
- •Beynəlxalq kommersiya işi
- •Mövzu 1: Beynəlxalq ticarət əməliyyatlarının iqtisadi mahiyyəti Plan:
- •1. Giriş
- •2. Beynəlxalq ticarətin sürətli inkişafı beynəlxalq iqtisadi münasibətlərin əsas cəhəti kimi
- •3. Beynəlxalq ticarət kursunun predmeti və metodu
- •4. Beynəlxalq ticarət əməliyyatlarının mahiyyəti
- •Beynəlxalq ticarət kursunun digər fənlərlə vəhdəti
- •İstifadə olunan ədəbiyyat:
- •Mövzu 1.2: Beynəlxalq ticarət əməliyyatlarının iqtisadi mahiyyəti Plan
- •2. Beynəlxalq ticarət sövdələşmələri: anlayışı, məzmunu, mahiyyəti
- •3. Beynəlxalq ticarət əməliyyatlarının subyekti olan kontragentlərin təsnifatı
- •1. Təsərrüfat fəaliyyətinin növünə və iş xarakterinə görə onlar aşağıdakı kimi fərqləndirilir.
- •2. Hüquqi mövqelərinə görə firmaların təsnifatı.
- •3. Mülkiyyət xarakterinə görə firmalar.
- •5. Sahibkarlıq ittifaqı.
- •6. Xarici bazara çıxış hüququ olan dövlət orqanları və təşkilatları.
- •7. Dünya bazarında malların və xidmətlərin beynəlxalq alqı- satqısı üzrə kontragentlər sifətində çıxış edən bmt sisteminin ixtisaslaşmış idarələri.
- •Mövzu 2: Bazar mahiyyəti, məzmunu və tədqiqi Plan
- •2.Mallar: malların təsnifatı prinsipləri, malın texniki- iqtisadi göstəricilərinin səciyyəvi xüsusiyyətləri.
- •6. Estetik göstəricilər.
- •7. Ekoloji göstəricilər.
- •3. Malın keyfiyyəti və rəqabətə tablılığı.
- •Mövzu 2.2: Bazar: mahiyyəti, məzmunu və tədqiqi Plan
- •2. Bazarda rəqib firmaların fəaliyyətinin öyrənilməsi
- •3. Bazarda alıcı firmanın öyrənilməsi
- •4. Bazarın nəqletmə, hüquqi və ticarət- siyasi şəraitinin öyrənilməsi
- •5. Bazar tədqiqinin aparılması metodları
- •Mövzu 3: İdxalat–ixracat əməliyyatları və beynəlxalq ticarət sövdələşmələrinə hazırlıq Plan
- •2. İdxal-ixrac əməliyyatları sistemində gömrük tarif tənzimi
- •3. İdxal- ixrac əməliyyatlarının lisenziyalaşdırılması. Gömrük vergiləri və rüsumları
- •I. Gömrük ödənişlərinin təsnifatı
- •II. Gömrük rüsumları
- •III. Gömrük orqanları tərəfindən alınan dolayı vergilər
- •IV. Müsadirə olunmuş malların satışından alınan vəsait
- •V. Digər vergilər
- •VI. Gömrük ödənclərinin vahid dərəcəsi
- •4. İdxalat–ixracat əməliyyatlarının uçotu və onun unifikasiyası
- •5. Birbaşa əlaqələr şəraitində beynəlxalq ticarət sövdələşmələrinə hazırlıq
- •İdxalat sövdələşmələrinə hazırlaşma üsulları:
- •Mövzu 4: Beynəlxalq alqı-satqı kontraktları ( müqavilələri) Plan
- •2. Alqı-satqının ümumi şərtləri
- •3. Beynəlxalq alqı-satqı kontraktlarının mahiyyəti və strukturu
- •4. Müqavilənin bazis şərtləri ( İnkoterms)
- •5. Beynəlxalq alqı-satqı kontraktlarının növləri və xüsusiyyətləri
