
- •Birinci dәrs
- •Islam ictimai dindir
- •Camaat namazi
- •Cümә namazi
- •Xeyirli işlәrә dә᾽vәt, pis işlәrdәn çәkindirmәk
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Ikinci dәrs
- •Islam qardaşliği
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlarlar
- •Valideynin hüququ
- •Xoşa gәlmәz rәftarlardan çәkinmәk
- •Mehribançiliq
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlarlar
- •Qohum-әqrәba ilә gözәl ünsiyyәt
- •Qohumluq әlaqәlәrinin kәsilmәsi
- •Qonşunun әzab-әziyyәti
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Altinci dәrs әxlaqi davranişlar
- •Gözәl xüsusiyyәt
- •Әxlaq vә gözәl davranişin nәticәlәri
- •Tәvazökarliğin әlamәt vә lazimi hәddi
- •Tәvazökarliğin nәticәlәri
- •Әhdә vәfa etmәyin әhәmiyyәti
- •Çixiş yolu nәdәdir?
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Onuncu dәrs sәbirli vә tәmkinli olmaq (2)
- •Sәbirli vә tәmkinli olmaq haqda nәql olunmuş rәvayәtlәr
- •Qәzәbin yatirilmasi haqda nәql olunmuş rәvayәtlәr
- •Sәbirli vә tәmkinli olmağin hәddi-hüdudu
- •Tәmkinli davraniş
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •On birinci dәrs
- •Hansi şәraitdә әfv vә güzәşt olunmalidir
- •Әxlaqi incәlik
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Zaraft vә gülәrüzlülük
- •Zarafat
- •Zarafatin müsbәt xüsusiyyәt olduğu haqda nәql olunmuş rәvayәtlәr
- •Zarafatin mәnfi tә᾽sir qoyduğu haqda nәql olunmuş rәvayәtlәr
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Çәtinliklәrin hәlli
- •Mö᾽minlәr arasinda sülh vә әmin-amanliğin bәrqәrar olunmasi
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •On altinci dәrs yetim vә kimsәsizlәrә qayği göstәrmәk
- •Və [xalqı] yoxsulu yedirtməyə rəğbətləndirməz [nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar]».
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •On yeddinci dәrs
- •Müsәlmanlarin xәstәlәrin görüşünә getmәlәrinә sövq olunmalari
- •Görüş zamani riayәt olunmasi lazim olan şәrtlәr
- •1. Hədiyyə;
- •2. Xəstənin yanında mümkün qədər az oturulmalı və onun rahatlığı pozulmamalıdır;
- •3. Xəstələrin halını soruşub onlar üçün dua etmək;
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •On sәkkizinci dәrs müsәlmanlarin sevinc vә kәdәrindә şәrik olmaq
- •Ziyafәt (qonaqliq)
- •Qonaqliqda riayәt olunmasi lazim olan şәrtlәr
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Iyirminci dәrs salam
- •Salam vermәyin qaydalari
- •Eyb vә nöqsanlar
- •Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim;
- •Qeybәtin tә᾽rifi
- •Qeybәtin harmliği
- •1. Vicdan rahatlığı;
- •3. Məsxərə və istehza;
- •5. Başqaları ilə həmrə᾿ylik;
- •6. Təhlükənin qarşısını almaq;
- •Qeybәtin istisna hallari
- •Qeybәtә qulaq asmaq
- •Bәdgümanliq
- •Bәdgümanliğin verdiyi nәticәlәr
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Iyirmi yeddinci dәrs mәsxәrә vә xәbәrçilik
- •Xәbәrçilәrlә rәftar vә davraniş
- •Dәrsin xülasәsi
- •Suallar vә tapşiriqlar
- •Iyirmi sәkkizinci dәrs
- •Hәsәdin tә᾽rifi vә növlәri
- •Qur᾽anin hәsәdә olan baxişi
- •Nәql olunmuş rәvayәtlәrdә hәsәd vә hәsәd edәn şәxslәr haqda
- •Hәsәdә sәbәb olan amillәr
- •1. Xəbislik;
- •2. Düşmənçilik;
- •3. Məqam və var-dövlət sevgisi;
- •6. Xudpəsəndlik;
- •Yalanin tә᾽rifi
- •Qur᾽anin yalana olan baxişi
- •Yalan - hәdis vә rәvayәtlәrdә
- •Qur᾽anda düzlük vә sәdaqәt
- •Icazә verilәn yalanlar
- •1. Zəruri hallar;
- •2. Islah və vasitəçilik;
- •3. Döyüş zamanı [düşməni] aldatmaq məqsədilə deyilən yalanlar;
- •4. Zarafat məqsədilə deyilən yalanlar.
