Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Bynxlqticrt.doc
Скачиваний:
1
Добавлен:
01.05.2025
Размер:
755.2 Кб
Скачать

2. Müqavilə icrasının rəsmiləşdirilməsi üzrə xarici ticarət sənədləri

Xarici ticarət müqavilələrinin icrasını, yəni satıcının mal göndərməsini, onun yüklənib boşaldırlmasını, sığortalanmasını, anbarda saxlanmasını, gömrükdən keçirilməsini təsdiqləyən və s. sənədlərə xarici ticarət sənədləri deyilir. Bu sənədlər yerinə yetirdikləri funksiyalara görə qruplara ayrılır:

1) İxracat məqsədilə nəzərdə tutulan malın istehsalını təmin etmək üçün sənədlər.

- Bu sənədlərə satın almaq üçün tapşırıq (sifariş ) sənədi;

- Məhsulların anbardan göndərilməsini təmin edən nəryad (tapşırıq , yazılı icazə) sənədi;

- Faktura cədvəli (yola salınan malın siyahısı). Bu hesablaşmalar üçün sənəd kimi istifadə olunur.

- Qablaşdırma üçün təlimat;

- Daxili nəqletmə üçün faktura (müəssisə, sahədaxili);

- Statistik və sair inzibati sənədlər.

2) Malın yola salınmasına hazırlıq üçün sənədlər:

- fraxtetmə (gəmi kirayə etmə) üçün sifariş. Bu sifariş əsasında mal göndərən öncədən yükdaşıyandan ehtiyat yer saxlamasını xahiş edir;

- göndərmə üzrə təlimat;

- malın göndərilməsi üçün tapşırıq;

- nəqletmə üçün order;

- malın yola salınması barədə məlumat;

- sənədlərin paylanması barədə məlumat;

- malın göndərilməsinə icazə sənədi.

3) Mal alqı-satqısı üçün sənədlər. Bu sənədlər malın kəmiyyət və keyfiyyət xarakteristikasını verirŞ bunlara aiddir:

- haqq-hesab sənədi - əsas hesablaşma sənədi. Buraya aiddir:

a) hesab faktura; b) hesab spesifikasiya; c) ilkin hesab; ç) proforma hesab (zahiri rəsmiyyət).

4) Mala və mallar partiyasına kəmiyyət sənədləri (spesifikasiya, qablaşdırma vərəqi).

5) Göndərilən malların keyfiyyət sənədləri.

- bank köçürmələri üzrə təlimat;

- bank trattası (barat vekseli) üzrə sifariş;

- inkasso ödənişi (tapşırıqla və ya veksellər üzrə pul almaq) haqda məlumat;

- mal akkreditivi üzrə məlumat vermək üçün sənəd;

- bank təminatı barədə sifariş;

- bankın razılaşdırılmış məbləği ödəyəcəyi sənəd;

- inkasso tapşırığı;

- mal akkreditivi və s.

Sığorta sənədləri: Buraya sığorta polisi( sığorta vəsiqəsi); reysin sığortası; əsas polis; qarışıq polis; sığorta sertifikatı; sığorta olunanın hesabı; kovernot( sığorta agenti) üçün verilən sənəd.

3. Müqavilə icrasının rəsmiləşdirilməsi üçün nəqliyyat sənədləri

Ekspeditor təlimatları, yükləmə tapşırığı, ekspeditor hesabı, ekspeditorun anbar sənədi, malların alınması qəbzi, malın verilməsi orderi, yükün işlənməsi orderi, malın buraxılışı sənədi və s.

4.Müqavilə icrasının rəsmiləşdirilməsi üçün gömrükxana sənədləri

Bu sənədlər malın gömrük sərhəddindən buraxılması üçün əsas sənədlərdir. Bunlar aşağıdakılardan ibarətdir:

- gömrükxana deklarasiyası (bəyannaməsi);

- idxal-ixrac lisenziyaları;

- valyuta nəzarəti deklarasiyası;

- valyuta lisenziyası;

- vergi deklarasiyası;

- yük deklarasiyası;

- daxili istehlak üçün mal haqqında deklarasiya;

- gömrükxanadan təcili buraxılması haqqında deklarasiya;

- təhlükəli yüklər haqqında deklarasiya;

- malın mənşəyi haqqında sertifikat;

- malın mənşəyi haqqında deklarasiya;

- konsul fakturası;

- malın keyfiyyətinə nəzarət vəsiqəsi;

- statistik ixrac sənədi;

- statistik idxal sənədi;

- baytarlıq vəsiqəsi (şəhadətnaməsi);

- səhiyyə vəsiqəsi (şəhadətnaməsi);

- fitosəhiyyə vəsiqəsi (şəhadətnaməsi);

- təminat vəsiqəsi (şəhadətnaməsi);

- tranzit mallar haqqında deklarasiya;

- beynəlxalq gömrük deklarasiyası.

5. Beynəlxalq ticarət qaydalarının ( üsullarının) sadələşdirilməsi

Müasir beynəlxalq ticarət təcrübəsi sənədlər dövriyyəsinin , onların rəsmiləşdirilməsi vəziyyətinin getdikcə artması və mürəkkəbləşməsi ilə bağlı beynəlxalq ticarət qaydalarının standartlaşmasının və xarici ticarət sənədlərinin unifikasiya edilməsini (vahid bir şəklə salınmasını) əsas vəzifə kimi qarşıya qoyur. Bu əməliyyatlar xarici ticarəti asanlaşdırır, eyni zamanda informasiyaların ötürülməsində , məlumatların hesablanıb verilməsi və metodlarının avtomatlaşdırılıb idarə edilməsinə əlverişli imkanlar yaradır. Bu sahədə AİK (Avropa İqtisadi Komissiyası) xeyli iş görmüşdür. AİK çərçivəsində xarici ticarət sənədlərinin sadələşdirilməsi və standartlaşdırılması üzrə “işçi qrupu” yaradılmışdır. Işçi qrupu AİK blankının ilkin sxeminin nümunəsini hazırlamış, həmin sxem əsasında sonralar aşağıdakı sənədlərin standart formaları işlənib hazırlandı: yükləmə sertifikasiyası; komplektləşdirmə cədvəli; qablaşdırma vərəqi; keyfiyyət haqqında sertifikat; hesab; malın mənşəyinə dair sertifikat; səfir (konsul) fakturası; malın göndərilməsi tapşırığı, konsament, avia fakturası; sığorta etdirmək üçün ərizə; sığorta polisi və sairə sadələşdirilmişdir.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]