Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Dinlərlə tanışlıq.doc
Скачиваний:
3
Добавлен:
01.05.2025
Размер:
3.71 Mб
Скачать

İnsanlara məhəbbət

Məsihi mənbələrində istər dost, istər düşmən olsun, bütün insanlarla məhəbbətlə rəftar etmək çox tövsiyə olunmuşdur. O cümlədən: «Amma mənim sözümü eşidənlərə deyirəm ki, öz düşmənlərinizə məhəbbət edin. Sizə nifrət edənlərə yaxşılıq edin. Sizə söyüş söyənlərə xeyir-dua edin. Sizinlə bəd rəftar edənləri dua edin. Bir kəs sənin üzünə sillə vursa, o biri üzünü də ona tərəf çevir. Bir kəs sənin libasını aparsa, qoy köynəyini də aparsın. Səndən bir şey istəyən hər kəsə bəxşiş et və sənin malını aparsalar, onu geri tələb etmə. Başqalarının sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Əgər yalnız sizi sevənləri sevsəniz, sizin üçün nə iftixar olar? Hətta xətakarlar da onları sevənləri sevirlər...»3

Başqa bir yerdə oxuyuruq: «Eşitmisinizmi ki, belə deyir: “Göz göz müqabilində, diş diş müqabilində.” Amma mən sizə deyirəm ki, sizə pislik edən şəxsə pislik etməyin. Əgər bir şəxs sənin sağ üzünə sillə vursa, sol üzünü ona tərəf çevir, əgər bir kəs sənin köynəyini almaq üçün məhkəməyə aparsa, pencəyini də ona bağışla. Hərgah bir şəxs səni bir mil məsafəyə getməyə məcbur etsə, sən onunla iki mil get».4

Amma İslam dinində hər bir şeyin me’yarı Allah olduğuna görə dostluq və məhəbbət, kin-küdurət və düşmənçilik də Allah mehvərində dövr etməlidir. Yə’ni, mö’minlər Allahın düşmənləri ilə düşmən, dostları ilə dostluq etməlidirlər. Həmçinin mö’minlərin və Allah dostlarının içində pisliyə pisliklə cavab verilməz, əksinə pisliyə yaxşılıqla cavab verirlər.1

Digər tərəfdən də ictimai əmin-amanlığın bərqərar olunması, xətakarların və inadkar insanların mö’minlərin məhəbbətli davranışlarından sui-istifadə etmələrinin qarşısını almaq üçün qisas hökmü də qoyulmuşdur və İncildə qeyd olunan tə’birlərə hökm verilmişdir.2

Riyakarliqdan uzaq olmaq

İncilin tə’limlərində riyakarlıq və zahiri cilvələrə qarşı geniş mübarizə aparılmışdır. İsa (ə) başqalarını həmişə mehribanlığa, yumşaq davranmağa də’vət etdiyi halda, Ferisim mollalarını riyakarlıqlarına görə şiddətlə məzəmmət etmişdir: «Vay olsun sizə ey riyakar mollalar və ferisilər! Siz asimani padşahlığın qapılarını camaatın üzünü bağlayırsınız, özünüz daxil olmursunuz, başqalarının da oraya daxil olmasının qarşısını alırsınız. Vay olsun sizə, ey riyakar mollalar və ferisilər! Siz dul qadınların mallarını yeyirsiniz, yalnız riyakarlıq məqsədi ilə öz namazlarınızı uzadırsınız. Buna görə də siz ən şiddətli cəzalara düçar olacaqsınız... Vay olsun sizə, ey riyakar mollalar və ferisilər! Siz nanə, şüyüd və zirədən onda bir (vergi) verirsiniz. Amma ədalət, rəhmət və sədaqət olan ən mühüm şəriət hökmlərini görməməzliyə vurursunuz. Siz bunları görməlisiniz və eyni zamanda sair hökmlərdən qafil olmamalısınız... Vay olsun sizə, ey riyakar mollalar və ferisilər! Siz piyalənin və boşqabın kənarlarını təmizləyirsiniz, halbuki onun içi zülm və cinayətlərlə doludur.3

Suallar

1. Qur’ani-Kərim həzrət İsa (ə) üçün hansı sifətləri zikr edir?

2. Qur’ani-Kərim məsihiləri necə təqdim edir?

3. Asimani mələkut nədir?

4. Asimani mələkuta rəğbətli olanlar hansı sifətlərə malik olmalıdırlar?

5. Məsihilərin müqəddəs kitabı camaata məhəbbət barəsində hansı tövsiyələri edir?

6. Qur’anın məhəbbət barəsindəki nəzəri necədir?

7. Həzrət İsa (ə) riyakarlarla necə rəftar edib davranırdı?

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]