- •1. Tərbiyə anlayışı. Kiçik məktəblilərlə tərbiyəsinin təşkili formaları və onun həyata keçirilməsi
- •1.Əxlaq tərbiyəsi:
- •2. Əmək tərbiyəsi:
- •3. Estetik tərbiyə:
- •4. Fiziki tərbiyə:
- •5. Hüquq tərbiyəsi:
- •6. Ekoloji tərbiyə:
- •2. Müəllim-şagird münasibətləri. Müəllimin pedoqoji fəaliyyəti, qabiliyyəti və ona verilən tələblər
- •3. Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri
- •4. Tərbiyənin metodları
- •1. Şüuru formalaşdıran metodlar – buna inandırma metodları deyilir.
- •2. Fəaliyyətin təşkili və davranış təcrübəsini formalaşdıran metodlar – buna alışdırma metodları deyilir.
- •3. Fəaliyyət və davranışı stimullaşdıran metodlar – buna rəğbətləndirmə və cəzlandırma metodları deyilir.
4. Tərbiyənin metodları
“Metod” yunan sözüdür. Yol, üsul deməkdir. Tərbiyə metodları dedikdə tərbiyə edənin və tərbiyə olunanın özünə, ətrafdakı insanlara və ətraf aləmə düzgün münasibət formalaşdırmaq məqsədilə qurulan qarşılıqlı fəaliyyətin təşkili modelidir. Deməli, metod qarşıya qoyulan məqsədlə sıx bağlı olub, təbiəti dərk edilən prosesdə meydana çıxır. Tərbiyə metodunun düzgün seçilməsi və düzgün tətbiq edilməsi pedaqoji peşəkarlığın mühüm şərtidir. Tərbiyə metodlarının xüsusiyyətləri aşağıdakılardır:
Tərbiyə metodları tərbiyə olunanların davranışına, hisslərinə, şüuruna konkret şəkildə təsir etmək yolu ilə birgə fəaliyyətdə pedaqoji vəzifələrin həllidir, pedaqoq-tərbiyəçi ilə tərbiyə olunanların ünsiyyət və münasibətidir.
Tərbiyə metodları müəllimlə şagirdlərin fəaliyyətinin qarşılıqlı və birgə fəaliyyətinin təşkili üsullarıdır.
Tərbiyə metodları şagirdlərin fəaliyyətinin köməyi ilə tərbiyənin məzmununun mənimsənilməsidir.
Tərbiyə metodları şəxsiyyətin xüsusiyyətlərinin formalaşması üçün müvafiq məqsədlərə istiqamətlənməsidir.
Tərbiyə metodları şagirdlərin (tələbələrin) məqsədyönlü fəaliyyətinin təşkil edilməsində, müəllim və uşaq kollektivinin fəaliyyətində özünü əks etdirir.
Tərbiyə metodları qoyulmuş məqsədə nail olmaq üçün istifadə olunan üsul və vasitələrin sistemidir.
Tərbiyə metodları müəyyən olunmuş keyfiyyətləri şagirdlərdə tərbiyə etmək məqsədilə onların şüuruna və davranışına təsir göstərmək üçün nizama salınmış fəaliyyətdir. Tərbiyə metodları müəyyən olunmuş keyfiyyətləri şagirdlərdə tərbiyə etmək məqsədilə onların şüuruna, iradəsinə, hisslərinə və davranışına təsir göstərmək üçün nizama salınmış fəaliyyətdir.
Tərbiyə metodları uşaqların məqsədyönlü fəaliyyətində uşaqların və yeniyetmələrin fəaliyyətinin təşkilində, pedaqoq və şagird kollektivinin fəaliyyətində özünü əks etdirir. Tərbiyə metodları dedikdə, biz tərbiyə olunanların davranışına, hisslərinə, şüuruna konkret şəkildə təsir etmək yolu ilə birgə fəaliyyətdə pedaqoji vəzifələrin həllini, pedaqoq-tərbiyəçi ilə tərbiyə olunanların ünsiyyətini başa düşməliyik.
Tərbiyə metodları tərbiyənin məqsəd və məzmunu ilə müəyyənləşir.
İnsan şüurlu məxluq olduğu üçün onun bütün fəaliyyəti, davranışı şüurla tənzim olunur. Buna görə də, ilk növbədə, şüura təsir göstərmək, onda əxlaqi təsəvvürlər, inam, əqidə formalaşdırmaq, yaxşını və pisi, gözəli və çirkini, doğrunu və yalanı, həqiqini və saxtanı insana inandırmaq lazım gəlir. Buna görə də inandırma metodları gərəkdir.
Tərbiyə şüurla davranışın vəhdətinə əsaslanır. İnsana əxlaqi normaları izah etməklə, inandırmaqla yanaşı, həm də onun bu normalara uyğun davranması, hərəkət etməsi, fəaliyyət göstərməsi, müsbət adətlərə yiyələnməsi, alışması vacibdir. Ona görə də alışdırma metodları gərəkdir.
Deməli, tərbiyə işində öncə insanın şüurunu formalaşdırmaq, iradəsini möhkəmlətmək, sonra da onda müsbət adətlər yaratmaq və bu yolla da şüurla davranışın vəhdətinə nail olmaq, düzgün davranış təcrübəsi formalaşdırmaq lazımdır. Bu baxımdan tərbiyə metodları əsas etibarilə inandırma və alışdırma metodlarına bölünür.
Tərbiyə işində insanın hissi aləmi, duyğuları mühüm rol oynayır. Rəğbət-nifrət, sevinc-kədər, xeyirxahlıq-bədxahlıq, humanizm, eqoizm, həzz-ikrah hissləri insanın davranışını, rəftarını, hərəkətlərini, fəaliyyətini stimullaşdırır. Uşaqlıqdan insan qəlbinə müsbət hisslər aşılanmazsa, orada boşluq yaranır və çox vaxt bu boşluğu mənfi hisslər tutur. Nəticədə insan qəlbində bədxahlıq, qəddarlıq, laqeydlik, habelə bir çox nəfs xəstəlikləri – paxıllıq, tamahkarlıq, kin, qeybət, acgözlük yuva salır və insanı xoşagəlməz yollara çəkir. Deməli, insan qəlbini nəcib hisslərlə zənginləşdirmək, gözəl ürək tərbiyə etmək vacib vəzifələrdən biridir. Bu məqsədlə hissə təsir göstərən stimullaşdırıcı tərbiyə metodlarından istifadə edilir. Ona görə də rəğbətləndirmə və cəzalandırma metodları gərəkdir.
Beləliklə, insana hərtərəfli təsir və fəaliyyətin tamlığı prinsipindən çıxış edərək, tərbiyə metodlarını aşağıdakı kimi təsnif etmək olar:
