
- •Beynəlxalq kommersiya işi
- •Mövzu 1: Beynəlxalq ticarət əməliyyatlarının iqtisadi mahiyyəti Plan:
- •1. Giriş
- •2. Beynəlxalq ticarətin sürətli inkişafı beynəlxalq iqtisadi münasibətlərin əsas cəhəti kimi
- •3. Beynəlxalq ticarət kursunun predmeti və metodu
- •4. Beynəlxalq ticarət əməliyyatlarının mahiyyəti
- •Beynəlxalq ticarət kursunun digər fənlərlə vəhdəti
- •İstifadə olunan ədəbiyyat:
- •Mövzu 1.2: Beynəlxalq ticarət əməliyyatlarının iqtisadi mahiyyəti Plan
- •2. Beynəlxalq ticarət sövdələşmələri: anlayışı, məzmunu, mahiyyəti
- •3. Beynəlxalq ticarət əməliyyatlarının subyekti olan kontragentlərin təsnifatı
- •1. Təsərrüfat fəaliyyətinin növünə və iş xarakterinə görə onlar aşağıdakı kimi fərqləndirilir.
- •2. Hüquqi mövqelərinə görə firmaların təsnifatı.
- •3. Mülkiyyət xarakterinə görə firmalar.
- •5. Sahibkarlıq ittifaqı.
- •6. Xarici bazara çıxış hüququ olan dövlət orqanları və təşkilatları.
- •7. Dünya bazarında malların və xidmətlərin beynəlxalq alqı- satqısı üzrə kontragentlər sifətində çıxış edən bmt sisteminin ixtisaslaşmış idarələri.
- •Mövzu 2: Bazar mahiyyəti, məzmunu və tədqiqi Plan
- •2.Mallar: malların təsnifatı prinsipləri, malın texniki- iqtisadi göstəricilərinin səciyyəvi xüsusiyyətləri.
- •6. Estetik göstəricilər.
- •7. Ekoloji göstəricilər.
- •3. Malın keyfiyyəti və rəqabətə tablılığı.
- •Mövzu 2.2: Bazar: mahiyyəti, məzmunu və tədqiqi Plan
- •2. Bazarda rəqib firmaların fəaliyyətinin öyrənilməsi
- •3. Bazarda alıcı firmanın öyrənilməsi
- •4. Bazarın nəqletmə, hüquqi və ticarət- siyasi şəraitinin öyrənilməsi
- •5. Bazar tədqiqinin aparılması metodları
- •Mövzu 3: İdxalat–ixracat əməliyyatları və beynəlxalq ticarət sövdələşmələrinə hazırlıq Plan
- •2. İdxal-ixrac əməliyyatları sistemində gömrük tarif tənzimi
- •3. İdxal- ixrac əməliyyatlarının lisenziyalaşdırılması. Gömrük vergiləri və rüsumları
- •I. Gömrük ödənişlərinin təsnifatı
- •II. Gömrük rüsumları
- •III. Gömrük orqanları tərəfindən alınan dolayı vergilər
- •IV. Müsadirə olunmuş malların satışından alınan vəsait
- •V. Digər vergilər
- •VI. Gömrük ödənclərinin vahid dərəcəsi
- •4. İdxalat–ixracat əməliyyatlarının uçotu və onun unifikasiyası
- •5. Birbaşa əlaqələr şəraitində beynəlxalq ticarət sövdələşmələrinə hazırlıq
- •İdxalat sövdələşmələrinə hazırlaşma üsulları:
- •Mövzu 4: Beynəlxalq alqı-satqı kontraktları ( müqavilələri) Plan
- •2. Alqı-satqının ümumi şərtləri
- •3. Beynəlxalq alqı-satqı kontraktlarının mahiyyəti və strukturu
- •4. Müqavilənin bazis şərtləri ( İnkoterms)
- •5. Beynəlxalq alqı-satqı kontraktlarının növləri və xüsusiyyətləri
