Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
peygambar-hayat-asl.doc
Скачиваний:
97
Добавлен:
25.03.2016
Размер:
2.39 Mб
Скачать

Azğınlıq

Allah-təala peyğəmbəri Musaya buyurdu:

-Niyə qövmündən qabaq bura gəlmisən?

Musa cavab verdi:

-Onlar mənim ardımca gəlirlər. Mən sənin razılığın üçün daha tez sənin tərəfinə gəldim.

Allah-təala buyurdu:

-Sənin qövmün bir buzov vasitəsi ilə azğınlığa çəkilmişlər. Samiri onları yoldan çıxartmışdır.

Bəni-İsrailin arasında bir şayiə yayıldı ki, Musa Allahın görüşünə getmişdir. Musa Allahı axtarmağa getmişdir.

Orada, Bəni-İsrailin arasında Samiri adlı bir kişi vardı. O kişi keçid günündə dırnaqları ilə yerləri eşən səma atlarını görmüşdü. Atların dırnağı dəyən torpaqlar hərəkətə gəlmişdilər. Ondan bir ovuc götürüb, öz dəsmalına tökmüşdü. Musa Allahı görmək və onun sözlərini eşitmək üçün Tur dağına tərəf gedən zaman Samiri fürsəti qənimət bilib, qızıldan bir buzov düzəltdi. O, Bəni-İsrail camaatı arasında get-gəl etməklə onlardan zinət əşyalarını - qızıl, gümüş, bir qədər lə`l-cəvahirat, qiymətli daşlar və Abnus ağacından düzəldilmiş digər bəzək əşyalarını topladı. Samiri öz-özünə dedi: «Tezliklə onlara ibadət etmək üçün bir allah düzəldəcəyəm; başqa tayfaların etdiyi kimi».

Bəni-İsrail bütpərəstliklə yaşamış və onların inamlarının tə`siri altına düşmüşdülər. Ona görə də Samirinin təklifinə müsbət cavab verdilər.

Samiri qızıl bir buzov düzəltdi və sonra keçid günü saxladığı torpaqları onun içinə tökdü. Birdən buzovun içindən inək nə`rəsinə oxşar bir səs eşidildi. O, buzovu daş parçasının üzərinə qoydu. Bəni-İsrail camaatı toplaşdı. Hamısı ona tə`zimlə baxırdılar. Samiri qışqırdı:

-Bu sizin və Musanın mə`bududur.

Harun bu hiyləni gördükdə onların yanına gəldi. Onları bu işlərindən çəkindirərək dedi:

-Ey qövm! Siz bu buzovun vasitəsilə yoldan çıxmısınız. Sizin rəbbiniz mehriban olan Allahdır. Mənə qulaq asın və sözlərimə əməl edin.

Ey camaat, bu buzov fayda və ziyan yetirməyə qadir olmayan cansız bir cismdir. Görürsünüz ki, o, nə sizinlə bir kəlmə söz danışır və nə də sizin bir çətinliyinizi həll edir.

Onlar Harunun nəsihətlərinə qulaq asmayıb dedilər:

-Biz Musa qayıdana qədər bu buzova ibadət edəcəyik.

Musanin qayidişi

Allah-təala elçisi Musa ilə görüşü qırx gün davam etdirdi. Ona lövhələr əta etdi. Allah həmin lövhələrdə öz din və şəriətini, dünya və axirətin səadət yolunu və bəzi nəsihətləri bəyan etmişdi.

Musa müqəddəs lövhələri özü ilə götürüb, qövmünə tərəf qayıtdı.

O, onların Allahın əmrləri ilə uyğun yaşamaları üçün həmin lövhələri oraya apardı.

Allah-təala Samirinin camaatı azdırmasını və onların buzova ibadət etmələrini Musaya xəbər vermişdi. Odur ki, Musa çox qəzəbli idi.

Axı, insanın öz əli ilə düzəltdiyi bir bütə ibadət edərək büyük və qüdrətli Allahdan üz çevirməsi necə mümkündür? İnsanlara həyat, ruzi və ne`mətlər bəxş edən, onları cəhalət zülmətindən iman nuruna yönəltmək üçün peyğəmbərlər göndərən odur.

