
- •Beynəlxalq kommersiya işi
- •Mövzu 1: Beynəlxalq ticarət əməliyyatlarının iqtisadi mahiyyəti Plan:
- •1. Giriş
- •2. Beynəlxalq ticarətin sürətli inkişafı beynəlxalq iqtisadi münasibətlərin əsas cəhəti kimi
- •3. Beynəlxalq ticarət kursunun predmeti və metodu
- •4. Beynəlxalq ticarət əməliyyatlarının mahiyyəti
- •Beynəlxalq ticarət kursunun digər fənlərlə vəhdəti
- •İstifadə olunan ədəbiyyat:
- •Mövzu 1.2: Beynəlxalq ticarət əməliyyatlarının iqtisadi mahiyyəti Plan
- •2. Beynəlxalq ticarət sövdələşmələri: anlayışı, məzmunu, mahiyyəti
- •3. Beynəlxalq ticarət əməliyyatlarının subyekti olan kontragentlərin təsnifatı
- •1. Təsərrüfat fəaliyyətinin növünə və iş xarakterinə görə onlar aşağıdakı kimi fərqləndirilir.
- •2. Hüquqi mövqelərinə görə firmaların təsnifatı.
- •3. Mülkiyyət xarakterinə görə firmalar.
- •5. Sahibkarlıq ittifaqı.
- •6. Xarici bazara çıxış hüququ olan dövlət orqanları və təşkilatları.
- •7. Dünya bazarında malların və xidmətlərin beynəlxalq alqı- satqısı üzrə kontragentlər sifətində çıxış edən bmt sisteminin ixtisaslaşmış idarələri.
- •Mövzu 2: Bazar mahiyyəti, məzmunu və tədqiqi Plan
- •2.Mallar: malların təsnifatı prinsipləri, malın texniki- iqtisadi göstəricilərinin səciyyəvi xüsusiyyətləri.
- •6. Estetik göstəricilər.
- •7. Ekoloji göstəricilər.
- •3. Malın keyfiyyəti və rəqabətə tablılığı.
- •Mövzu 2.2: Bazar: mahiyyəti, məzmunu və tədqiqi Plan
- •2. Bazarda rəqib firmaların fəaliyyətinin öyrənilməsi
- •3. Bazarda alıcı firmanın öyrənilməsi
- •4. Bazarın nəqletmə, hüquqi və ticarət- siyasi şəraitinin öyrənilməsi
- •5. Bazar tədqiqinin aparılması metodları
- •Mövzu 3: İdxalat–ixracat əməliyyatları və beynəlxalq ticarət sövdələşmələrinə hazırlıq Plan
- •2. İdxal-ixrac əməliyyatları sistemində gömrük tarif tənzimi
- •3. İdxal- ixrac əməliyyatlarının lisenziyalaşdırılması. Gömrük vergiləri və rüsumları
- •I. Gömrük ödənişlərinin təsnifatı
- •II. Gömrük rüsumları
- •III. Gömrük orqanları tərəfindən alınan dolayı vergilər
- •IV. Müsadirə olunmuş malların satışından alınan vəsait
- •V. Digər vergilər
- •VI. Gömrük ödənclərinin vahid dərəcəsi
- •4. İdxalat–ixracat əməliyyatlarının uçotu və onun unifikasiyası
- •5. Birbaşa əlaqələr şəraitində beynəlxalq ticarət sövdələşmələrinə hazırlıq
- •İdxalat sövdələşmələrinə hazırlaşma üsulları:
- •Mövzu 4: Beynəlxalq alqı-satqı kontraktları ( müqavilələri) Plan
- •2. Alqı-satqının ümumi şərtləri
- •3. Beynəlxalq alqı-satqı kontraktlarının mahiyyəti və strukturu
- •4. Müqavilənin bazis şərtləri ( İnkoterms)
- •5. Beynəlxalq alqı-satqı kontraktlarının növləri və xüsusiyyətləri
- •Mövzu 5: Beynəlxalq alqı-satqı kontraktlarının icra edilməsinin təşkili Plan
- •2. Müqavilə icrasının rəsmiləşdirilməsi üzrə xarici ticarət sənədləri
- •3. Müqavilə icrasının rəsmiləşdirilməsi üçün nəqliyyat sənədləri
- •4.Müqavilə icrasının rəsmiləşdirilməsi üçün gömrükxana sənədləri
- •6. Beynəlxalq ticarət qaydalarının sadələşdirilməsi üzrə işçi qrupunun funksiyaları
