Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Dinlərlə tanışlıq.doc
Скачиваний:
1
Добавлен:
01.05.2025
Размер:
3.71 Mб
Скачать

DİNLƏRLƏ TANIŞLIQ

Seyid əhməd mahmudi

نام کتاب:.................................................. آشنایی با ادیان

مولف:.........................................سید احمد محمودی

مترجم:..................................... آقابالا مهدی اف

ناشر:.......................................... .شهریار

تاریخ چاپ:.............................1384

نوبت چاپ:..........................اول

تیراژ:....................2000

Kitabın adı:..............................Dinlərlə tanışlıq

Müəllif:.......................................Seyid Əhməd Mahmudi

Tərcümə edən:...................................Ağabala Mehdiyev

Naşir:...............................................................Şəhriyar

Çap növbəsi:.......................................................Birinci

Tiraj:.............................................................................2000

Çap tarixi:...................................................................2006

964-5934-62-1

Mündəricat

BİRİNCİ DƏRS 5

FETİŞİZM VƏ ANİMİZM 19

3. TOTEMİZM 24

İBTİDAİ DİNLƏRİN ORTAQ XÜSUSİYYƏTLƏRİ 29

VEDA DİNİNDƏ DƏYİŞİKLİKLƏR 57

TARİXÇƏSİ 62

ƏQİDƏ VƏ ƏXLAQ 67

ƏQİDƏLƏRİ 78

ƏXLAQ 83

AYİN VƏ MƏRASİMLƏR 88

FİRQƏLƏR 93

MƏQSƏDLƏR VƏ YOLLAR 99

ALTI MƏKTƏB 104

DİGƏR ƏQİDƏLƏR 114

FİRQƏLƏR 120

ƏQİDƏLƏRİ 128

KÖKLƏRİ VƏ FƏLSƏFƏSİ 133

ƏXLAQ VƏ DİN 137

KÖKLƏRİ 141

ƏSAS VƏ E`TİQADLARI 145

MUNİZM 267

Müqəddimə

İslamın əziz Peyğəmbəri (s) və mə’sum imamlar (Allahın salamı onlara olsun) Qur’anın elmi əsaslarını həyata keçirməklə cəmiyyətdə müqəddəs İslam dininin inqilabi və parlaq mədəni təməlinin əsasını qoymuşlar. O əzizlər maariflərini həyatda yaşatmaq və onun yayılması, tə`limi naminə bu işin ağır yükünü çiyinlərinə çəkməyə qüdrəti olanlardan heç nəyini əsirgəməmək üçün şəriətşünas, təmiz alimlər tərbiyə etmişlər.

Müasir dövrdə də istismarçı və zülmkarların ruhanilik, dini təhsil ocaqlarının kökünü kəsmək və ya onların inkişafına, yüksəlişinə mane olmaq, doğru yollarından sapdırmaq üçün göstərdikləri təzyiqlərə rəğmən bu müqəddəs qurum əvvəlkitək möhkəm iradə və alnıaçıqlıqla öz inkişaf və yüksəliş yolunu davam etdirir.

Bu qüdrətli elmi-dini mərkəz mövcud olduğu dövrdə müxtəlif nəsillərin ehtiyacını ödəmiş, bəşər tarixində dost və düşmənlərin sual və şübhələrinin aradan qaldırılmasına nail olmuşdur. Belə bir xüsusiyyəti isə o, daha çox mülayimlik, açıqlıq və novatorluq nümayiş etdirdiyi dövrdə kəsb etmişdir.

Bu gün uğurlu dini-elmi məktəblər aşağıdakı xüsusiyyətlərinə görə qiymətləndirilirlər:

1 .İslam elm-maarifinin bütün sahələrinə diqqət yetirmək, bu sahələrin hər birində yorulmadan araşdırma aparmaq və davamlı sə`y göstərmək;

2. Günün tələbinə uyğun və elmi inkişaf, novatorluq xüsusiyyətlərilə dərin düşüncə və qiymətli İslam mirası ilə əlaqəsinin qorunub saxlanılmasını özündə birləşdirəcək şəkildə tədris və dərsliklərin hazırlanma metodlarının mütəmadi olaraq yenidən nəzərdən keçirilməsi;

3. Günümüzün problemləri ilə tanışlıq və Qur`anın elmi prinsiplərinə, möhkəm əqli əsaslara istinad etməklə şübhə və yeni yaranan ehtiyaclara zəmanənin tələbi ilə səsləşən və hətta onu da qabaqlayacaq bir səviyyədə cavab vermək məs`uliyyətini öhdəsinə götürmək.

Belə bir şəraitdə, ölkə xaricində Dini-Elmi Müəssisələr Təşkilatı görkəmli tədqiqatçı və alimlərin əsərlərindən faydalanmaqla hazırladığı və təhsil, tədris metodları, dərsliklərin işlənməsini əhatə edən yeni təhsil planında aşağıdakı məqamları nəzərə almışdır:

a.) Hər bir dərs saatı üçün nəzərdə tutulan proqrama əsasən hər bir dərsin təhsil məqamlarına riayət olunması;

b.) Tədris pillələrinin hər birində tələbələrin elmi səviyyəsinin gözlənilməsi;

s.) Bir semestrin dərslikləri arasında bağlılıq və mütənasibliyin gözlənilməsi, materialların keçilməsində yüklənmə və səthilikdən çəkinmək;

d.) Dərsliklərin hazırlanma prinsiplərinə riayət etməli.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]