- •Mövzu 5: Beynəlxalq alqı-satqı kontraktlarının icra edilməsinin təşkili Plan
- •2. Müqavilə icrasının rəsmiləşdirilməsi üzrə xarici ticarət sənədləri
- •3. Müqavilə icrasının rəsmiləşdirilməsi üçün nəqliyyat sənədləri
- •4.Müqavilə icrasının rəsmiləşdirilməsi üçün gömrükxana sənədləri
- •6. Beynəlxalq ticarət qaydalarının sadələşdirilməsi üzrə işçi qrupunun funksiyaları
- •Mövzu 6: Beynəlxalq qarşılıqlı ticarət əlaqələri Plan
- •2. Beynəlxalq qarşılıqlı sazişlərin ( razılaşmaların) növləri
- •Mövzu 7: Dünya bazarında ticarət-vasitəçi fəaliyyəti Plan
- •2. Ticarət–vasitəçi ilə bağlanılan müqavilənin əsas şərtləri
- •3. Ticarət-vasitəçi əməliyyatlarının təşkilati formaları
- •4. Ticarət–vasitəçi firmaların fəaliyyət xüsusiyyətləri
- •Mövzu 8: Beynəlxalq birjalarda, hərraclarda və torqlarda ticarət və alıb-veriş əməliyyatlarının təşkili Plan
- •2. Beynəlxalq hərraclar. Beynəlxalq hərrac ticarətinin təşkilatı formaları
- •3. Beynəlxalq torqlar. Beynəlxalq torqların keçirilməsi şərtləri
- •4. Torq iştirakçılarına təkliflərin təqdimi. Torqun təşkilatçıları və iştirakçıları
- •Mövzu 9: Beynəlxalq ticarət və alış-veriş işində reklam, sərgilər, yarmarkalar və texniki xidmətlər
- •Ticarət və alış-veriş məqsədilə reklamın məzmunu
- •Reklamın əsas vasitələri
- •Dövrü mətbuatda və arayış kitabçalarında reklam vasitələri
- •2. Reklamın həyata keçirilməsinin təşkilatı formaları.
- •3. Mal nişanı və onlardan reklam məqsədilə istifadə
- •Mal nişanı qarşısında qoyulan tələblər.
- •Mal nişanlarının qeydə alınması qaydası
- •4. Beynəlxalq sərgilər və yarmarkalar. Beynəlxalq sərgilərdə ( yarmarkalarda) bağlanılan sazişlər
- •5. Sərgi və yarmarkaların təşkili və tənzimlənmə fəaliyyəti
- •Mövzu 10: Beynəlxalq texnologiya, elmi-texniki biliklər və lisenziya mübadiləsinin metodoloji əsasları Plan
- •2. Elmi–texniki biliklər ticarətinin xüsusiyyətləri
- •3. Lisenziyalar və beynəlxalq lisenziyalaşdırma
- •Lisenziya
- •4. Beynəlxalq lisenziyalar ticarətinin xüsusiyyətləri
- •Müasir şəraitdə beynəlxalq lisenziyalaşdırma
- •5. Beynəlxalq lisenziya mübadiləsi sazişlərinin növləri və məzmunu
- •Beynəlxalq lisenziya sazişinin məzmunu
- •6. Beynəlxalq lisenziya ticarətinin təşkili
- •Beynəlxalq lisenziyalaşdırma bölməsi
- •İxtisaslaşmış firmalar
- •Lisenziya və patent agentləri
- •Mövzu 11: Beynəlxalq mühəndis–tikinti xidmətləri mübadiləsi Plan
- •2. Mühəndis–texniki xidmətlərin verilməsinə (satılmasına) dair beynəlxalq müqavilələrin əsas şərtləri
- •3. Müqavilənin predmeti və qüvvədə olması müddəti.
- •4. Məsləhətçilik xidmətlərinin başlanması və bitməsi müddətləri.