- •Mövzu 6: Beynəlxalq qarşılıqlı ticarət əlaqələri Plan
- •2. Beynəlxalq qarşılıqlı sazişlərin ( razılaşmaların) növləri
- •Mövzu 7: Dünya bazarında ticarət-vasitəçi fəaliyyəti Plan
- •2. Ticarət–vasitəçi ilə bağlanılan müqavilənin əsas şərtləri
- •3. Ticarət-vasitəçi əməliyyatlarının təşkilati formaları
- •4. Ticarət–vasitəçi firmaların fəaliyyət xüsusiyyətləri
- •Mövzu 8: Beynəlxalq birjalarda, hərraclarda və torqlarda ticarət və alıb-veriş əməliyyatlarının təşkili Plan
- •2. Beynəlxalq hərraclar. Beynəlxalq hərrac ticarətinin təşkilatı formaları
- •3. Beynəlxalq torqlar. Beynəlxalq torqların keçirilməsi şərtləri
- •4. Torq iştirakçılarına təkliflərin təqdimi. Torqun təşkilatçıları və iştirakçıları
- •Mövzu 9: Beynəlxalq ticarət və alış-veriş işində reklam, sərgilər, yarmarkalar və texniki xidmətlər
- •Ticarət və alış-veriş məqsədilə reklamın məzmunu
- •Reklamın əsas vasitələri
- •Dövrü mətbuatda və arayış kitabçalarında reklam vasitələri
- •2. Reklamın həyata keçirilməsinin təşkilatı formaları.
- •3. Mal nişanı və onlardan reklam məqsədilə istifadə
- •Mal nişanı qarşısında qoyulan tələblər.
- •Mal nişanlarının qeydə alınması qaydası
- •4. Beynəlxalq sərgilər və yarmarkalar. Beynəlxalq sərgilərdə ( yarmarkalarda) bağlanılan sazişlər
- •5. Sərgi və yarmarkaların təşkili və tənzimlənmə fəaliyyəti
- •Mövzu 10: Beynəlxalq texnologiya, elmi-texniki biliklər və lisenziya mübadiləsinin metodoloji əsasları Plan
- •2. Elmi–texniki biliklər ticarətinin xüsusiyyətləri
- •3. Lisenziyalar və beynəlxalq lisenziyalaşdırma
- •Lisenziya
- •4. Beynəlxalq lisenziyalar ticarətinin xüsusiyyətləri
- •Müasir şəraitdə beynəlxalq lisenziyalaşdırma
- •5. Beynəlxalq lisenziya mübadiləsi sazişlərinin növləri və məzmunu
- •Beynəlxalq lisenziya sazişinin məzmunu
- •6. Beynəlxalq lisenziya ticarətinin təşkili
- •Beynəlxalq lisenziyalaşdırma bölməsi
- •İxtisaslaşmış firmalar
- •Lisenziya və patent agentləri
- •Mövzu 11: Beynəlxalq mühəndis–tikinti xidmətləri mübadiləsi Plan
- •2. Mühəndis–texniki xidmətlərin verilməsinə (satılmasına) dair beynəlxalq müqavilələrin əsas şərtləri
- •3. Müqavilənin predmeti və qüvvədə olması müddəti.
- •4. Məsləhətçilik xidmətlərinin başlanması və bitməsi müddətləri.
- •3. Beynəlxalq mühəndis-texniki xidmətlər mübadiləsinin təşkili
- •İxtisaslaşmış injinirinq firması
- •Mövzu 12: Beynəlxalq icarə əməliyyatları Plan
- •Beynəlxalq icarənin növləri
- •2. Beynəlxalq icarə müqavilələrinin əsas şərtləri
- •5. Lizinq müqavilələrinin ləğv edilməsi qaydası
- •Qəbuletmə protokolu
- •Cari icarə müqaviləsinin əsas şərtləri
- •3. Müasir şəraitdə beynəlxalq ticarətin xüsusiyyətləri və icarə əməliyyatlarının təşkilatı formaları
- •4. Beynəlxalq icarə əməliyyatlarının təşkilatı formaları
- •Beynəlxalq kommersiya işi
2. Beynəlxalq qarşılıqlı sazişlərin ( razılaşmaların) növləri
BMT–nin ekspertləri beynəlxalq qarşılıqlı razılaşmaları 3 növə ayırırlar:
a) barter razılaşmaları; b) ticarət kompensasiyası razılaşmaları: c) sənaye kompensasiyası razılaşması.