- •Mövzu 5: Beynəlxalq alqı-satqı kontraktlarının icra edilməsinin təşkili Plan
- •2. Müqavilə icrasının rəsmiləşdirilməsi üzrə xarici ticarət sənədləri
- •3. Müqavilə icrasının rəsmiləşdirilməsi üçün nəqliyyat sənədləri
- •4.Müqavilə icrasının rəsmiləşdirilməsi üçün gömrükxana sənədləri
- •6. Beynəlxalq ticarət qaydalarının sadələşdirilməsi üzrə işçi qrupunun funksiyaları
- •Mövzu 6: Beynəlxalq qarşılıqlı ticarət əlaqələri Plan
- •2. Beynəlxalq qarşılıqlı sazişlərin ( razılaşmaların) növləri
- •Mövzu 7: Dünya bazarında ticarət-vasitəçi fəaliyyəti Plan
- •2. Ticarət–vasitəçi ilə bağlanılan müqavilənin əsas şərtləri
- •3. Ticarət-vasitəçi əməliyyatlarının təşkilati formaları
- •4. Ticarət–vasitəçi firmaların fəaliyyət xüsusiyyətləri
- •Mövzu 8: Beynəlxalq birjalarda, hərraclarda və torqlarda ticarət və alıb-veriş əməliyyatlarının təşkili Plan
- •2. Beynəlxalq hərraclar. Beynəlxalq hərrac ticarətinin təşkilatı formaları
- •3. Beynəlxalq torqlar. Beynəlxalq torqların keçirilməsi şərtləri
- •4. Torq iştirakçılarına təkliflərin təqdimi. Torqun təşkilatçıları və iştirakçıları
- •Mövzu 9: Beynəlxalq ticarət və alış-veriş işində reklam, sərgilər, yarmarkalar və texniki xidmətlər
- •Ticarət və alış-veriş məqsədilə reklamın məzmunu
- •Reklamın əsas vasitələri
- •Dövrü mətbuatda və arayış kitabçalarında reklam vasitələri
- •2. Reklamın həyata keçirilməsinin təşkilatı formaları.
- •3. Mal nişanı və onlardan reklam məqsədilə istifadə
- •Mal nişanı qarşısında qoyulan tələblər.
- •Mal nişanlarının qeydə alınması qaydası
- •4. Beynəlxalq sərgilər və yarmarkalar. Beynəlxalq sərgilərdə ( yarmarkalarda) bağlanılan sazişlər
- •5. Sərgi və yarmarkaların təşkili və tənzimlənmə fəaliyyəti
- •Mövzu 10: Beynəlxalq texnologiya, elmi-texniki biliklər və lisenziya mübadiləsinin metodoloji əsasları Plan
- •2. Elmi–texniki biliklər ticarətinin xüsusiyyətləri
- •3. Lisenziyalar və beynəlxalq lisenziyalaşdırma
- •Lisenziya
- •4. Beynəlxalq lisenziyalar ticarətinin xüsusiyyətləri
- •Müasir şəraitdə beynəlxalq lisenziyalaşdırma
- •5. Beynəlxalq lisenziya mübadiləsi sazişlərinin növləri və məzmunu
- •Beynəlxalq lisenziya sazişinin məzmunu
- •6. Beynəlxalq lisenziya ticarətinin təşkili
- •Beynəlxalq lisenziyalaşdırma bölməsi
- •İxtisaslaşmış firmalar
- •Lisenziya və patent agentləri
- •Mövzu 11: Beynəlxalq mühəndis–tikinti xidmətləri mübadiləsi Plan
- •2. Mühəndis–texniki xidmətlərin verilməsinə (satılmasına) dair beynəlxalq müqavilələrin əsas şərtləri
- •3. Müqavilənin predmeti və qüvvədə olması müddəti.
- •4. Məsləhətçilik xidmətlərinin başlanması və bitməsi müddətləri.
