
- •Beynəlxalq kommersiya işi
- •Mövzu 1: Beynəlxalq ticarət əməliyyatlarının iqtisadi mahiyyəti Plan:
- •1. Giriş
- •2. Beynəlxalq ticarətin sürətli inkişafı beynəlxalq iqtisadi münasibətlərin əsas cəhəti kimi
- •3. Beynəlxalq ticarət kursunun predmeti və metodu
- •4. Beynəlxalq ticarət əməliyyatlarının mahiyyəti
- •Beynəlxalq ticarət kursunun digər fənlərlə vəhdəti
- •İstifadə olunan ədəbiyyat:
- •Mövzu 1.2: Beynəlxalq ticarət əməliyyatlarının iqtisadi mahiyyəti Plan
- •2. Beynəlxalq ticarət sövdələşmələri: anlayışı, məzmunu, mahiyyəti
- •3. Beynəlxalq ticarət əməliyyatlarının subyekti olan kontragentlərin təsnifatı
- •1. Təsərrüfat fəaliyyətinin növünə və iş xarakterinə görə onlar aşağıdakı kimi fərqləndirilir.
- •2. Hüquqi mövqelərinə görə firmaların təsnifatı.
- •3. Mülkiyyət xarakterinə görə firmalar.
- •5. Sahibkarlıq ittifaqı.
- •6. Xarici bazara çıxış hüququ olan dövlət orqanları və təşkilatları.
- •7. Dünya bazarında malların və xidmətlərin beynəlxalq alqı- satqısı üzrə kontragentlər sifətində çıxış edən bmt sisteminin ixtisaslaşmış idarələri.
- •Mövzu 2: Bazar mahiyyəti, məzmunu və tədqiqi Plan
- •2.Mallar: malların təsnifatı prinsipləri, malın texniki- iqtisadi göstəricilərinin səciyyəvi xüsusiyyətləri.
- •6. Estetik göstəricilər.
- •7. Ekoloji göstəricilər.
- •3. Malın keyfiyyəti və rəqabətə tablılığı.
- •Mövzu 2.2: Bazar: mahiyyəti, məzmunu və tədqiqi Plan
- •2. Bazarda rəqib firmaların fəaliyyətinin öyrənilməsi
- •3. Bazarda alıcı firmanın öyrənilməsi
- •4. Bazarın nəqletmə, hüquqi və ticarət- siyasi şəraitinin öyrənilməsi
- •5. Bazar tədqiqinin aparılması metodları
- •Mövzu 3: İdxalat–ixracat əməliyyatları və beynəlxalq ticarət sövdələşmələrinə hazırlıq Plan
- •2. İdxal-ixrac əməliyyatları sistemində gömrük tarif tənzimi
- •3. İdxal- ixrac əməliyyatlarının lisenziyalaşdırılması. Gömrük vergiləri və rüsumları
- •I. Gömrük ödənişlərinin təsnifatı
- •II. Gömrük rüsumları
- •III. Gömrük orqanları tərəfindən alınan dolayı vergilər
- •IV. Müsadirə olunmuş malların satışından alınan vəsait
- •V. Digər vergilər
- •VI. Gömrük ödənclərinin vahid dərəcəsi
- •4. İdxalat–ixracat əməliyyatlarının uçotu və onun unifikasiyası
- •5. Birbaşa əlaqələr şəraitində beynəlxalq ticarət sövdələşmələrinə hazırlıq
- •İdxalat sövdələşmələrinə hazırlaşma üsulları:
- •Mövzu 4: Beynəlxalq alqı-satqı kontraktları ( müqavilələri) Plan
- •2. Alqı-satqının ümumi şərtləri
- •3. Beynəlxalq alqı-satqı kontraktlarının mahiyyəti və strukturu
- •4. Müqavilənin bazis şərtləri ( İnkoterms)
- •5. Beynəlxalq alqı-satqı kontraktlarının növləri və xüsusiyyətləri
