
- •Beynəlxalq kommersiya işi
- •Mövzu 1: Beynəlxalq ticarət əməliyyatlarının iqtisadi mahiyyəti Plan:
- •1. Giriş
- •2. Beynəlxalq ticarətin sürətli inkişafı beynəlxalq iqtisadi münasibətlərin əsas cəhəti kimi
- •3. Beynəlxalq ticarət kursunun predmeti və metodu
- •4. Beynəlxalq ticarət əməliyyatlarının mahiyyəti
- •Beynəlxalq ticarət kursunun digər fənlərlə vəhdəti
- •İstifadə olunan ədəbiyyat:
- •Mövzu 1.2: Beynəlxalq ticarət əməliyyatlarının iqtisadi mahiyyəti Plan
- •2. Beynəlxalq ticarət sövdələşmələri: anlayışı, məzmunu, mahiyyəti
- •3. Beynəlxalq ticarət əməliyyatlarının subyekti olan kontragentlərin təsnifatı
- •1. Təsərrüfat fəaliyyətinin növünə və iş xarakterinə görə onlar aşağıdakı kimi fərqləndirilir.
- •2. Hüquqi mövqelərinə görə firmaların təsnifatı.
- •3. Mülkiyyət xarakterinə görə firmalar.
- •5. Sahibkarlıq ittifaqı.
- •6. Xarici bazara çıxış hüququ olan dövlət orqanları və təşkilatları.
- •7. Dünya bazarında malların və xidmətlərin beynəlxalq alqı- satqısı üzrə kontragentlər sifətində çıxış edən bmt sisteminin ixtisaslaşmış idarələri.
- •Mövzu 2: Bazar mahiyyəti, məzmunu və tədqiqi Plan
- •2.Mallar: malların təsnifatı prinsipləri, malın texniki- iqtisadi göstəricilərinin səciyyəvi xüsusiyyətləri.
- •6. Estetik göstəricilər.
- •7. Ekoloji göstəricilər.
- •3. Malın keyfiyyəti və rəqabətə tablılığı.
- •Mövzu 2.2: Bazar: mahiyyəti, məzmunu və tədqiqi Plan
- •2. Bazarda rəqib firmaların fəaliyyətinin öyrənilməsi
- •3. Bazarda alıcı firmanın öyrənilməsi
- •4. Bazarın nəqletmə, hüquqi və ticarət- siyasi şəraitinin öyrənilməsi
- •5. Bazar tədqiqinin aparılması metodları
- •Mövzu 3: İdxalat–ixracat əməliyyatları və beynəlxalq ticarət sövdələşmələrinə hazırlıq Plan
- •2. İdxal-ixrac əməliyyatları sistemində gömrük tarif tənzimi
- •3. İdxal- ixrac əməliyyatlarının lisenziyalaşdırılması. Gömrük vergiləri və rüsumları
- •I. Gömrük ödənişlərinin təsnifatı
- •II. Gömrük rüsumları
- •III. Gömrük orqanları tərəfindən alınan dolayı vergilər
- •IV. Müsadirə olunmuş malların satışından alınan vəsait
- •V. Digər vergilər
- •VI. Gömrük ödənclərinin vahid dərəcəsi
- •4. İdxalat–ixracat əməliyyatlarının uçotu və onun unifikasiyası
- •5. Birbaşa əlaqələr şəraitində beynəlxalq ticarət sövdələşmələrinə hazırlıq
- •İdxalat sövdələşmələrinə hazırlaşma üsulları:
- •Mövzu 4: Beynəlxalq alqı-satqı kontraktları ( müqavilələri) Plan
- •2. Alqı-satqının ümumi şərtləri
- •3. Beynəlxalq alqı-satqı kontraktlarının mahiyyəti və strukturu
- •4. Müqavilənin bazis şərtləri ( İnkoterms)
- •5. Beynəlxalq alqı-satqı kontraktlarının növləri və xüsusiyyətləri
- •Mövzu 5: Beynəlxalq alqı-satqı kontraktlarının icra edilməsinin təşkili Plan
- •2. Müqavilə icrasının rəsmiləşdirilməsi üzrə xarici ticarət sənədləri
- •3. Müqavilə icrasının rəsmiləşdirilməsi üçün nəqliyyat sənədləri
- •4.Müqavilə icrasının rəsmiləşdirilməsi üçün gömrükxana sənədləri
- •6. Beynəlxalq ticarət qaydalarının sadələşdirilməsi üzrə işçi qrupunun funksiyaları
- •Mövzu 6: Beynəlxalq qarşılıqlı ticarət əlaqələri Plan
- •2. Beynəlxalq qarşılıqlı sazişlərin ( razılaşmaların) növləri
- •Mövzu 7: Dünya bazarında ticarət-vasitəçi fəaliyyəti Plan
- •2. Ticarət–vasitəçi ilə bağlanılan müqavilənin əsas şərtləri
- •3. Ticarət-vasitəçi əməliyyatlarının təşkilati formaları
- •4. Ticarət–vasitəçi firmaların fəaliyyət xüsusiyyətləri
- •Mövzu 8: Beynəlxalq birjalarda, hərraclarda və torqlarda ticarət və alıb-veriş əməliyyatlarının təşkili Plan
- •2. Beynəlxalq hərraclar. Beynəlxalq hərrac ticarətinin təşkilatı formaları
- •3. Beynəlxalq torqlar. Beynəlxalq torqların keçirilməsi şərtləri
- •4. Torq iştirakçılarına təkliflərin təqdimi. Torqun təşkilatçıları və iştirakçıları
- •Mövzu 9: Beynəlxalq ticarət və alış-veriş işində reklam, sərgilər, yarmarkalar və texniki xidmətlər
- •Ticarət və alış-veriş məqsədilə reklamın məzmunu
- •Reklamın əsas vasitələri
- •Dövrü mətbuatda və arayış kitabçalarında reklam vasitələri
- •2. Reklamın həyata keçirilməsinin təşkilatı formaları.
- •3. Mal nişanı və onlardan reklam məqsədilə istifadə
- •Mal nişanı qarşısında qoyulan tələblər.
- •Mal nişanlarının qeydə alınması qaydası
- •4. Beynəlxalq sərgilər və yarmarkalar. Beynəlxalq sərgilərdə ( yarmarkalarda) bağlanılan sazişlər
- •5. Sərgi və yarmarkaların təşkili və tənzimlənmə fəaliyyəti
- •Mövzu 10: Beynəlxalq texnologiya, elmi-texniki biliklər və lisenziya mübadiləsinin metodoloji əsasları Plan
- •2. Elmi–texniki biliklər ticarətinin xüsusiyyətləri
- •3. Lisenziyalar və beynəlxalq lisenziyalaşdırma
- •Lisenziya
- •4. Beynəlxalq lisenziyalar ticarətinin xüsusiyyətləri
- •Müasir şəraitdə beynəlxalq lisenziyalaşdırma
- •5. Beynəlxalq lisenziya mübadiləsi sazişlərinin növləri və məzmunu
- •Beynəlxalq lisenziya sazişinin məzmunu
- •6. Beynəlxalq lisenziya ticarətinin təşkili
- •Beynəlxalq lisenziyalaşdırma bölməsi
- •İxtisaslaşmış firmalar
- •Lisenziya və patent agentləri
- •Mövzu 11: Beynəlxalq mühəndis–tikinti xidmətləri mübadiləsi Plan
- •2. Mühəndis–texniki xidmətlərin verilməsinə (satılmasına) dair beynəlxalq müqavilələrin əsas şərtləri
- •3. Müqavilənin predmeti və qüvvədə olması müddəti.
- •4. Məsləhətçilik xidmətlərinin başlanması və bitməsi müddətləri.
- •3. Beynəlxalq mühəndis-texniki xidmətlər mübadiləsinin təşkili
- •İxtisaslaşmış injinirinq firması
- •Mövzu 12: Beynəlxalq icarə əməliyyatları Plan
- •Beynəlxalq icarənin növləri
- •2. Beynəlxalq icarə müqavilələrinin əsas şərtləri
- •5. Lizinq müqavilələrinin ləğv edilməsi qaydası
- •Qəbuletmə protokolu
- •Cari icarə müqaviləsinin əsas şərtləri
- •3. Müasir şəraitdə beynəlxalq ticarətin xüsusiyyətləri və icarə əməliyyatlarının təşkilatı formaları
- •4. Beynəlxalq icarə əməliyyatlarının təşkilatı formaları
- •Beynəlxalq kommersiya işi
Mövzu 2.2: Bazar: mahiyyəti, məzmunu və tədqiqi Plan
Bazarın tədqiqinə dair anlaşma: bazar tədqiqatında əsas məqsəd, bazar şəraitinin təhlili
Bazarda rəqib firmaların fəaliyyətinin öyrənilməsi
Bazarda alıcı firmanın öyrənilməsi
Bazarın nəqletmə, hüquqi və ticarət–siyasi şəraitinin öyrənilməsi
Bazar tədqiqinin aparılması
1.Bazarın tədqiqinə dair anlaşma: bazar tədqiqatında əsas məqsəd, bazar şəraitinin təhlili
Bazarın tədqiqinin mühüm vəzifələrindən biri bazarda təklif və tələb arasında tarazlığı qaydaya salmaq üçün əlverişli şəraitin təmin edilməsidir. Bu məqsədlə aşağıdakı suallara cavab tapılmalıdır: konkret bazarda mal istehsalçıları və istehlakçıları arasında münasibətlər necə realizə olunur; tədqiq olunan dövr ərzində və perspektivdə tələb və təklifin formalaşmasını və inkişaf meylini hansı şərtlər müəyyən edir; bazarda fəaliyyət göstərən firmaların, o cümlədən, özünəməxsus firmanın mövqeləri, həyata keçirdikləri ticarət metodları, tətbiq etdikləri ticarət təcrübələri ; bazar münasibətlərində fəaliyyətin xarakterik cəhətləri nə vəziyyətdədir və s.
Bazar tədqiqatında əsas məqsəd:
a) bazarın inkişafına, strukturuna, münasibətlərin xarakterinə təsir göstərən mühit – mikro- və makro amilləri öyrənmək, təhlil etmək və dəyərləndirmək;
b) müvafiq ölkələrin ümumtəsərrüfat strukturunun və müvafiq bazarların konyunkturunun qarşılıqlı surətdə vəziyyətini öyrənmək.
Tədqiqat, yuxarıda qeyd olunduğu kimi, qarşılıqlı əlaqədə olan digər bazarların vəziyyəti nəzərə alınmaqla, aşağıdakı konkret bazarlar üzrə aparılır: dünya bazarı, sahəvi ölkə bazarı, yaxud onun müəyyən seqmenti (bölməsi), xarici bazar, milli bazar və s.
Bazar şəraitinin təhlili:
Bir qayda olaraq tədqiqat üçün öncədən marağında olduğun ölkənin, yuxarıda sadalanan göstəriciləri, ümumi məlumatı , o cümlədən onun sahəsi, əhalisinin sayı, milli resursları, dövlət quruluşu (mexanizmi), iqtisadiyyatın nkişaf səviyyəsi və strukturu, pul sistemi, valyuta vəziyyəti, vergi qanunçuluğu, sosial mədəni xüsusiyyətləri, əhalisinin həyat səviyyəsi, təhsili və mədəniyyəti və s. təhlil edilir.
Bazar şəraitinin təhlilində əsas məqsəd yuxarıda göstərildiyi kimi, tələb və təklif arasında müəyyən nisbət , əsasən tarazlıq yaratmaqdır. Bununla bağlı qiymət ünsürü də nəzərə alınmaqla bazar mexanizmi bütövlükdə təhlil olunmalıdır.
Əvvəlcə burada tələbin təhlil edilməsi məqsədəuyğun sayılır. Çünki tələb ictimai tələbatın həcmini və strukturunu əks etdirir və alıcılıq qabiliyyəti ilə məhdudlaşır. Yeri gəlmişkən, tələb silsiləsi (dövrəsi) bir neçə mərhələyə bölünür: a) tələbin törənməsi (əmələ gəlməsi);
b) təklifi qabaqlayaraq tələbin artım surətinin çoxalması;
c) tədricən tələbin artımının səngiməsi;
ç) tələbin yetişkənliyi (kamilliyi);
d) tələbni tədricən azalması.
Öz növbəsində bunu da bilmək lazımdır ki, hər bir mala olan tələbin səviyyəsi malın həyatiliyi, yəni onun “varlıq dövrü” və həmin dövrün şəraiti ilə müəyyənləşir. Malın varlıq dövrünün müxtəlif mərhələlərində onun hər bir halı (vəziyyəti) xüsusi xarakterə malikdir. Məhz malın varlığının xarakteri və səviyyəsi həmin “hal”ların təsiri altında dəyişilir.
Malın varlıq dövrü aşağıdakı mərhələləri əhatə edir:
a) satış üçün hazır olan ilk məhsulu bazara çıxarmaq. Bu dövrdə satış tədricən çoxalır;
b) satış artımı mərhələsi. Bu dövrdə isə bazar həmin malı surətlə qəbul edir və malın dövretmə qabiliyyəti artır;
c) malın yetkinlik, kamillik mərhələsi. Bu mərhələdə malın satış surəti tədricən azalır, çünki o, potensial alıcıların əksəriyyəti tərəfindən artıq mənimsənilib;
ç) malın satış surətinin getdikcə aşağı düşməsi. Bununla bağlı həmin mal üzrə mənfəət də azalır. Onu ya modifikasiya etmək (şəklini dəyişmək, moda və fasonunu dəyişmək) , yaxud da tamamailə satışdan çıxarmaq lazım gəlir.
