
- •Beynəlxalq kommersiya işi
- •Mövzu 1: Beynəlxalq ticarət əməliyyatlarının iqtisadi mahiyyəti Plan:
- •1. Giriş
- •2. Beynəlxalq ticarətin sürətli inkişafı beynəlxalq iqtisadi münasibətlərin əsas cəhəti kimi
- •3. Beynəlxalq ticarət kursunun predmeti və metodu
- •4. Beynəlxalq ticarət əməliyyatlarının mahiyyəti
- •Beynəlxalq ticarət kursunun digər fənlərlə vəhdəti
- •İstifadə olunan ədəbiyyat:
- •Mövzu 1.2: Beynəlxalq ticarət əməliyyatlarının iqtisadi mahiyyəti Plan
- •2. Beynəlxalq ticarət sövdələşmələri: anlayışı, məzmunu, mahiyyəti
- •3. Beynəlxalq ticarət əməliyyatlarının subyekti olan kontragentlərin təsnifatı
- •1. Təsərrüfat fəaliyyətinin növünə və iş xarakterinə görə onlar aşağıdakı kimi fərqləndirilir.
- •2. Hüquqi mövqelərinə görə firmaların təsnifatı.
- •3. Mülkiyyət xarakterinə görə firmalar.
- •5. Sahibkarlıq ittifaqı.
- •6. Xarici bazara çıxış hüququ olan dövlət orqanları və təşkilatları.
- •7. Dünya bazarında malların və xidmətlərin beynəlxalq alqı- satqısı üzrə kontragentlər sifətində çıxış edən bmt sisteminin ixtisaslaşmış idarələri.
- •Mövzu 2: Bazar mahiyyəti, məzmunu və tədqiqi Plan
- •2.Mallar: malların təsnifatı prinsipləri, malın texniki- iqtisadi göstəricilərinin səciyyəvi xüsusiyyətləri.
- •6. Estetik göstəricilər.
- •7. Ekoloji göstəricilər.
- •3. Malın keyfiyyəti və rəqabətə tablılığı.
- •Mövzu 2.2: Bazar: mahiyyəti, məzmunu və tədqiqi Plan
- •2. Bazarda rəqib firmaların fəaliyyətinin öyrənilməsi
- •3. Bazarda alıcı firmanın öyrənilməsi
- •4. Bazarın nəqletmə, hüquqi və ticarət- siyasi şəraitinin öyrənilməsi
- •5. Bazar tədqiqinin aparılması metodları
- •Mövzu 3: İdxalat–ixracat əməliyyatları və beynəlxalq ticarət sövdələşmələrinə hazırlıq Plan
- •2. İdxal-ixrac əməliyyatları sistemində gömrük tarif tənzimi
- •3. İdxal- ixrac əməliyyatlarının lisenziyalaşdırılması. Gömrük vergiləri və rüsumları
- •I. Gömrük ödənişlərinin təsnifatı
- •II. Gömrük rüsumları
- •III. Gömrük orqanları tərəfindən alınan dolayı vergilər
- •IV. Müsadirə olunmuş malların satışından alınan vəsait
- •V. Digər vergilər
- •VI. Gömrük ödənclərinin vahid dərəcəsi
- •4. İdxalat–ixracat əməliyyatlarının uçotu və onun unifikasiyası
- •5. Birbaşa əlaqələr şəraitində beynəlxalq ticarət sövdələşmələrinə hazırlıq
- •İdxalat sövdələşmələrinə hazırlaşma üsulları:
- •Mövzu 4: Beynəlxalq alqı-satqı kontraktları ( müqavilələri) Plan
- •2. Alqı-satqının ümumi şərtləri
- •3. Beynəlxalq alqı-satqı kontraktlarının mahiyyəti və strukturu
- •4. Müqavilənin bazis şərtləri ( İnkoterms)
- •5. Beynəlxalq alqı-satqı kontraktlarının növləri və xüsusiyyətləri
