Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Bynxlqticrt.doc
Скачиваний:
1
Добавлен:
01.05.2025
Размер:
755.2 Кб
Скачать

II. Gömrük rüsumları

20

Milli valyuta ilə hesablanan idxal gömrük rüsumları

21

Milli Bankın müəyyən etdiyi məzənnəyə görə xarici valyuta ilə hesablanan idxal gömrük rüsumları

25

Milli valyuta ilə hesablanan ixrac rüsumları

26

Milli Bankın müəyyən etdiyi məzənnəyə uyğun xarici valyuta ilə hesablanan ixrac gömrük rüsumları

III. Gömrük orqanları tərəfindən alınan dolayı vergilər

30

Milli valyuta ilə hesablanan aksizlər

31

Milli Bankın müəyyən etdiyi məzənnəyə uyğun xarici valyuta üzrə hesablanan aksizlər

32

Milli valyuta ilə hesablanan əlavə dəyər vergisi

33

Milli Bankın müəyyən etdiyi məzənnəyə uyğun xarici valyuta ilə hesablanan əlavə dəyər vergisi

35

Milli valyuta ilə hesablanan xüsusi vergi

36

Milli Bankın müəyyən etdiyi məzənnəyə uyğun xarici valyuta ilə hesablanan xüsusi vergi

IV. Müsadirə olunmuş malların satışından alınan vəsait

60

Müsadirə olunmuş malların reallaşmasından( satışından alınan vəsait)

V. Digər vergilər

70

Lisenziyanın verilməsi üzrə yığımlar

71

Lisenziya müddətinin bərpası üzrə yığımlar

72

Gömrüyün rəsmiləşdirilməsi məqsədilə mütəxəssislərə verilən peşə attestatının hazırlanmasına görə yığımlar

73

Gömrüyün rəsmiləşdirilməsinin aparılması məqsədilə mütəxəssisə verilən peşə attestatı müddətinin artırılması üçün alınan yığımlar

74

Məlumat və məsləhətlərə görə ödənişlər. Ilkin qərarın qəbulu üçün ödəniş. Gömrük hərraclarında iştiraka görə ödəniş. Bank və ya digər kredit müəssisənin bank reyistirinə daxil olunmasına alınan yığımlar

VI. Gömrük ödənclərinin vahid dərəcəsi

80

Gömrük ödənclərinin vahid dərəcəsi

VII. Digər gömrük ödəncləri

91

Gömrük ödənişlərinə möhlətin uzadılması üzrə milli valyuta ilə hesablanan faizlər

92

Gömrük ödənişlərinə möhlətin uzadılması üzrə Milli Bank tərəfindən müəyyənləşdirilən məzənnəyə uyğun hesablanmış xarici valyuta ilə alınan ödənişlər

93

Gömrük ödəncləri vaxtının uzadılması üçün milli valyuta ilə hesablanan faizlər

94

Gömrük ödənişləri vaxtının uzadılması üzrə məzənnənin Milli Bank tərəfindən müəyyənləşdirilmiş xarici valyuta ilə hesablanan faizlər

95

Milli valyuta ilə müddətin uzadılması üçün dəbbələmə haqqının hesablanması

96

Xarici valyuta ilə dəbbələmə haqqının hesablanması

4. İdxalat–ixracat əməliyyatlarının uçotu və onun unifikasiyası

Beynəlxalq ticarət təcrübəsində gömrük- tarif əməliyyatları çoxsahəli olur. Odur ki, onun tənzimi və uçotunun aparılmasına ticarət- tarif əməliyyatlarının unifikasiyasının böyük əhəmiyyəti vardır. Bu məqsədlə Gömrük Əməkdaşlığı Şurası adı altında gömrük- tarif praktikasını tənzimləyən əlaqələndirmə metodik mərkəz olan hökumətlərarası təşkilat yaradılır. Gömrük Əməkdaşlığı Şurası fəaliyyətinin əsas istiqaməti gömrük tarifləri sistemində malları təsnifləndirmək üçün vahid unifikasiya olunmuş momenklatur ( siyahı) yaratmaqdan ibarətdir. 1961- ci ildə 29, 1971- ci ildə 66, 1981- ci ildə 93, 1987- ci ildə isə 103 ölkənin iştirakı ilə Gömrük nomenklaturası işlənib hazırlanmışdır. Ilk nomenklatura 1959- cu ildə Brüssel Gömrük Nomenklaturu olmuşdur. Artıq 1987- ci ildə o, dünya ticarətinin 8%- ni əhatə etməklə 150 ölkəni əhatə edib tətbiq olunurdu. 1988- ci ildə Gömrük Əməkdaşlıq Şurası 1990- cı illər üçün əsas aşağıdakı istiqamətləri əhatə edən proqram qəbul etdi:

1) Gömrük Əməkdaşlığı Şurası iş vasitələri kimi, beynəlxalq gömrük standartları işlənib hazırlanmasını və onların eyniliklə tətbiqi təmin olunsun;

2) Unifikasiyalaşdırılmış və sadələşdirilmiş idxal-ixrac üzrə gömrük qaydaları və üsulları işlənib hazırlansın;

3) Gömrük qaydalarının hər cür pozulmasına və qaçaqmalçılığıa qarşı nəzarət və mübarizənin təcrübi tədbirləri işlənib hazırlansın;

4) Kadrların hazırlanmasında üzv dövlətlərinə kömək göstərilsin;

5) Gömrük xidmətləri və beynəlxalq ticarətin digər iştirakçıları arasında məlumatların elektron mübadiləsi sistemi inkişaf etdirilsin.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]