
- •Beynəlxalq kommersiya işi
- •Mövzu 1: Beynəlxalq ticarət əməliyyatlarının iqtisadi mahiyyəti Plan:
- •1. Giriş
- •2. Beynəlxalq ticarətin sürətli inkişafı beynəlxalq iqtisadi münasibətlərin əsas cəhəti kimi
- •3. Beynəlxalq ticarət kursunun predmeti və metodu
- •4. Beynəlxalq ticarət əməliyyatlarının mahiyyəti
- •Beynəlxalq ticarət kursunun digər fənlərlə vəhdəti
- •İstifadə olunan ədəbiyyat:
- •Mövzu 1.2: Beynəlxalq ticarət əməliyyatlarının iqtisadi mahiyyəti Plan
- •2. Beynəlxalq ticarət sövdələşmələri: anlayışı, məzmunu, mahiyyəti
- •3. Beynəlxalq ticarət əməliyyatlarının subyekti olan kontragentlərin təsnifatı
- •1. Təsərrüfat fəaliyyətinin növünə və iş xarakterinə görə onlar aşağıdakı kimi fərqləndirilir.
- •2. Hüquqi mövqelərinə görə firmaların təsnifatı.
- •3. Mülkiyyət xarakterinə görə firmalar.
- •5. Sahibkarlıq ittifaqı.
- •6. Xarici bazara çıxış hüququ olan dövlət orqanları və təşkilatları.
- •7. Dünya bazarında malların və xidmətlərin beynəlxalq alqı- satqısı üzrə kontragentlər sifətində çıxış edən bmt sisteminin ixtisaslaşmış idarələri.
- •Mövzu 2: Bazar mahiyyəti, məzmunu və tədqiqi Plan
- •2.Mallar: malların təsnifatı prinsipləri, malın texniki- iqtisadi göstəricilərinin səciyyəvi xüsusiyyətləri.
- •6. Estetik göstəricilər.
- •7. Ekoloji göstəricilər.
- •3. Malın keyfiyyəti və rəqabətə tablılığı.
- •Mövzu 2.2: Bazar: mahiyyəti, məzmunu və tədqiqi Plan
- •2. Bazarda rəqib firmaların fəaliyyətinin öyrənilməsi
- •3. Bazarda alıcı firmanın öyrənilməsi
- •4. Bazarın nəqletmə, hüquqi və ticarət- siyasi şəraitinin öyrənilməsi
- •5. Bazar tədqiqinin aparılması metodları
- •Mövzu 3: İdxalat–ixracat əməliyyatları və beynəlxalq ticarət sövdələşmələrinə hazırlıq Plan
- •2. İdxal-ixrac əməliyyatları sistemində gömrük tarif tənzimi
- •3. İdxal- ixrac əməliyyatlarının lisenziyalaşdırılması. Gömrük vergiləri və rüsumları
- •I. Gömrük ödənişlərinin təsnifatı
- •II. Gömrük rüsumları
- •III. Gömrük orqanları tərəfindən alınan dolayı vergilər
- •IV. Müsadirə olunmuş malların satışından alınan vəsait
- •V. Digər vergilər
- •VI. Gömrük ödənclərinin vahid dərəcəsi
- •4. İdxalat–ixracat əməliyyatlarının uçotu və onun unifikasiyası
- •5. Birbaşa əlaqələr şəraitində beynəlxalq ticarət sövdələşmələrinə hazırlıq
- •İdxalat sövdələşmələrinə hazırlaşma üsulları:
- •Mövzu 4: Beynəlxalq alqı-satqı kontraktları ( müqavilələri) Plan
- •2. Alqı-satqının ümumi şərtləri
- •3. Beynəlxalq alqı-satqı kontraktlarının mahiyyəti və strukturu
- •4. Müqavilənin bazis şərtləri ( İnkoterms)
- •5. Beynəlxalq alqı-satqı kontraktlarının növləri və xüsusiyyətləri
- •Mövzu 5: Beynəlxalq alqı-satqı kontraktlarının icra edilməsinin təşkili Plan
- •2. Müqavilə icrasının rəsmiləşdirilməsi üzrə xarici ticarət sənədləri
- •3. Müqavilə icrasının rəsmiləşdirilməsi üçün nəqliyyat sənədləri
- •4.Müqavilə icrasının rəsmiləşdirilməsi üçün gömrükxana sənədləri
- •6. Beynəlxalq ticarət qaydalarının sadələşdirilməsi üzrə işçi qrupunun funksiyaları
- •Mövzu 6: Beynəlxalq qarşılıqlı ticarət əlaqələri Plan
- •2. Beynəlxalq qarşılıqlı sazişlərin ( razılaşmaların) növləri
- •Mövzu 7: Dünya bazarında ticarət-vasitəçi fəaliyyəti Plan
- •2. Ticarət–vasitəçi ilə bağlanılan müqavilənin əsas şərtləri
- •3. Ticarət-vasitəçi əməliyyatlarının təşkilati formaları
- •4. Ticarət–vasitəçi firmaların fəaliyyət xüsusiyyətləri
- •Mövzu 8: Beynəlxalq birjalarda, hərraclarda və torqlarda ticarət və alıb-veriş əməliyyatlarının təşkili Plan
- •2. Beynəlxalq hərraclar. Beynəlxalq hərrac ticarətinin təşkilatı formaları
- •3. Beynəlxalq torqlar. Beynəlxalq torqların keçirilməsi şərtləri
- •4. Torq iştirakçılarına təkliflərin təqdimi. Torqun təşkilatçıları və iştirakçıları
- •Mövzu 9: Beynəlxalq ticarət və alış-veriş işində reklam, sərgilər, yarmarkalar və texniki xidmətlər
- •Ticarət və alış-veriş məqsədilə reklamın məzmunu
- •Reklamın əsas vasitələri
- •Dövrü mətbuatda və arayış kitabçalarında reklam vasitələri
- •2. Reklamın həyata keçirilməsinin təşkilatı formaları.
