Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Bynxlqticrt.doc
Скачиваний:
1
Добавлен:
01.05.2025
Размер:
755.2 Кб
Скачать

2. Bazarda rəqib firmaların fəaliyyətinin öyrənilməsi

Bu məqsədlə ümumi məlumatlarla yanaşı, təhlil üçün bütün rəqib firmalar və hər bir firma üçün ayrılıqda aşağıdakı informasiyala toplanıb ümumiləşdirilir:

- bazarda firmanın mövqeyi (məhsulun buraxılışı üzrə satışın həcmi; həmin ölkədə və dünya bazarında əhəmiyyətinə görə firmanın yeri; həmni məhsul satışının ümumi həcmində hər bir firma-rəqibin yeri);

- hər bir firmanın buraxdığı məhsulun xarakteri, onun texniki parametləri, qiyməti, rəqabəttablılıq amilləri, mal nişanələrindən (markalarından) istifadə praktikası; malın və onun qablaşdırılma formasının cəlbedici cəhətləri; həmin anda və perspektivdə rəqiblər tərəfindən buraxılan malların bazar üçün yeniliyi (təzəliyi);

- reklam fəaliyyəti və satışın həvəsləndirilməsi praktikası;

- rəqabətə qoyulmuş firmalar tərəfindən təklif edilən xidmətlərin növləri və həcmi, o cümlədən texniki xidmətlərin formaları və dəyəri;

- mal yeridilmə praktikası, o cümlədən rəqiblərin istifadə etdikləri nəqletmə növləri, onların sərəncamında olan anbarların sayı, növləri və yerləşdirilməsi, malların saxlanması şəraiti, anbarların konsiqnasiya ticarəti üçün istifadəsinin vəziyyəti;

- rəqib firmaların marketinq fəaliyyəti: strategiyası, çeşid siyasəti, yeni malın işlənib hazırlanması üzrə elmi-texniki fəaliyyətin istiqamətləri, satışın intensivləşdirilməsi metodları, qiymət siyasətləri, istehsal və tədavül xərclərinin səviyyələri və s.

- rəqabətdə olan firmaların satış fəaliyyətinin təşkili, o cümlədən özünün xüsusi şəbəkəsinin xarakteri, ticarət-vasitəçilərin xidmətlərindən istifadə, satış aparatının (idarəsinin, konturunun) saxlanılması məsrəfləri;

- rəqabət mübarizəsinin qeyri-maddi metodları, xüsusən rəqabət apardığı şirkətə, firmaya qarşı tətbiq edilməsi mümkün olan vasitələrdən istifadə qaydası, rəqiblərin zəif yerlərinin dərəcəsi və rəqib tərəfdən alındığı bazar payını geri qaytarmaq imkanı;

- hər bir firmanın maliyyə vəziyyəti (maliyyə möhkəmliyi) və bazarda öz mövqeyini qoruyub saxlamaq bacarığı, onun tədiyyə qabiliyyəti;

- rəqib firmalarda patentlərin olması və onların lisenziyalar satmaq imkanı, lisenziyalar üzrə ödənclərin mədaxili;

- rəqiblər tərəfindən həyata keçirilən sövdələşmələrin ticarət və haqq-hesab şərtləri, qiymət və onlara verilən kreditlə qiymətdən güzəştlər, malgöndərmə müddətləri və s.

- firma-rəqibin elmi-texniki potensialı , onun istehsalı və məhsulunun istifadə olunması sahələrində əldə etdiyi nailiyyətlər və s.

3. Bazarda alıcı firmanın öyrənilməsi

Bu məqsəd üçün ilk növbədə aid edilməlidir ki, söhbət hansı alıcı firmadan gedir, onun satınalma predmeti nədir: istehsal vasitələrimi, yoxsa istehlak şeyləridir. Çünki hər iki qrup mallara (məhsullara) tələbin öyrənilməsinin özünə xas olan xüsusiyyətləri vardır. Belə ki, istehsal vasitələrinin alıcısı, əsasən sənaye firmaları, onların qız şirkətləri (firmaları) ola bilər. Istehlak şeyləri alıcısı isə son nəticədə fiziki şəxslər - insanlardır. Lakin onlar da öz növbəsində həmin şeyləri bu və ya digər firmanın ticarət şəbəkəsində əldə edirlər.

İstehsal vasitələrinin firma-alıcısını öyrənmək üçün ümumi məlumatlarla yanaşı aşağıdakı informasiyaları toplayıb sistemləşdirmək və təhlil etmək məqsədəuyğundur: bazarda firma- alıcının vəziyyəti; konkret malın istehlakında onun payı (tutduğu yeri); firma- alıcı tələbinin səbatlığı; firmanın istehlak etdiyi (istehsal istehlakı) məhsulun əsas malgöndərənləri; firmanın ticarət əməliyyatlarının həyata keçirəcəyi metodlar; firma- alıcının satın alacağı malların texniki-iqtisadi göstəriciləri qarşısında qarşısında qoyduğu tələblərin xarakteri və s.

Istehlak şeyləri üzrə alıcı-firmanı öyrənmək məqsədilə aşağıdakıları aydınlaşdırmaq daha yaxşı olar:

  • pərakəndə satış ticarətinin həyata keçirilməsi metodları;

  • alıcılara müxtəlif güzəştlərin verilməsi, o cümlədən istehlak krediti, uzunmüddətli istifadə olunan mallar üzrə satışdan sonra pulsuz xidmətlər, satış qiymətindən güzəştlər və s.

  • firmanın təqdim etdiyi məhsulların nomeklaturası (siyahısı), onların yeniliyi, rəqabəttablılığı, təzələnməsi (dəyişilməsi) dərəcəsi;

  • satıcı-firma tərəfindən buraxılan kataloqlarda, prospektlərdə məhsulun xarakteristikası;

  • satışı həvəsləndirmək üçün tətbiq olunan reklam vasitələri;

  • bazarda malların satışında hər bir firmanın kvotu (təxmini payı), satış ərazilərinin (sahələrinin) bölünməsi; satışın keyfiyyətliyi;

  • satışın ümumi həcmi, əməliyyatların mənfəətliliyi, tədavül xərclərinin qədəri, anbarların saxlanma xərcləri.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]