- •Proqramlaşdırmanın əsasları
- •3. Yaddaş və verilənlərin tipləri
- •3.1. Yaddaş və onun növləri
- •3.2. Standart tip verilənlərin ölçüsü
- •3.3. Dəyişənlərin elan olunması
- •3.4. Konstantlar (Sabitlər)
- •3.5. İfadələr
- •3.7. Tiplərin çevrilməsi
- •Müstəqil işləmək üçün tapşırıqlar
- •4. Xətti və budaqlanan alqoritmlərin proqramlaşdırılması
- •4.1. Xətti alqoritmlərin proqramlaşdırılması
- •4.2. Giriş/çıxış operatorları
- •4.3. Budaqlanan alqoritmlərin proqramlaşdırılması
- •4.3.1. Şərt operatoru
- •4.3.3. Seçmə (variant) operatoru
- •4.3.4. Goto operatoru
- •4.3.5. Proqramın exit operatoru ilə dayandırılması
- •Müstəqil işləmək üçün tapşırıqlar
- •Dövri alqoritmlərin proqramlaşdırılması
- •5.1. Önşərtli dövr operatoru
- •5.2. Sonşərtli dövr operatoru
- •5.3. Parametrli dövr operatoru
- •5.4. Break operatoru
- •5.5. Continue operatoru
- •Müstəqil işləmək üçün çalışmalar
- •Funksiyalar
- •6.1. Funksiyanın sintaksisi
- •6.2. Funksiyanın təyin olunması
- •6.3. Funksiyanın çağırılması
- •6.4. Prototipin yaradılması
- •6.5. Lokal dəyişənlər
- •6.6. Qlobal dəyişənlər
- •6.7. Statik lokal dəyişənlər
- •6.8. Məlumatın funksiyaya göndərilməsi
- •6.9. Funksiyadan qiymətin qaytarılması
- •Müstəqil işləmək üçün tapşırıqlar
- •Massivlər
- •7.1. Birölçülü massivlər
- •7.2. İkiölçülü massivlər
- •İkiölçülü massivin ekrana çıxarılması:
- •Müstəqil işləmək üçün tapşırıqlar
- •Simvollar və sətirlər
- •8.1. Simvol və sətirlərin sintaksisi
- •Sətirlərlə işləyən funksiyalar
- •Müstəqil işləmək üçün tapşırıqlar
- •Fayllar: fayldan daxiletmə
- •Və fayla çıxış
- •Ikilik və mətn faylları
- •Fstream standart kitabxanası
- •Fayla girişin ümumi alqoritmi
- •9.4. Faylın açılması
- •9.4.1. Yazmaq üçün faylın açılması
- •9.4.2. Oxumaq üçün faylın açılması
- •9.4.3. Faylın oxumaq və yazmaq üçün açılması
- •9.5. Faylın bağlanması
- •9.6. Fayla yazmaq və fayldan oxumaq
- •Strukturlar və siniflər
- •Strukturlar və onların elanı
- •Int height;
- •Strukturun dəyişəninin elanı
- •Strukturun inisiallaşdırılması
- •Strukturların funksiya parametri kimi ötürülməsi
- •Siniflər
- •Operatorlar
- •Operatorların üstünlük dərəcəsi
- •Sərhəd qiymətlərinin sabitləri
- •Həqiqi tiplər üçün sabitlər – float.H faylı
- •C dilinin standart funksiyalar kitabxanası
- •Hesabi funksiyalar – math.H faylı
- •Standart fayllar üçün giriş-çıxış funksiyaları- stdio.H faylı
- •Sətirlərlə işləmək üçün funksiyalar- string.H, stdlib.H faylları
- •Mətn rejimində terminalla işləmək üçün funksiyalar- conio.H faylı
- •Xüsusi funksiyalar
- •Mündəricat
Fayllar: fayldan daxiletmə
Və fayla çıxış
Verilənlər də proqramçılar kimi dəyişməz olmalıdırlar (ingilis dilində persistent sözü iki məna verir: inadcıl - əgər söhbət insandan gedirsə, dəyişməz - əgər söhbət hər hansı obyektdən gedirsə). Dəyişməz dedikdə nəzərdə tutulur ki, proqram öz işini sona çatdırdıqdan sonra verilənlər saxlanmalıdırlar.