- •Mövzu 5: Beynəlxalq alqı-satqı kontraktlarının icra edilməsinin təşkili Plan
- •2. Müqavilə icrasının rəsmiləşdirilməsi üzrə xarici ticarət sənədləri
- •3. Müqavilə icrasının rəsmiləşdirilməsi üçün nəqliyyat sənədləri
- •4.Müqavilə icrasının rəsmiləşdirilməsi üçün gömrükxana sənədləri
- •6. Beynəlxalq ticarət qaydalarının sadələşdirilməsi üzrə işçi qrupunun funksiyaları
- •Mövzu 6: Beynəlxalq qarşılıqlı ticarət əlaqələri Plan
- •2. Beynəlxalq qarşılıqlı sazişlərin ( razılaşmaların) növləri
- •Mövzu 7: Dünya bazarında ticarət-vasitəçi fəaliyyəti Plan
- •2. Ticarət–vasitəçi ilə bağlanılan müqavilənin əsas şərtləri
- •3. Ticarət-vasitəçi əməliyyatlarının təşkilati formaları
- •4. Ticarət–vasitəçi firmaların fəaliyyət xüsusiyyətləri
- •Mövzu 8: Beynəlxalq birjalarda, hərraclarda və torqlarda ticarət və alıb-veriş əməliyyatlarının təşkili Plan
- •2. Beynəlxalq hərraclar. Beynəlxalq hərrac ticarətinin təşkilatı formaları
- •3. Beynəlxalq torqlar. Beynəlxalq torqların keçirilməsi şərtləri
- •4. Torq iştirakçılarına təkliflərin təqdimi. Torqun təşkilatçıları və iştirakçıları
- •Mövzu 9: Beynəlxalq ticarət və alış-veriş işində reklam, sərgilər, yarmarkalar və texniki xidmətlər
- •Ticarət və alış-veriş məqsədilə reklamın məzmunu
- •Reklamın əsas vasitələri
- •Dövrü mətbuatda və arayış kitabçalarında reklam vasitələri
- •2. Reklamın həyata keçirilməsinin təşkilatı formaları.
- •3. Mal nişanı və onlardan reklam məqsədilə istifadə
- •Mal nişanı qarşısında qoyulan tələblər.
- •Mal nişanlarının qeydə alınması qaydası
- •4. Beynəlxalq sərgilər və yarmarkalar. Beynəlxalq sərgilərdə ( yarmarkalarda) bağlanılan sazişlər
- •5. Sərgi və yarmarkaların təşkili və tənzimlənmə fəaliyyəti
- •Mövzu 10: Beynəlxalq texnologiya, elmi-texniki biliklər və lisenziya mübadiləsinin metodoloji əsasları Plan
- •2. Elmi–texniki biliklər ticarətinin xüsusiyyətləri
- •3. Lisenziyalar və beynəlxalq lisenziyalaşdırma
- •Lisenziya
- •4. Beynəlxalq lisenziyalar ticarətinin xüsusiyyətləri
- •Müasir şəraitdə beynəlxalq lisenziyalaşdırma
- •5. Beynəlxalq lisenziya mübadiləsi sazişlərinin növləri və məzmunu
- •Beynəlxalq lisenziya sazişinin məzmunu
- •6. Beynəlxalq lisenziya ticarətinin təşkili
- •Beynəlxalq lisenziyalaşdırma bölməsi
- •İxtisaslaşmış firmalar
- •Lisenziya və patent agentləri
- •Mövzu 11: Beynəlxalq mühəndis–tikinti xidmətləri mübadiləsi Plan
- •2. Mühəndis–texniki xidmətlərin verilməsinə (satılmasına) dair beynəlxalq müqavilələrin əsas şərtləri
- •3. Müqavilənin predmeti və qüvvədə olması müddəti.
- •4. Məsləhətçilik xidmətlərinin başlanması və bitməsi müddətləri.