- •3. Beynəlxalq mühəndis-texniki xidmətlər mübadiləsinin təşkili
- •İxtisaslaşmış injinirinq firması
- •Mövzu 12: Beynəlxalq icarə əməliyyatları Plan
- •Beynəlxalq icarənin növləri
- •2. Beynəlxalq icarə müqavilələrinin əsas şərtləri
- •5. Lizinq müqavilələrinin ləğv edilməsi qaydası
- •Qəbuletmə protokolu
- •Cari icarə müqaviləsinin əsas şərtləri
- •3. Müasir şəraitdə beynəlxalq ticarətin xüsusiyyətləri və icarə əməliyyatlarının təşkilatı formaları
- •4. Beynəlxalq icarə əməliyyatlarının təşkilatı formaları
- •Beynəlxalq kommersiya işi
Mövzu 3: İdxalat–ixracat əməliyyatları və beynəlxalq ticarət sövdələşmələrinə hazırlıq Plan
Beynəlxalq ticarət əməliyyatlarının yerinə yetirilməsi metodları
İdxal-ixrac əməliyyatları sistemində gömrük tarif tənzimi
İdxal-ixrac əməliyyatlarının lisenziyalaşdırılması. Gömrük vergi və rüsumları
İdxalat-ixracat əməliyyatlarının uçotu və onun unifikasiyası
Birbaşa əlaqələr şəraitində beynəlxalq ticarət sövdələşmələrinə hazırlıq məsələləri
1. Beynəlxalq ticarət əməliyyatlarının yerinə yetirilməsi metodları
Beynəlxalq ticarətdə ticarət əməliyyatlarının yerinə yetirilməsində əsas 2 metoddan istifadə edilir: bilavasitə və bilvasitə (dolayı) metodlar.
Bilavasitə metod – istehsalçı (malgöndərən) ilə son istehlakçı arasında birbaşa əlaqələri nəzərdə tutur. Bilvasitə metod isə malların ticarət-vasitəçi həlqəsi vasitəsilə alqı- satqısı kimi başa düşülür.
Firmalar bilavasitə metoddan daha geniş istifadə edir ki, buraya aşağıdakı ticarət əməliyyatları aid edilir:
- xarici bazarlarda uzunmüddətli kontraktlar əsasında sənaye xammalının alqı- satqısı;
- iriqabaritli və bahalı avadanlığın ixracı;
- özünün pərakəndə satış şəbəkəsi olan xarici və qız şirkətləri vasitəsilə standart çoxseriyalı avadanlığın ixracı;
- inkişafda olan ölkələrin fermer–istehsalçılarından kənd təsərrüfatı məhsullarının satın alınması.
Bilavasitə ixracat və idxalat həm sənaye cəhətdən inkişaf etmiş, həm də inkişafda olan dövlət müəssisələrinin və idarələrin yerinə yetirdikləri ticarət əməliyyatlarının əsas hissəsini təşkil edir. Bilavasitə əlaqələrin inkişafında və genişlənməsində - transmilli korporasiyaların (TMK) özünün yaratdığı və kontragentlər sifətində çıxış edən xarici qız şirkətlərinin xüsusi rolu vardır. Bu şirkətlər son istehlakçılarla əlaqəyə girməklə həm özünün mənsub olduğu ölkədə, həm də digər ölkələrdə satış və istehsalçılarla bilavasitə ticarət əalqələrini genişləndirməyə səy göstərirlər.
