Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Bynxlqticrt.doc
Скачиваний:
1
Добавлен:
01.05.2025
Размер:
755.2 Кб
Скачать

Mövzu 7: Dünya bazarında ticarət-vasitəçi fəaliyyəti Plan

  1. Ticarət-vasitəçi əməliyyatların mahiyyəti və növləri: alıb-satma əməliyyatları, komission əməliyyatlar, agent əməliyyatları, broker əməliyyatları

  2. Ticarət-vasitəçi ilə bağlanılan müqavilənin əsas şərtləri

  3. Ticarət-vasitəçi əməliyyatların təşkilatı formaları: komission firmalar, agent firmalar, broker firmaları

  4. Ticarət–vasitəçi firmaların fəaliyyət xüsusiyyətləri

1.Ticarət-vasitəçi əməliyyatların mahiyyəti və növləri: alıb- satma əməliyyatları, komission əməliyyatlar, agent əməliyyatları, broker əməliyyatları

Ticarət- vasitəçi əməliyyatları dedikdə, istehsalçı-ixracatçının tapşırığı ilə istehsalçıdan asılı olmayan ticarət-vasitəçinin alqı-satqı ilə bağlı yerinə yetirdiyi əməliyyatlar nəzərdə tutulur. Iqtisadi mənada ticarət vasitəçiliyi kifayət qədər geniş anlayışdır. O xeyli xidmət dairəsini əhatə edir. Məsələn, xarici kontragentin axtarılıb tapılması, razılaşmaları başa çatdırılması üçün hazırlıq, tərəflərin kreditləşdirilməsi və malın ödənilməsinə nəqliyyat-ekspeditor əməliyyatlarının həyata keçirilməsi, nəqletmədə malların sığorta olunması, gömrükxana şərtlərinin yerinə yetirilməsi, malların xarici bazarlara çıxarılması üzrə reklam və s. tədbirlərin görülməsi , texniki xidmətlərin həyata keçirilməsi və başqa bu kimi tədbirlər bu qəbildəndir. Bütün bunlar xüsusi ticarət-vasitəçi firmaların iştirakı ilə həyata keçirilir. Bu firmalara yuxarıda qeyd edildiyi kimi, istehsalçıdan və istehlakçılardan (satış, ixracatçı və s. qız firmaları, habelə sənaye şirkətlərinin firmaları və kateqoriyalı digər firmalar aid edilmir). Hüquqi və təsərrüfat cəhətdən asılı olmayan firmalar aiddir. Bunlar, yəni ticarət–vasitəçi firmalar tam müstəqil olurlar və ticarət vasitəçilik əməliyyatları aparmaq üçün bütün iqtisadi göstəricilərə malikdirlər. Onların məqsədi ya ixracatçıdan satın aldığı malın qiymətilə idxalçıya satacağı malın qiyməti arasındakı fərqi, yaxud da malları xarici bazara yeritdiyi üçün alacağı mükafat formalarında mənfəət götürməkdir.

Müasir şəraitdə beynəlxalq ticarət dövriyyəsinin yarıdan çoxu ticarət-vasitəçilərin payına düşür. Ticarət vasitəçiliyi ABŞ-ın, İngiltərənin, Skandinav ölkələrinin, yaponiyanın xarici ticarətində onun payı 50 %-dir.

İstehsal-ixracatçı ilə ticarət-vasitəçi arasında qarşılıqlı münasibətlərin xarakterindən asılı olaraq ticarət vasitəçi əməliyyatlarının 5 növünü qeyd etmək olar:

- satışın təşkili üzrə əməliyyatlar. Buraya əsasən kontragentlərin axtarılıb seçilməsi, satıcı-ixracatçı adından onlarla sazişlər bağlanılması, malların dəyərinin alıcı tərəfindən ödənilməsi barədə zəmanət verilməsi, reklam tədbirləri kompaniyasının keçirilməsi və bazarların tapılamsı;

- nəqliyyat-ekspeditor əməliyyatları. Malların yüklənməsi və göndərilməsi, habelə yüklərin sığortası əməliyyatları;

- ticarət əməliyyatlarının maliyyələşdirilməsi;

- satışdan sonrakı texniki xidmətlər;

- bazar haqqında informasiyaların toplanması və verilməsi.

Hazırda ticarət-vasitəçi qurumunda keyfiyyətli dəyişiklik gedir. Belə ki, bunların ən vaciblərinin bir neçə iri ticarət şirkətinin əlində toplanmasıdır.