- •Tövriyyә
- •Birinci cildin sonu
Dәrsin xülasәsi
Insanların qəlblərinə sevinc və şadlıq gətirəcək şeylərdən biri də yoxsullara, yetim və kimsəsizlərə maddi və mə᾽nəvi yardım göstərməkdir.
Yetim və kimsəsizlərin himayəsi va yoxsullara maddi yardımın göstərilməsi ictimai vəzifə kimi həyata keçirilməlidir. Maddi yardımla yanaşı onlara mə᾽nəvi dayaq olmalı və ruhiyyələrinin güclənməsinə böyük əhəmiyyət verilməlidir.
Yoxsullara isə əksər hallarda maddi yardım göstərilməlidir. Onlara göstərilən maddi-mə᾽nəvi yardım hər bir müsəlmanın üzərinə düşən dini vəzifə olduğu halda, minnət qoyulmamalı və onlardan təşəkkür və minnətdarlıq hissi gözlənilməməlidir.
Suallar vә tapşiriqlar
1. Allah-taala Peyğəmbərə (s) yetim və kimsəsizlər haqda nəyi əmr edir?
2. Yetim və kimsəsizləri öz himayəsinə götürən şəxsləri hansı savaba nail olacaqlarını ixtisarla bəyan edin.
3. Yetim və kimsəsizlərin ehtiyacı necə tə᾽min olunmalıdır?
4. Allah-taala yetim və kimsəsizlərə sevinc bəxş edən şəxslərə nəyi və᾽də vermişdir?
5. Yetim və yoxsulların ehtiyacları arasında olan fərq nədən ibarətdir?
6. Yoxsullara maddi yardım etdikdən sonra nə üçün onlara minnət qoyulmamalıdır?
On yeddinci dәrs
XӘSTӘLӘRLӘ GÖRÜŞ
Xəstələrin görüşünə gedib onların qəlblərinə sevinc bəxş etmək islam dininin müsəlmanlara tövsiyə etdiyi digər əxlaqi xüsusiyyətlərdən biri hesab olunur.
Bu dərsimizdə xəstələrin görüşünə getməyin zəruriliyi və onların qəlblərinə sevinc bəxş etmək haqda söhbət açacağıq.
Haqqında söhbət açacağımız şey ilk növbədə islam dininin bu məsələyə olan baxışı, müsəlmanların bu xeyirxah işə necə sövq olunmaları və bütün bunlarla yanaşı görüşə gedərkən hansı şərtlərə riayət olunmasıdır.
XӘSTӘLӘRLӘ GÖRÜŞ
Islam nöqteyi-nəzərindən xəstələrlə görüşə getmək hər bir müsəlmanın üzərinə düşən və olduqca əhəmiyyət kəsb edən məsələlərdən biridir.
Әvvəlki dərsimizdə qeyd etdik ki, başqalarının haqqı hesab etdiyimiz hər hansı bir məslədə onun [yə᾽ni haqqın] öz sahibinə çatdırılması hər bir müsəlmanın bir növ üzərinə düşən vəzifəsidir. Başqa sözlə desək, hər bir şəxs üzərinə düşən vəzifənin öhdəsindən gəlməklə əmanəti öz sahibinə çatdırmış və əhdə vəfa etmiş olur. Bunu da qeyd etdik ki, bu kimi məsələlərdə yardım etmiş şəxs, kimsənin boynuna minnət qoymamalı və onlardan təşəkkür etmələrini gözləməməlidir. Bu məzmunda nəql olunmuş bir neçə rəvayətə diqqət yetirin. Peyğəmbər (s) buyurur:
Hər bir müsəlmanın başqa bir müsəlmanın üzərində olan haqqı bundan ibarətdir ki, görüşdüyü zaman onlarla salamlaşsın, xəstə olduğu zaman görüşünə getsin və dünyasını dəyişdikdə dəfn mərasimində iştirak etsin.