Bilvasitə (dolayı yolla) beynəlxalq ticarət əməliyyatları metodu bilavasitə beynəlxalq ticarət əlaqələrin güclü inkişafı ilə bağlı xeyli səngimiş (zəifləmişdir). Buna baxmayaraq bilvasitə idxal- ixrac əməliyyatları öz əhəmiyyətini tamamilə itirməmişdir. Beynəlxalq mal dövriyyəsinə cəlb olunan malların yarıdan çoxu və az öyrənilmiş bazarlarda realizə etmək üçün bu metoddan istifadə edirlər. Xüsusən malların satışından sonra xüsusi texniki xidmətlərin göstərilməsini tələb edən standart növlü maşın və avadanlığın realizə edilməsi prosesində . belə ki, ticarət-vasitəçi həlqə (firmalar) yerli bazarı yaxşı bilir, daim işgüzar əlaqələri olur. Onlar satışla bağlı bütün ticarət fəaliyyətlərini, o cümlədən, sənədlərin rəsmiyyətə salınmasını, reklamın təşkilini, yarmarka və sərgilərdə iştirakçı kimi çıxış etməyi və s. əməliyyatları bacarıqla həyata keçirirlər.
2. İdxal-ixrac əməliyyatları sistemində gömrük tarif tənzimi
Gömrük tarifindən dünyanın bütün ölkələrində istifadə olunur. Milli tariflərlə yanaşı, regional (məhəlli) ticarət-iqtisadi ölkələr birliyi deyilən gömrük ittifaqları çərçivəsində vahid gömrük tarif sistemi vardır. Bu ittifaqın iştirakçı dövlətləri qarşılıqlı ticarətdə öz milli gömrük tarifini ləğv edib, üçüncü dövlətlə (ölkə ilə) ticarətdə ümumi gömrük tarifi müəyyən edirlər. Həmin birliklərdən biri Qərbi Avropa birliklərinin Avropa İttifaqı (Aİ) adı altında yaratdıqları birlikdir. Həmin birlik 15 ölkəni, o cümlədən, Almaniyanı, Fransanı, İngiltərəni, İspaniyanı, Finlandiyanı və s. ölkələri əhatə edir. Bu gömrük ittifaqı (Aİ) milli gömrük qanunçuluğu əvəzinə ittifaqa daxil olan ölkələr üçün vahid tarif normaları və qaydaları işləyib hazırlamışlar. Ittifaqın qəbul etdiyi vahid gömrük tarifinin çox hissəsi qeyri- ərzaq mallarına şamil edilir və gətirilən malın dəyərinə nisbətən faizlə müəyyən olunur. Digər az hissəsi isə malın çəkisinə, həcminə nisbətən dəyər ifadəsində müəyyənləşdirilir. Avropa İttifaqı ölkələrinə gətirilən və sonradan təkrar ixrac, yaxud həmin ölkələrin sənaye müəssisələrində yenidən işlənilməsi üçün nəzərdə tutulan mallar gömrük vergilərindən, rüsumlarından azad olurlar.
Gömrük- tarif sistemi tənziminin mühüm vasitələrindən biri də antidempiq rüsumlarının tətbiqidir. Bu cür gömrük rüsumları ixracat malları aşağı qiymətlərlə satıldıqda tətbiq olunur. Avropa İttifaqı daxilində ümumiyyətlə dempinqə yol verilmir. Belə ki, ucuzlaşdırılmış mallar həmin aşağı qiymətlə öz ölkəsinə qaytarılır. Aİ- nin xüsusi komisiyası antidempinq siyasətini həyata keçirmək üçün aşağıdakı iki cəhəti əsas tutur:
“ normal dəyər” və “mala normal qiymət” qoyulmasını;
Aİ ölkələrində analoji malın istehsalına dəyən faktiki zərərin müəyyənləşdirilməsini.
Aİ-nin əsasnaməsinə uyğun olaraq antidempinqin tətbiqi işinə baxılması, onun yoxlanması, başlandığı vaxtdan etibarən bir il ərzində tamamlanmalıdır. Əgər fakt təsdiq olunarsa, məsələ aşağıdakı qaydada yoluna qoyulur:
ya ixracatçı öhdəçilik götürəcək ki, qiymətləri qaldırsın;
yaxud göndərilən malın miqdarını azaltsın;
yaxud da antidempinq vergisi rüsumu müəyyən edilsin.