Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Bynxlqticrt.doc
Скачиваний:
1
Добавлен:
01.05.2025
Размер:
755.2 Кб
Скачать

2. Ticarət–vasitəçi ilə bağlanılan müqavilənin əsas şərtləri

Ticarət–vasitəçi ilə bağlanılan müqavilədə əks etdirilən hüquq və vəzifələr aşağıdakılardan ibarətdir:

1) Malın satışı üzrə hüquqları müəyyənləşdirən müqavilə tərəfləri.burada tərəflərin adı və onların şərti işarələri, məsələn, “satıcı”, “alıcı” və s. göstərilir. Adətən, müqavilədə bu tərəflər bir tərəfi “sahibkar”, “istehsalçı”, “ixracatçı” digər tərəfi isə “tacir “, “ticarətçi”, “distribyutor” kimi adlandırılır.

2) Tərəflər arasında qarşılıqlı münasibətlərin xarakteri. Müqaviləyə əsasən ayrı-ayrı kontraktlara uyğun olaraq ixracatçının malgöndərmə, alıcı-vasitəçinin isə onları qəbul edib, yaxud birbaşa üçüncü şəxsə satmaq vəzifələri müəyyənləşdirilir. Müqaviləyə əsasən alıcı-vasitəçi ixracatçının marağını qorumalıdır.

3) Malın müəyyənləşdirilməsi. Bir qayda olaraq mallar spesifika üzrə müəyyənləşdirilir və həmin spesifika müqaviləyə əlavə edilir.

4) Ərazinin müəyyənləşdirilməsi. Müqavilədə malın hansı dövlətin ərazisində satılacağı qeyd edilir və bu ərazi müqavilə ərazisi adlanır. Satıcı-vasitəçi malı üçüncü bir ərazidə sata bilməz.

5) Qiymət şərtləri və mükafatlandırma qaydası. Alıcı-vasitəçi malı ixracatçının təyin etdiyi qiymətə alır və bu qiymət alqı-satqı kontraktında təsbit edilir. Muzd da müqavilədə mütləq göstərilməlidir.

6) Müqavilənin fəaliyyət müddəti. Alıcı-vasitəçi müqavilə müəyyən və qeyri-müəyyən bir müddətə bağlanır. Hər iki halda tərəflərin üzunmüddətli münasibətləri nəzərə alınır.

7) Malın realizə edilməsi ilə bağlı alıcı-vasitəçinin vəzifələri. Bu vəzifələr aşağıdakılardan ibarətdir:

- qeyri-rəqabət haqqında qeyd;

- minimal dövriyyə haqqında qeydlər;

- texniki xidmətlərin təşkili;

- reklam işlərinin həyata keçirilməsi;

- informasiyaların təqdim edilməsi.

8) Sahibkarların bəzi xüsusi vəzifələri. Müqavilə şərtlərinə əsasən o, alıcı-vasitəçinin sərəncamına dəqiq texniki sənədlər verir, malın satışı prosesində baş evrə biləcək bütün texniki məsələlərin həllində ona köməklik edir və digər vasitələr üzrə kompensasiya verir və s.

9) Alıcı-vasitəçi fəaliyyətinin üzərində nəzarət . müqavilənin bu bölməsində alıcı- vasitəçinin fəaliyyətinə nəzarət üsulları müəyyənləşdirilir.

10) Malın anbardan buraxılması (satışı). Müqavilə üzrə satıcı-vasitəçi öz üzərinə götürür ki, müəyyən vaxt ərzində malı anbardan buraxacaq və bu əməliyyatı öz hesabına həyata keçirəcəkdir. Lakin beynəlxalq ticarət təcrübəsində anbardan mal buraxmaq komission əsaslarda olduğu üçün bu haqda müqavilədə xüsusi qeydiyyat aparılır.

3. Ticarət-vasitəçi əməliyyatlarının təşkilati formaları

Yerinə yetirdikləri əməliyyatlara görə ticarət vasitəçi firmaların aşağıdakı təşkilati formaları vardır: ticarət, komission, agent, broker, fektor.

Ticarət firmaları ticarət və alış veriş əməliyyatlarını öz hesablarına həyata keçirirlər.

Ticarət firmalarının aşağıdakı tipləri vardır:

a) ticarət evləri. Öz ölkəsindəki istehsal müəssisələrinin məhsulunu alır və xaricə satır. Onlar həm də xaricdən mallar alıb, yerli topdansatıcılara, pərakəndə satışmüəssisələrinə, habelə xammal kimi sənaye istehsalçılarına satırlar. Ticarət evləri qarışıq və ixtisaslaşmış olurlar.

b) ixracat firması. Bu, daxili bazardan öz hesabına hazır məhsul alır və xaricə satır. Ayrı- ayrı hallarda onlar komission tapşırıqları da yerinə yetirirlər. Yerinə yetirdikləri funksiyaların xarakterinə və malların nomenklaturasına görə ixracat firmaları ixtisaslaşmış , universal və kənd təsərrüfatı məhsullarını tədarük edən firmalara ayrılırlar.

v) ixracatçı firma. Öz hesabına xaricdən mallar alır və onları öz ölkəsində sənayeçilərə, topdansatıcılara və pərakəndə satış müəssisələrinə satır.

q) topdansatış firmalar. Bu firmalar sənaye müəssisələri, yaxud da tədarükçü firmalarla pərakəndə satış firmaları arasında vasitəçi kimi çıxış edirlər.

