Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Bynxlqticrt.doc
Скачиваний:
1
Добавлен:
01.05.2025
Размер:
755.2 Кб
Скачать

4. Beynəlxalq ticarət əməliyyatlarının mahiyyəti

Beynəlxalq ticarət əməliyyatlarının mahiyyəti; bazar tədqiqatlarının məzmunu və aparılması metodları; idxal – ixrac əməliyyatlarının tənzimi və statistik uçotunun əhəmiyyəti; kontragentlər arasında birbaşa əlaqələr şəraitində beynəlxalq ticarət sövdələşmələrinin ( sazişlərinin) üsulları və hazırlanması texnikası; beynəlxalq alqı- satqı müqavilələrinin( kontraktlarının) məzmunu, növləri; icrası; beynəlxalq əməliyyatlar; dünya bazarında ticarət- vasitəçi həlqəsinin köməyi ilə ticarət fəaliyyəti; beynəlxalq mal birjalarında, hərrac və torqlarda ticarət fəaliyyətinin təşkil idarə edilməsi və texnikası, reklam və sərgi işləri; beynəlxalq texnologiya mübadiləsinin metodoloji əsasları; beynəlxalq lisenziyalar və mühəndis- texniki xidmətlər mübadilə; beynəlxalq icarə və turizm üzrə ticarət əməliyyatları; beynəlxalq istehsal–texniki əlaqələrin əsas növləri və onların təşkili formaları; ticarət–iqtisadi münasibətlərin inkişafında beynəlxalq istehsal kooperasiyasının əhəmiyyəti, beynəlxalq müqavilələr və sənaye obyektlərinin tikintisi üzrə firmaların birgə fəaliyyətinin təşkili kimi məsələlərin öyrənilməsindən alınan nəticələr beynəlxalq ticarətin mahiyyətini təşkil edir.

  1. Beynəlxalq ticarət kursunun digər fənlərlə vəhdəti

Beynəlxalq ticarət kursunu digər fənlərdən təcrid olunmuş halda mənimsəmək qeyri mümkündür. Bunun üçün öncədən onunla bağlı olan və onu əsaslandıran bir sıra digər fənlər barədə, o cümlədən iqtisadi nəzəriyyə, fəlsəfə, beynəlxalq hüquq , beynəlxalq iqtisadi münasibətlər, beynəlxalq ticarət və marketinq, beynəlxalq statistika, beynəlxalq maliyyə və uçot, eləcə də bir sıra fənlər haqqında lazımi təsəvvürə malik olmaq lazımdır.

İstifadə olunan ədəbiyyat:

  1. İ. Ə. Feyzullabəyli – “ Beynəlxalq ticarət işi” Bakı 2001

  2. K. F. Heydərov – “ Gömrük işinin əsasları” I, II, III, IV ( tomlar) Bakı 1998- 2000

  3. Inkoterms 2000

Mövzu 1.2: Beynəlxalq ticarət əməliyyatlarının iqtisadi mahiyyəti Plan

  1. Beynəlxalq ticarət əməliyyatlarının növləri

  2. Beynəlxalq ticarət sövdələşmələri: anlayışı, məzmunu, mahiyyəti

  3. Beynəlxalq ticarət əməliyyatlarının subyekti olan kontragentlərin təsnifatları

  4. Firmalar: onların təsərrüfat fəaliyyətinin növünə və iş xarakterinə, hüquqi mövqeyinə görə, mülkiyyət xarakterinə görə, kapital və nəzarət mənsubiyyətinə görə, fəaliyyət dairəsinə görə təsnifatı

  5. Sahibkarlıq ittifaqı

  6. Xarci bazara çıxış hüquqi olan dövlət orqanları və təşkilatları

  7. Dünya bazarında malların və xidmətlərin beynəlxalq alqı- satqı üzrə kontragentlər sifətində çıxış edən BMT sisteminin ixtisaslaşmış idarələri

1. Beynəlxalq ticarət əməliyyatlarının növləri

Beynəlxalq ticarət əməliyyatları mahiyyətinə görə 2 qrupa ayrılır: əsas və əlavə əməliyyatlar.

Əsas əməliyyatlara bilavasitə həmin əməliyyatların iştirakçıları (müxtəlif ölkələrin kontragentləri) arasında qarşılıqlı ödəniş şərti ilə ticarət əməliyyatlarının keçirilməsi, əlavə əməliyyatlara isə malların (yükün) satıcıdan alıcıyadək yeridilişilə bağlı olan ticarət əməliyyatları aiddir.

Əsas ticarət əməliyyatları aşağıdakılardır:

- malların mübadiləsi (alqı- satqı) üzrə ticarət əməliyyatları( idxalat və ixracat).

- patent, lisenziya və “ Nou- hau” formasında elmi-texniki biliklərin mübadiləsi.

- icarə üzrə ticarət əməliyyatları.

- Beynəlxalq informasiyalar və idarəetmənin təkmilləşdirilməsi sahəsində məsləhət xidmətləri üzrə ticarət əməliyyatları;

- kino filmlərin, teleproqramların mübadiləsi üzrə əməliyyatlar.

