Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Bynxlqticrt.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
755.2 Кб
Скачать

Beynəlxalq kommersiya işi

Fənn bakalavr pilləsi üçün

Mövzu 1: Beynəlxalq ticarət əməliyyatlarının iqtisadi mahiyyəti Plan:

  1. Giriş

  2. Beynəlxalq ticarətin sürətli inkişafı beynəlxalq iqtisadi münasibətlərin əsas cəhəti kimi

  3. Beynəlxalq ticarət kursunun predmeti və metodu

  4. Beynəlxalq ticarət əməliyyatlarının mahiyyəti

  5. Beynəlxalq ticarət kursunun digər fənlərlə vəhdəti

1. Giriş

Ticarət insan əməyi ilə bağlı iqtisadi fəaliyyət olub ən müxtəlif və çoxsahəli bir iqtisadi–sosial fəaliyyət sahəsi kimi bütün iqtisadi məkanlarda ayrıca götürülmüş bir məkanda( məmləkətdə) və onun daxili məhəllərində, bu məmləkətin xarici ölkələrlə beynəlxalq iqtisadi əlaqələrin realizə edilməsi ilə təşkil olunur və idarə edilir.

Beynəlxalq ticarət maddi dəyərlərin və xidmətlərin beynəlxalq məkanda mübadiləsinin çoxcəhətli iqtisadi–sosial və əməli məsələlərin həllini xarakterizə edir. Bununla bağlı beynəlxalq miqyasda mübadiləni başa çatdırıb tamamlamaq üçün bir-biri ilə qarşılıqlı əlaqədə olan aşağıdakı fəaliyyətləri həyata keçirir: gərəkli və faydalı alıcı, yaxud satıcı tapmaq, onunla sövdələşib mal maddi dəyərləri, onların miqdarı, keyfiyyəti, son qiymətlərini, göndərilməsini, müddətini və s. göstərmək şərti ilə müqavilə bağlamaq, həmin müqavilələrin qüvvədə qalan beynəlxalq hüquqi qanunların tələblərinə əməl olunması şərti ilə icrasını təmin edir.

2. Beynəlxalq ticarətin sürətli inkişafı beynəlxalq iqtisadi münasibətlərin əsas cəhəti kimi

Dünya iqtisadiyyatının inkişafının mühüm cəhətləri beynəlxalq ticarətin inkişafı ilə bağlıdır. Hər cür əmək məhsullarının mübadiləsi üzrə beynəlxalq ticarət əməliyyatları; elmi-texniki biliklərin, hər cür xidmətlərin , beynəlxalq-istehsal texniki əməkdaşlıq sazişlərinin realizasiyası, firmaların və digər strukturların , nazirliklərin, idarə və təşkilatların , habelə özəl inhisar birliklərin beynəlxalq ticarət əməkdaşlığı iqtisadi inkişafın reallaşmasını təmin edir. Hazırda Respublikamız 140- dan çox dünya ölkələri ilə beynəlxalq ticarət münasibətləri yaratmaqla öz iqtisadiyyatını genişləndirir.

3. Beynəlxalq ticarət kursunun predmeti və metodu

Beynəlxalq ticarət fəaliyyəti konkret məhsul növlərinə istiqamətləndirilir. Bu fəaliyyət onun nə vaxt həyata keçirilməsindən asılı olmayaraq, məhsulun istehsalı başlanğıcına qədər olan andan (sifarişlər verilən vaxtdan) , yaxud da məhsulun istehsalı tamamlandıqdan sonra başlana bilər.

Beynəlxalq ticarət işi dünya bazarında mübadilə əməliyyatlarının həyata keçirilməsi bağlı vəzifələrin (problemlərin) həllinin təmin edilməsi deməkdir. Bu eyni zamanda beynəlxalq praktikada yaranmış forma və metodlardan istifadə etməklə müxtəlif ölkələrin kontragentləri arasında fəaliyyətdir. Beləliklə, ticarət işinin məzmunu malların, xidmətlərin, elmi-texniki və istehsal əməkdaşlığının beynəlxalq ticarət əməliyyatları aparmaq yolu ilə beynəlxalq mübadilənin başa çatdırılmasıdır.

Göründüyü kimi beynəlxalq ticarət işinin predmeti dünya məkanında iqtisadi münasibətlərin həyata keçirilməsində beynəlxalq ticarətin iqtisadi qanunauyğunluqlarından irəli gələn nəzəri və praktiki cəhətlərin öyrəniləmsindən ibarətdir. Bununla əlaqədar olaraq beynəlxalq ticarət ümumi dünya məhsullarının tədavülü sahəsində beynəlxalq və məmləkətlərdaxili təşkilatların, firmaların (müəssisələrin) praktiki həyatında ticarət fəaliyyətini və ondan istifadə ediləməsinin konkret formalarını, habelə beynəlxalq tədavül dairəsi ilə bağlı olan və həmin dairədə baş verən iqtisadi-sosial münasibətləri öyrənir.

“Beynəlxalq ticarət işi” predmeti tədqiqatının öyrəniləməsinin spesifik cəhətləri ilə əlaqədar olaraq , onun mənimsənilməsinin ümumi və xüsusi metodları vardır. Bunun ümumi cəhəti digər elmlərdə və konkret fənlərdə olduğu kimi, dialektik metodun müddəalarının əsas kimi götürülməsidir. Həmin metodun konkret cəhətləri isə ticarət hadisələri və kateqoriyalarına qarşılıqlı tarixi və məntiqi əlaqədə baxılmasından, bu sahədə baş verən kəmiyyət və keyfiyyət dəyişiliklərinin öyrənilməsindən ibarətdir. Beynəlxalq ticarət işini öyrənərkən aparılan sistemli təhlilin nəticələri inandırıcı surətdə göstərir ki, ayırıca götürülmüş hər hansı bir hadisəni ictimai–iqtisadi hadisələrin məcmusundan kənarda nəzərdən keçirmək, öyrənmək çətin işidir.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]