Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Din Təlimi-1.doc
Скачиваний:
0
Добавлен:
15.02.2020
Размер:
1.14 Mб
Скачать

Dәrsin xülasәsi

Әxlaqi xüsusiyyətlərdən biri də mö᾽minlərin qəlbinə sevinc gətirmək və qarşılaşdıqları çətinlikləri imkan daxilində aradan qaldırmaqdır.

Kin-küdurətin aradan qaldırılıb mö᾽minlər arasında sülh və əmin-amanlığın bərqərar olunması da digər əxlaqi xüsusiyyətlərdən biri hesab olunur. Istər Qur᾽an, istərsə də nəql olunmuş hədis və rəvayətlərdə bu mətləbə xüsusi diqqət yetirilmiş və bu xeyirxah işlərin dünya və axirət savabı haqda tövsiyələr olunmuşdur.

Suallar vә tapşiriqlar

1. Peyğəmbər (s) Allah-taalanın ən sevdiyi işin nədən ibarət olduğu haqda nə buyurur?

2. Mö᾽minlərin qəlblərinə sevinc bəxş etmək yalnız onların maddi çətinliklərini aradan qaldırmaqla mümkündürmü?

3. Nəql olunmuş rəvayətlərə nəzər salmaqla, deyin görək nə üçün mö᾽minlərin arasında yaranmış ixtilafı həll etmək Şeytanın qəm-qüssəsinə səbəb olur?

4. Nə üçün imam Sadiq (ə) mö᾽minlərin çətinliklərini aradan qaldırılmasında xüsusi büdcə ayırmışdır?

5. Mö᾽minlər arasında sülh və əmin-amanlığın bərpa olunması üçün nəyə görə yalan danışmağa icazə verilir?

On altinci dәrs yetim vә kimsәsizlәrә qayği göstәrmәk

Mö᾽minlərə sevinc bəxş etməklə yanaşı, islam dininin tövsiyə etdiyi xeyirxah işlərdən biri də yetim və kimsəsizlərin qayğısına qalmaq və onları himayəyə götürməkdir. Ata-anasını itirmiş kimsəsiz uşaqların qayğısına qalan müqəddəs islam dini bu məsələyə xüsusi diqqət yetirmiş və müsəlmanlara valideyn himayəsindən məhrum qalan uşaqlara qarşı qayğıkeş olmalarını və onları nəvaziş göstərmələrini tövsiyə etmişdir. Allah-taala Qur᾽ani-Kərimdə Peyğəmbərə (s) xitab edərək buyurur:

«Məgər o səni yetim ikən tapıb sığınacaq vermədimi?!»1

Sonra Peyğəmbərə (s) tövsiyə edərək buyurur:

«Elə isə yetimə zülm etmə!»2

Bildiyimiz kimi, Peyğəmbər (s) dünyaya gəldiyi ilk gündən e᾿tibarən ata qayğısından məhrum qalmış və kiçik yaşlarından anasını itirərək yetimlik acısını dadmışdır. O həzrət (s) yetim uşaqlara mehriban olmaqla yanaşı, onlara qayğı göstərər və müsəlmanlara kimsəsiz uşaqları öz himayələrinə almalarını və imkan daxilində onların məişətlərini tə᾽min etmələrini tövsiyə edərdi. Bu haqda buyurardı:

Allahın ən sevdiyi ev, o evdir ki, orada yetim bir uşaq hörmət və nəvazişlə yaşamış olsun.

Yetim uşaqlara qarşı olduqca mehriban ol və bil ki, hər nə əksən, onu da biçərsən.3

Cənnətdə [olduqca gözəl] bir saray vardır. Ora fərəh və şadlıq adı ilə şöhrət tapmışdır. Oraya daxil olan şəxslər yalnız mö᾽minlərin yetim uşaqlarına sevinc bəxş edən şəxslər olacaqdır.

Üç nəfər yetim uşağı öz himayəsinə alan şəxs sanki gündüzlər oruc tutub, gecələri ibadətlə keçirmiş və səhərdən axşamadək Allah yolunda cihad etmişdir. (Sonra iki orta barmaqlarına işarə edib buyurdu): Bunlar iki bacı olduqları kimi, qiyamət günü mən də onunla cənnətdə qardaş olacağam.