- •3. Mal nişanı və onlardan reklam məqsədilə istifadə
- •Mal nişanı qarşısında qoyulan tələblər.
- •Mal nişanlarının qeydə alınması qaydası
- •4. Beynəlxalq sərgilər və yarmarkalar. Beynəlxalq sərgilərdə ( yarmarkalarda) bağlanılan sazişlər
- •5. Sərgi və yarmarkaların təşkili və tənzimlənmə fəaliyyəti
- •Mövzu 10: Beynəlxalq texnologiya, elmi-texniki biliklər və lisenziya mübadiləsinin metodoloji əsasları Plan
- •2. Elmi–texniki biliklər ticarətinin xüsusiyyətləri
- •3. Lisenziyalar və beynəlxalq lisenziyalaşdırma
- •Lisenziya
- •4. Beynəlxalq lisenziyalar ticarətinin xüsusiyyətləri
- •Müasir şəraitdə beynəlxalq lisenziyalaşdırma
- •5. Beynəlxalq lisenziya mübadiləsi sazişlərinin növləri və məzmunu
- •Beynəlxalq lisenziya sazişinin məzmunu
- •6. Beynəlxalq lisenziya ticarətinin təşkili
- •Beynəlxalq lisenziyalaşdırma bölməsi
- •İxtisaslaşmış firmalar
- •Lisenziya və patent agentləri
- •Mövzu 11: Beynəlxalq mühəndis–tikinti xidmətləri mübadiləsi Plan
- •2. Mühəndis–texniki xidmətlərin verilməsinə (satılmasına) dair beynəlxalq müqavilələrin əsas şərtləri
- •3. Müqavilənin predmeti və qüvvədə olması müddəti.
- •4. Məsləhətçilik xidmətlərinin başlanması və bitməsi müddətləri.
- •3. Beynəlxalq mühəndis-texniki xidmətlər mübadiləsinin təşkili
- •İxtisaslaşmış injinirinq firması
- •Mövzu 12: Beynəlxalq icarə əməliyyatları Plan
- •Beynəlxalq icarənin növləri
- •2. Beynəlxalq icarə müqavilələrinin əsas şərtləri
- •5. Lizinq müqavilələrinin ləğv edilməsi qaydası
- •Qəbuletmə protokolu
- •Cari icarə müqaviləsinin əsas şərtləri
- •3. Müasir şəraitdə beynəlxalq ticarətin xüsusiyyətləri və icarə əməliyyatlarının təşkilatı formaları
- •4. Beynəlxalq icarə əməliyyatlarının təşkilatı formaları
- •Beynəlxalq kommersiya işi
3. Beynəlxalq alqı-satqı kontraktlarının mahiyyəti və strukturu
Beynəlxalq ticarət təcrübəsində malların alqı-satqı müqaviləsinin “alqı-satqı kontraktı” kimi adlandırılması qəbul edilmişdir. Alqı-satqı kontraktının tərəfləri alıcı və satıcıdır. Onların hər ikisi qarşılıqlı surətdə maddi və mənəvi məsuliyyət daşıyırlar.
Kontraktın strukturu aşağıdakılarla şərtlənir: kontraktın müqəddiməsi (preampulu); kontraktın predmeti; malın miqdarı; malın keyfiyyəti; malın qiyməti; göndərilmə müddəti və vaxtı; malgöndərmənin bazis şərtləri; təhvil–təslim qaydası; ödəniş şərtləri; qablaşdırma şərtləri; müqavilənin və sanksiyaların təmin edilməsi şərtləri; nəqletmə şərtləri və s. Beləliklə, kontraktın struktur nünəsi belə təsvir olunur:
1) Müqavilənin müqəddimə hissəsi-mətnin önündə yerləşir və burada kontraktın adı və sıra sayı, kontraktın bağlandığı yer və tarix, tərəflərin adı, onların hüquqi vəziyyəti və s. göstərilir.
2) Müqavilələrin predmeti – burada əsasən malın və mal qrupunun adı, onların xarakterizəsi, çeşidi göstərilir.
