- •Seyid əhməd mahmudi
- •Müqəddimə
- •Birinci dərs
- •2. Dinin əsas dayaqları nədən ibarətdir?
- •Suallar
- •İkinci dərs dinə meylin səbəb və motivləri (1)
- •1. İnsan dinə, məzhəbə və Allaha e`tiqad bəsləməyə necə meyl göstərmişdir?
- •2. İnsanların dinə yönəlməsində cəhalət, qorxu və ictimai-əxlaqi ehtiyaclar nə kimi tə`sir göstərmişdir?
- •1. Cəhalət nəzəriyyəsi:
- •2. Qorxu nəzəriyyəsi:
- •3. Əxlaqi və ictimai ehtiyaclar nəzəriyyəsi:
- •Sual və tapşiriqlar
- •Dinə meylin səbəb və motivləri (2)
- •1. İqtisadi amillərin və cinsi ehtiyacların dinin formalaşmasında nə kimi rolu olmuşdur?
- •2. Bəxt və taleyə inamın dinə yönəlmənin səbəblərindən biri hesab etmək olarmı?
- •3. Dinə yönəlmənin əsas amilləri hansılardır?
- •4. Iqtisadi amil nəzəriyyəsi:
- •5. Cinsi nəzəriyyə: (freydizm)
- •6. Bəxt nəzəriyyəsi:
- •Sual və tapşiriqlar
- •İbtidai dinlər (1) fetişizm və animizm
- •1.Fetişizm;
- •2.Animizm;
- •3.Totemizm.
- •1. Fetişizm
- •2. Animizm
- •Animizm ilə fetişizmin fərqi
- •Ərəbistan yarimadasinda animizm
- •Sual və tapşiriqlar
- •Beşinci dərs
- •İbtidai dinlər (2)
- •3. Totemizm
- •Totemizmin əsas prinsipləri
- •V) Tabu: (Taboo)
- •Qədim və müasir totemlər
- •2. Manaya e’tiqad
- •3. Sehr və cadu
- •4. Tabuya e’tiqad
- •5. Təmizlənmə və paklandirma
- •6. Diri zənn etmə
- •7. Təbiətə sitayiş
- •8. Qurbanliq
- •9. Ölülərə hörmət qoyulmasi
- •10. Insan, təbiət və varliq ruhunun vəhdəti
- •11. Varliq aləminin mənşəyinə qovuşmaq meyli
- •12. Eşq və sitayiş
- •13. Əbədiyyətə e`tiqad
- •14. Ixtiyar və seçki
- •Sual və tapşiriqlar
- •Mütaliə üçün bir ibtidai cəmiyyətin tədqiqi
- •Yeddinci dərs
- •Veda dini (1)
- •Veda ayininin tarixi
- •Veda mə`budlari
- •1. Çoxallahlıq:
- •2. Kollektiv mə`budlar;
- •3. Monoteizm.
- •Sual və tapşiriqlar
- •Səkkizinci dərs
- •Veda ayini (2) müqəddəs kitablar - veda
- •1. Riqveda:
- •İstər çox güclü qərb fatehləri olsun və istərsə də şərqin müzəffərləri!
- •İndra xilas etməkdə güclü və kömək etməkdə bağışlayandır!