- •3. Beynəlxalq mühəndis-texniki xidmətlər mübadiləsinin təşkili
- •İxtisaslaşmış injinirinq firması
- •Mövzu 12: Beynəlxalq icarə əməliyyatları Plan
- •Beynəlxalq icarənin növləri
- •2. Beynəlxalq icarə müqavilələrinin əsas şərtləri
- •5. Lizinq müqavilələrinin ləğv edilməsi qaydası
- •Qəbuletmə protokolu
- •Cari icarə müqaviləsinin əsas şərtləri
- •3. Müasir şəraitdə beynəlxalq ticarətin xüsusiyyətləri və icarə əməliyyatlarının təşkilatı formaları
- •4. Beynəlxalq icarə əməliyyatlarının təşkilatı formaları
- •Beynəlxalq kommersiya işi
4. Ticarət–vasitəçi firmaların fəaliyyət xüsusiyyətləri
Ticarət-vasitəçi qurumda gedən keyfiyyət irəliləyişlərinin mühüm xüsusiyyətlərini onların fəaliyyət istiqamətlərinin genişlənməsi və diversifikasiyası ( dəyişməsi) ilə xarakterizə olunur. Fəaliyyətin diversifikasiyası aşağıdakılar üzrə həyata keçirilir:
ayrı–ayrı mallar (malların nomenklaturu) üzrə;
fəaliyyət növləri (topdansatış, pərakəndə satış) üzrə;
yerinə yetirilən əməliyyatlar üzrə (ixracat, idxalat);
xidmətlər üzrə (ehtiyat hissələri, teniki mallar, avadanlıq təminatı və satışdan sonrakı xidmət göstərmə);
sazişlərin xarakteri və funksiyaları üzrə.
Xarici fəaliyyət dairəsinin genişlənməsi üzrə bağlı ayrı-ayrı mallar üzrə dünya bazarlarında hakim mövqe tutan son dərəcə iri firmalar-transmilli ticarət korporasiyaları (TTK) peyda oldu. Belə ki, dünya bazarında gön-dəri xammalı üzrə hakim mövqe tutan “Çideviq”i (beynəlxalq ticarətin 60 %-ni), taxıl bazarında “Luis Dreyfus”u, “Kontinental”ı , “ Oreyn”i, “ Karqill” i, pambıq bazarında “Anderson” u, “ Kleyton” u göstərmək olar. Belə korporasiyaların fəaliyyəti yalnız alış-veriş işləri ilə məhdudlaşmır, onlar eyni zamanda sitehsal fəaliyyəti, məhsulun nəql edilməsi, sazişlərin maliyyələşdirilməsi ilə də məşğul olurlar. Bununla yanaşı belə korporasiyaların ixracat üçün tədarük, çeşidləmə, yenidən işlənib hazırlama ilə məşğul olan xarici qız firmaları vardır. Məsələn, Fransada yerləşən taxıl ticarəti ilə məşğul olan “Luis Dreyfus” taxılla yanaşı yağ, qəhvə, mal- qara, ət və s. realizə edir. Onun 50 gəmidən ibarət donanması var. Parisin “Luis Dreyfus” bankı ilə əlaqədardır. ABŞ–da iri filialı var. ABŞ-ın “Kontinental Qreyn” korporasiyasının 63 filialı, tanker donanması, maliyyə şirkəti var. ABŞ–ın “ Karqill” zavodunun 7 quşçuluq kombinatı, 30 dan çox filialı var. Amerikanın “Sirs Robok” şirkətinin 500 min nəfər çalışır. Belə korporasiyalar Qərbi Avropa ölkələrində, Yaponiyada, Braziliyada və s. ölkələrində də mövcuddur.
