- •Peyğəmbərlərin həyati
- •İlK İnsan - adəm (ə)
- •Şeytan – insanin düşməni
- •Yerə enmək
- •İş və yaşayış
- •Qabİl və habİl
- •NiCat Gəmİsİ həzrət nuHun (ə) əhvalati
- •AllahIn bİrlİyİnə də`vət
- •NiCat Gəmİsİ
- •İntİzar
- •Təndirdən su Çıxdı
- •Qərq olmuş övlad
- •Müqəddəs sözlər
- •Nuhun (ə) təvəssül etdiyi mübarək adlar
- •Qəzəb tufanı həzrət hudun (ə) əhvalati
- •Qəribə şəhər - İrəm
- •İman - xeyİr və bərəkət deməkdİr
- •DağıdıCı tufan
- •“Bu, Allahın dəvəsİdİr.” Həzrət Salehİn əhvalatı
- •Müqəddəs daş parçası
- •Allahın dəvəsİ
- •Dəvənİn balası
- •Qarşıdurma
- •Cinayət
- •Günahsız dəvə balası
- •Büt sindiran Həzrət İbrahİmİn (ə) əhvalati
- •İbrahimin (ə) doğulmasi
- •İmanli cavan
- •Mühakimə
- •Dörd quş
- •Böyük alov
- •Fələstin
- •İsmayil
- •Kə`bə evinin tikilməsi
- •Sonuncu imtahan
- •Səma daşları Həzrət Lutun əhvalatı
- •Sədum camaatı
- •Xarabalıqlar və İbrət dərsİ
- •Bİsmİllahİr-rəhmanİr-rəhİm
- •Qurbanliq Həzrət İsmayılın əhvalatı
- •Kə’bəyə doğru
- •Vİdalaşma
- •Curhum qəbİləsİ
- •Kə’bə - tÖvhİd nİşanəsİ
- •İbrahİm (ə) həccİ
- •Qurbanlıq
- •«Mən İkİ qurbanlığın oğluyam»
- •Bİsmİllahİr-rəhmanİr-rəhİm
- •Ey doğru danışan! Həzrət Yusİfİn (ə) əhvalatı
- •İnsan simali canavarlar
- •Quyunun dİbİndə
- •Uzun muddətlİ kədər
- •Quyuda cəvahİr
- •Çətİn İmtahan
- •Allaha də’vət
- •Padşahın yuxusu
- •İqtİsadİ çətİnlİk
- •Əkİnçİlİk
- •Qıtlıq və quraqlıq
- •Fələstİndən bİr karvan
- •Qayidiş
- •Yə’qubun nİgaranlığı
- •Həqİqət
- •Mən Yusİfəm
- •Qəm-qüssənİn sonu
- •Yusİfİn yuxusunun tə’bİrİ
- •Günəş, ay və ulduzlar
- •Həqİqİ tövbəkar Həzrət Əyyubun əhvalatı
- •Əyyubun evi
- •İmtahan
- •Əyyubun səbiri
- •Həvran camaati
- •Səhrada
- •Yaşayiş bahari
- •Dərinliklərə səfər həzrət yunusun əhvalati
- •Dənİzdə
- •Dənİzİn dərİnlİKlərİndə
- •NİCat sahİlİ
- •Bismilahir-rəhmanir-rəhim
- •Mədyənə doğru həzrət şüeybin əhvalati
- •Alverdə yalanÇIlIq
- •QarşIdurma və KeşməKeş
- •ƏyKə saKİnlərİ
- •İşİn sonu
- •Keçid Həzrət Musanın əhvalatı
- •Nİlİn hədİyyəsİ
- •Əlaqələr
- •Heyvanlar
- •Mİsİrİn tarİxİ
- •Bənİ İsraİl
- •Və’d olunmuş uşaq
- •Fİr’onun sarayı
- •Allahın və’dəsİ
- •Zülmlə mübarİzə
- •Mədyənə doğru
- •İlahİ rəhmət
- •Əmanətdar və qüvvətlİ İnsan
- •Vətənə qayıdış
- •Səma nİdası
- •Qarşılaşma
- •Cadugərlərİn məğlubiyyətİ
- •Qarşıdurma
- •AzadLıQ
- •İşİn sonu
- •Sİnay yarımadasında
- •Susuzlar
- •Bütpərəstlİk ruhu
- •MənN və Səlva
- •Və`də yeri
- •Azğınlıq
- •Musanin qayidişi
- •Tur daği
- •Müqəddəs torpaq
- •Sərgərdanliq
- •Qələbə daşı Talut və Calutun əhvalati
- •İmtahan
- •Qələbə daŞı
- •Musanın zİrehİ
- •İman ölkəsİ həzrət Davud və Süleymanın əhvalati
- •İmtahan
- •Yeni hökm
- •Hikmətli süleyman
- •Süleymanın qarışqası
- •Səbadan xəbərlər
- •Yəmənə səfər
- •Döyüşlə hədələmək
- •Bilqeysin qəraRı
- •İman qüdrəti
- •Şüşə hovuz
- •QaRıŞqa
- •Ruhun qaYıDıŞı həzrət üzeyirin əhvalati
- •Bağa doğru
- •Günlər ötür
- •Ruhun qaYıTmaSı
- •QaYıDıŞ
- •YaraNıŞ mö`cüzəsi ali-imran əhvalati
- •QıŞda xurma
- •ZəkəriyyaNıN duaSı
- •Mö`cüzə
- •Mən allaHıN bəndəsiyəm
- •Möhtərəm ailə
- •İlahi məhəbbət Həzrət Yəhyanın əhvalati
- •Misirə doğru
- •Səmavi kitab
- •Herodis
- •Bayram məclisi
- •Məsihin qaYıDıŞı
- •Allahin ruhu həzrət isanin əhvalatI
- •Səmavi e`lan
- •QarŞıDurma və keşməkeş
- •Həvarilər
- •Səmavi yemək
- •Dənizin sahilində
- •Məsihin əziyyətləri
- •İmanli cavanlar əshabi-kəhfin əhvalati
- •Filadelfiya
- •Yeddi cavan
- •Mağaraya doğru
- •UZun yuxu
- •Təracanin ölümü
- •Saleh padşah
- •Təhlükəli tapşiriq
- •Bazarda
- •Böyük həqiqət
- •Əhvalatin sonu
- •Doqquz il artiq
- •Əbabil quşlarinin hücumu fil sahiblərinin əhvalati
- •QüLleys
- •Kə’bənİn AllahI
- •Fİlİn hərəkətİ
- •Cəhənnəm yağişi
- •Cansız cəsədlər
- •Nurun doğulması
- •Amul-fİl (fİl İlİ)
- •TİCarət
- •2.Elə bir ülfət ki, qış və yay səfərlərində bərqərar olsun.