- •2. Yacurveda:
- •3. Samaveda:
- •4. Asarvaveda:
- •Sual və tapşiriqlar
- •Doqquzuncu dərs brahman ayini (1)
- •Veda ayinindəki dəyişikliklər
- •İdeoloji dəyişikliklər
- •1. Brahmana e`tiqad:
- •5. Mukşa (nicat yolu)
- •Sual və tapşiriqlar
- •3. Müqəddəs kitablar
- •Sual və tapşiriqlar
- •Caynizm ayininin banisi
- •Mə`buda e`tiqad
- •Civa və aciva
- •Karma və samsara
- •Əxlaq və rəftar prinsipləri (normalari)
- •Polemika və tədqiqat
- •Buddizm (1) budda
- •Suallar
- •Buddizm (2)
- •Karma və samsara
- •Müqəddəs kitablari
- •Həyatin dörd məqsədi
- •Nicat yollari
- •Mə`budlarin həyat yoldaşlari
- •2. Ibadət və pərəstiş
- •4. Qanqa çayi
- •5. Brahman
- •Polemika və tədqiqat
- •İyirmi üçüncü dərs siqh ayini (1)
- •Siqh ayinini formalaşdiran zəminlər
- •Nanakin təbliğat metodu
- •2. Allahi zikr etmək
- •Sual və tapşiriqlar
- •İyirmi dördüncü dərs siqh ayini (2)
- •1. Tovhid:
- •3. Insan və dünya
- •4. Ibadət
- •5. Qrant
- •Sual və tapşiriqlar
- •İyirmi beşinci dərs tao ayini (1)
- •Tao ayinin kökləri
- •B) taoizmdə sehrkarliq
- •C) taoizmin dini yönləri
- •Suallar
- •İyirmi yeddinci dərs konfusion ayini
- •Konfusion barəsində
- •Konfusion ayininin əsas mənbələri
- •Konfusion ayininin formalaşma zəmini
- •Konfusion əxlaqi
- •Konfusion ayininin əqidələri
- •Sual və tapşiriqlar
- •İyirmi doqquzuncu dərs şinto ayini
- •Şintonun mə`nasi
- •Əsaslari və e`tiqadlari
- •Dini dəyişikliklər
- •Dini ayin və mərasimlər
- •Sual və tapşiriqlar
- •Otuzuncu dərs zərdüştilik (1) müqəddimə
- •Zərdüştiliyin tarixçəsi
- •Muğan dini
- •Mehrpərəstlik, yaxud mitraizim
- •Sual və tapşiriqlar
- •Otuz birinci dərs zərdüştilik (2)
- •Peyğəmbərliyə seçilmə
- •Sual və tapşiriqlar
- •Otuz ikinci dərs zərdüştiliyin əqidələri
- •1. Tövhid, yoxsa ikilik?
- •2. Dominu:
- •3. Axirət:
- •Sual və tapşiriqlar
- •Otuz üçüncü dərs avesta
- •İkinci hissə: «Vistert»
- •Suallar
- •Otuz dördüncü dərs zərdüştiliyin dini ayinləri
- •1. Odun müqəddəs sanılması:
- •6. Ölülərin dəfn mərasimi:
- •1. Sənəviyyani Məzdai:
- •2. Məsxiyyə:
- •3. Zərvaniyyə:
- •2. Yeni dinlər
- •1. Manvi ayini:
- •2. Məzdəki ayini:
- •3. Məsihilik:
- •4. İslam dini:
- •3. Siaysi dəyişikliklər
- •Suallar
- •Otuz altinci dərs bəni-israil qövmü
- •Sual və tapşiriqlar
- •Otuz yeddinci dərs həzrət musa (ə) təvəllüdü və uşaqliq illəri
- •Cavanliği və ailə qurmasi
- •Peyğəmbərliyə çatmasi
- •Suallar
- •Otuz səkkizinci dərs
- •İman gətirib imanlarını zülmlə qarışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!
- •Seçilmiş qövm
- •Suallar
- •Qirxinci dərs yəhudi ayinləri və ixtilaflari
- •Şənbə günü mərasimi
- •Bayramlar
- •Yəhudi əxlaqi
- •Sual və tapşiriqlar
- •Qirx birinci dərs tövrat
- •Sual və tapşiriqlar
- •Qirx ikinci dərs təlmud
- •Təlmudun yazilmasi
- •Təlmud tə’limlərindən bə’zi nümunələr
- •Sual və tapşiriqlar
- •Qirx üçüncü dərs yəhudi firqələri
- •1. Fərisyun
- •2. Səduqiyyun
- •3. Samiriyyun
- •4. Isiniyyun
- •5. Qurravun, yaxud ənaniyyun
- •Sual və tapşiriqlar
- •Qirx dördüncü dərs sionizm
- •Sionizm necə yaranmişdir?
- •Sionist tərzi-təfəkkürü
- •Sabe kəlməsinin lüğət mə’nasi
- •Dini əsaslari
- •Müqəddəs kitablari
- •Firqələr
- •Ayinlər və hökmlər
- •Suallar və tapşiriqlar
- •Qirx altinci dərs məsihilik müqəddimə
- •İsanin (ə) zühur etdiyi əsr
- •Suallar
- •Qirx yeddinci dərs
- •Qur’an nöqteyi-nəzərindən həzrət məryəm (ə)
- •Qur’an nöqteyi-nəzərindən həzrət isa (ə)
- •İncil nöqteyi-nəzərindən həzrət isa (ə)
- •Pulsun ifa etdiyi rol
- •Məsihi mənbələrində tövhid və təslis
- •Tənqidlər və mülahizələr
- •Üçüncü mehvər həzrət məsihin mühakiməsi
- •Suallar
- •Əlli birinci dərs məsihiliyin əxlaqi
- •Asimani mələkut üçün hazirliq
- •İnsanlara məhəbbət
- •Riyakarliqdan uzaq olmaq
- •Suallar
- •Əlli ikinci dərs məsihiliyin dini qayda-qanunlari və mərasimləri
- •2. Qüvvəyə mindirmə:(Tənfiz)
- •3. Tövbə mərasimi:
- •4. Rəbbani gecə:
- •5. Tədhin: (yağ sürtmə).
