Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Bynxlqticrt.doc
Скачиваний:
1
Добавлен:
01.05.2025
Размер:
755.2 Кб
Скачать

3. İdxal- ixrac əməliyyatlarının lisenziyalaşdırılması. Gömrük vergiləri və rüsumları

İdxal-ixrac əməliyyatlarının lisenziyalaşdırılması da milli firmaların beynəlxalq ticarət razılaşmalarının həyata keçirilməsinə nəzarət edilməsinin və dövlət tənziminin vasitəsidir. Məsələn, idxalın lisenziyalaşdırılmasının əsasını kontingentləşdirmə təşkil edir. Yəni müəyyən dövr ərzində bir qayda olaraq bir ildə ölkəyə konkret malın gətirilməsinə miqdar məhdudiyyətini - kontingent, yaxud kvota müəyyən edilməsini nəzərdə tutur. Kvotadan istifadəetmə üzərində nəzarət verilən idxal lisenziyaların qeydiyyat vərəqəsi vasitəsilə həyata keçirilir.

İxracın lisenziyalaşdırlması əsasən eyni qaydada müəyyənləşdirilir.

Növlərinə görə lisenziyalar əsas (firmaya verilən və müəyyən dövr ərzində daim qüvvədə qalan) və fərdi (konkret beynəlxalq ticarət razılaşması üzrə birdəfəlik verilən) lisenziyalar kimi fərqlidirlər. Lisenziyaların verilməsi (alınması) qaydası milli qanunçuluq normaları ilə nizama salınır. Lisenziyalaşdırma müvəqqəti tədbir kimi sayılsada, o xarici ticarət əməliyyatlarının beynəlxalq tənziminin təsirli alətidir.

Dünya ticarət rəcrübəsi göstərir ki, lisenziyalaşdırma xarici valyutanın xərclənməsinə nəzarət məqsədilə istifadə olunur, həm də daxili bazarın tələbinin ödənilməsini təmin edən məhsulun ixracını məhdudlaşdırma məqsədini güdür, əks təqdirdə də bazarda həmin məhsulun qiyməti qalxa bilər.

Gömrük vergiləri və rüsumları beynəlxalq ticarət əməliyyatlarının tənzim edilməsi üçün mühüm vasitədir. Müasir şəraitdə onların rolu durmadan artmaqdadır. Gömrük vergiləri və rüsumları bir qayda olaraq sərhəd boyu və daxili vergilərə( rüsumlara) ayrılır.

Sərhədboyu vergi və rüsumlara öz təyinatına görə bilavasitə yerli mallardan tutulan vergilərə uyğun gələn bərabərləşdirici vergidir. Bu vergilər idxal mallarından tutulan gömrük vergiləri və bəzi rüsumlar da daxil olmaqla qiymətdən hesablanır.

Daxili vergilərə aksiz rüsumlar, qeydiyyat üçün vergilər, yol rüsumları və s. aiddir.

Gömrük rüsumları və vergilərin ödənişləri və kodları aşağıdakı kimi təsnifləndirilir. (əlavə 1)

Əlavə 1

I. Gömrük ödənişlərinin təsnifatı

kodu

Ödəniş növlərinin adı

10

Mallar üzrə gömrük yığımını rəsmiləşdirmək üçün milli valyuta ilə alınan gömrük yığımları

11

Mallar üzrə gömrük yığımını rəsmiləşdirmək üçün xarici valyutanın məzənnəsi milli bank tərəfindən müəyyənləşdirilməklə alınan əlavə gömrük yığımları

12

Gömrük orqanlarının iş vaxtından əlavə və gömrüyün rəsmiləşdirilməsi yerindən kənarda malların gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımları

13

Gömrük orqanlarının iş vaxtından əlavə vaxtda və rəsmiləşdirmə yerindən kənarda malların rəsmiləşdirilməsinə görə Milli Bankın müəyyən etdiyi məzənnəyə uyğun xarici valyuta ilə alınan gömrük yığımları

14

Malların saxlanmasına görə gömrük yığımları

15

Malların gömrük müşayəti üzrə gömrük rüsumları

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]