İqtisadi əməkdaşlıq və inkişaf təşkilatının mütəxəssisləri isə beynəlxalq qarşılıqlı razılaşmaları 2 kateqoriyaya ayırırlar: ticarət kompensasiyası razılaşmaları: sənaye kompensasiyası razılaşmaları.
Ticarət kompensasiyası razılaşmaları bir biri ilə üzvü rətdə əlaqələri olmayan son dərəcə müxtəlif malların çox da böyük olmayan, yaxud orta həddə olan məbləğdə birdəfəlik qısa, yaxud ortamüddətli ticarət əməliyyatlarıdır. Adətən, 3 il müddətinə tamamlanır.
Sənaye kompensasiyası razılaşmaları dedikdə isə daha iri məbləğdən ibarət olan , adətən Qərbin sənaye avadanlığı , yaxud hazır fabrikin satdığı məbləğdə uyğun gələn razılaşmalar başa düşülür.
Beynəlxalq ticarət təcrübəsi göstərir ki, razılaşmaların təşkilatı təşkilati – hüquqi və kompensasiya prinsipi əsasında qurulsaydı, daha əlverişli olardı. Bu növ yanaşmada beynəlxalq qarşılıqlı razılaşmaları 3 növə ayırmaq daha əlverişli əhəmiyyət kəsb edir:
a) valyutasız əsaslarda mal mübadiləsi və kompensasiya razılaşmaları;
b) ticarət əsasında kompensasiya razılaşmaları;
c) istehsalat əməkdaşlığına dair razılaşma (saziş) əsasında kompensasiya razılaşmaları.
Valyutasız əsasda mal mübadiləsi kompensasiya razılaşmaları mal göndərənin mal formasında da ödənişini nəzərdə tutur. Bu halda hesablaşmaların xarici valyutalarla hesablanmasına ehtiyac qalmır. Malgöndərənin xarakterindən və sazişin fəaliyyət müddətindən asılı olaraq 2 cür razılaşma (sazişlər) fərqləndirilir:
birdəfəlik malgöndərmə sazişi
uzunmüddətli malgöndərmə sazişi
Birdəfəlik malgöndərmə sazişi. Bu saziş iki tipdə olur: barter sazişi və bilavasitə kompensasiyalı saziş.
Barder sazişi. Miqdarı öncədən razılaşdırılmış malın digəri ilə başabaş mübadiləsini nəzərdə tutur. Bu növ sazişdə tərəflər arasında ya mübadilə olunacaq eyni tipli malların miqdarı göstərilir, yaxud da onların qarşılıqlı dəyərləri razılaşdırılır. Dəyərləri razılaşdırılarkən mal yeridilişi xərcləri də nəzərə alınmaqla dünya qiymətləri əsas götürülür. Barter sazişləri böyük vətən müharibəsindən sonrakı dövrün ilk illərində çox geniş yayılmışdır. Sonralar o xeyli səngidi. 70–ci illərin ortalarında xammal problemi xeyli (xüsusən də neft üzrə) kəskinləşməyə başladı. “Xammal–xammalla”, yaxud “xammal – hazır məhsula” tipli barder sazişləri geniş vüsət aldı. Həm də əsasən inkişaf etməkdə olan ölkələrdən inkişaf etmiş ölkələrə doğru.
