
- •Beynəlxalq kommersiya işi
- •Mövzu 1: Beynəlxalq ticarət əməliyyatlarının iqtisadi mahiyyəti Plan:
- •1. Giriş
- •2. Beynəlxalq ticarətin sürətli inkişafı beynəlxalq iqtisadi münasibətlərin əsas cəhəti kimi
- •3. Beynəlxalq ticarət kursunun predmeti və metodu
- •4. Beynəlxalq ticarət əməliyyatlarının mahiyyəti
- •Beynəlxalq ticarət kursunun digər fənlərlə vəhdəti
- •İstifadə olunan ədəbiyyat:
- •Mövzu 1.2: Beynəlxalq ticarət əməliyyatlarının iqtisadi mahiyyəti Plan
- •2. Beynəlxalq ticarət sövdələşmələri: anlayışı, məzmunu, mahiyyəti
- •3. Beynəlxalq ticarət əməliyyatlarının subyekti olan kontragentlərin təsnifatı
- •1. Təsərrüfat fəaliyyətinin növünə və iş xarakterinə görə onlar aşağıdakı kimi fərqləndirilir.
- •2. Hüquqi mövqelərinə görə firmaların təsnifatı.
- •3. Mülkiyyət xarakterinə görə firmalar.
- •5. Sahibkarlıq ittifaqı.
- •6. Xarici bazara çıxış hüququ olan dövlət orqanları və təşkilatları.
- •7. Dünya bazarında malların və xidmətlərin beynəlxalq alqı- satqısı üzrə kontragentlər sifətində çıxış edən bmt sisteminin ixtisaslaşmış idarələri.
- •Mövzu 2: Bazar mahiyyəti, məzmunu və tədqiqi Plan
- •2.Mallar: malların təsnifatı prinsipləri, malın texniki- iqtisadi göstəricilərinin səciyyəvi xüsusiyyətləri.
- •6. Estetik göstəricilər.
- •7. Ekoloji göstəricilər.
- •3. Malın keyfiyyəti və rəqabətə tablılığı.
- •Mövzu 2.2: Bazar: mahiyyəti, məzmunu və tədqiqi Plan
- •2. Bazarda rəqib firmaların fəaliyyətinin öyrənilməsi
- •3. Bazarda alıcı firmanın öyrənilməsi
- •4. Bazarın nəqletmə, hüquqi və ticarət- siyasi şəraitinin öyrənilməsi
- •5. Bazar tədqiqinin aparılması metodları
- •Mövzu 3: İdxalat–ixracat əməliyyatları və beynəlxalq ticarət sövdələşmələrinə hazırlıq Plan
- •2. İdxal-ixrac əməliyyatları sistemində gömrük tarif tənzimi
- •3. İdxal- ixrac əməliyyatlarının lisenziyalaşdırılması. Gömrük vergiləri və rüsumları
- •I. Gömrük ödənişlərinin təsnifatı
- •II. Gömrük rüsumları
- •III. Gömrük orqanları tərəfindən alınan dolayı vergilər
- •IV. Müsadirə olunmuş malların satışından alınan vəsait
- •V. Digər vergilər
- •VI. Gömrük ödənclərinin vahid dərəcəsi
- •4. İdxalat–ixracat əməliyyatlarının uçotu və onun unifikasiyası
- •5. Birbaşa əlaqələr şəraitində beynəlxalq ticarət sövdələşmələrinə hazırlıq
- •İdxalat sövdələşmələrinə hazırlaşma üsulları:
- •Mövzu 4: Beynəlxalq alqı-satqı kontraktları ( müqavilələri) Plan
- •2. Alqı-satqının ümumi şərtləri
- •3. Beynəlxalq alqı-satqı kontraktlarının mahiyyəti və strukturu
- •4. Müqavilənin bazis şərtləri ( İnkoterms)
- •5. Beynəlxalq alqı-satqı kontraktlarının növləri və xüsusiyyətləri
- •Mövzu 5: Beynəlxalq alqı-satqı kontraktlarının icra edilməsinin təşkili Plan
- •2. Müqavilə icrasının rəsmiləşdirilməsi üzrə xarici ticarət sənədləri
- •3. Müqavilə icrasının rəsmiləşdirilməsi üçün nəqliyyat sənədləri
- •4.Müqavilə icrasının rəsmiləşdirilməsi üçün gömrükxana sənədləri
- •6. Beynəlxalq ticarət qaydalarının sadələşdirilməsi üzrə işçi qrupunun funksiyaları
- •Mövzu 6: Beynəlxalq qarşılıqlı ticarət əlaqələri Plan
- •2. Beynəlxalq qarşılıqlı sazişlərin ( razılaşmaların) növləri
- •Mövzu 7: Dünya bazarında ticarət-vasitəçi fəaliyyəti Plan
- •2. Ticarət–vasitəçi ilə bağlanılan müqavilənin əsas şərtləri
- •3. Ticarət-vasitəçi əməliyyatlarının təşkilati formaları
- •4. Ticarət–vasitəçi firmaların fəaliyyət xüsusiyyətləri
- •Mövzu 8: Beynəlxalq birjalarda, hərraclarda və torqlarda ticarət və alıb-veriş əməliyyatlarının təşkili Plan
- •2. Beynəlxalq hərraclar. Beynəlxalq hərrac ticarətinin təşkilatı formaları
- •3. Beynəlxalq torqlar. Beynəlxalq torqların keçirilməsi şərtləri
- •4. Torq iştirakçılarına təkliflərin təqdimi. Torqun təşkilatçıları və iştirakçıları
- •Mövzu 9: Beynəlxalq ticarət və alış-veriş işində reklam, sərgilər, yarmarkalar və texniki xidmətlər
- •Ticarət və alış-veriş məqsədilə reklamın məzmunu
- •Reklamın əsas vasitələri
- •Dövrü mətbuatda və arayış kitabçalarında reklam vasitələri
- •2. Reklamın həyata keçirilməsinin təşkilatı formaları.
- •3. Mal nişanı və onlardan reklam məqsədilə istifadə
- •Mal nişanı qarşısında qoyulan tələblər.
- •Mal nişanlarının qeydə alınması qaydası
- •4. Beynəlxalq sərgilər və yarmarkalar. Beynəlxalq sərgilərdə ( yarmarkalarda) bağlanılan sazişlər
- •5. Sərgi və yarmarkaların təşkili və tənzimlənmə fəaliyyəti
- •Mövzu 10: Beynəlxalq texnologiya, elmi-texniki biliklər və lisenziya mübadiləsinin metodoloji əsasları Plan
- •2. Elmi–texniki biliklər ticarətinin xüsusiyyətləri
- •3. Lisenziyalar və beynəlxalq lisenziyalaşdırma
- •Lisenziya
- •4. Beynəlxalq lisenziyalar ticarətinin xüsusiyyətləri
- •Müasir şəraitdə beynəlxalq lisenziyalaşdırma
- •5. Beynəlxalq lisenziya mübadiləsi sazişlərinin növləri və məzmunu
- •Beynəlxalq lisenziya sazişinin məzmunu
- •6. Beynəlxalq lisenziya ticarətinin təşkili
- •Beynəlxalq lisenziyalaşdırma bölməsi
- •İxtisaslaşmış firmalar
- •Lisenziya və patent agentləri
- •Mövzu 11: Beynəlxalq mühəndis–tikinti xidmətləri mübadiləsi Plan
- •2. Mühəndis–texniki xidmətlərin verilməsinə (satılmasına) dair beynəlxalq müqavilələrin əsas şərtləri
- •3. Müqavilənin predmeti və qüvvədə olması müddəti.
- •4. Məsləhətçilik xidmətlərinin başlanması və bitməsi müddətləri.