3) Müqavilə predmetinin miqdarı – burada malın qədəri, ölçüləri göstərilir. Məsələn, ədəd hesabı ilə sayı, çəkisi, metr, litr hesabı ilə kəmiyyəti və s. göstərilir.
4) Kontraktda malın keyfiyyətini müəyyən edən üsullar.
Bu üsullar aşağıdakılardan ibarətdir:
a) standart vasitəsilə keyfiyyətin müəyyən edilməsi üsulu – burada malın keyfiyyəti müxtəlif ölkələrin hökumət orqanları, sahibkarlar ittifaqı, elmi- texniki assosiasiyalar və institutlar, sığorta şirkətləri tərəfindən işlənib hazırlanır. Beynəlxalq ticarətdə mallar standarta uyğun gəldikdə dövriyəyə buraxılır.
b) texniki şərtlər üzrə - həmin mala standart olmadıqda tətbiq edilir, yəni malın texniki xarakterizəsini verir.
c) müqavilədə verilən spesifik vasitə ilə.
ç) nümunələr üzrə yoxlamaq üsulu.
d) öncədən müəyyən etmə.
e) malın tərkibində əsas maddələrin miqdarına görə.
ə) xammaldan hazır məhsulun çıxışıyla.
j) ədalətli keyfiyyət üsuu ilə.
f) tel – gel üsulu.
5) Malların göndərilməsi və tarixi. Kontraktda malın göndərilməsi təqvim gününün müəyyən edilməsi, təcili göndərmə, ləngimədən, anbardan və s.
4. Müqavilənin bazis şərtləri ( İnkoterms)
Beynəlxalq ticarət əməliyyatlarının tənzimlənməsində “ İnkoterms” terminindən istifadə edilir. Onun quruluşu və istifadəsi aşağıdakı kimidir:
E qrupu – EXW, F qrupu – FCA, FAS, FOB, C qrupu – CFR, CİF, CPT, CİP, D qrupu – DAF, DES, DEQ, DDU, DDP terminləri ilə ifadə olunmuş bazis şərtlə tənzimlənir.
5. Beynəlxalq alqı-satqı kontraktlarının növləri və xüsusiyyətləri
Beynəlxalq alqı- satqı kontraktlarının bir çox növləri mövcuddur. Bunlar iki bölmədə qruplaşır:
birdəfəlik kontrakt və dövraşırı göndərmələr;
pul, mal və qarışıq formalarda ödənişli mallar üzrə kontraktlar.
Hər növ qrupun öz xüsusiyyətləri vardır ki, bunlar aşağıdakılardan ibarətdir.
Birdəfəlik mal göndərmək üzrə kontraktlar. Bu kontrakt “birdəfəlik saziş” kimi adlanır. Burada satıcının alıcıya göndərəcəyi malın bütövlükdə və kontrakta müəyyən edilmiş tarixdə yollanmasını nəzərdə tutur. Bu da öz növbəsində iki tipli olur: qısamüddətli göndərmə və uzunmüddətli göndərmə. Dəstləndirilmiş avadanlıq üzrə kontraktın məzmunu aşağıdakı müqavilələrin bağlanması metodlarından asılı olaraq əhəmiyyətli fərqi vardır: malgöndərən və sifarişçilər arasında birbaşa əlaqələr əsasında bağlanılan müqavilələrdən və idxalçı tərəflərdən təşkil olunmuş torqda malgöndərən ixracatçının iştiraketmə yolu ilə bağlanılan müqavilə.
Dövraşırı mal göndərmək kontraktları. Bu kontraltlarda mal göndərilməsi dövrlər üzrə nəzərdə tutulur. Yəni qısamüddətli (1 il) və uzunmüddətli (15- 20 il) ola bilər. Uzunmüddətli kontraktlar əsasən sənaye xammalı, yarım fabrikatlar, xüsusən neft, kömür, təbii qaz, filiz, kağız və s. üzrə tərtib olunur.
Pul, mal və qarışıq formalarda ödənişli mallar üzrə kontraktlar.
a) pul formalı kontrakt ümumi qaydada həyata keçirilir. Əsasən hesablaşma valyuta formasında olur.
b) mal formasında ödənilməsi nəzərdə tutulan kontrakta isə mal satışı bir və yaxud bir neçə malın müvafiq mallara mübadiləsi deməkdir. Bu halda barter qaydası ilə mal mübadiləsi bir növ kontraktın sadə formasıdır.
Müasir şəraitdə qarışıq ödənişli kontrakt geniş yayılmışdır. Belə kontraktlarda bir qayda olaraq söhbət məqsədli kreditləşmə əsasında aparılan tikintidən gedir. Onun bütün dəyərinin bir hissəsi pulla ödənilir, digər hissəsi isə tikintidə istifadə olunan məhsulun ödənişini nəzərdə tutur. Bu cür kontraktlarda üç uzunmüddətli saziş uzlaşdırılır. Belə ki, müəssisənin tikintisi, quraşdırılması üzrə texniki vasitələr və xidmətlərin alqı- satqısı sazişi, uzunmüddətli kredit üzrə və xammal göndərilməsi üzrə uzunmüddətli saziş.