Bilavasitə kompensasiyalı sazişi də barter sazişində olduğu kimi bərabər dəyərli malın valyutasız qarşılıqlı mübadiləsini nəzərdə tutur. Lakin barter sazişindən fərqli olaraq, bu eyni zamanda qarşılıqlı mübadilə olunacaq malların qiymətləri öncədən razılaşdırılmasını nəzərdə tutur. Bir qayda olaraq tərəflər bir-birinə malların iki siyahısını göndərirlər. Bu siyahılardan birində malların miqdarı və qiyməti göstərilməklə onların adı (siyahısı), digərində isə kompensasiyalı verilməsi təklif olunan malların adı göstərilir. Danışıqlar nəticəsində qarşılıqlı göndəriləcək həmin malların iki siyahısını işləyib hazırlayır və onları kompensasiyalı sazişin ayrılmaz bir hissəsi kimi həmin sazişə əlavə edirlər.
Uzunmüddətli mal göndərmə sazişləri.
Bu sazişlər də valyutasız əsaslarla firmalar səviyyəsində bağlanılır və ümumi (qlobal) sazişlər adını daşıyır. Belə sazişlər adətən bir tərəfdən transmilli korporasiyal , digər tərəfdən isə dövlət təşkilatları , nazirlikləri xarici bazara çıxmaq hüququ olan xarici ölkələrin müvafiq ticarət təşkilatları arasında bağlanıla bilər. Qlobal sazişlər kimya, mədənçıxarma, sənayenin avtomobil istehsalı sahələri, bəzi maşınqayırma sahələri, yeyinti, əczaçı, toxuculuq sənaye sahələri məhsullarının mübadiləsində daha çox istifadə edilir. Qlobal razılaşmalar (sazişlər) partnyorlara (tərəf–müqabillərə) müəyyən üstünlüklər verir. Məsələn, transmilli korporasiyal kimi ixracatçılar konkret bazarda səbat və bir qayda olaraq daha çox genişlənməkdə olan öz məhsulunun satışı üçün imkanlar əldə edir. Hətta fərdi əsaslarda ayrı–ayrı qarşılıqlı malgöndərmələr, yaxud kompensasiyalı mal alışları üzrə öhdəliklər barədə danışıqlar aparmağa belə ehtiyac duyulmur. Qlobal sazişlər həm də mərkəzi (əsas) saziş, yaxud da öhdəlik–məktub əsasında mal mübadiləsi sazişi formasını ala bilər.
Mərkəzi (əsas) saziş. Bu sazişlər iri transmilli korporasiyal tərəfindən istifadə olunur. Müqxtəlif qurumlar tərəfindən həyata keçirilən çoxsaylı qarşılıqlı satınalmalar olmasın deyə transmilli korporasiyalar idxalatçı məmləkətində hər hansı bir təşkilatla mərkəzi (əsas) saziş bağlayır ki, onun yəni transmilli korporasiyanın həmin ölkədə bütün qarşılıqlı satınalmalarını qruplaşdırmağa imkan olsun. Bu hal transmilli korporasiyaya imkan verir ki, həmin qarşılıqlı satınalmaları müəyyən bir uzun müddət (təqribən 1-5 il dövr) ərzində mərkəzləşdirilmiş qaydada həyata keçsin. Beləliklə mərkəzi (əsas) saziş konkret bir ölkədə transmilli korporasiya fəaliyyətinin bütün sahələrini əhatə edir.
Öhdəlik məktub əsasında mal mübadiləsi sazişi. Bu növ saziş ixrac və idxal malları siyahılarının qarşılıqlı mübadiləsini nəzərdə tutur ki, bu əsasda da həmin öhdəlik – məktubda dövr ərzində ( 3-5 il) tərəf–müqabillər öz maraqlarını ifadə edirlər. Elə ki, qarşılıqlı maraqlandıran malların siyahısı müəyyənləşdirildi , tərəflər məktub–öhdəlik mübadiləsinə başlayırlar. Bu məktub–öhdəlikdə siyahıya daxil olan malların ümumi miqdarı müəyyən edilir. Məktubda ayrı-ayrı malların qiymətləri haqqında heç bir şərt göstərilmir və tərəflər üçün hansı bir hüquqi və təəhüdüdlü şərtlər qoyulmur. Malların konkret miqdarı adətən əvvəlki ilin axrında danışıqlar gedişatında müəyyənləşdirilir. Qiymətlər kredit şərtilə və malgöndərmə müddətləri isə bir kvartaldan bir yaxud da hər il razılaşdırıla bilir.
