Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
ponimanie_salafov_az.doc
Скачиваний:
1
Добавлен:
28.09.2019
Размер:
77.31 Кб
Скачать

Əd-dauatu sələfiyyə”

Məqalələri silsiləsindən

15-ci hissə

Dinin sələflərin fəhminə müfaviq olaraq anlanılmasının vacib olması

Birinci nəşr

Tərcümə

Əbu İmran əs-Sələfinindir

ər-Rəhman və ər-Rəhim olan Allahın adı ilə

Həmd yalnız aləmlərin Rəbbi olan Allaha məxsusdur, Allahın səlatı və səlamı peyğəmbərimiz Muhəmməd, onun ailəsi və sahabiləri üzərinə olsun!

Sonra isə:

İmam İbn Mənzur, Allah ona rəhmət etsin, sələf kəlməsini tərif edərək demişdir: “ “əs-Sələf”, “əs-salif”, “əs-səlfə” - əvvəlki tayfa”.1

Buna misal Uca Allahın firaun və onun ordusu haqqında dediyi: “(Firon əhli) Bizi qəzəbləndirdikdə onlardan intiqam alıb hamısını (suya) qərq etdik, və onları sonradan gələnlərə misal və ibrət dərsi etdik”2 – kəlamlarıdır.

Sələf kəlməsinin şərii mənasına gəldikdə isə, imam əs-Səffarini, Allah ona rəhmət etsin, demişdir: “Sələflərin yolu dedikdə, qəsd olunan peyğəmbərin sahabilərinin, onların saleh ardıcıllarının və haqlarında, ümmətimizin böyük imamları olduqları təsdiq olunmuş, dinimizin imamlarının yoluna tabelikdir”.3

Allahın rəsulu , onun sahabiləri və onların saleh ardıcılları, bizim ümmətimizin saleh sələfləridir. Quran və Sünnə anlayışında onların yoluna tabe olmaq vacibdir və bu yeganə olan doğru yoldur!

Günümüzdə, özləri haqda Quran və Sünnəyə tabe olan sünnə əhli olduqlarını bəyan edən bir çox müsəlman mövcuddur, lakin onlar, Quran və Sünnənin, hər kəsin istədiyi kimi və ya bacardıqı kimi başa düşülməsi deyil, məs sələflərin başa düşdüyü kimi başa düşülməsinin, vacib şərtlərdən olduqunu unutmuşlar. Bunu Allah və Onun rəsulu  tələb edirlər.

Uca Allah buyurmuşdur: “(İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)!4

İbn Əbi Ləylə demişdir: “İnsanlar üç qism idilər: birinci muhacirlər, onları təqib etmiş ixlas əhli və həmçininOnlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla”5deyən kimsələr. İnsanın bu qismdən olması daha yaxşıdır”.6

Uca Allah bu ayədə, sahabilərdən və onların yoluna tabe olmuş kimsələrdən razı olduqunu bildirmişdir və bu da müsəlmanların Allahın rizasını qazanmaq üçün bu yola tabe olmaqlarının vacib olmasına açıq-aydın bir dəlildir.

Uca Allah həmçinin buyurmuşdur: “Əgər onlar da siz inandığınız kimi (Allaha) inanarlarsa, şübhəsiz ki, doğru yolu taparlar”.7

İbn Abbas r.a) demişdir: “Burada sahabilər nəzərdə tutulur”.8

Bu ayədə, Uca Allah insanları sadəcə iman etməyə deyil, sahabilərin iman etdiklərinə və onların etdiyi tərzdə iman etməyə çağırır.

Uca Alah həmçinin buyurmuşdur: “Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir.9

İmam İbn Əbi Cəmra, Allah ona rəhmət etsin, demişdir: “Alimlər, bu ayədə söhbətin sahabilərdən və müsəlmanların birinci nəslindən getdiyini bildirmişlər”.10

Uca Allah bu ayədə tabe olunması vacib olan yoldan söz açaraq, peyğəmbərin  yolunu təqib olunması ilə kifayətlənməyərək, buraya sahabilərin yolunuda əlavə etmişdir.