- •Mövzu 5: Beynəlxalq alqı-satqı kontraktlarının icra edilməsinin təşkili Plan
- •2. Müqavilə icrasının rəsmiləşdirilməsi üzrə xarici ticarət sənədləri
- •3. Müqavilə icrasının rəsmiləşdirilməsi üçün nəqliyyat sənədləri
- •4.Müqavilə icrasının rəsmiləşdirilməsi üçün gömrükxana sənədləri
- •6. Beynəlxalq ticarət qaydalarının sadələşdirilməsi üzrə işçi qrupunun funksiyaları
- •Mövzu 6: Beynəlxalq qarşılıqlı ticarət əlaqələri Plan
- •2. Beynəlxalq qarşılıqlı sazişlərin ( razılaşmaların) növləri
- •Mövzu 7: Dünya bazarında ticarət-vasitəçi fəaliyyəti Plan
- •2. Ticarət–vasitəçi ilə bağlanılan müqavilənin əsas şərtləri
- •3. Ticarət-vasitəçi əməliyyatlarının təşkilati formaları
- •4. Ticarət–vasitəçi firmaların fəaliyyət xüsusiyyətləri
- •Mövzu 8: Beynəlxalq birjalarda, hərraclarda və torqlarda ticarət və alıb-veriş əməliyyatlarının təşkili Plan
- •2. Beynəlxalq hərraclar. Beynəlxalq hərrac ticarətinin təşkilatı formaları
- •3. Beynəlxalq torqlar. Beynəlxalq torqların keçirilməsi şərtləri
- •4. Torq iştirakçılarına təkliflərin təqdimi. Torqun təşkilatçıları və iştirakçıları
- •Mövzu 9: Beynəlxalq ticarət və alış-veriş işində reklam, sərgilər, yarmarkalar və texniki xidmətlər
- •Ticarət və alış-veriş məqsədilə reklamın məzmunu
- •Reklamın əsas vasitələri
- •Dövrü mətbuatda və arayış kitabçalarında reklam vasitələri
- •2. Reklamın həyata keçirilməsinin təşkilatı formaları.
- •3. Mal nişanı və onlardan reklam məqsədilə istifadə
- •Mal nişanı qarşısında qoyulan tələblər.
- •Mal nişanlarının qeydə alınması qaydası
- •4. Beynəlxalq sərgilər və yarmarkalar. Beynəlxalq sərgilərdə ( yarmarkalarda) bağlanılan sazişlər
- •5. Sərgi və yarmarkaların təşkili və tənzimlənmə fəaliyyəti
- •Mövzu 10: Beynəlxalq texnologiya, elmi-texniki biliklər və lisenziya mübadiləsinin metodoloji əsasları Plan
- •2. Elmi–texniki biliklər ticarətinin xüsusiyyətləri
- •3. Lisenziyalar və beynəlxalq lisenziyalaşdırma
- •Lisenziya
- •4. Beynəlxalq lisenziyalar ticarətinin xüsusiyyətləri
- •Müasir şəraitdə beynəlxalq lisenziyalaşdırma
- •5. Beynəlxalq lisenziya mübadiləsi sazişlərinin növləri və məzmunu
- •Beynəlxalq lisenziya sazişinin məzmunu
- •6. Beynəlxalq lisenziya ticarətinin təşkili
- •Beynəlxalq lisenziyalaşdırma bölməsi
- •İxtisaslaşmış firmalar
- •Lisenziya və patent agentləri
- •Mövzu 11: Beynəlxalq mühəndis–tikinti xidmətləri mübadiləsi Plan
- •2. Mühəndis–texniki xidmətlərin verilməsinə (satılmasına) dair beynəlxalq müqavilələrin əsas şərtləri
- •3. Müqavilənin predmeti və qüvvədə olması müddəti.
- •4. Məsləhətçilik xidmətlərinin başlanması və bitməsi müddətləri.
