Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Bynxlqticrt.doc
Скачиваний:
1
Добавлен:
01.05.2025
Размер:
755.2 Кб
Скачать

4. Torq iştirakçılarına təkliflərin təqdimi. Torqun təşkilatçıları və iştirakçıları

Torq iştirakçılarına təkliflərin təqdimi torqun keçirilməsinin ikinci mərhələsidir. Torqlara daxil olan təkliflər yuxarıda qeyd edildiyi kimi “tender “ adlanır. Beynəlxalq ticarətdə buna bəzən “bid” də deyilir. Təklifin təqdimi qaydası və üsulu torqların təşkilatçıları tərəfindən tənzimlənir. Bir qayda olaraq tenderlər yazılı şəkildə torqlar açılarkən verilir. Çox hallarda təkliflər (tenderlər) bağlı zərflərdə, əksər hallarda isə biri digərinin içində olmaqla iki zərfdə təqdim olunur. Daxili zərfdə torqların sıra sayı, malın yaxud işin adı və qəbul olunacağı tarix göstərilir.

Torqun təşkilatçıları və iştirakçıları

Bütün ölkələrdə torqların təşkilatçısı sifətində əksərən dövlət təşkilatları və idarələri, nazirliklər, satınalma təşkilatları, bələdiyyə idarələri, müstəsna hallarda isə iri xüsusi firmalar çıxış edirlər. Torqlara daha çox malgöndərənlərin cəlb edilməsi eyni zamanda sifarişlər üçün maksimum rəqabətə imkan yaradır.

Bundan əlavə dövlət və bələdiyyə təşkilatları üçün torqlar həm də buna görə əlverişlidir ki, onlar torqlara maliyyə cəhətdən daha iri və nüfuzlu firmalar cəlb edə bilərlər. Çünki torqun nəticəsində bağlanmış kontraktların məbləği xeyli çox olduğundan maliyyə cəhətdən zəif və kreditə tabeli olmayan firmaların iştirakı çətinliklərlə üzləşir. Torqları keçirərkən dövlət təşkilatları çox hallarda əsasən də xüsusi və qurulca mürəkkəb olan avadanlığı satın alarkən firmalar torqun iştirakçıları arasında olan, bilavasitə onlar hər hansı bir inhisar birliyinin, məsələn, kartelin tərkibinə daxildirlərsə onların əlbirliyi ilə rastlaşırlar. Əksər hallarda isə ayrı–ayrı şirkətlər arasında konkret bir torqda fəallılıq göstərmək üçün müvəqqəti konsersiumlar təşkil etmək razılaşmalarına gəlirlər. Bəzi hallarda hətta bu kimi iki–üç konsorsium birdən yaradılır.

Mövzu 9: Beynəlxalq ticarət və alış-veriş işində reklam, sərgilər, yarmarkalar və texniki xidmətlər

Plan

  1. Reklamın təşkili. Ticarət və alış-veriş məqsədli reklamın məzmunu, reklamın əsas vasitələri

  2. Reklamın həyata keçirilməsinin təşkilatı formaları

  3. Mal nişanları və reklam məqsədilə onlardan istifadə

  4. Beynəlxalq sərgilər və yarmarkalar. Beynəlxalq sərgilərdə və yarmarkalarda bağlanılan sazişlər

  5. Sərgi və yarmarkaların təşkili və tənzimlənmə fəaliyyəti

1. Reklamın təşkili. Ticarət və alış-veriş məqsədli reklamın məzmunu, reklamın əsas vasitələri

Reklamın tarixi çox qədimdir. Ondan daha çox xüsusi mülkiyyət sahibləri və nisbətən dar çərçivədə dövlət təşkilatları istifadə edirlər. Lakin bazar münasibətləri şəraiitində dövlət müəssisələri xüsusi mülkiyyətçiliklə yarışda reklamdan daha geniş istifadə edirlər. Xüsusi mülkiyyətçi firmaların, eləcə də dövlət təşkilatlarının rentabelliliyinin yüksəldilməsində reklamlardan istifadə edilməsinin xüsusi yeri vardır.

Fransızca “Reclama” latınca “ Reclamo” kimi ifadə olunan bu terminin sırf mənası “qışqırıram, çağırıram” deməkdir. O, maliyyələşdirmə mənbəyi göstərməklə informasiyanın yayılmasının pullu həyata keçirilməsində ümsiyyət formalarından biridir. Reklam “gözəgörünən” və “görünməyən” bütün malların istehlak xüsusiyyətləri və hər cür xidmət növləri haqqında informasiyadır, onları realizə etmək və onlara tələbi artırmaq məqsədini güdür. Hətta istər şəxsi istərsə də müəssisəni, ədəbiyyat və incəsənət əsərlərini, elmi-texniki nəticələri, ixtiraları populyarlaşdırmaq məqsədilə bunlar haqqında məlumatın yaradılması və yayılması da əsasən reklam vasitəsilə təmin edilir.

Reklam işi bütün dünya ölkələrində, dünya təsərrüfatlarında geniş tətbiq olunur.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]