Uca Allah həmçinin demişdir: “Mənə tərəf dönənlərin yolunu tut”.11

Şeyx İbn əl-Qeyyim, Allah ona rəhmət etsin, demişdir: “Peyğəmbərin s.a.v) hər bir sahibisi Allaha tərəf yönəlmiş bir kimsə idi, odur ki onların yoluna tabe olmaq vacibdir, çünki Allah onları doğru yola yönəltmişdir”.12 Əl-İrbad ibn Sariyədən rəvyət olunur ki, Allah rəsulu s.a.v) demişdir: “Şübhəsiz ki, aranızdan (uzun bir ömür) yaşayacaq olanlar bir çox ayrılıqlar görəcəklər. Mən sizə mənim sünnətimə və hidayətdə olan Rəşidi xəlifələrin sünnəsinə sarılmağını tövsiyə edirəm. Ona möhkəm sarılın, arxa dişlərinizlə ondan yapışın. Sonradan uydurulan işlərdən uzaq durun. Çünki sonradan uydurulan hər bir şey bir bidət, hər bir bidət isə zəlalətdir».13

Allahın rəsulu  bu hədisdə onun ümmətində baş verəcək böyük bir ixtilaf haqqında xəbər vermişdir və bu halda, nəcata uğramaq üçün nələr ediləcək haqda da xəbər vermişdir: peyğəmbərin  yolunu ən gözəl bilən, sahabilərdən olan rəşidi xəlifələrə tabe olmaq!

Həmçinin peyğəmbər  demişdir: “Mənim ümmətim yetmiş üç firqəyə bölünəcək. Onlardan yetmiş ikisi cəhənnəmdə, biri isə cənnətdədir”. Sahabilər: “Onlar kimdir?” deyə soruşduqda, o: “Onlar mənim və mənim sahabilərimin yoluna tabe olanlardır” 14 - cavabını vermişdir.

Bu hədisdədə Allah rəsulu  yetmiş üç firqədən yalnız birinin cəhənnəm odundan xilas olacaqını və onlarında sahabilərin yoluna tabe olanların olduqunu bildirmişdir.

Allah rəsulu  buyurmuşdur: “Ən xeyrli nəsl – mənim nəslimdir. Sonra isə onlardan sonra gələnlər, sonra isə onlardan sonra gələnlər”.15

İbn Məsud r.a) demişdir: “Həqiqətən Uca Allah Öz qullarının qəlblərinə baxdı və Muhəmmədin qəlbini ən xeyrli qəlb olaraq seçdi, sonra isə onu Özü üçün seçdi və Öz risaləsi ilə göndərdi! Muhəmmədin qəlbindən sonra isə, qullarının qəlblərinə baxdı və onun sahabilərinin, qulların arasında ən xeyrli qəlblərin sahib olduqlarını gördü və onları Öz peyğəmbərinin köməkçiləri etdi!”16

İmam əş-Şabi demişdir: “Sənə sahabilərdən rəvayət olunanı gəbul et, şəxsi rəyə əsaslanaraq rəvayət olunanın üzərinə isə işə!”.17

Səid ibn Cubeyr, Allah ona rəhmət etsin, demişdir: “Bədr döyüşündə iştirak edən sahabilərə məlum olmayan bir şey, dindən deyil”.18

İmam əl-Əuzai, Allah ona rəhmət etsin, demişdir: “Muhəmmədin s.a.v sahabilərindən rəvayət olunan hər bir şey – elmdir, onların heç olmasa birindən belə rəvayət olmayan bir şey elm sayılmaz”.19

Şeyx İbn əl-Qeyyim, Allah ona rəhmət etsin, demişdir: “Sahabinin sözünün qəbul olunmasının vacib olmasını İslamın bütün imamları demişlər”.20

Saleh ibn Keysan, Allah ona rəhmət etsin, rəvayət edir: “Mən əz-Zuhri ilə birlikdə elm tələb etdim və biz belə deyərdik: “Sünnəni qeyd edəcəyik” və biz peyğəmbərdən rəvayət olunan hər bir şeyi qeyd etdik. Sonra o dedi: “Sahabilərdən rəvayət olunanı da qeyd edəcəyik, çünki bu da sünnəyə aiddir!” Mən dedim: “Bu sünnə deyil və biz bunu qeyd etməyəciyik!” Lakin əz-Zuhri onu qeyd edərdi, mən isə etməzdim. Ona görə də əz-Zuhri elmdə müvəffəqiyytli oldu, mən isə olmadım”.21