Müasir şəraitdə 5 il və daha çox dövr ərzində qarşılıqlı mal mübadiləsini təmin edən danışıqların digər analıji növləri də tətbiq olunmağa başlanmışdır. Bunlar sadəcə olaraq konkret mallar üzrə ticarət protokolu formasında realizə olunur.
Kompensasiyalı razılaşmalar. Ticarətdə kompensasiyalı sazişlər dedikdə, malgöndərmənin o cümlədən, müvafiq qarşılıqlı malgöndərmənin ya alqı- satqı kontraktı əsasında, ya qarşılıqlı satınalmalar, yaxud da avans satınalmalar barədə razılaşmalar da əlavə edilməklə alqı-satqı kontraktı əsasında çıxış edir. Bu halda ixracatçı idxalatçıdan mal əldə etmək üçün bu şərtlə öhdəlik götürür ki, o, yəni idxalatçı nəticə etibarı ilə ekvivalent mübadilə qaydaları ilə ixracatçıdan mal satın alsın. Mövcud təcrübəyə uyğun olaraq ixracatçı əvvəlcədən belə bir kontraktı imzalayır ki, ixracat kontraktı sonradan malgöndərmə ərəfəsində imzalanacaq , yaxud da kontraktda göstəriləcək ki, qarşıda gözlənilən razılaşmada da sazişə “ kompensasiya kredit” kimi baxılacaqdır.
Qeyd etmək lazımdır ki, transmilli korporasiya avans razılaşmanı (sazişi) satış bazarının genişləndirilməsinə yönəldilən ümumi strategiyasının bir ünsürü kimi istifadə edir. Avans satınalma həyata keçirilərkən ixracatçı malgöndərməni daxili klirinq sistemi qaydasına uyğun surətdə bankın buraxdığı “ zəmanət öhdəçiliyi” ni alıcıya verməklə ödəyir.
Çox hallarda avans, yaxud öncədən satınalmalar üstünlüklə maşınqayırma sahələrində qarşılıqlı satınalma barədə saziş bağlamaq əvəzinə istifadə olunur.
3. İstehsal əməkdaşlığı razılaşmaları əsasında kompensasiya sazişləri.
Bu cür sazişlər nəzərdə tutur ki, göndərilən sənaye avadanlığının dəyəri satınalınacaq avadanlığın köməyilə istehsal olunan malların qarşılıqlı göndərilməsi hesabına ödənilsin. Belə razılaşmalara (sazişlərə) aşağıdakılar aiddir: irimiqyaslı uzunmüddətli kompensasiya razılaşmalar (əks satınalma şərtilə); “məhsul bölgüsü haqqında” razılaşma və “idxalat – inkişaf “ razılaşmaları.
Malların əks satınalması şərtilə irimiqyaslı uzunmüddətli kompensasiya razılaşmaları (sazişləri). Bu razılaşmalar istehsal əməkdaşlığı əsasında mal göndərilməsini və bununla yanaşı istehsal kompleksləri avadanlığın sənaye avadanlığına, texnoloji qurğulara uzunmüddətli borclar və kredit verilməsini və bunun müqabilində qarşılıqlı malgöndərmə qaydasında kompensasiyalı ödənilməsini nəzərdə tutur. Həmin ödəniş tikilmiş və işə salınmış müəssisənin hazır məhsulunun, yaxud bu məhsulla bağlı xammal, material və digər malların əks satınalınması yolu ilə təmin oluna bilər. Irimiqyaslı uzunmüddətli kommersiya razılaşmalarını (sazişlərini) kompensasiyalı göndərmələrin səviyyəsindən və miqdarından asılı iki tipə ayırmaq olar:
1. Kompensasiyalı satınmalar üzrə öhdəlik göndəriləcək avadanlığın (malın) dəyərindən yüksək olduğunu əks etdirən razılaşmalar. Bu razılaşmaların xüsusi xarakterik cəhətləri aşağıdakı kimi səciyyələndirir:
- ən azı qarşılıqlı bağlılığı (əlaqəsi) olan üçün qrup kontraktlarının bağlanması: avadanlıq göndərilməsi (satışı) və onunla bağlı texniki xidmətlər üzrə kontraktlar, uzun müddətli sazişlər əsaında son məhsulun göndərilməsi üzrə avadanlıq və texnologiya göndərilməsinin (satışının) maliyyələşdirilməsinə borc verilməsi üçün bank razılaşması (yaxud bir neçə razılaşmalar – sazişlər).