- •3. Beynəlxalq mühəndis-texniki xidmətlər mübadiləsinin təşkili
- •İxtisaslaşmış injinirinq firması
- •Mövzu 12: Beynəlxalq icarə əməliyyatları Plan
- •Beynəlxalq icarənin növləri
- •2. Beynəlxalq icarə müqavilələrinin əsas şərtləri
- •5. Lizinq müqavilələrinin ləğv edilməsi qaydası
- •Qəbuletmə protokolu
- •Cari icarə müqaviləsinin əsas şərtləri
- •3. Müasir şəraitdə beynəlxalq ticarətin xüsusiyyətləri və icarə əməliyyatlarının təşkilatı formaları
- •4. Beynəlxalq icarə əməliyyatlarının təşkilatı formaları
- •Beynəlxalq kommersiya işi
Mövzu 5: Beynəlxalq alqı-satqı kontraktlarının icra edilməsinin təşkili Plan
Malın ( yükün) göndərilməsinə hazırlıq, malın qablaşdırılması tələbləri
Müqavilə icrasının rəsmiləşdirilməsi üzrə xarici ticarət sənədləri
Müqavilə icrasının rəsmiləşdirilməsi üçün nəqliyyat sənədləri
Müqavilə icrasının rəsmiləşdirilməsi üçün gömrükxana sənədləri
Beynəlxalq ticarət qaydalarının ( üsullarının) sadələşdirilməsi
Beynəlxalq ticarət qaydalarının sadələşdirilməsi üzrə işçi qrupunun funksiyaları
1. Malın (yükün) göndərilməsinə hazırlıq, malın qablaşdırılması tələbləri
Kontraktın icrası tərəflərin müqavilədə öz üzərinə götürdükləri təhüdlərin (öhdəliklərin) yerinə yetirilməsi deməkdir. Bunun üçün satıcı – ixracatçı malın göndərilməsi və bununla bağlı öz üzərinə düşən ödənişlərin təmin edilməsi üçün aid sənədləri hazırlayır. əgər malgöndərilməsi maşınla nəzərdə tutulmuşsa onda satıcı texniki xidmətlər göstərilməsinə də hazırlıq görülməlidir. Bu hazırlıq aşağıdakılardan ibarətdir: malın markirovka olunması və qablaşdırılması tələblərinə əməl etnək, həmçinin nəqletmə şərtlərinin, iqlim xüsusiyyətlərinin nəzərə alınması və s. hazırlıq əməliyyatlarının yerinə yetirilməsi. Bu tələblərin hər birini ayrılıqda nəzərdən keçirək:
1) Malın (yükün) nəql edilməsilə bağlı tələblər. Qablaşdırma formasını seçərkən bunlar nəzərə alınmalıdır: nəqetmənin üsulu; məsafə və nəqletmənin müddəti; yolboyu malın başqa nəqliyyat növünə yeklənməsi zərurəti; hərəkət rejimi və nəqletmə vaxtı; ilin vaxt dövrləri; nəqletmə məsariflərin ödənilməsi üsulları; malın digər mallarla birgə yerləşdirilməsi və s. Malın nəqletməsində məlumdur ki, dəniz, dəmiryolu, hava və avtomobil nəqliyyatlarından istifadə olunur. Odur ki, hər nəqliyyat növünə məxsus malın qablaşdırılmasına, yerləşdirilməsinə diqqət yetirilməlidir.
2) İlin iqlim xüsusiyyətləri nəzərə alınmaqla qablaşdırma tələbləri. Tropik iqlimli ölkələrdə qablaşdırmaya xüsusi diqqət yetirilməlidir. Bu yerlərdə havanın rütubətliliyi 60 %-dən çox olur. Orta hərarət isə 30-40C olmalıdır. Çox vaxt qablaşma üçün qaynaq edilmiş və möhkəm bağlanmış taralar, metal konteynerlərdən istifadə edilir.
3) Gömrük rejimi ilə bağlı qablaşdırma tələbləri. Bu halda gömrük tarifinin qablaşdırma tələblərinə uzlaşmasına diqqət yetirilməlidir. Gömrük vergilərinin malın brutto çəkisindən tutulmasının böyük əhəmiyyəti vardır. Belə halda qablaşdırmanın özü və qablaşdırılan material imkan daxilində çox yüngül olmalı və asan açılmalıdır. Belə ki, taranın hazırlandığı material bahalı olduqda malın qiymətilə yanaşı taradan da ayrıca vergi tutulur.
4) Təyinat ölkəsinin qanunçuluğuna uyğun qablaşdırma tələbləri. Bəzi ölkələrdə malların müzyən qablaşdırma materialında gətirilməsində qadağa qoyulur. Bəzilərində isə bəzi qablaşdırma materialına xüsusi idxalat vergiləri tətbiq edilir.
5) Markirovka tələbləri. Yük göndərilən ünvan üçün nişanələr, yük göndərən və alanın ünvanı, adı, soyadı, malın netto və brutto çəkisi, kontraktın sıra sayı və s. göstərilir. Yükdaşıyan təşkilatlar üçün tələb olunan məlumatlar və zəruri nişanların qoyulması və s.