Mövzu 8: Beynəlxalq birjalarda, hərraclarda və torqlarda ticarət və alıb-veriş əməliyyatlarının təşkili Plan
Beynəlxalq mal birjaları. Mal birjalarının təşkilatı quruluşu və funksiyaları Birja əməliyyatlarının həyata keçirilməsi texnikası və birja ticarətinin inkişaf metlləri
Beynəlxalq hərraclar, beynəlxalq hərrac ticarətinin təşkilatı formaları
Beynəlxalq torqlar. Beynəlxalq torqların keçirilməsi qaydaları və şərtləri
Torq iştirakçılarına təkliflərin təqdimi. Torqun təşkilatçıları və iştirakçıları
1. Beynəlxalq mal birjaları. Mal birjalarının təşkilatı quruluşu və funksiyaları. Birja əməliyyatlarının həyata keçirilməsi texnikası və birja ticarətinin inkişaf meylləri
Beynəlxalq mal birjası daim fəaliyyətdə olan bazarın xüsusi növüdür. Burada keyfiyyətcə həmcins və qarşılıqlı əvəz edilən xammal və ərzaq mallarının iri partiyalarda alqı-satqı razılaşmaları tamamlanıb başa çatdırılır. Bir qayda olaraq birjanın özündə mal saxlanılmır. Mallar müəyyən standartalara və nümunələrə əsasən alınıb- satılır. Malların alqı-satqı sazişi birtipli birja kontraktları əsasında bağlanılır. Birjada müəyyən mal partiyası deyil, birja tərəfindən müəyyən olunmuş mal markası, çeşidi, tipi, miqdarı əks etdirilmiş birja kontraktları alınıb-satılır. Belə bir sənəd, yəni kontrakt anbar şəhadətnaməsi (vəsiqəsi) varrant kimi qəbul edilmişdir. 1998-ci ildə beynəlxalq mal birjaları əməliyyatları üzrə illik mal dövriyyəsi dörd trilyon dollara qədər təşkil etmişdir. Bu növ ticarətin predmeti 70 adda maldan ibarətdir ki, bu da ümumilikdə beynəlxalq ticarət dövriyyəsinin təqribən 30%-nə bərabərdir.
Beynəlxalq birja dövriyyəsinin böyük bir hissəsi (təqribən 1,5 trilyon dolları) fücers sazişlərinin (əməliyyatlarının) payına düşür. Fücers sazişləri mal və ya fond birjasında kontraktda göstərilən qiymətlə saziş bağlanıldıqdan sonra pulu ödənilməklə səhmin, yaxud malın verilməsini nəzərdə tutan saziş növüdür. Fücers bazarlarının sayı 150-yə çatmışdır ki, bunun da 70%-ni kənd təsərrüfatı məhsulları, 30%-ni isə sənaye xammalı və yarımfabrikatlar təşkil edir.
Beynəlxalq mal birjaları mal nomenklaturuna görə aşağıdakı növlərə ayrılır:
universal birjalar;
ixtisaslaşmış birjalar;
dar ixtisaslaşmış birjalar.
Fəaliyyət dairəsinə, yerinə yetirdiyi funksiyalarına və dünya bazarında roluna görə onlar beynəlxalq və milli birjalar kimi fərqləndirilir. Beynəlxalq birjalar konkret olaraq dünya mal bazarında, milli birjalar isə məmləkətdaxili bazarlarda xidmət göstərirlər.
Hazırda fəaliyyətdə olan birjalar bunlardır: ABŞ–da Çikaqo və Nyu-York şəhərlərində yerləşən birjalar, İngiltərədə London fücers və opsion birjası, london metal birjası, yaponiyada dünya bazarında tədavül edən bütün mallarla razılaşmaları başa çatdıran birjalar. Həmçinin, Vanipet Paris, Sidney, Sinqapur, süyanqan şəhərlərində də birjalar fəaliyyət göstərir.
Birjalarda əsasən iki növdə sazişlər bağlanır:
real mallar üzrə sazişlər (Forvard)
müddətli (Füçers)
Real mal üzrə sazişlər – bu növ sazişlər onunla tamamlanır ki, faktiki olaraq mal satıcıdan alıcının sərəncamına keçir. Daha doğrusu hər hansı bir anbarda real malın təhvil- təslimi başa çatır. Real malın satıcısı həmin malı kontraktda müəyyən edilmiş müddətdə birja komiteti tərəfindən təsdiq olunmuş anbarların birinə göndərir. O varrantı öz bankında saxlayır və malgöndərmə vaxtı gəldikdə varrantı anbarda saxlanılan malın dəyərini və onun sığorta dəyərini ödəmək şərtilə alıcıya verir. Alıcı varrantıalanda əvəzində satıcıya malın dəyərini göstərən çek təqdim edir.
