və bu kimi sair sahələrin sorğu kitabçaları aiddir.
Çap reklamı. Buna topoqrafik üsulla nəşr olunmuş reklam növləri aiddir. Bu inkişaf etmiş ölkələrdə reklam xərclərinin məcmu məbləğində ikinci yeri tutur. O, öncədən dəqiq müəyyənləşdirilmiş istehlakçıların dairəsi üçün nəzərdə tutulur və onların arasında müftə paylanır. Məzmununa görə çap reklamı aşağıdakı növlərdən ibarətdir: kataloqlar, reklam vərəqi və buket, reklam məktubu, yaxud poçt partoçkası, reklam qoşa vərəqi , reklam müraciətnaməsi.
Telereklam. Bu televizor reklamıdır. Müasir reklam vasitələri arasında müstəsna yer tutur. Xarici məmləkətlərin bir çoxunda onun tətbiqi 1950-ci illərin ortalarından başlayıb və həmin illərin ilk onilliyində inkişaf edərək geniş yayılmışdır. Reklamın ən bahalı növüdür. ABŞ televizoru vasitəsilə verilən 30 saniyəlik reklam 100 min dollara başa gəlir. Bu növ reklam ABŞ da, İngiltərədə, Yaponiyada və bir sıra Qərb məmləkətlərində , habelə Azərbaycan Respublikasında daha çox yayılmışdır. Televizor vasitəsilə verilən reklamın bir çox növləri vardır. Bunlara reklam elanları, ticarət reklam verilişlərini reklam reportajlarını, diapozitivlər, yaxud diapozitiv filmlər aiddir.
Radioreklam. Bu reklam heç də məmləkətlərin hamısında tətbiq edilmir. Hətta bəzi məmləkətlərdə dövlətə məxsus olan radio şəbəkəsində reklam qadağan edilmişdir. Bu hal Skandinaviya ölkələrində, Fransada, Belçikada, Danimarkada, İsveçrədə müşahidə olunur. Ingiltərə və Almaniyada radio reklamı hökumət tərəfindən ciddi məhdudlaşdırılmışdır. Hindistanda və İndoneziyada da radio verilişi şirkətə məxsus olduğundan radio reklam tətbiq edilmir. Bunların əksinə olaraq ABŞ-da, Yaponiyada , İtaliyada bu reklam geniş yeyılmışdır. Lakin Amerika məmləkətlərində, Yunanıstanda da radioreklama heç də az yer verilməmişdir.
Kinoreklam. Kino vasitəsilə reklam geniş yayılmışdır. Bu reklam növü Qərbi Avropa ölkələrində geniş yayıldığı bir halda, ABŞ-da və Yaponiyada demək olar ki, heç tətbiq olunmur. Reklam kinofilmlərin əsas obyektləri hər hansı bir firmanın satacağı mal, xidmətlər, o cümlədən məişət , nəqliyyat, səhiyyə, təhsil və s. turizm marşurutları , sənaye və ticarət firmaları, univermaqlar, restoranlar, şadlıq evləri, banklar , sığorta cəmiyyətləri və s. ola bilər.
Həyata keçirilməsindən asılı olaraq kinoreklamı bilavasitə müntəzəm , təmiz və bilavasitə vasitəli , yəni harada vasitə olmaq şərtilə reklam kimi fərqləndirmək olar.
Xarici reklam. Bu reklam bütün ölkələrin milli ticarətində, hətta beynəlxalaq ticarət münasibətlərindən də digər reklam vasitələri içərisində əhəmiyyətli rol oynayır. Xarici reklam dedikdə küçələrdəki nəqliyyat vasitələrində o cümlədən metropoliten qatarları və stansiyalarındakı hər cür reklamlar və işıq reklamı başa düşülür.
Satış yerlərində reklam. Mağazaların daxilində və kənarlarında, nümayiş zallarında, salınlarında həyata keçirilir. Əsas növləri bunlardır: vitrinlər, mağaza və s. müəssisə lövhələri, palaktlar və afişalar, mağaza daxilində diapozitivlər göstərmək üçün qurğu , mağaza daxilində radio reklam və s.
Şey-əşya reklamı. Bu növ reklam daimi kontragentlərə, habelə pərakəndə satış iştirakçılarına pulsuz hədiyyələr , mal nümunələri, mükafatlar verilməsini nəzərdə tutur.
Malın qəti formalaşması (qablaşdırılması ilə) bağlı reklam. Malın bilavasitə qablaşdırılması , satış üçün qəti şəklə salınmasında( etiketlər, qutular, flakonlar, paketlər və s.) istifadə olunur.
Satış prosesində malın göstərilməsi. Yarmarkalarda , sərgilərdə, habelə nümunələr otağında, konsiqnasiyon anbarlarınd alıcılara malın açıq-aşkar göstərilməsi olduqca inandırıcı reklam vasitəsidir.
Nüfuzetmə reklamı. Bir çox firmalar reklam tədbirinə nəinki təkə malı, eyni zamanda özünü də daxil edir.