əlavə ticarət əməliyyatları aşağıdakılardır ( bu əməliyyatlar beynəlxalq mal dövriyyəsini təmin edir və “mal yeridilişi əməliyyatları” adını alıbdır.)

- beynəlxalq yüklərin daşınması əməliyyatları;

- nəqliyyat-ekspeditor əməliyyatları;

- beynəlxalq yükdaşıma prosesində malların qorunması üzrə əməliyyatlar;

- yüklərin sığortası əməliyyatları.

- beynəlxalq hesablaşmaların aparılması üzrə əməliyyatlar.

Beynəlxalq ticarət işinin spesifik sferası olan istehsal və elmi- texnikiəməkdaşlıq sahəsi xüsusi diqqət kəsb edir. Çünki bu əməkdaşlıq müəyyən təşkilati- idarəetmə fəaliyyətinin nəticələri kimi çıxış edir. Təşkilati-idarəetmə əməliyyatının əsas məqsədi isə aşağıdakı sövdələşmələrin ( sazişlərin ) bağlanması ilə nəticələnir:

  1. istehsalın ixtisaslaşdırılması və kooperasiyalaşdırılması barədə;

  2. obyektlərin və onların istismarının birgə tikintisinin təşkilinə dair;

  3. mal və mal-material dəyərinin ödənilməsi şərtilə iri sənaye obyektlərinə göndərilməsinə dair;

  4. elmi-tədqiqatlar sahəsində kooperasiya barədə və s.

Bu sövdələşmələr beynəlxalq ticarət sazişləri ( müqavilələri) əsasında realizə olunur. Beləliklə, “beynəlxalq ticarət anlayışına təkcə maddi və xidmətlərin dəyərləri üzrə əməliyyatlar deyil, eyni zamanda beynəlxalq ticarət yolları( üsuuları) vasitəsilə realizə olunan ticarət iqtisadi fəaliyyətin digər növləri də aid edilir. Benəlxalq ticarət – iqtisadi münasibətlər mexanizmindən isə effektli istifadə edilməlidir. Bu məqsədlə, əvvəla , yüksək bilik səviyyəsinə malik olmalı və vətən müəssisələrindən, biliklərindən, xarici ticarət təşkilatlarından bacarıqla istifadə etməli, xarici kontragentlərlə ticarət əməliyyatları sahəsində böyük səriştə və təcrübə olmalıdır; ikincisi, əsas və təminedici əməliyyatlara xüsusi diqqət yetirilməli və bu, ticarət işinin bütün incəlikləri ilə əlaqələndirilməlidir; üçüncüsü, xarici firmalarla istehsal , ticarət–iqtisadi, elmi-texniki əlaqələrin inkişafından irəli gələn başlıca üstünlüklərdən səmərəli istifadə olunmalı; dördüncüsü, müxtəlif mallar və xidmətlər üzrə beynəlxalq ticarət metodları və formaları hərtərəfli və bacarıqla tətbiq edilməlidir.

Bazarda ən iri beynəlxalq firmaların idarə olunmasını, təşkilati strukturunu və xarakterini, onların ticarət fəaliyyətinin aparılması praktikasını lazımıca bilmək daha böyük əhəmiyyət kəsb edir. Bütün bunlar xarici frimalarla düzgün və faydalı ticarət əməliyyatlarının aparılmasına hazırlıq üçün ciddi təhlil edilməsini və onları dəqiq öyrənməyi qarşıya qoyur.

Ümumiyyətlə, beynəlxalq ticarət işini öyrənmək üçün aşağıdakı məsələlərin ardıcıl nəzərdən keçirilməsi zəruridir:

  1. Beynəlxalq ticarətin yeni formaları və metodları.

  2. Ticarət əməliyyatlarının aparılması texnikası, o cümlədən alqı- satqı kontraktlarının (müqavilələrinin ) bağlanmasına hazırlıq, onların məzmunu və icra edilməsi.

  3. Ticarət-vasitəçi həlqəsinin funksiyaları, dünya bazarında ticarət əməliyyatlarının həyata keçirilməsində onun rolu, ticarət vasitəçilərilə bağlanılacaq müqavilələrin məzmunu.

  4. Beynəlxalq birja ticarəti, beynəlxalq hərraclar, torqlar, yarmarkalar və sərgilər üzrə ticarət əməliyyatlarının təşkili və texnikası.

  5. Elmi- texniki biliklər və digər xidmətlər üzrə beynəlxalq ticarətin təşkili ; patentlər, lisenziyalar, texniki xidmətlər( injinirinq tipində), beynəlxaql icarə və turizm üzrə əməliyyatların aparılması texnikası.

  6. Xarici firmaların beynəlxalq istehsal- texniki əlaqələrinin təşkili; beynəlxalq istehsal kooperasiyasının və son məhsulun birgə istehsalının xüsusiyyətləri.

  7. Dövlət-inhisarçı tənzimləmənin əsas formalrı və vasitələri, firmaların xarici iqtisadi fəaliyyətinə kömək.

  8. Beynəlxalq əlaqələrin inkişafına kömək yolları və vasitələri.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]