Sələflərin Quran və Sünnəni anlamaqda kömək olduqlarına gəldikdə isə, bu haqda bir çox misal gətirmək olar. Urva ibn az-Zubeyr, Allah ona rəhmət etsin, rəvayət edir ki: Bir dəfə mən Ayşədən “(Ey möminlər!) Həqiqətən, Səfa və Mərva Allahın əlamətlərindəndir (ibadət nişanələrindəndir). Evi (Kəbəni) həcc və ya ümrə yolu ilə (qaydası ilə) ziyarət edən şəxsin bunları təvaf etməsində (ətrafına dolanmasında) heç bir günah yoxdur”22ayəsi haqda “Sən bu ayə haqda nə deyirsən? Mən bu iki təpə arasında dolanmamaqda bir problem görmürəm” deyə soruşdum. Ayşə dedi: “Xeyr! Əgər elə olsaydı, onda: “Onların arasından dolanmayan günah etmiş olmaz” – deyilərdi. Bu ayə ənsarlar haqda nazil olmuşdur. Onlar cahiliyyə dövründə həcc ziyarətini Manat adlı bütün yanından başlayardılar. İslam gəldikdən sonra isə onlar Səfa və Mərva təpələri arasından dolanmaqdan çekinirdilər. Onlar nə edəcəklərini bilmədilər və bu haqda peyğəmbərdən soruşdular və sonrada bu ayə nazil oldu”.23

Urvanın ən xeyrli təbiinlərdən olduquna və Mədinənin ən məşhur fəqihlərdən olduquna baxmayaraq, o bu ayəni düzgün anlamamış və Ayşə bu ayəni ona izah etmişdir.

Yezid əl-Fəqir rəvayət edir: “Mənə xavariclərin bir fikri xoşuma gəlmişdi. Biz böyük bir qrup heyətində olaraq, həcc etmək və sonra insanlara qarşı (hərbi) çıxış etmək niyyəti ilə yola çıxdıqda, yolumuz Mədinədən keçirdi. Orada mən Cabir ibn Abdullahı r.a gördüm. O bir sütunun yanında əyləşib insanlara peyğəmbərdən hədislər rəvayət edirdi. Rəvayət etdiklərinin içində cəhənnəmiyun24 (xəvaricləri qəsd etdi) bəhs etdi. Mən ona dedim: “Ey Allahın rəsulunun sahabisi, sən nə danışırsan? Axı Allah demişdir: “Ey Rəbbimiz! Sən cəhənnəm oduna atdığın şəxsi, əlbəttə, rüsvay edərsən və zalımlara kömək edən olmaz!25 Və o həmçinin demişdir: “Onlar oradan – (Cəhənnəmdə düşdükləri) qəmdən qurtarmaq istədikcə, yenidən ora qaytarılar...”.26 Bəs siz nə deyirsiniz?” O soruşdu: “Sən Quran oxuyursan?” Mən: “Bəli” deyə cavab verdim. O dedi: “Bəs sən Allahın Muhəmmədi s.a.v gətirəcək məqam haqqında eşitdin mi?” Mən: “Bəli” deyə cavab verdim. O dedi: “Axi bu məqam Muhəmmədin tutacaqı “məqaman mahmuddur” ki, onun vasitəsi ilə Allah çıxartdıqlarını cəhənnəmdən çıxaracaqdır!”. Sonra isə o Sirat körpüsünün qurulmasından və insanların onun üzəri ilə necə keçəcəklərindən söhbət açdı. Elə güman edirəm ki başqaları onun bu sözlərini məndən daha yaxşı yadda saxlamışlar. Lakin o dedi ki, bəzi insanlar cəhənnəmə varid olduqdan sonra, oradan çıxacaqlar. Bu o deməkdir ki, onlar oradan küncüt gövdəsi çıxdıqı kimi çıxacaq, cənnət çaylarından birinə daxil olacaq və orada təmizlənəcək, və oradan çıxdıqda (ağ) vərəq kimi cıxacaqlar. Biz qayıtdıq və dedik: “Vay olsun sizə! Bu qocanın peyğəmbərin adından yalan danışdıqını mı sanırsınız?” Bizim qayıdışımızdan sonra, bizlərdən bir insan istisna olmaqla, açıq-aydın (xavariclərin tərəfində) (hərbi) çıxış etmədi”.27