- •3. Beynəlxalq mühəndis-texniki xidmətlər mübadiləsinin təşkili
- •İxtisaslaşmış injinirinq firması
- •Mövzu 12: Beynəlxalq icarə əməliyyatları Plan
- •Beynəlxalq icarənin növləri
- •2. Beynəlxalq icarə müqavilələrinin əsas şərtləri
- •5. Lizinq müqavilələrinin ləğv edilməsi qaydası
- •Qəbuletmə protokolu
- •Cari icarə müqaviləsinin əsas şərtləri
- •3. Müasir şəraitdə beynəlxalq ticarətin xüsusiyyətləri və icarə əməliyyatlarının təşkilatı formaları
- •4. Beynəlxalq icarə əməliyyatlarının təşkilatı formaları
- •Beynəlxalq kommersiya işi
İdxalat sövdələşmələrinə hazırlaşma üsulları:
Kontragentlərlə əlaqə yaratmaq üçün idxalatçı( alıcı) aşağıdakı üsullardan istifadə edir:
- məlum satıcıya (ixracatçıya) sifariş vermək;
- idxalatçını maraqlandıran mallar barədə istehsalçıya sorğu göndərmək;
- sövdələşmək üçün bu sövdədə iştirak edənləri həvəsləndirmək üçün torq (ticarət) elan etmək;
- işgüzar məktub göndərməklə öz arzu və məqsədlərini bildirmək;
- ixracatçıya özünün danışıqlarda iştirak etmək niyyəti, arzusu barədə cavab göndərmək;
- ixracatçının təklifinə (ofertinə) mübaliğəsiz aksept (pul sənədinin ödənilməsinə razılıq haqqında qeyd) göndərmək və aşağıdakı sənədləri çatdırmaq lazımdır:
a) sorğu-malı tam şəkildə əks etdirən sənəd;
b) niyyət və arzu haqqında məktub;
c) sifariş-alıcının öncədən malın satınalınması satıcıya göndərdiyi sənəd;
ç) tender sənədi.
Mövzu 4: Beynəlxalq alqı-satqı kontraktları ( müqavilələri) Plan
Beynəlxalq ticarətdə birtipli kontraktlar
Alqı-satqının ümumi şərtləri
Beynəlxalq alqı-satqı kontraktlarının mahiyyəti və strukturu
Müqavilənin bazis şərtləri (İnkoterms)
Beynəlxalq alqı-satqı kontraktlarının növləri
1. Beynəlxalq ticarətdə birtipli kontraktlar
Birtipli kontrakt ( müqavilə) dedikdə öncədən dürüst ifadə olunmuş və yazılı formada şərh edilmiş nümunəvi müqavilə, yaxud unifikasiya olunmuş bir sıra şərtlər məcmusu başa düşülür.
Birtipli kontraktlar kontragentlər tərəfindən rəsmiləşdirilmiş alqı- satqı sənədidir.
Birtipli kontrakt müəyyən bir mala, mal qrupuna yaxud müəyyən bir ticarət ( alış - veriş) növünə tətbiq edilir. Birtipli kontraktların formaları müxtəlif ola bilər. Bunu aşağıdakı şərtdən aydın görmək olar:
1) Bu sənəd kontrakt iştirakçıları tərəfindən razılaşdırılması tələb olunan müqavilə müddəaları (tərəflərin adı, malın miqdarı, keyfiyyəti, qiyməti, göndərilmə müddəti, göndərilən yeri və s.) doldurulduqdan sonra müqavilə forması alır və kontrakt kimi istifadə olunur;
2) Beynəlxalq təcrübədə birtipli kontrakta ümumi alqı- satqı şərtlərinin məcmusu kimi baxılır və bu şərtlər bir qayda olaraq malgöndərənin bazis şərtləri nəzərə alınmaqla işlənib hazırlanmış müqavilə müddəalarının siyahısını təşkil edir. Birtipli kontraktlar aşağıdakı sövdələşmələr əsasında bağlanır:
a) maşınların, dəzgahların, avadanlığın, istehlak mallarının standarta uyğun növləri üzrə;
b) uzunmüddətli dövr üçün göndərilən sənaye malları üzrə;
c) kənd təsərrüfatı malları üzrə;
ç) birjalarda kütləvi xammal və ərzaq malları üzrə.