Musa uzaqdan qövmünün qızıl buzova səcdə və onun qarşısında ah-nalə etdiklərini görüb, daha da qəzəbləndi. O, əlindəki lövhələri yerə atıb, qardaşı Haruna sarı getdi. Onun saçından dartaraq qəzəblə qışqırdı:

-Harun! Sən nə etmisən? Niyə onları buraxdın ki, belə faydasız işlər görsünlər?

Harun! Sən mənim əmrimdən boyun qaçırmısan.

Harun qardaşının halına acıyaraq dedi:

-Mən onlara nəsihət verdim. Mən dedim ki, siz bu işlərinizlə yolunuzu azmısınız. Onlar məni öldürmək istədilər. Bir iş gərmək istədim, amma qorxdum sən deyəsən ki, Bəni-İsrail arasında təfriqə salmısan və mənim əmrimi gözləməmisən.

Musa üzünü Samiriyə çevirib, dedi:

-Samiri, sən niyə belə etdin? Bəni-İsrail üçün düzəltdiyin bu şey nədir? Onları yenidən bütpərəstliyəmi qaytarmaq istəyirsən?

Samiri dedi:

-Mən torpağın üzərində mələklərin ayaq yerini görüb, bir ovuc götürmüşdüm. Sonra Şeytan mənə vəsvəsə etdi ki, onu qızıl buzovun içinə töküm.

Musa qəzəblə dedi:

-Bəs bu, sənin Allahındır? İndi gör gözlərinin qarşısında onu necə odlayıram!

Mö`minlər buzov heykəlinin ətrafına çırpı yığıb, ona od vurdular. Buzov bir neçə anın içində məhv oldu.

Musa bununla Bəni-İsrailə göstərmək istəyirdi ki, bütlərin heç bir dəyər və əhəmiyyəti yoxdur. Yalnız böyük Allah hər şeyə qadir və yeganə tanrıdır.

Alov söndü. Qızıl buzöv külə çevrildi. Musa və digər mö`minlər onun külünü toplayıb, dənizə tökdülər.

Bəni-İsrail öz gözləri ilə dalğaların, buzovun külünü o yan-bu yana dağıtdığını gördülər.

Musa Bəni-İsrailə dedi:

-Sizin tanrınız, ondan başqa heç bir tanrı olmayan yeganə Allahdır. Onun hər bir şeyə elmi vardır.

Sonra Samiriyə dedi:

-Get! Sənin dünya həyatının bəhrəsi bu olacaqdır; sənə yaxınlaşan hər hansı bir insana deyəsən ki, səninlə əlaqə saxlamasın!

Ömrünün qalan hissəsini yalqız keçirəcəksən. Çünki, peşimanlıq içində yaşayacaqsan. Həmçinin Allahın qaçılmaz əzabı səni gözləyir.

Bəni-İsrailin buzova səcdə edənləri peşiman oldular. Onlar öz peşimanlıqlarını bildirib, anladılar ki, əgər Allah rəhm göstərib, onları bağışlamasa ziyankarlar dəstəsindən hesab olunacaqlar.

Allah onları bağışladı.

Musa, Tövratın nazil olmasını görmələri üçün qövmünün yetmiş nəfərini özü ilə Tur dağına apardı. Onlar Musaya Allahı görmək istədiklərini bldirmişdilər. Musa onları bu işin aqibətindən xəbərdar edib, buyurmuşdu: “Allah gözlə görünməz. Gözlər bunu bacarmazlar”. Lakin , onlar Musanın nəsihətlərini qəbul etməmişdilər.

Gözlənilmədən yer ayaqları altında lərzəyə gəldi. Onların bədənləri titrəməyə başladı.

Göydə ildırım çaxıb, onları vurdu. Hamı yerə yıxılıb, canlarını tapşırdılar.

Musa onların əfv olunmaları üçün dedi:

“İlahi, əgər istəsəydin onları və məni öncədən həlak edərdin... Nadan insanların günahına görə bizi həlakmı edirsən?... Sən bizim ixtiyar sahibimizsən. Bizi bağışla və əfv et! Sən ən gözəl bağışlayansan!”

Allah-təala yenə də günahlarından keçib, onları həyata qaytardı. Bütün bunlar onların ürəklərini bütpərəstlikdən paklamaq üçün idi.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]