- •3. Beynəlxalq mühəndis-texniki xidmətlər mübadiləsinin təşkili
- •İxtisaslaşmış injinirinq firması
- •Mövzu 12: Beynəlxalq icarə əməliyyatları Plan
- •Beynəlxalq icarənin növləri
- •2. Beynəlxalq icarə müqavilələrinin əsas şərtləri
- •5. Lizinq müqavilələrinin ləğv edilməsi qaydası
- •Qəbuletmə protokolu
- •Cari icarə müqaviləsinin əsas şərtləri
- •3. Müasir şəraitdə beynəlxalq ticarətin xüsusiyyətləri və icarə əməliyyatlarının təşkilatı formaları
- •4. Beynəlxalq icarə əməliyyatlarının təşkilatı formaları
- •Beynəlxalq kommersiya işi
Ticarət və alış-veriş məqsədilə reklamın məzmunu
Ticarət reklamı tələb oyatmaq və satışı həyata keçirmək üçün mal, yaxud xidmətlər haqqında bədii, texniki və psixoloji üsullar vasitəsilə kütləvi surətdə məlumat verilməsinə deyilir. Məqsədlərindən asılı olaraq reklamın aşağıdakı növləri vardır:
a) İlkinci reklam. Bu reklamın məqsədi öncədən mümkün istehlakçılar dairəsini həmişə bazar üçün yeni olan malların və xidmətlərin keyfiyyəti, qiyməti, istehlaketmə üsulu, satış yeri və s. haqqında tanışlıq verməkdir;
b) Rəqabət reklamı. Bu növ reklam rəqib firmanın buraxdığı analoji mal kütləsindən reklam edəcəyi malı ayıraraq onun fərqləndiyini göstərir və alıcını inandırmağa çalışır ki, məhz bu mal onun tələbini ödəməyə qadirdir və daha əlverişlidir.
c) Etibarlı reklam. Bu cür reklamın məqsədi əvvəllər reklam olunmuş mala olan tələbi qoruyub saxlamaqdır. Buna görə də o yada salmaq xarakteri daşıyır. Bəzi hallarda bu növ reklam satıcının yığılıb artmış mal ehtiyatını azaltmaq üçün alıcıya müvəqqəti təsir göstərmək üçün də istifadə olunur.
Tətbiqi məkanından asılı olaraq reklam daxili bazar və ixracat, yaxud beynəlxalq bazar reklamları kimi fərqləndirilir. Beynəlxalq reklamın öz xüsusiyyətləri vardır. Ümumilikdə isə dünya bazarında malların reklam edilməsi prinsipləri və vasitələri çox hallarda milli ticarətdəki kimi olur. Bununla belə ixracatçılar reklamı həyata keçirərkən nəinki xarici bazarın spesifik xüsusiyyətlərini, eyni zamanda topdansatış ticarətlərin və istehlakçıların tələblərini də bilməlidirlər.
Reklamın məzmunu və istiqamətləri həmçinin malların daxili, yaxud da xarici bazarlara aidiyyatından asılıdır. Məsələn, ixracat mallarının reklamına xüsusi tələblər qoyulur. Bu cür reklam mal göndərilən ölkənin iqtisadi, mədəni və məişət şəraitinə daha dəqiq uyğunlaşdırılmalıdır. Belə ki, inkişaf etməkdə olan ölkələrdə iqtisadi quruluşundan, maddi həyat səviyyəsindən, əhalinin əsas hissəsinin savadlılıq dərəcəsindən, milli tarixi adət ənənələrindən və sair irəli gələn xüsusiyyətlər nəzərə alındığı halda bir sıra Asiya və Afrika ölkələrində dini etiqatların reklam vasitələrindən istifadəyə məhdudiyyətlər qoyulmuşdur.
Müasir dünya ticarət reklamı təcrübəsi onun məzmunu qarşısında bir sıra effektli tələblər qoyur. Bu tələblər aşağıdakılardan ibarətdir:
- bir qayda olaraq reklam müəyyən alıcılar qrupuna ünvanlanır. Odur ki, reklam edən firma nəzərdə tutduğu məqsədi dəqiq müəyyənləşdirilməlidir;
- reklam nəinki ölkənin qanunlarına uyğun olmalıdır, eyni zamanda onun tətbiq olunduğu ölkənin mənəvi və etik normalarını da nəzərə almalıdır;
- reklam iqtisadi və sosial effekt verməlidir;
- reklam həqiqi, doğru və düzgün olmalıdır;
- öz reklamında rəqib mallar və xidmətlər barədə pis, lüzumsuz rəy verilməməlidir;
- reklam daim ardıcıl və fasiləsiz aparılmalıdır.
Reklamlar böyük məbləğdə məsrəflər tələb edir. Onun maliyyələşdirilməsi risklə də bağlıdır. Hesablamalar göstərir ki, inkişaf etmiş ölkənin ümumi reklam xərclərinin cəmi 500 mlrd. dollardan artıqdır.