Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Bynxlqticrt.doc
Скачиваний:
1
Добавлен:
01.05.2025
Размер:
755.2 Кб
Скачать

6. Beynəlxalq ticarət qaydalarının sadələşdirilməsi üzrə işçi qrupunun funksiyaları

Işçi qrupu xarici ticarət qaydalarının səmərələşdirilməsi və onlardan istifadə olunmasına təsir göstərmək yolu ilə beynəlxalq ticarət və nəqliyyat işini asanlaşdırır və bu məqsəd üçün məlumatların elektron və digər avtomatik üsullarla işlənib hazırlanmasını tövsiyyə edir. Odur ki , işçi qrupu aşağıdakı funksiyaları yerinə yetirir:

1) Beynəlxalq ticarət qaydalarının və yükdaşımanın sadələşdirilməsi sahəsində lazımi uzlaşdırmanı təmin edir;

2) Beynəlxalq ticarətdə və yükdaşımada zəruri tələb olunan ticarət qaydaları icmalını (xülasəsini) həyata keçirir;

3) Ticarər rəsmiyyətçiləri, qaydaları, sənədləri və sair sıx əlaqədar məsələlər barəd informasiyalar toplayır və yayır;

4) Onların sadələşdirilməsi və həllinin metodikası problemlərinə ümumi yanaşmanın işlənməsinə təsir göstərir;

5) Formulyar əsasında AİK-in müəyyən etdiyi nümunəyə uyğun olaraq elektron hesablama maşınlarında və digər avtomatlaşdırılmışsistemlərdə istifadə olunması üçün nəzərdə tutulan sənədlər də daxil olmaqla ticarət sənədlərinin sadələşdirilməsini və standartlaşdırılmasını həyata keçirir;

6) Beynəlxalq ticarət sənədlərində göstərilən məlumatların standartlaşmasına, habelə standart ticarət terminalogiyasının və xarici ticarət informasiyalarının kodlaşdırılmasının işlənib hazırlanmasına təsir göstərir;

7) Beynəlxalq elektron rabitəsi ilə məsləhətləşmələrdə, beynəlxalq ticarətdə məlumatların elektron ötürülməsinin lazımi sisteminin və avadanlığın tətbiq edilməsinə təsir göstərir.

Mövzu 6: Beynəlxalq qarşılıqlı ticarət əlaqələri Plan

  1. Qarşılıqlı ticarət əlaqələrinin xüsusiyyətləri

  2. Beynəlxalq qarşılıqlı razılaşmaların ( sazişlərin) növləri

  3. İstehsal əməkdaşlığı razılaşmaları əsasında kompensasiya sazişləri

1. Qarşılıqlı ticarət əlaqələrinin xüsusiyyətləri

XX əsrin sonu və XXI əsrin ilk dövrlərində beynəlxalq ticarət əməliyyatlarının təşkili və texnikasının xarakterində bir sıra keyfiyyətli proseslər baş vermişdir. Bu proseslərdən ən əhəmiyyətlisi inkişafda olan idxalat–ixracat əməliyyatlarında kontragentlərin (partnyorların) qarşılıqlı öhdəliklər götürməsindədir. Belə öhdəçiliyə ixracatçının müəyyən konkret malları və xidmətləri idxalatçıdan satın alması, idxalatçının isə reallaşdırılmış malların və xidmətlərin ixracatçıya vaxtında çatdırılmasını öhdəliyini misal göstərmək olar. Odur ki, bu tipli əməliyyatlar beynəlxalq ticarətdə qarşılıqlı ticarət əlaqələri adını almışdır.

Bu növ qarşılıqlı öhdəliklərin inkişafı ilə bağlı ticarət əməliyyatları nəzəriyyəsi və praktikasında bir sıra yeni anlayışlar yaranmışdır: “qarşılıqlı ticarət”, “qarşılıqlı sövdələşmə”, “qarşılıqlı saziş”.

Bu gün qarşılıqlı ticarət beynəlxalq mal mübadiləsinin tənziminin , ölkələr arasında iqtisadi və istehsal–texniki əməkdaşlığın inkişafına təsir göstərməklə beynəlxalq hesablaşmaların səhmənləşməsinə təsir göstərən mühüm vasitələrdən birinə çevrilmişdir. Nəticədə mal mübadiləsi üzrə ikitərəfli və çoxtərəfli hökumətlərarası razılaşmaların (sazişlərin) , habelə qarşılıqlı əsaslarla iqtisadi və istehsal əməkdaşlığı sazişlərinin bağlanması imkanı vermişdir. Bu da bir neçə il üçün qarşılıqlı göndəriləcək malların növləri və həcmləri, onların ümumi dəyəri , hesablaşma qaydası, göstəriləcək texniki xidmətlərin, elmi-texniki biliklərin dəyəri və xarakterini öncədən müəyyənləşdirilməsinə imkan yaradır. Odur ki, beynəlxalq qarşılıqlı ticarətin payı ümumi ticarətdə 25%-dən artaraq 40%-ə çatmışdır.

Beynəlxalq mal dövriyyəsinin inkişafında qarşılıqlı ticarətin mühüm süsusiyyətlərindən biri də onundünya bazarında dəyişməkdə olan şərtlərə və şəraitə kontragentlərin dərhal uyğunlaşmasına imkan yaratması çevikliyidir. Məhz bu çeviklik ayrı-ayrı ölkələrə öz ixracatının məqsədyönlü fəaliyyətini tənzimləyir. Valyutaya qənaət etmək, beynəlxalq mal və xidmətlər mübadiləsini sürətləndirmək üçün şərait yaradır.

Beynəlxalq qarşılıqlı ticarət əməliyyatlarının üstün xüsusiyyətlərindən biri də icra əməliyyatlarının kompüterləşdirilməsinin təkmilləşməsidir. Kompüterləşmə alış–veriş məsələlərinin həllini yüksək keyfiyyətli səviyyəyə qaldırmışdır. Bu göstərilənlər əsasında ticarət təcrübəsində geniş yayılmış sazişlər: “məhsul bölgüsünə dair”, “inkişaf – idxalat”, məqsədli kreditləşdirmə şərtilə “ən yaxın vaxtda” sənaye obyektlərinin tikilməsi barədə, habelə istehsalın ixtisaslaşması və kooperasiyalaşması haqqında, ölkələr arasında istehsalat əməkdaşlığı barədə sazişlər yaranmışdır.

Beləliklə, beynəlxalq qarşılıqlı ticarət bilavasitə istehsal sferasındakı iştirakçıların səmərəli, uzunmüddətli, qarşılıqlı və yararlı əməkdaşlığının yaradılmasına təsir edən ticarət əməliyyatları təşkilinin daha sürətli inkişaf etmiş formasıdır. Odur ki, qarşılıqlı ticarətdən hər iki tərəf tam şəkildə faydalana bilər.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]