Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Bynxlqticrt.doc
Скачиваний:
1
Добавлен:
01.05.2025
Размер:
755.2 Кб
Скачать

4. Bazarın nəqletmə, hüquqi və ticarət- siyasi şəraitinin öyrənilməsi

Bazarın təhlilində nəqletmə şəraitinin öyrənilməsi də xüsusi əhəmiyyət kəsb edir. Bu öyrəniş aşağıdakı bir sıra məsələləri əhatə edir:

- ixracat ölkəsi ilə bazarı öyrənilən ölkə arasında birbaşa nəqliyyat rabitəsinin olması və yaxud yaradılması məsələləri;

- xətti gəmiçilik tarifləri, fraxtın kamilliyinə inam yaratmaq, dəmir yolu ilə nəqletmə tarifləri məsələləri;

- ayrı-ayrı limanlarda (körpülərdə) yükləmə-boşaltma işləri mexanizminin dərəcəsi, yükün bir anbardan digərinə daşınması, boşaldırlması, yerləşdirilməsi və saxlanması xərcləri, liman( körpü) rüsumlarının miqdarı;

- yükdaşımanın qaydası və xüsusi şərtləri, təyinat məntəqəsinə (ölkəsinə) daşımanın üsulları, yükün təhvili və qəbulu qaydaları;

Hüquqi məsələlərin öyrənilməsi də təhlil üçün mühüm şərtdir. Bu isə aşağıdakı məsələlərin aşkar olunmasını tələb edir:

- sığorta və ticarət gəmiçiliyi haqqında mövcud qanunların öyrənilməsi;

- firmaların, o cümlədən, xarici ölkə firmalarının hüquqi vəziyyətini və fəaliyyətini tənzim edən qanunların həyata keçirilməsini;

- sənaye mülkiyyətçiliyinin qorunması, ixtiraların patentləşdirilməsi, mal nişanələrinin qeydə alınması, habelə bu işlər üzrə mövcud praktika barədə qanunların tənzimlənməsini;

- idxalat ölkəsinə ümumən qəbul olunmuş beynəlxalq ticarət işləri üzrə həm məhkəmə, həm də arbitraj qaydası ilə mübahisələrin, iddiaların həll edilməsi məsələlərini.

Bazar şəraitinin öyrənilməsində həm də ticarət siyasəti şərtlərinin xüsusi rolu vardır. Bu şərtlərdən ən vacibləri bunlardır:

1. Bu və ya digər ölkəyə mal gətirilməsini tənzim edən ölkələrarası ticarət sazişlərinin məzmunu.

2. Xarici ticarətin dövlət tənzimi sistemi, o cümlədən müəyyən malların həmin ölkəyə gətirilməsini qadağan edən, yaxud məhdudlaşdırna sərəncamlar və qanunlar.

3. Mala qoyulan gömrük vergisinin səviyyəsi, gömrüyün hesablanması üsuslu, daxili gömrük rüsumları və vergiləri, ölkədə “azad zona” nın (gömrük məsələsinə aid) olub- olmaması.

4. Öyrənilən ölkənin iqtisadi qruplaşmalarda iştirakı, onların bu və ya digər malın gətirilməsi rejiminə təsiri.

5. Ölkənin valyuta qanunvericiliyi, o cümlədən idxalatçının xarici valyuta alması qaydası, mənfəətin köçürülməsinə nəzarət, valyutanın konvensiya olunması və kreditləşmə rejimi və s.

5. Bazar tədqiqinin aparılması metodları

Bazarın tədqiqinin metodikası bazarın, yaxud konkret malın təhlilinə imkan verən üsul və metodların məcmuyudur. Həmin metodikada aşağıdakılar əsaslandırılır: təhlili məqsəd kimi qəbul edilmiş bazarın (dünya, sahəvi, milli bazarların, bazar seqmentinin) seçilməsi; bazar şərtinin təhlili üçün istifadə olunacaq göstəricilərin müəyyənləşdirilməsi; təhlil üsulunun və proqnoz göstəricilərinin müəyyənləşdirilməsi; informasiya mənbələrinin əldə edilməsi; tədqiqatın təşkili.

Əgər dünya bazarı və milli sahəvi bazarlar iştirakçılar , yaxud qrup iştirakçıları arasında bölüşdürülübsə, bu halda tədqiqat üçün bazarın ayrı- ayrı seqmentlərinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu istehsalın istiqamətini konkret alıcıların tələblərinə sarı yönəltmək imkanı yaradır. Bunula bağlı bazarın seqmentləşdirilməsi metodikasının işlənib hazırlanması mühüm şərtdir. Seqment bazarın müəyyən bir hissəsidir. Bazarın ayrıca bir seqmentində müəyyən bir qrup alıcılar məmulatın ( malın) konkret olaraq müəyyən modifikasiyasına yönəltmək daha əlverişli olur.

Seqmentləşdirmə əsasən bir neçə prinsip üzrə aparılır. Bunlar aşağıdakılardır: coğrafi seqmentləşdirmə; demoqrafik seqmentləşdirmə; sosial-psixoloji amillər üzrə seqmentləşdirmə; konkret istehlakçılar qrupu üzrə seqmentləşdirmə (məsələn, birdəfəlik alıcılar, daimi alıcılar, firma, potensial alıcılar və s. üzrə seqmentləşdirmə).

Seqmentlər üzrə tədqiqat apararkən seqmentləşdirmənin bütün göstəriciləri nəzərdən keçirilib öyrənilməlidir. Bu göstəricilər aşağıdakılardır:

1. Seqmenti qiymətləndirmək üçün göstəricilər. Burada söhbət məhsul satışının artım sürətindən, bazarda satıcının (firmanın) payından, satışın ümumi həcmində və mənfəətdə firmanın hər bir seqmentdəki payından və s. gedir.

2. Seqmentin bazar şəraitinin qiymətləndirilməsi üçün göstəricilər( iqtisadi, sosial, siaysi və texnoloji proqnozlar, seqmentin inkişaf səbatlığı və s.)

3. Seqmentin inkişafının meylliliyini müəyyən edən göstəricilər.

4.Konkret bazar seqmentində məhsulun rentabelliliyinin dəyişilməsi göstəriciləri.

5. Seqmentin seçilməsini təmin edən göstəricilər. Burada mal satışının həcmi və strukturu, rəqabət dərəcəsi, uzunmüddətli və qısamüddətli planlarda nəzərdə tutulan mal satışının artımı və s. əsas götürülməlidir.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]