Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Bynxlqticrt.doc
Скачиваний:
1
Добавлен:
01.05.2025
Размер:
755.2 Кб
Скачать

5. Birbaşa əlaqələr şəraitində beynəlxalq ticarət sövdələşmələrinə hazırlıq

Beynəlxalq idxal- ixrac sövdələşmələri təcrübəsi müəyyən ticarət fəaliyyətinin bir sıra növlərini nəzərdə tutur ki, bu da aşağıdakı müxtəlif mərhələlərdən və pillələrdən ibarətdir: alqı-satqı kontraktlarının bağlanmasına hazırlıq; kontraktların bağlanması; kontraktların icrası. Bu mərhələlərin hər birində konkret vəzifələr (sazişlər) yerinə yetirilir.

Ilkin vəzifə idxalatçı və ixracatçı üçün kontragent seçməkdir. Kontragent seçmək mühüm və ən çətin məsələdir. əldə olunacaq nəaliyyət kontragentin (ölkənin) xarakterindən, razılaşmanın predmetindən asılıdır. Yalnız bundan sonra ixracatçı və yaxud idxalatçı kontrakt bağlamaq üçün razılaşmalara qoşulur.

İxracat sövdələşmələrin hazırlıq üsulları. Birbaşa əlaqələr əsasında satıcının (ixracatçının) alıcı (idxalatçı) ilə əlaqə yaratması üçün aşağıdakı üsullardan istifadə olunur:

  • bir yaxud bir neçə alıcıya təklif (ofert) göndərilir;

  • alıcının sifarişi qəbul edilir və bu barədə ona razılıq bildirilir;

  • alıcının xahişinə (tələbinə) rəsmi cavab göndərilir;

  • torqun təşkilatlarına tender təklif etməklə torqda (sövdələşmədə) iştirak etmək;

  • ticarət sənaye sərgilərində və yarmarkalarda iştirak etmək;

  • mümkün alıcıya (seçdiyi kontragentə) konkret saziş (kontrakt) bağlamaq üçün məktub göndərmək;

  • telefon, teletayp, yaxud telefaks vasitəsilə kontrakt şəraitinə razılığın nəticəsi kimi kontraktın formasını göndərmək;

  • reklam elanları yerləşdirmək, alıcıya kataloqlar, preyskurantlar, prospektlər göndərmək və idxalçının milli bazarında reklam kompaniyası təşkil etmək və həyata keçirmək.

Təşəbbüs ixracatçı (satıcı) tərəfindən olduğu halda, təklifi (oferti) birinci o göndərir. Oferta - yazılı təklifdir. Bu təklifi göndərən ölkə (firma) isə bu halda “oferent” adlanır.

Beynəlxalq ticarət təcrübəsində 2 cür ofert fərqləndirilir: möhkəm (səbatlı) ofert oferent tərəfindən konkret bir alıcıya müəyyən partiya (dəst) malın satışı üçün göndərilən yazılı təklifdir. Bu hlda satıcı öz təklifi ilə bağlı olduğu üçün başqasına eyni təklifi edə bilməz. Buna görə də yazılı təklifdə icra müddətini də göstərmək lazımdır. əgər kontrofert satıcıya özünün bəzi narazılıq şərtlərini bildirirsə və satıcı onları qəbul edirsə, bu halda o, yəni oferent yazılı formada razılığa gəlir. əks təqdirdə oferent ya həmin ofert üzrə öhdəçiliyindən azad olduğunu bildirməli, yaxud da idxalçıya yeni ofert göndərməlidir.

Sərbəst oferta. Bu növ ofertlə bir qayda olaraq eyni partiya mal bir neçə mümkün alıcıya təklif edilir, həm də buna cavab üçün müddət qoymur. Kontrofert yazılı razılığını bildirənədək sövdələşmə bitmiş hesab olunur. Müasir şəraitdə sərbəst ofertdən nadir hallarda istifadə edilir.

Ixracat sövdələşmələrinə hazırlıq üsullarından biri də sifariş şərtlərinin öyrənilməsidir. Bu satıcı (ixracatçı) tərəfindən öyrənilir və 2 formadan ibarətdir:

a) “ Sizin ...... saylı 70 tornaçı dəzgahı haqqında sifarişinizi aldığımızı dəstəkləyirik. Sifariş yerinə yetiriləcəkdir”

b) “ Sizin 70 dəzgah haqqında sifarişinizi qəbul etdik və onu icra edəcəyik”.

Beləliklə, ixracat sövdələşmələrinin hazırlanması üçün öncədən aşağıdakı sənədlər zəruridir:

a) təklif (oferta) ; b) kontrakt (alıcı və satıcı arasında razılaşmaya şahidlik sənədi); c) sifarişin təsdiq edilməsi sənədi; ç) hesab proforma (ilkin sənəd, yəni hazırlıq üçün lazım olan “hesab” kimi bəyənilmiş sənəd); d) malgöndərmə üzrə təlimat üçün sifariş sənədi və s.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]