Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Dinlərlə tanışlıq.doc
Скачиваний:
7
Добавлен:
01.05.2025
Размер:
3.71 Mб
Скачать

Suallar

1. Müsəlmanların İsa (ə)-a iman gətirmələrini nəzərə alaraq, onları məsihi adlandırmaq olarmı?

2. Qur’an nöqteyi-nəzərindən Tövrat necə yazılmışdır?

3. Romalıların Fələstində hökmranlığının bu diyarda nə kimi tə’sirləri oldu?

4. Həzrət İsa (ə) hansı şəraitdə peyğəmbərliyə seçildi?

Qirx yeddinci dərs

HƏZRƏT İSA (Ə) VƏ MƏRYƏM

Bu dərs Qur’ani-Kərimin və İncilin həzrət İsa (ə) və onun anası həzrət Məryəm (ə) haqda buyurduqlarına, eləcə də o iki böyük şəxsiyyətin təvəllüd və be’sətinə həsr edilmişdir.

Qur’an nöqteyi-nəzərindən həzrət məryəm (ə)

Qur’ani-kərim Məryəmin anası və İmranın həyat yoldaşının nəzr əhvalatını belə bəyan edir: İmranın həyat yoldaşı Məryəmə hamilə olduğu zaman nəzr etmişdi ki, oğul dünyaya gətirərsə onu Allah dininə xidmətçi vəqf etsin».

«(Ya Məhəmməd!) İmranın zövcəsinin (Hənnənin): «Ey Rəbbim, bətnimdəkini Sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et! Əlbəttə, Sən eşidən və bilənsən!» - dediyini xatırla.»1

Amma övladını dünyaya gətirəndən sonra onun qız olduğunu gördü, kədərləndi; həsrətlə öz nəzrinin yerinə yetirilməsində nakam qaldığını güman edib Allahla belə razi-niyaz etdi:

«Onu (bətnindəkini) doğduğu zaman: «Ey Rəbbim! Mən qız doğdum», - söylədi. Halbuki Allah onun nə doğduğunu və oğlanın qız kimi olmadığını yaxşı bilirdi. Hənnə: «Mən onun adını Məryəm qoydum, Məryəmi və onun nəslini məl’un (daşqalaq olunmuş) Şeytandan (Şeytanın şərindən) Sənə tapşırıram» - dedi.».2

Beləliklə, aydın olur ki, Allah-taala Məryəmi ilk əvvəldən Öz diqqətində saxlamış və seçilmiş bir qadın kimi Öz mərhəmətinə layiq görmüşdü. Çünki, qeyd olunan ayələrin davamında Məryəm üçün gözəl tə’lim-tərbiyə və inkişaf nəzərdə tutulmuşdur.

«Belə olduqda, Rəbbi Məryəmi yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə Məryəmi ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. (Zəkəriyya): «Ya Məryəm, bunlar sənin üçün haradandır?» - dedikdə, o,: «Allah tərəfindəndir!» - deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!»3

Qur’ani-kərim nöqteyi-nəzərindən həzrət Məryəm xüsusi nəzarət altında və ilahi mərhəmət sayəsində inkişaf edib, Allah tərəfindən onun üçün göndərilən behişt ne’mətlərindən bəhrələnmiş, öz Rəbbinə ibadət etməklə ruhi-mə’nəvi yüksəlişə çatmış və pakizə olmuşdur. O, Allahın seçilmiş bəndəsi olsun deyə, Zəkəriyya kimi ilahi peyğəmbərin nəzarəti altında böyümüşdü. Çünki o, gələcəkdə həm özü Allah nişanələrindən biri olacaq, həm də ən böyük ilahi şəxsiyyətlərdən birini, yə’ni, həzrət İsanı dünyaya gətirəcəkdi. Məhz buna görə də Allah-taala Qur’ani-kərimdə həzrət Məryəm barəsində belə buyurur:

«(Ya Məhəmməd!) Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: «Ya Məryəm, həqiqətən Allah səni seçmiş, (eyblərdən) təmizləmiş, (cəmi) aləmlərin qadınlarından üstün tutmuşdur.»1

Başqa bir yerdə buyurulur:

«Məryəm oğulu (İsanı) və (bakirə) anasını (qüdrətimizdən yaranmış) bir mö’cüzə etik».2

Qur’an nöqteyi-nəzərindən həzrət isa (ə)

Qur’ani-Kərimdə həzrət Məryəmin, ilahi ruhun üfürülməsi nəticəsində İsaya hamilə olması və İsanın təvəllüdünün necəliyi barədə bir neçə ayə nazil olmuşdur. O cümlədən, “Məryəm” surəsində buyurulur ki, Məryəm öz qohum-əqrəbasından ayrılıb şəhərdən çıxaraq şərq istiqamətində bir nöqtəyə getdiyi zaman Ruhul-qudus bəşər sifətində onun yanında zahir oldu. Pak bir qadın olan Məryəm əvvəlcə ondan qorxub Allaha pənah apardı. Ruhul-qudus dedi ki, mən Allahın göndərdiyi şəxsəm; gəlmişəm ki, sənə pak bir övlad əta edəm. Məryəm soruşdu ki, heç bir kişi ilə təmasda olmadığım və özüm də iffətli bir qadın olduğum halda, oğlan uşağına sahib olmağım necə mümkündür? Cavab verildi ki, bu iş hökmən olacaq və Allah üçün bu iş çox asandır. Biz istəyirik ki, onu camaat üçün ilahi bir nişanə və öz tərəfimizdən rəhmət qərar verək. Nəhayət həzrət Məryəm İsaya hamilə oldu; təvəllüdü yaxınlaşdığı zaman ailəsindən uzaqlaşıb bir ağacın altına getdi və övladını dünyaya gətirdi. İsa (ə) doğulduğu anlarda doğuşun ağrısından qıvrılan anasına toxtaqlıq verib deyir ki, Allahın sənin ayaqların altında bir çeşmə qaynatmışdır; quru xurma ağacını tərpət ki, sənin üçün təzə tər xurma tökülsün. Xurmadan ye və bulağın suyundan iç və öz gözünü (övladına görə) aydın et.3

Allah-taala Qur’ani-kərimdə İsanı Allahın bəndəsi hesab edir. Onu ilahi ayə və nişanə hesab edərək4 bildirir ki, İsa dünyada və axirətdə böyük məqam sahibidir; ilahi dərgaha yaxın olanlardandır.5 Allah-taala onu Bəni-İsrailin sui-qəsdindən və hiylə və məkrindən amanda saxlamışdır.6

Həzrət İsa (ə) uşaqlıq çağlarının əvvəlindən peyğəmbərliyə seçilir. Həzrət Məryəm övladını götürüb şəhərə gətirmək istədiyi zaman Allah tərəfindən ona əmr olunur ki, sükut etmək orucu tutsun və camaatla danışmasın. Ondan bir şey soruşulduqda həzrət İsanı göstərsin; cavab verməyi körpənin öhdəsinə qoysun. O, öz qövmünün yanına qayıtdığı zaman ondan, tə’nə vuraraq, atasız övladın necə dünyaya gəlməsini soruşduqda, İsanı göstərir və işarə ilə ondan cavab almalarını başa salır. Camaat deyir:

«...Beşikdə olan uşaqla necə danışaq?»1

Bu zaman həzrət İsa (ə) özü cavab verir:

«...Mən, həqiqətən Allahın quluyam. O mənə kitab (İncil) verdi, özümü də peyğəmbər etdi».2

Bütün ilahi peyğəmbərlər həmişə mö’cüzə və nişanələrlə peyğəmbərliyə seçildiyindən, Allah-taala İsa peyğəmbər barəsində buyurmuşdur ki, onun özünü və anasını ayət və nişanə qərar verdik. Ananın ailə qurmadan övlad sahibi olması, körpə yaşlarında övladın camaatla danışması ilahi mö’cüzələrdəndir. Bundan əlavə, Qur’ani-Kərimdə o həzrət üçün çoxlu mö’cüzələr də bəyan olunmuşdur:

«Sizin üçün palçıqdan quşa bənzər bir surət düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Anadangəlmə korları, cüzam xəstəliyinə tutlanları sağaldır və Allahın iznilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm.»3

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]