Әli (ə) Peyğəmbərdən (s) nəql edərək buyurur:
Hər bir müsəlmanın müsəlman qardaşının üzərində otuz haqqı vardır. O, üzərinə düşən vəzifəni yerinə yetirməyincə və ya müsəlman qardaşı onu bağışlamayınca (haqqını halal etməyincə) böyük məs᾽uliyyət daşıyır. (Müsəlmanın üzərinə düşən otuz vəzifədən biri də) müsəlman qardaşı xəstələndiyi zaman onun görüşünə getməsidir.1
Imam Sadiq (ə)-ın səhabələrindən olan Məəlla ibni Xənisə deyir: Imam Baqir (ə)-dan müsəlmanın öz müsəlman qardaşının üzərində nə kimi haqqı olduğu haqda soruşdum. Buyurdu: Hər bir müsəlmanın öz müsəlman qardaşının üzərində yeddi haqqı vardır. Onların hər birini yerinə yetirmək onun üçün vacib və zəruridir. O, öz müsəlman qardaşının hər hansı bir haqqını tapdadıqda (yə᾽ni üzərinə düşən vəzifənin öhdəsindən gəlmədikdə) Allahın bəndəliyindən xaric olur və Allah-taala onun bəndəliyindən heç bir bəhrə əldə etmir (yə᾽ni sanki o, Allaha bəndəlik etməmişdir). Sonra mən imam Sadiq (ə)-dan o yeddi haqqın nədən ibarət olduğunu soruşdum.
Buyurdu: Ey Məəlla! Mən sənin üçün çox nigaranam. Qorxuram onları sənə deyim və sən də onları bilə-bilə əməl etməyib başqalarının haqqını tapdalamış olasan.
Məəlla deyir: Heyrətə gəldiyimdən nə edəcəyimi bilməyib dedim: (La hövla vəla quvvətə illa billah) — Allahdan böyük qüdrət sahibi yoxdur.
Sonra imam Sadiq (ə) üzünü mənə tutub buyurdu: Onlardan ən sadəsi bundan ibarətdir ki, özün üçün istədiyin hər bir şeyi öz müsəlman qardaşın üçün də istəyəsən və özünə rəva bilmədiyin şeyləri onlara da rəva bilməysən... Sonuncu yeddinci haqqı isə and içdiyi zaman [inanıb] andını, evinə çağırdığın zaman isə də᾽vətini qəbul edəsən. Xəstə olduğu zaman görüşünə, vəfat etdiyi zaman isə dəfn mərasiminə gedəsən. Həmçinin bir şeyə ehtiyacı olduğunu bildikdə onun üçün əlindən gələni edəsən və öz ehtiyacını sənə deməsinə vadar etməyəsən...1
Imam Sadiq (ə)-ın səhabələrindən olan Muaviyə ibni Vəhəb deyir: Imam Sadiq (ə)-dan bizimlə dostlar, qohum-əqrəba və gediş-gəliş etdiyimiz qonşular arasında mövcud olan əlaqələrin necə olmasını soruşdum. Buyurdu: Әmanətlərini onların özlərinə qaytarın və onların yolunda şəhid olmağa hazır olun. Istər onların xeyirinə olsun, istərsə də zərərlərinə, xəstələrinin görüşünə gedin və vəfat etdikləri zaman dəfn mərasimlərində iştirak edin.
Yuxarıda qeyd olunan rəvayətlərdən belə mə᾽lum olur ki, mö᾽minlər öz xəstə müsəlman qardaşının görüşünə getməklə sözün əsl mə᾽nasında üzərlərinə düşən ilahi vəzifənin öhdəsindən layiqincə gəlmiş olurlar. Onlar belə bir xeyirxah işləri ilə həm müsəlman qardaşlarının qəlbinə sevinc bəxş etmiş olur, həm də özlərində rahatlıq hiss edirlər. Çünki onlar üzərlərinə düşən vəzifəni yerinə yetirməklə Allahın razılığını qazanmış olurlar. Allahın razılığını qazanan şəxslər isə böyük savab və mükafata [əbədi cənnətə] nail olarlar. Bu haqda isə bir qədər sonra söhbət açacağıq.