Diqqət yetirmək lazımdır ki, yetim uşaqların himayə və tə᾽minatı islam dinində böyük əhəmiyyət kəsb etdiyi üçün vergi olaraq zəkatın bir hissəsi məhz yetim və kimsəsizlərə aid edilmişdir. Allah-taala Qur᾽ani-Kərimdə xeyirxah işlərdən biri yetim və yaxın qohum-əqrəbaya maddi yardımın göstərilməsini bildirir. Bir şərtlə ki, bu yardım yalnız Allahın razılığı xatirinə olmalı və başqa heç bir məqsəd nəzərdə tutulmamalıdır:

Xeyirxahlıq ona deyərlər ki, insan Allaha xatir öz var-dövlətindən yetim uşaqlar və ehtiyacı olan yaxın qohum-əqrəbalarına sərf etmiş olsun.1

Qur᾽ani-Kərim üç gün ardıcıl olaraq ailəsinin iftar yeməyini yoxsul bir kimsəyə verən Әli (ə)-ın belə bir xeyirxah və insanpərvər əməlini bu gözəl ifadələrlə vəsf edir:

«Onlar öz iştahaları çəkdiyi, özləri yemək istədikləri halda [və ya Allah rizasını qazanmaq uğrunda] yeməyi yoxsula, yetimə və əsirə yedirdərlər.

[Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər]: Biz sizi ancaq Allah rizasından ötrü yedirtdik. Biz sizdən [bu ehsan müqabilində] nə bir mükafat, nə də bir təşəkkür istəyirik».2

Bu səbəbdən də yetim və kimsəsiz uşaqların məişətlərinin tə᾽min olunması hər bir müsəlmanını üzərinə düşən ictimai vəzifələrdən biri hesab olunur. Lakin onların maddi tə᾽minatlarını aradan qaldırmaqla üzərinə düşən məs᾽uliyyətin öhdəsindən gəldiyini hesab etməməlidir.

Belə ki, maddi ehtiyaclarının ödənilməsi ilə yanaşı, ata-ana nəvazişinə, mehr-məhəbbətə də ehtiyacları vardır. Bu səbəbdən də onlarla gülərüz və mehribanlıqla davranmalı və valideyn nəvazişindən məhrum olduqlarını hiss etməmələrinə çalışmalıdır. Bir qədər əvvəl qeyd olunan ayədə biz «Elə isə yetimə zülm etmə» —əmr olunduğunun şahidi oluruq.

Demək, yetim və kimsəsiz uşaqların maddi tə᾽minatı əsas şərt deyildir. Bununla yanaşı onlara nəvaziş göstərib könüllərini də almaq lazımdır.

Qur᾽ani-Kərimin başqa bir ayəsində buyurulur:

«Xeyr! [Belə deməyin]. Doğrusu siz özünüz yetimə hörmət etmirsiniz] yetimin haqqını vermirsiniz].

Bir-birinizi yoxsulu yedirtməyə rəğbətləndirmirsiniz».1

Göründüyü kimi, birinci ayədə yetim və kimsəsizlərin nəvaziş olunmasına xüsusi əhəmiyyət verilir. Belə ki, bə᾽zən valideyn nəvazişindən məhrum olan şəxslər onlardan kifayət qədər irs apardığı üçün heç bir maddi yardıma ehtiyac duymurlar. Onların ehtiyac duyduqları yeganə şey varsa da, başqalarının onlara qarşı münasib rəftarı və gözəl davranışıdır. Ikinci ayədə isə söhbət yoxsullardan getdiyi zaman onlara göstərilən mehr və məhəbbətin kifayət etmədiyinə işarə olunur. Çünki, onlara maddi yardımın göstərilməsi hər şeydən mühüm və önəmlidir.

Maun surəsinin 1-3-cü ayələrində bu məsələyə işarə olunaraq deyilir:

«[Ya Peyğəmbər!] Dini [haqq hesab gününü] yalan hesab edəni [Әbu Cəhli] gördünmü?

O elə adamdır ki, yetimi itələyib qovar [haqqını verməz];

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]