- dövlətlərarası kreditləşmə çərçivəsində hökumət kreditlərinin, habelə ticarət bankı kreditlərinin verilməsi. Maliyyələşdirmə əksərən ya xalis ticarət kreditləri əsasında, ya da dövlət və ticarət kreditlərinin uzlaşdırılmış formasında aparılır (adətən 6- 8 il, təbii qaz üzrə 25 il müddətinə). Çox hallarda maliyyələşdirmə bank konsorsiumlarının yaradılması yolu ilə yaxud da müvafiq razılaşmaları imzalamaqla həyata keçirilir.
- kompensasiyalı satınalmalar üzrə öhdəliklər göndərilməsi nəzərdə tutulan malların xarakterindən asılı olaraq 20-25 ilə qədər bir müddəti əhatə edir.
- qarşılıqlı malgöndərmələrinə qiymətlər dünya bazarı qiymətləri əsasında qoyulur, həm də müntəzəm olaraq onların (hər il yaxud hər kvartal) yenidən baxılması nəzərdə tutulur. Dünya bazarı olmadıqda qiymətlər müvafiq bazarda ticarət təcrübəsini əks etdirən qarşılıqlı razılaşdırlmış formul əsasında qıyulur.
- energetika sahəsində kompensasiya sazişləri adətən biq sıra qarşılıqlı, fəqət hüquqi cəhətdən müstəqil olan razılaşmalara əsaslanır.
- avadanlıq göndərilmələri və qarşılıqlı malgöndərmələr arasında əlaqələr əsas bank sazişində (yaxud protokolunda) müəyyənləşdirilir. Bu sazişdə (protokolda) həm də kompensasiya sazişinə hansı avadanlığın və xidmətlərin daxil ediləcəyi göstərilir.
- kompensasiyalı razılaşmaların avadanlıq idxalatçısı olan son məhsulu göndərən ixracatçıya öz tərəfindən ödəniş şərtləri də daxil edə bilər.
Kompensasiyalı satınalmalar üzrə öhdəliklər göndərilən avadanlığın dəyərinə bərabər və yaxud dəyərindən aşağı olduğunu əks etdirən razılaşmalar (sazişlər).
Sənaye sahələrindən asılı olaraq bu razılaşmaların spesifik xüsusiyyətləri vardır. Məsələn, hasilat sənayesində. Meşə və sellüloz–kağız, qara və əlvan metallurgiya, ximikatlar istehsalı kimi aralıq məhsul buraxan sahələrdə kompensasiyalı razılaşmalarının aşağıdakı xüsusiyyətlərini fərqləndirmək olar:
- kreditin çox hissəsi müəssisələrin kompleks avadanlığının satınalınmasına, müvafiq texniki xidmətlərin göndərilməsinə və infrastruktur obyektlərinin tikilməsinə yönəldilir.
- qarşılıqlı göndərmələrə həm son məhsul, həm də aralıq məhsul daxil edilə bilər. Buna əsasən kimya sənaye müəssisələrinə aid olan razılaşmalarda daha çox rast gəlinir.
- son məhsulun istifadə edilməsini (mənimsənilməsini) asanlaşdırmaq məqsədilə kompensasiyalı satınalmalar üzrə öhdəliyin üçüncü tərəfə ötürülməsinə ixtiyar verilir. Bunun üçün alqı-satqı kontraktına müvafiq şərtlər əlavə edilməlidir.
- Texnoloji prosesin yüksək dərəcəsində əldə olunan məhsulun qiymətləri hesablamanın mürəkkəb düsturundan istifadə etməklə müəyyənləşdirilir. Sahəvi sənaye mənsubiyyətindən və məhsulun növündən asılı olaraq qiymətlər rəqabət edən yerli firmaların müəyyənləşdirdikləri qiymətlərin, bəzi hallarda isə malgöndərən müəssisənin istehsal xərcləri əsasında hesablana bilər.
- bir çox razılaşmalarda son hazır məhsul əvəzinə aralıq məhsulların yaxud onların quraşdırılmış məhsulun kompensasiya şərtilə göndərilməsi də nəzərdə tutulur.
“ Məhsul bölgüsü “ nə dair razılaşmalar.
Həmin razılaşmalar kompensasiya sazişlərinin ikinci kateqoriyasına aid edilir. Bu kateqoriyalı razılaşmalar istehsal əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Irimiqyaslı uzunmüddətli kompensasiya sazişlərindən fərqli olaraq “ məhsul bölgüsü” nə aid sazişlər sənaye obyektləri tikintisinə dair razılaşmalar əsasında bağlanılır. Bu sazişlər inkişaf etməkdə olan ölkələrdə həmin ölkələrin təbii resurslarının işlənilməsini nəzərdə tutan sənaye obyektlərinin tikilməsi əməkdaşlığı üzrə razılaşmalar (sazişlər) əsasında onların həmin müəssisələrdə əldə edilən xammalın qarşılıqlı göndərilməsi sazişlərinin daha çox yayılmış forması oldu. Bu tipli sazişlər üstünlüklə bir tərəfdən inkişaf etməkdə olan ölkələrin dövlət orqanları və təşkilatları, digər tərəfdən isə xarici firmalar yaxud firmalar birliyi tərəfindən bağlanılır.
“ İdxalat–inkişaf” razılaşmaları. Bu razılaşma istehsalat əməkdaşlığına əsaslanan kompensasiya sazişlərinin üçüncü kateqoriyasıdır. Burada söhbət əsasən emaledici sənaye sahələrinin tikintisi sahəsində , yaxud uzunmüddətli kreditləşmə əsasında həmin müəssisələr üçün avadanlıq komplekti göndərilməsi barədə əməkdaşlıqdan gəlir. “İdxalat – inkişaf” ( buna idxalatın inkişafı üçün layihələr deyilir) razılaşmaların həyata keçirilməsi bunu nəzərdə tutur ki, tikilib işə salınan müəssisələrin məhsulunun qarşılıqlı göndərilməsi komplekt avadanlıq göndərən xarici firma-malgöndərən göstərdiyi texniki xidmətlər və zəruri kreditlər üzrə məsrəfləri özü təmin edəcəkdir.
Beynəlxalq təcrübədə komplekt avadanlıq idxalatı əsasında müəssisənin tikilməsi çox hallarda avadanlıq ixracatçısı üçün məcburi xarakter daşıyan qarşılıqlı malgöndərmələrlə əlaqələndirir. O, yəni müəssisə məcbur olur ki, həmin tikilib işə salınmış müəssisədən məhsulun əvəzinə idxalçıya göndərdiyi avadanlığın dəyəri və verilən ödənc hesabını qəbul etsin. Həmin məhsula özünün ehtiyacı olmadıqda ixracatçı məcburdur ki, ya özü onun realizasiyası ilə məşğul olsun, ya da müvafiq ticarət vasitəçisinin köməyilə, yaxud da özünün satış şəbəkəsi vasitəsilə üçüncü bir ölkəyə ötürsün.
Müasir şəraitdə qarşılıqlı satınalmalar çox hallarda məcbur xarakter aldığı bir halda qarşılıqlı satınalmalar sazişinə ( müqaviləsinə) ixracatçı tərəfindən “ başqasına satma” , məsələn, qarşılıqlı satınalmalar üzrə öhdəliyi üçüncü tərəfə (əlbəttə əgər o buna razıdırsa) verilməsi şərtləri göstərilir. Bu növ başqasına satma (sessiya) qarşılıqlı satınalma öhdəliyini öz üzərinə götürən üçüncü tərəf isə tsessioner adlanırlar. Ixracatçı öz öhdəliyini qismən, yaxud tamamilə başqasına da verə bilər. Bununla əlaqədar olaraq ixracatçı tsessionerlərlə müqavilə bağlamalıdır. Müqavilədə qeyd edilir: tsessioner öhdəlik qəbul edərkən qarşılıqlı satınalmaya dair sazişlə özünü bağlı hesab edir və müvafiq öhdəlikləri öz üzərinə götürür.
İxratçılar hər şeydən əvvəl öz məhsullarının satışında maraqlıdırlar. Qarşılıqlı satınalmalarda elə mallar üzrə öhdəlik götürürlər ki, bu hallarda özlərinin ehtiyacı olmur.