Indiyə qədər yazılan proqramlarda dəyişənlərdə saxlanılan verilənlər proqram öz işini sona çatdırdıqdan sonra silinirdi. Bu ona görə baş verirdi ki, onlar operativ yaddaşda (RAM, ixtiyari girişli yaddaş) yerləşirdilər, proqram dayandıqda isə o, təmizlənir.
Lakin Microsoft Word və ona oxşar proqramlar verilənləri kompüterin sərt diskində və ya başqa standart daşıyıcıda faylda saxlaya bilirlər və sonra da lazım olan verilənləri biz ala bilirik. Bu verilənlər isə proqramın işi sona çatdıqdan sonra, hətta kompüterin söndürülməsindən sonra da saxlanıla bilirlər.
Ikilik və mətn faylları
Fayl – sərt disk, CD – ROM və ya başqa standart daşıyıcı kimi sabit yaddaşda yerləşən verilənlər yığımıdır.
Fayla onun adına görə müraciət edilir, ad isə faylın təbiətini və ya məzmununu təsvir edir.
Faylın adı iki hissədən ibarət olur: 1) əsas hissə, 2) genişlənmə. Genişlənmə (.) işarəsi ilə başlayır. Məsələn, kitab.doc , iter.cpp və s. Faylın genişlənməsi fayldakı və proqramdakı verilənlərin tipini işarə etmək üçün lazımdır. Bunun köməyi ilə də həmin faylla işləmək mümkün olur. Razılaşmaya uyğun olaraq .doc – genişlənməsi Microsoft Word proqramının işlədiyi faylların, .xls - Microsoft Excel proqramında istifadə olunan faylların , .cpp – isə C++ dilindəki faylların genişlənməsidir.
Faylların əsasən iki tipi olur: mətn və ikilik faylları.
Mətn faylları – adından göründüyü kimi mətnə malik olur. Məsələn, qovluqda, Bloknotda və ya istənilən digər mətn redaktorunda yaradılmış fayl buna misal ola bilər.
Ikilik fayl – mətn, cədvəl və s. formatlaşdırılması üçün Microsoft Word mətn redaktorunun istifadə etdiyi formatlaşdırma kodlarıdır, məsələn, mətndə olmayan qəribə simvollar və şaquli qara xətlər.
Mətn fayllar ancaq mətni saxladığı halda, ikilik fayllar digər tip informasiyaları da (məsələn, şəkil, verilənlər bazasının yazılması və s.) saxlaya bilirlər. Ona görə də Microsoft Word, Excel və ya Access kimi mürəkkəb proqramlar verilənləri ikilik faylda saxlayırlar.
Mətn fayllarını açmaq, oxumaq və yazmaq ikilik fayllara nəzərən çox asandır. Ona görə də mətn fayllarına giriş ikilik fayllara girişə nəzərən çox asan həyata keçrilir.
Fstream standart kitabxanası
Biz əvvəllər klaviaturadan standart girişi təmsil edən iostream standart kitabxanasını və standart çıxışı ekrana yazan cout obyektini istifadə etdik.
Fayldan oxuma və ya fayla yazma isə digər fstream standart kitabxanasının qoşulmasını tələb edir. fstream standart kitabxanası aşağıdakı kimi qoşulur:
# include <fstream>
Göründüyü kimi iostream və fstream – ın eyni “stream” sözü var. Hər iki standart kitabxanada bayt axınları istifadə olunur (ingiliscə stream – axın deməkdir). iostream kitabxanası giriş və çıxışa bayt axınlarına, fstream standart kitabxanası isə fayldan və fayla bayt axınlarına aiddir.
fstream başlıq faylı verilənlərin üç yeni tipini təyin edir.
ofstream- bu verilənlər tipi faylın çıxış axınını göstərir (təsvir edir). Icraçının proqramından fayla çıxış həyata keçirilir. ofstream verilənlər tipi informasiya yazmaq üçün fayl və yazı yaratmaq üçün istifadə olunur. Onların köməyilə faylları oxumaq olmaz.
ifstream – bu verilənlər tipi faylın giriş axınını göstərir (təsvir edir). Fayldan istifadəçinin proqramına giriş həyata keçirilir. ifstream verilənlər tipi fayldan informasiyanı oxumağa xidmət edir. Onun köməyilə fayllar yaratmaq və ya onlara informasiya yazmaq olmaz.
fstream – bu verilənlər tipi faylın ümumi axınını göstərir və həm ofstream, həm də ifstream verilənlər tiplərinin imkanlarına malikdir.