Müddətli (Füçers) sazişi. Real mal sazişindən fərqli olaraq, tərəflərin real malı göndərmək və yaxud qəbul etmək (kontraktda şərtləndirilmiş müddət ərzində) öhdəliyi deyil, mala olan alqı-satqı hüququnu (saziş vərəqəsinin rəsmini) nəzərdə tutur. Füçers sazişi ancaq həmin birja tərəfindən müəyyən edilmiş bir malın (mal qrupunun) standartına uyğun bağlanıla bilər.
Birjada saziş bağlanılarkən aşağıdakı məqsədlər əsas tutulur:
1. Real malın alqı- satqısı. Bu saziş malın satıcıdan son alıcıya keçməsilə tamamlanır. Yəni istehsalçılar istehlakçıya mal satır və digəri isə özündən əvvəlkindən satın alır.
2. Möhtəkirlik əməliyyatları. Bu əməliyyatlar birja kontraktlarının alqı-satqısından hasil olunan mənfəətin əldə edilməsilə bağlanır. Mənfəət isə kontrakt bağlandığı anda həmin kontraktda müəyyənləşdirilmiş qiymətlə onun realizə olunduğu andakı qiymət arasındakı fərq kimi göstərilir. Bu fərq tərəflərin hansının xeyrinədirsə, o da həmin fərqi mənimsəyir.
Möhtəkir birja oyunlarının ən sadə üsulu qiymətin qaldırılması, yaxud aşağı salınması oyunudur. Bu oyunun məğzi ondan ibarətdir ki, birja kontraktlarını alıb sonradan onları yüksək qiymətə satmaq, yaxud da sonradan qiymətin aşağı düşməsini hiss edərək, onları dərhal satmaq məqsədi düşünürlər.
Beynəlxalq təcrübədə beynəlxalq birjalarda qiymətin qaldırılması əməliyyatı ilə oynayan möhtəkirlər “Öküzlər” (bulls), qiymətlərin aşağı salınması ilə oynayan möhtəkirlər isə “ayılar” (bears) adlanırlar.
3. Sığorta əməliyyatları. Füçers sazişləri adətən real mala saziş bağlanarkən bazar qiymətlərinin dəyişməsi nəticəsində itkilər baş verəcəyi hallardan sığorta olunması üçün istifadə olunur. Sığorta əməliyyatının mahiyyəti ondan ibarətdir ki, birjada, yaxud ondan kənarda gələcəkdə real malı göndərməklə eyni zamanda müddətli birjada əks əməliyyatlar keçirilir, yəni uzun müddətdə və həmin miqdarda mala füçers kontraktı satın alınır. Sonradan göndərmək şərti ilə real mal alan firma eyni zamanda birjada fyuçers kontraktını satır. Sığorta əməliyyatlarının satış, satınalma , risk üzrə sığorta formaları vardır.
a) Satış üzrə sığorta. Bu real malın göndərilməsi anında qiymətlərin aşağı düşməsi riskindən sığorta olunması məqsədilə eyni miqdarda real malı satın alarkən müddətli birjada fyuçers kontraktının satışıdır.
b) Risk sığortası. Bir qayda olaraq uzun müddət üçün nəzərdə tutulur. Tutaq ki, neft şirkəti boru kəməri alır . Borunun göndərilməsi 6 ay müddətinə müəyyənləşdirilir. Kontrakt bağlanarkən hər bir borunun qiyməti 450 dollardır, 6 aydan sonra real boru göndərilərkən onun qiyməti 470 dollardır. Onda şirkət əvvəlcədən satın aldığı hər bir füçersi yeni məzənnəyə uyğun 470 dollara sataraq özünü sığorta etməklə riski aradan qaldırır, itkiyə yol vermir.