Birtipli kontraktlar aşağıdakı hüquqi subyektlər tərəfindən hazırlanır:
a) Sahibkarlar ittifaqı (birliklər, assosiasiyalar, federasiyalar)
b) İnhisar birlikləri və iri firmalar;
c) BMT-nin Avropa İqtisadi Komisiyası.
2. Alqı-satqının ümumi şərtləri
Alqı- satqının ümumi şərtləri aşağıdakılardan ibarətdir:
1) Malların qiyməti müqavilənin qüvvədə olduğu dövr ərzində dəyişməz qalır.
2) Malın keyfiyyəti istehsalçının texniki şərtlərinə tam uyğun gəlməlidir.
3) Malın dəyəri tələb olunan sənədlər alındıqdan sonra alıcı tərəfindən ödənilməlidir.
4) Keyfiyyətin qorunub saxlanması. Mallar elə saxlanmalıdır ki, onun keyfiyyətinə zərər dəyməsin . Əks halda satıcı alıcının zərərini ödəməlidir.
5) Satıcı öz hesabına teleqraf, faks vasitəsilə malgöndərmə vaxtına 30 gün qalmış alıcıya malın göndərilməyə hazır olduğunu bildirməlidir.
6) Malın göndərilməsi vaxtına 20 gün qalmış satıcı alıcıya malın texniki sənədlərini təqdim etməlidir.
7) Mallar o zaman təhvil və qəbul edilir ki, malın yeri , çəki miqdarı təqdim olunmuş sənəddəki məlumata uyğun gəlsin.
8) Satıcı satdığı malın işə salındığı andan müəyyən edilmiş vaxt ərzində normal işləməsinə məsuliyyət daşıyır.
9) Malın göndərilməsi vaxtı. Göndərilmə vaxtı ötdükdə birinci 4 həftə ərzində satıcı yükün dəyərinin 0,5% nisbətində, bundan sonrakı hər həftə üçün 1% cərimə ödəməlidir. Ümumiyyətlə , cərimə yükün dəyərinin 10% nisbətinə kimi qaldırıla bilər.
10) Satıcı zəruri halda öz hesabına və öz riskinə ixrac lisenziyası almalıdır. Əgər lisenziyanı vaxtında al bilməzsə, alıcı müqaviləni ləğv edə bilər.
11) Alıcı satıcı qarşısında keyfiyyət uyğun gəlmədikdə, malın miqdarın agörə , göndərilmə müddətinin tamam olduğuna görə iddia qaldıra bilər.
12) Müqavilə üzrə öhdəçiliklər qismən, yaxud tamamilə yerinə yetirilmədikdə müqavilə ləğv edilə bilər.
13) Müqavilələrdən irəli gələn hər cür mübahisələr, iddialar və narazılıqlar arbitraj vasitəsilə həll olunur.
14) Müqaviləyə edilmiş əlavələr onun ayrılmaz hissəsi hesab olunur.
15) Satıcı alıcıya təminat verir ki, göndərdiyi malların hamısına patent və ixtira sənədləri vardır.
16) Tərəflərin hər biri müqavilə üzrə öz hüquqlarını üçüncü tərəfə verə bilməz.
17) Bank xərclərini hər iki tərəf öz məmləkətindəki banklar hesabına keçirə bilər.
18) Müqavilədə edilən hər bir dəyişiklik hər iki tərəfin imzalanmasından sonra qüvvəyə minə bilər.
19) Müqavilə imzalandıqdan sonra həmin obyekt üzrə ondan əvvəlki danışıqlar və sənədlər öz qüvvəsini itirir.
20) Müqavilənin bağlandığı yer hökmən göstərilməlidir.