Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Dord risale-asl.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
1.72 Mб
Скачать

Birinci fəsil Kəbİrə günahın səcİyyələrİ

1. İmam Sadiq (ə) buyurur: “Ne`məti əldən alan günahlar yersiz qiyamdır. Günahsız insanın qətli peşimançılıq gətirən günahlardandır. Zülm insanı bəlaya düçür edir. Şərabxorluq insanın abır-həyasını əlindən alır. Zina insanın ruzisini əskildir. Yaxınlarla rabitəni kəsən insanın ölümü tezləşir. Ata-ananı incitmək duanın qəbuluna mane olur.1

2. İmam Baqir (ə) buyurur: Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: “Əgər məndən sonra zina rəvac tapsa, qəfil ölümlər artar. Ölçü və çəkini əskiltsələr Allah tərəfindən qıtlığa düçar edilərlər. Əgər zəkat ödəməsələr, torpağın bərəkəti əskilər. Haqsız hökm versələr zülm-sitəmə kömək etmişlər. Əhdi pozsalar Allah düşmənlərini onlara qalib edər. Yaxınlarla əlaqəni kəssələr Allah onların malını şər adamların əlinə salar. Yaxşılığa də`vət və pisliyə qadağadan çəkinsələr, mənim Əhli-beytimə (ə) tabe olmasalar Allah pis insanları onlara hakim edər. Onların yaxşıları da dua edəndə qəbul olmaz.2

3. İmam Sadiq (ə) buyurur: “Qəlbi günah kimi qaraldan ikinci bir şey yoxdur. Həqiqətən, günah qəlbi bulaşdırar, ardıcıl yol verilən günahlar qalib gəlib onu alçaldar.3

4. İmam Sadiq (ə) buyurur: “Damarı səyridən, ayağı büdrədən, başı ağrıdan, xəstəlik gətirən yalnız günahdır. “«Şura» surəsinin 30-cu ayəsində Allah-tәala buyurur ki, yalnız öz əməllərinizə görə müsibətə düçar olursunuz. Allahın bağışladığı günahlar cəzalandırılan günahlardan daha çoxdur.1

5. İmam Sadiq (ə) buyurur: Əmirəl-mö`minin (ə) buyurmuşdur: “Əməllərin səni rüsvayçılığa çəkdiyi bir vaxt məbаda gülərkən dişlərin görünə.”2

6. Əbu Bəsir deyir: İmam Sadiq (ə) buyurmuşdur: “İnsan günaha yol verdiyi vaxt onun qəlbində qara bir nöqtə yaranar. Əgər tövbə etsə bu nöqtə məhv olar. Əgər günahını artırsa qəlbinin qaralığı artar və bütün qəlbini bürüyər. Bu haldan qurtuluş yoxdur.”3

İkinci fəsil Günahkarlarla yoldaşlığın məzəmmətİ haqqında rəvayətlər

1. İmam Sadiq (ə) imam Baqirin (ə) dilindən belə nəql edir: “Atam Səccad (ə) mənə buyurdu: “Beş zümrə ilə yoldaş, həmsöhbət və dost olma.” Bu beş zümrənin kimlərdən ibarət olduğunu soruşdum. Atam buyurdu: “Yalançı ilə yoldaşlıqdan çəkin. O ilğım kimidir, uzağı yaxın, yaxını uzaq göstərər. Fasiqlə yoldaşlıqdan çəkin. O səni bir qarın yeməyə və ya ondan da aza satar. Paxılla yoldaşlıqdan çəkin. Çünki olanını sənə qıymaz, ehtiyaclı olduğun vaxt sənə yardım əli uzatmaz. Axmaqla yoldaşlıqdan çəkin. O sənə xeyir vermək istəsə də, anlamazlıqdan sənə zərər vurar. Yaxınları ilə əlaqəni kəsəndən çəkin. Mən belələrinə Qur`anda lə`nət oxunduğunu gördüm. “Məhəmməd” surəsinin 23-cü ayəsi, “Rə`d” surəsinin 24-cü ayəsi, “Bəqərə” surəsinin 27-ci ayəsi.”4

2. İmam Sadiq (ə) buyurur: “Allaha və Qiyamət gününə imanı olan kəs imamın təhqir olunduğu, mö`minlərə eyb tutulan məclisdə oturmasın.”1

3. İmam Sadiq (ə) buyurmuşdur: “Allaha qarşı itaətsizliyə yol verilən və söhbəti dəyişmək imkanı olmayan məclisdə əyləşmək mö`minə yaraşmaz.”2

4. İmam Sadiq (ə) buyurur: “Bid`ət əhli ilə (dinə bir şey artırıb, dindən bir şey əskildənlərlə) həmsöhbət olmayın, bir məclisdə oturmayın. Belə etsəniz onlardan sayılarsınız. Peyğəmbər (s) buyurur: “İnsan öz dostu ilə bir məzhəbdədir.”3

Üçüncü fəsil

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]