Ticarət-vasitəçi qurumların istifadə xarici firmalara müəyyən üstünlüklər verir. Onların üstünlüklərindən ən vacibi bundadır ki, firma-ixracatçı idxalatçının ərazisində satış şəbəkəsi yaratmır və bu məqsəd üçün xeyli məqsədlər sərfindən azad olur. Çünki ticarət-vasitəçi firmaların özlərinin həmin məkanda müəyyən maddi-texniki bazası – anbarları, nümayiş etdirmə salonları, təmir sexləri və s. olur.

Ticarət-vasitəçi firmalar vasitəsilə satışın müəyyən nöqsan cəhətləri də vardır. Belə ki, ixracatçı satış bazarları ilə bilavasitə əlaqələrdən məhrum olur və vasitəçinin inkişafından və fəaliyyətindən asılı vəziyyətə düşür.

Alıb-satma əməliyyatları ticarət- vasitəçi tərəfindən öz adından və öz hesabına həyata keçirilir. Bu halda o həm ixracatçı- istehsalçı ilə, həm də alıcı ilə bağlanılan müqavilənin müstəqil tərəfi kimi çıxış edir. O aldığı malın tam mülkiyyətçisi kimi fəaliyyətdə bulunur.

Alıb-satma əməliyyatlarının iki forması vardır. Bunlardan biri ixracatçıya münasibətdə olan alıcıdır. O ixracatçıdan malı alır, həm malın mülkiyyəçisi kimi malı istədiyi qiymətə satır. Bunlara tacir deyilir. Qara metal bazarında stokholder, Nyu-York bazarlarında qənd satıcısına operator, London bazarlarında kakao satıcısına diler deyilir, əlvan metal satan isə prinsipial adlandırılır.

Alıb-satma əməliyyatlarının digər növü isə alverçidir. Alverçi deyilən ticarət- vasitəçiyə ixracatçı elə hüququ verir ki, o müqavilə əsasında satın aldığı malı razılaşdırılmış vaxt ərzində müəyyən məkanda satsın.

Komission əməliyyatlar. Komission əməliyyatlarının komitent adlanan tərəfin tapşırığı ilə komissioner adlanan tərəf komitentin hesabına həyata keçirir. Bunlar arasında qarşılıqlı münasibətlər komission müqaviləsi ilə tənzimlənir. Bu müqavilə əsasında komissioner malları komitentdən satın almır, ancaq komitentin hesabına alqı- satqı razılaşmalarını başa çatdırır. Yəni komitent öz malının alıcıya çatdırılmasına mülkiyyətçi kimi qalır.

Komission əməliyyatlarının müxtəlifliyi konsiqnasiya əməliyyatı adlanır. Bu əməliyyat konsiqnat adlanan bir tərəfin , konsiqnator adlanan digər tərəfə malın bilavasitə öz adından konsiqnatın hesabına satılması tapşırığıdır.

Agent əməliyyatları. Beynəlxalq ticarətdə agent əməliyyatı prinsipial adlanan bir tərəfin ondan asılı olmayan və agent adlanan digər tərəflə ticarət əməliyyatı həyata keçirir. Agent malı prinsipialın adı ilə və onun hesabına müəyyən edilmiş ərazidə üçüncü tərəfə satır. Agent əməliyyatlarının hüquqi tənzimi müxtəlif ölkələrdə müxtəlifdir. Ingiltərə-Amerika sistemlərində agent hüquqi və ya fiziki şəxs ola bilər. Agent ancaq alqı-satqı sazişinin sona çatdırılmasına xidmət etməklə prinsipialın nümayəndəsi kimi çıxış edir, alqı- satqıda iştirak etmir və öz hesabına mal almır.

Broker əməliyyatları. Broker alqı-satqı əməliyyatalrını vasitəçi- broker kimi satıcı və alıcı , həmçinin sığorta edən və sığorta olunan arasında əlaqə yaradırlmasına deyilir. Agentdən fərqli olaraq broker heç bir tərəfin nümayəndəsi sayılmır və onların heç birinin müqavilə münasibətlərində iştirak etmir. O, ancaq tapşırıqlar əsasında fəaliyyət göstərir. Broker malın kəmiyyəti, keyfiyyəti və qiyməti barədə öz müştərisinin tapşırığını yerinə yetirir, öz xidmətinə görə muzd alır. Mal əməliyyatları üzrə muzdun miqdarı 0,20 %- dən 2- 3%-dək ola bilir.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]