Bu rəvayətdə, dinin, bu ümmətin sələflərinin anladıqı kimi anlanılmasının vacib olmasına dair göstəriş vardır. Həmçinin bu rəvayətdə, zəlalətdən qurtulmaq və müsəlmanların həyatlarını qorumaq üçün elm əhlinə müraciət etməyin vacibliyinə dair göstəriş vardır. Axı Cabirin izahından sonra, həmin insanlar tutduqları işdən əl çəkərək, həcc mərasimindən sonra müsəlmanlara qarşı hərbi çıxışa qatılmadılar.

Həmçinin İbn Abbasın r.a xavariclərlə apardıqı mübahisədə, İbn Abbas onlara demişdir: “Mən sizlərə peyğəmbərin sahabiləri olan, muhacir və ənsarın adından və onun əmisi oğlunun adından gəlmişəm. Quran onlara nazil olmuşdur və onlarda onun mənasını sizlərdən daha yaxşı bilir və onlardan heç birini sizin aranızda görmürəm”.28 Bu rəvayətdən gördüyümüz kimi, Quranın zahiri mənasını başa düşmək kifayət deyil, çünki xavariclərdə Quran ayələrinə əsaslanırdılar. Burada İbn Abbas onlara, Quranın sahabilərin dövründə nazil olduquna və sahabilərin Quranı onlardan daha yaxşı başa düşməsinə işarə etmiş və onların arasındada sahabilərdən heç kimin olmadıqını da onlara bildirmişdir.

Bütün yuxarıda zikr olunan rəvayətlərdən göründüyü kimi, Quran və Sünnəni sələflərin anladıqı kimi anlamaq vacibdir və onların ilkləri də peyğəmbərin  sahabiləridir. Hər bir müsəlman İslam dinini onların anladıqı kimi anlamalı və bu işdə öz şəxsi rəyinə əsaslanmamalıdır. Çünki dinin şəxsi rəyə əsaslanaraq anlanılması, İslamda bir çox fitnələrə və firqələrin zühur etməsinə səbəb olmuşdur. Sufyan əs-Sauri, Allah ona rəhmət etsin, çox gözəl demişdir: “Əgər sən öz başını sələflərin qaşıdıqı kimi qaşımaqa müvəffəq olsan, bunu (mütləq) et”.29

Çətin dövrlərdə sahabilərin yoluna tabe olan kimsələrə gəldikdə isə, onları Allah tərəfindən böyük bir mükafat gözləyir! Allah rəsulu  demişdir: “Həqiqətən sizdən sonra uzun səbr günləri gələcəkdir və bu şəraitdə olaraq, sizin yolunuzu tutan şəxslər, sizlərdən əlli nəfərin mükafatı ilə mükafatlandırılacaqdır”. Sahabilər: “Bəlkə onlardan əlli nəfərin (mükafatı ilə)?” – deyə soruşdular. Peyğəmbər dedi: “Xeyr, məs sizlərdən!30

Axı ixlaslı olan bir müsəlmana bundan artıq nə lazımdır?!

Qeyd etmək lazımdır ki, Allah tərəfindən bir müsəlmana veriləcək sahabilərdən əlli nəfərin mükafatı, heç də gələcək nəsillərin birinci nəsillərdən üstün olmasına dəlalət etmir!

İmam əl-Auzai, Allah ona rəhmət etsin, demişdir: “Sələflərin yolunu təqib et, hətta səndən bütün insanlar imtina etsələr belə! İnsanların rəylərindən çəkin, hətta onlar öz rəylərini sənin üçün gözəlləşdirsələr belə”.31

Şeyx Muhəmməd Nasıruddin əl-Albani, Allah ona rəhmət etsin, demişdir: “Sələf dəvətinin əsası üç sütun üzərində əsaslanır: Quran, səhih Sünnə və bu iki sütunun sələflərdən olan sahabilərin, onların ardıcıllarının və onları təqib edənlərin fəhminə müvafiq olaraq başa düşülməsi. Günümüzdəki və ya əvvəlki firqələrin zəlalətə düşməsi səbəbi məhz üçüncü sütunun tərk olunmasındadır!”.32

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]