- •İbrahimin (ə) doğulmasi 41
- •İman ölkəsİ 158
- •İlahi məhəbbət 183
- •İmanli cavanlar 196
İman ölkəsİ həzrət Davud və Süleymanın əhvalati
Talut dünyadan köçdükdən sonra Davud padşahlığa çatdı. Padşahlıq məqamı onu məğrur etmədi. O verdiyi ne`mətinə görə Allaha şükr edirdi. Allah-təala Tövratdan sonra Davud üçün Zəburu göndərdi. Ona çox işlər öyrətdi. Quşların dilini tə’lim verdi. Ona gözəl və ürəkoxşayan səs əta etdi. Davudun səsini eşidən zaman insanların ürəklərində iman güclənirdi. Səsi ürək açır və çaydan axan suyun səsinə oxşayırdı; axar suyun şır-şır səsinə, bahar çağı quşların könül oxşayan səslərinə.
Allah-təala dəmiri onun üçün yumşaltdı. Möhkəm dəmir Davudun əlində yumşaldı. Davud dəmirdən Allah yolunda mübarizlər üçün zireh düzəldirdi.
O böyük insan at yetişdirməyə də böyük əhəmiyyət verirdi. Çünki, atlar güclü silah sayılır və at minənlər Allah yolunda mübarizə edirdilər. Davud hər dəfə Zəbur oxuyanda quşlar onu müşayiət edir və Allahı zikr edirdilər. Dağlar da belə edirdi.
O, adil hökmran idi. Camaat arasında Allahın dininə uyğun şəkildə hakimlik edirdi. Hər bir məzlum öz insaniyyət haqqını kamil surətdə alırdı. Ona görə də camaat səadət və xoşbəxtlikdə yaşayırdılar.
Davud gecənin üçdə birini Allaha ibadətlə keçirirdi. O, Allahı sevirdi. Allah-təala da onu sevirdi. O, oruc tutur, daim Allahı yad edirdi. Səhər yuxudan oyandıqda Allaha zikr və təsbeh deyirdi. Dağlar onun zikrini təkrar edirdi. Davud qüdrətli bir dövlət yaratdı; Allaha və onun ayininə iman gətirənlər üçün bir dövlət. Davud həm başçı oldu, həm də peyğəmbər.
O, vaxtını dəqiq müəyyən etmiş, həyat və yaşayışını nizam-intizam üzrə qurmuşdu. Həzrət Davud (ə) öz vaxtını dörd hissəyə bölmüşdü: Bir hissəsini şəxsi işlərini yerinə yetirmək üçün, bir hissəsini ibadət üçün, bir hissəsini camaatın ziddiyyətli məsələlərini həll etmək üçün və bir hissəsini isə övladlarını tərbiyə etmək üçün ayırmışdı.
İmtahan
Davud öz sarayında yaşayırdı. Qapının önündə mühafizəçilər dayanmışdılar. İbadət vaxtı heç kəsə onun ibadət yerinə girməsi üçün icazə vermirdilər. Davud ibadət mehrabında oturduğu zaman birdən onun qarşısında iki kişi göründü. O, qorxdu. Çünki, o iki nəfər onlara aid olmayan bir vaxtda onun yanına gəlmişdilər.
Onların biri Davuda dedi:
-Qorxma! Bizim sənə ziyan vurmaq niyyətimiz yoxdur. Gəlmişik ki, bizim aramızda olan mübahisəli məsələ barəsində hakimlik edəsən. Davud arxayın olduqdan sonra onlardan soruşdu:
-Sizin ixtilafınız nədədir?
Onların biri dedi:
-Bu adam mənim qardaşımdır. Bunun doxsan doqquz baş camışı vardır. Mənimsə təkcə bir camış var. Amma, bu, mənim bir baş camışıma göz tikib. Bununla belə onun sübutu güclüdür.
Davud çox tə`sirləndi. Qəzəb və narahatlıqla dedi:
-Qardaşın sənə zülm etmişdir. Onun doxsan doqquz baş camışdan ibarət sürüsü olduğu halda sənin bir baş camışını da almaq istəyir.
Davud hökm verməyə tələsdi. O biri tərəfin sübutunu soruşmadı. O, hər iki tərəfdən məsələni soruşmalı idi.
Birdən onların hər ikisi gözdən itdi. Davud öz səhvini anladı. Həqiqətdə bu, Allahın Davud üçün bir imtahanı idi. O, ixtilafı olan hər iki tərəfin sözlərini eşitməli idi. Davud bildi ki, Allah onu imtahana çəkmişdir. Ona görə də hökmü çıxarmaqda tələsdiyinə görə Allahdan bağışlanmaq istədi.