- •6. İzdivac:
- •7. Vürud ayini:
- •Suallar
- •1. Mətta İncili:
- •2. Marqos İncili:
- •3. Luka İncili:
- •4. Yuhənna İncili:
- •5. Rəsulların əməlləri:
- •Suallar
- •Rahiblik (tərki dünyaliq) müqəddimə
- •Tarixçəsi
- •Qərbdə rahiblik
- •Suallar
- •Əlli beşinci dərs məsihi məzhəbləri (1)
- •Məsihilikdə məzhəb və firqələrin yaranma səbəbləri
- •Ortodoks (orthodox)
- •Protestant (protestant)
- •Sual və tapşiriqlar
- •Əlli yeddinci dərs məsihi firqələri (1)
- •Protestant firqələri
- •1. Kalunistlər
- •2. Anaba petistlər
- •3. Nankonfurmistlər
- •4. Piveritenlər
- •5. Kəvikirlər
- •6. Pitistlər
- •Nurmunlar
- •Yəhüvəh (şahidlər)
- •Sual və tapşiriqlar
2. Ibadət və pərəstiş
Hinduizmdə ibadət və pərəstiş üç yolla yerinə yetirilir:
1. Fərdi;
2. Ailəvi;
3. İctimai.
Fərdi ibadət adətən hindus şəxsin zərurət və ehtiyac olan hallarda evdə və ya mə`bəddə, yaxud da nəzərdə tutduğu tanrının sitayiş olunduğu yerə getməklə yalvarış və ahu-zarla ibadət rituallarını yerinə yetirilməsi formasında olur.
Ailəvi ibadət mərasimi ailənin bütün üzvlərinin iştirakı və üzvlərdən birinin və yaxud də`vət olunmuş brahmanın rəhbərliyi ilə ailənin mə’budu sayılan heykəl, təsvir və ya hər hansı digər bir əlamət qarşısında yerinə yetirilir.
İctimai ibadətlər də xüsusi vaxtlarda bütün camaatın iştirakı, eləcə də brahmanların rəhbərliyi və yol göstərməsi ilə şəhərin, kəndin, yaxud məhəllənin mə’bədində yerinə yetirilir.
3. MƏ`BƏDLƏR
Hindistanda çoxlu mə’bəd və ziyarətgahlar var. Bunun səbəbi əslində hinduizm e`tiqadlarında saysız-hesabsız mə’budların olması və ilahi təzahürlərin çoxluğudur. Varlıq aləminin təzahürlərindən hər birinin xüsusi bir mə’budu olduğu halda təbiidir ki, bütün təbiət aləmində və insan cəmiyyətində saysız-hesabsız mə’budların şahidi olacağıq. Hindistanda əvvəllər dua, ibadət mərasiminin yerinə yetirilməsi üçün tikilən və hindusların dini mərasimləri üçün toplantı yeri olan mə’bədlərdən əlavə, camaatın e’tiqadına əsasən mə’budların təcəlli və zühur yeri, yaxud onlardan birinin diqqət yetirdiyi məkan olan çoxsaylı ziyarətgahlar da vardır. Bu ziyarətgahlar şəhərin, kəndin, dağların içində, çeşmələrin kənarında, çayların sahilində, çöldə, səhrada və bir sözlə hər bir yerdə tikilə bilər. Əgər bir şəxs “ - Bu ziyarətgahlar nədir?” deyə soruşarsa, güman ki, ona “ - Mə’budlardan hansı birisə xüsusi bir zamanda və xüsusi bir məqsədlə burada təcəlli etmiş”, yaxud “ - Bu yerdə onun hansısa bir mö’cüzə və ya kəraməti olmuşdur” deyə cavab veriləcəkdir. Hindus tarixi əfsanələrində çayın burulduğu hər bir yer, hər bir dağın zirvə və qabarıqlığına aid hekayə var və bu hekayənin məzmunu orada Şiva və Şaktinin zahir olması, yaxud Rama ya Krişnanın mö`cüzə, kəramət göstərməsindən ibarətdir. Mö’min və e’tiqadlı hindusların nəzərində saleh əməllərdən və bəyənilən ibadətlərdən biri də çayın mənbəyindən sağ tərəfin kənarında su ilə eyni