Deyilənlərlə bağlı, həm firma-istehsalçı, həm də firma- satıcı daim malın həyatililiyinin- varlıq dövrünün bütün mərhələlərinə nəzər yetirməlidir ki, mala tələb ciddi surətdə aşağı düşməyə başladıqda dərhal onu bazardan çıxarsın və həmin malı analoqu olan yeni malla əvəz etsin. Bu halda moda və fasonların, mövsümlüyün və s. amillərin təsiri də nəzərə alınmalıdır. Bundan əlavə istehlak tələbinin təhlilində demoqrafik amillərə də, xüsusən əhalinin yaş tərkibinə , onun coğrafi yerləşdirilməsinə, cins və məşğulluq tərkibinə də xüsusi diqqət yetirilməlidir.
Alıcılıq qabiliyyətinin təhlili də xüsusi diqqət tələb edir. Burada hər şeydən öncə, əhali gəlirlərinin səviyyəsindən, istehlak kreditinin həcmi və səviyyəsindən, əhali əmanətinin məbləğindən, onun təhsil və peşə tərkibindən və s. söhbət gedir. Tələbin miqdar göstəriciləri bir qayda olaraq, mal istehlakına dair statistik materiallardan götürülür. Bu olmadıqda tələbin həcmi və strukturu istehsal , idxal, ixrac və keçici qalıq məmulatları əsasında tərtib olunan istehlak balansı əsasında müəyyənləşdirilir. Bu göstərici təcrübədə “bazar tutumu” kimi qəbul edilmişdir.
Bazarın öyrənilməsində təklifin təhlili də mühüm şərtdir. Təhlildə aşağıdakılara xüsusi əhəmiyyət verilməlidir: konkret mal təklifinin kəmiyyətcə qiymətləndirilməsi; təklifin strukturu; mal çeşidi strukturunun dəyişilməsi; yeni malların əhəmiyyəti; onların texniki-iqtisadi xarakteristikası; müxtəlif modelli və fasonlu malların qiymət səviyyəsi. Daha iri malgöndərən firmaların bazarda payı, onların istehsal imkanlarının qiymətləndirilməsi; müvafiq mallar üzrə dünya təsərrüfatının və dünya bazarının inkişaf meylləri nəzərə alınmaqla, təklifin inkişaf perspektivlərinin qiymətləndirilməsi və s. bazarın tədqiqi prosesində tələb və təklifi qiymətləndirərkən firmalar ümumiyyətlə bir çox iqtisadi , siyasi, valyuta- maliyyə amillərinin dəqiq öyrənilməsinə də çalışmalıdırlar.
Bazarı tədqiq edərkən istehlakçıların konkret mallar qarşısında qoyduğu tələblərin xarakteri və xüsusiyyətləri də nəzərdən qaçmamalıdır. Bu tələblər əsasən aşağıdakılarla xarakterizə olunur: məmulatın yeniliyi və yüksək texniki səviyyəsi; onun işlənib hazırlanmasının yüksək keyfiyyəti və istismarı prosesində fasiləsizliyi; satışdan sonrakı dövrdə göstərilən texniki xidmətlərin səviyyəsi; məmulatın qiymətinin əlverişliliyi və onun istifadəsi prosesində faydalılığı.
Bazarın inkişaf perspektivi də hökmən təhlil olunmalıdır. Burada yuxarıda qeyd edilən xüsusi amillərlə yanaşı , ümumi mühit, ümumi amillər də mühüm rol oynayır. Bu mühitə bazarın konyukturu gedişatının dəyişməsini daim müşahidə etmək, o cümlədən mal( məhsul) buraxan və istehlak edən istehsal sahələri silsiləsinin (dövrünün) hansı mərhələdə olduğunu müəyyənləşdirmək, həmçinin bazar qiymətlərinin, xüsusi və dövlət ticarət şəbəkəsində, hökümət anbarlarında ehtiyatların enib-qalxmasını daim diqqət mərkəzində saxlamaq lazımdır.
Bazarın vəziyyətinə ticarət formalarının və metodlarının təsiri də nəzərə alınmalıdır. Bunların öyrənilməsi sahəvi bazarda, yaxud dünya bazarında satıcı və alıcı sifətində çıxış edən firmaların fəaliyyətinin təhlili və qiymətləndirilməsi üçün olduqca böyük əhəmiyyəti vardır. Ticarət formalarının və metodlarını təhlil edərkən aşağıdakı fəaliyyət sahələrinin və ticarət vahidlərinin öyrənilməsinə xüsusi diqqət yetirilməlidir:
a) bu və ya digər konkret bazara mal göndərənlərə (öz ölkəsinin firma-istehsalçılarına);
b) xarici istehsalçı firmalar, yaxud onların qız şirkətləri (öz ölkəsinə yaxud digər ölkələrə məxsus olan ticarət-vasitəçi firmalar);
c) həmin bazarda rəqib kimi çıxış edən firmaların sayı, bazarda onların mövqeləri;
ç) potensial alıcılar və s.