Mal birjalarının təşkilatı quruluşu və funksiyaları.
Təşkilatı prinsipinə görə birjaların iki tipi vardır: kütləvi–hüquqi və xüsusi–hüquqi xarakterli mal birjaları.
Kütləvi–hüquqi birjalar. Bu birjalar dövlətin nəzarəti altında olur və birjalar haqqında qanun əsasında təşkil olunur. Ayrıca bir məkanda ticarət reystirinə salınmış və müəyyən həcmdə mal dövriyyəsi olan sahibkar bu birjanın üzvü ola bilər. Bu növ birjalardan Avropanın Fransa, Belçika,. Hollandiya ölkələrində geniş istifadə edilir.
Xüsusi-hüquqi xarakteri olan birjalar. Bu tipli birjalara taxıl, pambıq, kauçuk, əlvan metal üzrə İngiltərə və Amerika birjaları aiddir. Belə birjaların məhdud sayda üzvləri olur. Birjanın nizamnaməsində göstərilir ki, onun əsas kapitalı müəyyən sayda paylara, yaxud birja sertifikatları deyilən sertifikatlara bölünür. Birjanın hər bir üzvü birja otağında saziş bağlamağa hüquq verən belə bir sertifikatın sahibi olmalıdır. Birja üzvü olmayan şəxslər ancaq birja üzvü olan brokerlər vasitəsilə saziş bağlaya bilərlər. Vaxtaşırı birja sesiyaları keçirilir. Bu sesiyalarda ancaq birja üzvlərindən və yaxud klerklərdən biri sədrlik edə bilər. Birja üzvləri həmin alqı-satqı sazişlərini həm öz hesabına, həm də muzd almaq şərtilə broker sifətində bağlayırlar.
Birja əməliyyatlarının həyata keçirilməsi texnikası
Birja əməliyyatlarının həyata keçirilməsi texnikasıaşağıdakı kimi səciyyələnir. Saziş bağlamaq hüququna malik birja üzvləri (birja brokerləri) öz müştərilərindən birja sazişlərinin həyata keçirilməsi üçün tapşırıq alır. Sifariş əvəzi bu tapşırıq 3 əsas göstəricidən ibarətdir:
malın miqdarı;
göndərilmə müddəti;
malın qiyməti.
Bəzi tapşırıqlarda əlavə olaraq əməliyyatın hansı qiymətə yerinə yetirilməsini göstərən qiymət limiti də andırılır, digərlərində isə sazişin hal- hazırda bazarda qüvvədə olan ən əlverişli qiymətlərlə başa çatdırılması qeyd olunur.
Birja əməliyyatlarının keçirilməsi texnikası birja ticarətində müxtəlif məkanlarda olan şəxslərin iştirakına imkan verir, birja iclasının iştirakçılarına isə digər birjaların kotirovkalarının, bütün ölkələrdə məhsul növlərinin, ticarət- siyasi şəraitin dəyişməsinin və həmin birjada malların qiymətlərinə təsir göstərə biləcək bir çox digər amillərin nəzərə alınmasına imkan verir.
Birja ticarətinin inkişaf meylləri
XX əsrin sonunda beynəlxalq birja ticarəti bir çox istiqamətlərdə dəyişikliklər keçirdi və yeni keyfiyyətli nəticələr əldə etdi. Bu gün beynəlxalq birja ticarətinin dinamikasını və strukturunu şərtləndirən amillər aşağıdakılarla şərtləndirilir:
- elmi-texniki tərəqqinin inkişafı;
- konkret dünya mal bazarında tələb və təklifin nisbətinin dinamikası;
- əvəzedici mallar tətbiqinin daim artması və getdikcə yeni birja mallarının meydana gəlməsi;
- Avropa Birliyinin vahid kənd təsərrüfatı siyasətinə uyğun olaraq ərzaq və xammal bazarlarının tənziminin genişlənməsi, buna daha geniş mal dairəsinə aid edilməsi və s.