ğ) pərakəndə satış firmaları. Onlar çox vaxt özləri topdansatışın xidmətindən istifadə etməyərək idxalat və ixracat üzrə ticarət əməliyyatları keçirirlər. Əksər hallarda isə topdansatış firmalarından mallar alıb pərakəndə satış qaydası ilə öz ölkəsinin əhalisinə satırlar.

Komission firmalar. Komission firmalar komitentlərin birdəfəlik tapşırığını yerinə yetirir, öz adından fəaliyyətdə bulunur, lakin btün ticarət və alış-veriş işlərini komitentin hesabına görür. Komitentlə qarşılıqlı münasibətdə yerinə yetirəcəyi ticarət əməliyyatlarının xarakterindən asılı olaraq iki müxtəli qrupa ayrılır: ixracatçı və idxalatçı firmalar.

Komission ixracatçı firmalar. Bu tipli firmalar həm satıcının , həm də alıcının nümayəndəsi kimi çıxış edə bilirlər. Satıcının nümayəndəsi kimi onlar öz ölkəsinin istehsalçı- ixracatçının mallarının xarici bazarda satışı üzrə tapşırığını yerinə yetirir və ondan komission muzdu alır.

Komission idxalatçı firmalar. Bu növ firmalar öz ölkəsinin alıcılarının nümayəndəsi kimi çıxış edirlər. Onlar öz adından, lakin vətən kimitentlərin hesabına həmin alıcıların sifarişlərini xarici ölkələrin istehsalçıları üzrə yerləşdirməklə yanaşı öz komitentlərinə müxtəlif xidmətlər, o cümlədən, bazar konyukturu icmalının tərkibi, malların yüklənib göndərilməsinə göz qoymaq kimi xidmətlər göstərir.

Agent firmaları. Bu növ firmalar prinsipialın adından və onun hesabına fəaliyyət göstərir. Müqavilənin şərtindən asılı olaraq bu firmaların ya özü prinsipialın adından və onun hesabına saziş bağlayır, yaxud da sazişin bağlanmasına vasitəçilik edir. Agent firmalar aşağıdakı formalarda fəaliyyət göstərirlər:

İxracatçı firma-agenti. Bu firma- agent öz ölkəsinin bir və ya bir neçə firmasının tapşırığı ilə öncədən bağlanmış müqavilələr əsasında iş görürlər. Ixracatçı agent- firma sənaye firmalarından mal nümunələri kolleksiyasını, kataloqlar, preyskurantlar götürür və bunların vasitəsilə alıcılar axtarır. Nəqliyyat xərcləri sənaye firması tərəfindən ödənilir.

İdxalçı firma-agenti. Buna agent- rezident də deyilir. Agent- rezident prinsipialın ölkəsində olur. Idxalçı- firma idxalat əməliyyatlarını yerinə yetirir.

Xarici satış agenti. Bu isə digər ölkənin şirkəti tərəfindən hüquq verilən, onun adından və onun hesabına müəyyən xarici ölkənin ərazisində fəaliyyət göstərən firmadır.

Xarici tədarükçü firma-agent. Bu firma xaricdə öz prinsipialı üçün tədarük( satınalma) üzrə əməliyyatlar yerinə yetirir. Onun xidmətindən, adətən , xaricdə öz filialı olmayan və ora nümayəndələr göndərmək istəyən idxalçılar istifadə edirlər.

Broker firmalar. Bu vasitəçi firmaların xüsusi növüdür. Onun vəzifəsi kontragentləri görüşdürməkdən ibarətdir. Bir sıra ölkələrin qanunlarına görə , brokerlərin özləri onlara tapşırılan malların satıcısı və alıcısı kimi çıxış edə bilməzlər. Ancaq vasitəçi funksiyasını yerinə yetirirlər. Brokerlər firması İngiltərədə də geniş yayılmışdır. Onların xeyli maliyyə vəsaitinə malik olan iri şirkətləri vardır. Hətta bu şirkətlərin xarici qız cəmiyyətləri və şöbələri olur.

Fektorlar. Fektorlar ixracatçılar adından bir çox vasitəçi vəzifəsini yerinə yetirirlər. Onlar nəinki öz prinsipialının məhsulunun ixracını həyata keçirir, eyni zamanda ixracat əməliyyatlarını da maliyyələşdirir, ixracat kreditlərini sığortalaşdırır, satış ölkəsində ödənişləri inkasso edir, xarici ölkə agentlərinin seçilməsinə yardım edir.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]