axarda hərəkət edərək bu işi çayın dənizə qovuşduğu yerə qədər davam etməkdir. Daha sonra həmin yolu çayın sol tərəfindən geri qayıdaraq bu əməli ibadət və dərgaha yaxınlaşmaq məqsədi ilə yerinə yetirsinlər. Yol boyunca hər hansı bir mə’bədlə qarşılaşsalar dayanıb orada zikr-dua etməli, müqəddəs kitabları oxuyub özləri üçün savab ehtiyatı toplamalıdırlar. Eyni zamanda, ziyarətgahlardan bə’ziləri hinduslar üçün xüsusi e`timada layiqdirlər. Belə ki, ehtiyacı olan insanlar hər il ziyarət məqsədi ilə uzaq-yaxın şəhərlərdən oraya axışırlar. Əlbəttə, yol boyu bir çox ziyarətgahlara da baş çəkib ibadət edirlər. Qeyd etmək lazımdır ki, bu ibadətgahların heç də hamısında ibadət etmək hinduslara müyəssər olmur.
4. Qanqa çayi
Qanq çayı hindusların e’tiqadına görə Şiva, Rama, Krişna, yaxud hər hansı hindus mə’budlarından birinin zühur və təcəlli yeri sayılan çaylardan daha müqəddəs və əhəmiyyətlidir. Hindusların dini əfsanələrində nəql olunur ki, “ana” da adlandırılan Qanqa çayı səmada Vişnunun ayağından qaynaqlanmışdır. Sonra Şivanın başının ortasına enmiş, onun saçlarından axmış və başdan-başa Hindistan torpaqlarına yayılmışdır. Bu çay Himalay dağları arasında, hindusların ən mühüm ibadət mərkəzlərindən sayılan Hardvar adlı yerdən qaynaqlanır. Mö’min, xəstə və ehtiyacı olanların öz diləklərini diləmələri, xəstəlikdən şəfa tapmaları və günahlardan təmizlənmələri üçün özlərini çayın suyu ilə yumaları məqsədilə bu yerdə, çayın hər iki sahilində yüzlərlə hamam tikilmişdir.
Cəmna və Qanqa çaylarının qovuşduğu yer də hindusların müqəddəs məkanlarından sayılır. Bu məkanda bir zaman hinduslar üçün müqəddəs sayılmış, indi isə qurumuş Səlsuti çayı da Cəmna və Qanqa birləsirdi. Çayların qovuşduğu bu yerdə hal-hazırda tarixi Allahabad şəhəri salınmışdır və bu yer hər il milyonlarla hindus ziyarətçini qoynuna alır. Onlar Məla adlanan böyük toplantıda bir yerə yığışaraq dini ibadət və ayinləri birlikdə yerinə yetirirlər. Qanqa çayının Benqal körfəzindəki qolu digər mühüm və müqəddəs məkanlardan sayılır. Bu çayın deltasında yerləşən Suqur adası da hər ilin ilk günündə minlərlə hindusun qüsl, ziyarət və ibadət əməllərinin yerinə yetirdiyi məkanlara çevrilir. Qanqa çayının sahilində yerləşən Benares şəhəri də hindusların müqəddəs məkanlarındandır və hər il saysız-hesabsız ziyarətçi Qanqa çayında qüsl etmək məqsədi ilə Hindistanın hər bir yerindən ora tələsirlər. Hinduslar inanırlar ki, bu məkanda qüsl etmək onları bütün günahlardan təmizləyir. Buna görə də, çayın sahilində zəvvarların qüsl verməsi üçün “qat” adlanan çoxsaylı yerlər inşa olunmuşdur. Hinduslar ziyarət mövsümündə Qanqa çayının sahilində vəfat edənlərə, xüsusilə də ölüm anında ayaqları suda olana daha çox səadət və xoşbəxtliyin nəsib olduğuna inanırlar. Onların e’tiqadına görə belə bir şəxsin ruhu asimana gedir və Şivanın qonşuluğunda əbədi şadlıqda həyat sürür.
